Məhkəmə qərarları › İş №2-1(103)-801/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-801/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-801/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçının nümayəndəsinin iştirakı olmadan, İddiaçı «X6» MMC-nin Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinə (hazırda - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı «vergilərin hesablanması barədə qərarın ləğvi və şəxsi hesab vərəqəsindən silinməsi» barədə iddia tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4600/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə - 540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «X6» MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlə Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X4 tərəfindən «X6» MMC barəsində tərtib edilmiş Vergi nödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli, **********195129 nömrəli qərarının əsassız olduğu üçün ləvğ edilməsi, «X6» MMC-yə əsassız hesablanmış 5.036.440,6 manat məbləğində verginin və 2.518.220.31 manat maliyyə sanksiyasının ləğv edilməsi və vəmiyyətin şəxsi hesab vərəqəsinən həmin borcun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının direktoru müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizə və daha sonra iddiaçının nümayəndəsi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «X6» MMC-nin «xxxxxxxxxxxx» ASC-də olan Bakı şəhər filialında olan AZ35AİİB******************** nömrəli EURO hesabına, «X6» MMC-nin xxxxxxxxxxxx ASC-nin Bakı şəhər filialında olan AZ47AİİB******************** nömrəli RUB hesabına, «X6» MMC-nin «xxxxxxxxxxx» ASC-nin Bakı şəhər filialında olan AZ55AİİB******************** nömrəli AZN hesabına, və «X6» MMC-nin «xxxxxxxxxxx» ASC-nin Bakı şəhər filialında olan AZ65AİİB******************** nömrəli AZN hesablarına alınmayla bağlı sərəncamların qoyulması və MMC-nin sub-uçot (depozit) hesabında olan 803163.05 manat məbləğin işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək silinməsi cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və onun digər qurumlarına qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4600/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə ərizəzənin təmin edilməsi, iddiaçı «X6» MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergilərin hesablanması barədə qərarın ləğvi və şəxsi hesab vərəqəsindən silinməsi» tələbinə dair inzibati işə mahiyyəti üzrə baxılıb həll edilənədək, «X6» MMC-nin «xxxxxxxxxxxx» ASC-də olan Bakı şəhər filialında olan AZ35AİİB******************** nömrəli EURO hesabına, «X6» MMC-nin xxxxxxxxxxxx ASC-nin Bakı şəhər filialında olan AZ47AİİB******************** nömrəli RUB hesabına, «X6» MMC-nin «xxxxxxxxxxx» ASCnin Bakı şəhər filialında olan AZ55AİİB******************** nömrəli AZN hesabına, və «X6» MMC-nin «xxxxxxxxxxx» ASC-nin Bakı şəhər filialında olan AZ65AİİB******************** nömrəli AZN hesablarına dövlət nəfinə alınmayla bağlı sərəncamların qoyulması, belə sərəncam qoyulduğu təqdirdə həmin sərəncamların icra olunmaması və «X6» MMC-nin ƏDV sub-uçot (depozit) hesabında olan 803 163.05 (səkkiz yüz üç min yüz altmış üç manat 05 qəpik) manat məbləğin işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək silinməsinin cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə, Azərbaycan Respublikası Vergilər Nazirliyinə, onun tabeliyində olan orqanlara və bank qurumlarına icra olunmasısının qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh apellyasiyaşikayəti verərək,birinciinstansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi və iddiaçının ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 43.1.1 və 43.1.2-ci maddələri ilə müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsasları dəqiq müəyyən edilməsinə baxmayaraq, məhkəmə tərəfindən qəbul edilən qərardadda iddianın uğurluluq ehtimalı ümumiyyətlə qiymətləndirməmiş, həmçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üzrə digər əsasların mövcud olub-olmaması müəyyənləşdirilməmişdir. İddiaçı müvəqqəti müdafiə xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərkən öz tələbi üzrə faktın mövcudluğunu sübut etməmiş, məhkəmə də öz növbəsində yuxarıda qeyd edilən halları araşdırmadan qərardad qəbul etmiş, nəticədə cavabdehin üzərinə onun tərəfindən həyata keçirilməyən hərəkətlərlə bağlı öhdəlik qoyulmuşdur. Həmçinin məhkəmə tərəfindən qərarın yekun hissəsində sərəncamların qoyulmasına dair qadağa, qoyulduğu təqdirdə icrasına dair qadağa tək vergi orqanına deyil, habelə banklarada şamil edilmişdir. Məhkəmənin qeyd olunan dəlilinə dair qeyd edirik ki, Vergi Məcəlləsinin 65.2.1 -ci mad milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir.dəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, məhkəmə bank qurumlarına münasibətdə bu bu kimi qərar qəbul etməklə bankların üzərinə onlara aid olmayan öhdəlikləri qoymaqla, vergi orqanın səlahiyyətlərinə vaxtında öncə banklar tərəfindən müdaxilə edilməsi məcburiyyəti yaradır. Belə ki, banklar və ya digər təşkilatlar vergi ödəyicisnə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların tutulmasına dair sərəncamlar göndərmək səlahiyyətinə malik deyildirlər. Hesab edirik ki, vergi ödəyicisnə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların tutulmasına dair sərəncamlar göndərmək səlahiyyətinə malik olmadığı halda belə nir öhdəliyin bank qurumlarının üzərinə qoyulması məhkəmə tərəfindən yol verilmiş ciddi nöqsandır. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Nümayəndə həmçini iddiaçıya aid şəxsi hesab vərəqəsini məhkəməyə təqdim edərək bildirmişdir ki, tərəflər arasında hesabdan silinmə ilə əlaqədar hər-hansı mübahisə qalmamamışdır və ona görə də iddianın təmini tədbirinə dair qərardad öz əhəmiyyətini itirmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, cavabdehin nümayəndəsininizahatını dinləyərək, iş materiallarını və şikayətin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli,2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-4600/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı qərardadı ləğv edilməli,«X6» MMC-ninmüvəqqəti xarakterli müdafiə tədbiriningörülməsinədairərizəsitəminedilməməlidir. Beləki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının müvəqqəti xarakterli müdafiəyə dair ərizəsinin təmin edilməsi qənaətinə gələrkən gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verməsi barədə vergi orqanının səlahiyyəti olduğunu, lakin iddiaçı «X6» MMC-nin bank hesabına qoyulmuş sərəncamın iddianın gələcəkdə təmin edildiyi təqdirdə ərizəçinin böyük maddi ziyana uğraya biləcəyini və vəziyyətinin xeyli dərəcədə çətinləşəcəyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, «müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi» barədə ərizə təmin edilməli, hazırkı inzibati işə mahiyyəti üzrə baxılıb həll edilənədək, iddiaçı «X6» MMC-nin «xxxxxxxxxxxx» ASC-nin Bakı şəhər filialında olan AZ35AİİB******************** nömrəli EURO hesabına, AZ47AİİB******************** nömrəli RUB hesabına, AZ55AİİB******************** nömrəli AZN hesabına, AZ65AİİB******************** nömrəli AZN hesabına alınmayla bağlı sərəncamların qoyulması və MMC-nin ƏDV sub-uçot hesabında olan 803163.05 manat məbləğin işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək silinməsi cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə, Azərbaycan Respublikası Vergilər Nazirliyinə, onun tabeliyində olan orqanlara və bank qurumlarına qadağan edilməlidir. Məhkəmə kollegiyası işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları və qanunvericiliyin tələblərini əsas götürərək, 1-ci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq, aşadığakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cı maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə, həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Göründüyü kimi, inzibati rrosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbiri qisməində iddianın təmin edilməsinə yönəlmiş digər təminat tələblərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutmuş və müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsasları dəqiq müəyyən etmişdir, o cümlədən məhkəmənin iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilməsini işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarla bilavasitə əlaqəlandirmişdir. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ilə razılaşır ki, biinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadda iddianın uğurluluq ehtimalı ümumiyyətlə qiymətləndirməmiş, həmçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üzrə digər əsasların mövcud olub-olmaması müəyyənləşdirilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın əsaslandırıcı hissəsində iddiaçının hesablarına alınmayla bağlı sərəncamların qoyulması və MMC-nin ƏDV sub-uçot hesabında olan 803163.05 manat məbləğin işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək silinməsi cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və onun digər qurumlarına qadağan edilməsi göstərilsə də, qərardadın «Qərara aldı» hissəsində sərəncamların qoyulmasına dair qadağa, tək vergi orqanına deyil, habelə banklarada şamil edilmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.5-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 23.1.7-ci maddəsinə əsasən Vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən Bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Həmin Məcəllənin 65.2.1-ci maddəsinə əsasən Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Həmin Məcəllənin 65.8-ci maddəsinə əsasən Vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir. Gstərilənlərlə əlaqədar məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu dəlili ilə də razılaşır ki, məhkəmə bank qurumlarına münasibətdə bu bu kimi qərar qəbul etməklə bankların üzərinə onlara aid olmayan öhdəlikləri qoymaqla, vergi orqanın səlahiyyətlərinə vaxtında öncə banklar tərəfindən müdaxilə edilməsi məcburiyyəti yaradır. Belə ki, banklar və ya digər təşkilatlar vergi ödəyicisnə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların tutulmasına dair sərəncamlar göndərmək səlahiyyətinə malik deyildirlər. Ona görə də vergi ödəyicisnə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların tutulmasına dair sərəncamlar göndərmək səlahiyyətinə malik olmadığı halda belə nir öhdəliyin bank qurumlarının üzərinə qoyulması məhkəmə tərəfindən yol verilmiş ciddi nöqsandır. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsini məhkəmə iclasında verdiyi izahatından da müəyyən olunur ki, hazırda tərəflər arasında hesabdan silinmə ilə əlaqədar hər-hansı mübahisə qalmamamışdır və ona görə də iddianın təmini tədbirinə dair qərardad öz əhəmiyyətini itirmişdir. AzərbaycanRespublikasıİnzibatiProsessualMəcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam, və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4600/2019 saylı, xx xxxxxx 2019-cu il tarixliqərardadıhüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və həmin qərardadda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli, iddiaçı «X6» MMC-nin müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizəsi təmin olunmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40-43, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 (hazırda - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4600/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. «X6» MMC-ninmüvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar