Məhkəmə qərarları › İş №2-1(103)-800/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-800/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-800/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qаrşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)- 4503/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı pensiyanın yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4503/2020 saylı qərardadı ilə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinin məhkəmə baxışına qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin iş üzrə məhkəmə baxışı (hazırlıq iclası) xx xxxxxx 2020-ci ilə təyin edilmiş, həmin məhkəmə iclasında iştirak etmişdi. Həmin məhkəmə iclasında sonrakı məhkəmə iclasının nə vaxt keçiriləcəyi göstərilməsə də məhkəmə baxışının təxirə alınması barədə qərar qəbul edilmiş, sonrakı məhkəmə iclasının vaxtı barədə tərəflərə məlumat veriləcəyi bildirilmişdir. Sonrakı məhkəmə iclasının xx xxxxxxx 2020-ci ildə keçirələcəyi baradə ona SMS-məlumat gəlmiş lakin yazılı bildiriş verilməmişdir. Yazılı məhkəmə bldirişi olmadığından, səhhəti imkan vermədiyindən, həm də karantin məhdudiyyəti üzündən Bakı şəhərinə gəlməyi qeyrimümkün olduğundan məhkəmyə xx xxxxxxxx 2020-ci ildə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan xx xxxxxxx 2020-ci ildə keçirilib-keçirilməməsi, həmin harixdə hansı qərarın qəbul olunmasını bilmir, lakin xx xxxxxx 2020-ci ildə məhkəmə iclasına təkrar çağırılmağı barədə xx xxxxxxx 2020-ci ildə yenidən sms məlumat almışdır. Həmin tarixdə də məhkəməyə çağırılmağı baradə yazılı məhkəmə bildirişi gəlməmişdir. Faktiki olaraq Xaçmaz şəhərində yaşayır. 68 yaşı var, 2-ci tip diabet xəstəsidir, səhhətində digər ciddi problemlər də mövcuddur. Ciddi karantin rejiminin tələblərinə görə həyatının və səhhətinin təhlükəsizliyi üçün evdən çıxmasına, yaşayış yerini tərk etməyinə ümumiyyətlə icazə verilmir. Bundan başqa Bakı şəhərində və bir sıra ərazilərdə müharibə vəziyyəti elan olunmaqla komendant saatı tətbiq edildiyindən Bakı şəhərinə gəlməsi ümumiyyətlə qeyri-mümkün olmuşdur. Qeyd etdikləri həmçinin cavabdehlə normal çəkişmə prinsipləri şəraitində məhkəmə mübahisəsi aparmaq imkanını aradan qaldırmışdır. Heç yazılı məhkəmə çağırışı da göndərilməmişdir. O həmin ərizələrində ərizəni geri götürmək istəyini yazmamışdır və belə bir arzu göstərməmişdir, “ərizədən imtina edir” deməmişdir, sadəcə konkret vaxta qədər əslində işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Qanun normalarınını başa düşməkdə hüquq yardım göstərməyə borclu olan məhkəmə də onun ərizəsini geri götürmə xahişi kimi yox, işə baxılmasını təxirə alma xahişi kimi qəymətləndirməli, işə baxılmasını ya təxirə salmalı, ya da işə iştirakı olmadan baxılması barədə əvvəlki ərizəni nəzərə alaraq onun iştirakı olmadan işə baxmalı idi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmiş, ona istinad olunmuşdur ki, hazırki vəziyyətdə iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmasa da, məhkəməyə təqdim etdiyi ərizəsində iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasını tələb etməklə iddianın mahiyyəti üzrə baxılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, işin materiallarını və iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» xx xxxxx 2014-cüil tarixli qərarında göstərilmişdir ki, «İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Beləliklə, İPM-in 55.3-cü maddəsi Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi qaydada düzgün və dürüst tətbiq olunduqda, Konstitusiyanın 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnu pozmur.» Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinin məhkəmə təcrübəsində düzgün tətbiqinin şərtlərini müəyyən etmişdir. İstinad olunan normanın tələbinə görə iddianın geri götürülmüş sayılması üçün əsas şərt şəxsin 30 gündən artıq müddətə məhkəmə icraatından yayınmasıdır. Hazırki halda, işin materiallarından göründüyü kimi, iddiaçı ərizə təqdim edərək, karantin və hərbi vəziyyətlə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsi həmin ərizəni iddiaçı tərəfindən verilmiş, iddianın geri götürülmüş sayılması barədə ərizə kimi qiymətləndirmiş və Azərbaycan Respublikası İPMnin 55-ci maddəsinə əsasən işin icraatına xitam vermişdir. İddiaçı apellyasiya şikayətində məhkəmə araşdırmasından yayınmadığını, sadəcə konkret vaxta qədər təxirə salınmasını xahiş etdiyini göstərmişdir. İşin materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında iştirak etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəmə icraatından yayınması işin materiallarından müəyyən edilmədiyindən, hazırki iddianın geri götürülmüş sayılması üçün Azərbaycan Respublikası İPM-in 55.3-cü maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmamışdır. Odur ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin iş üzrə qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 87, 89-90, 94-cü maddələrini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4503/2020 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar