Məhkəmə qərarları › İş №2-1(103)-803/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-803/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-803/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin və X2 oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1920/2022 saylı, 28 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun dövlət qulluğu pensiyasının ləğv edilmiş 21 saylı region üzrə X5 bazasında yaradılmış Gəncə regional şöbəsinin baş məsləhətçisinin - baş əmək müfəttişinin əmək haqqına əsasən yenidən hesablanması və 2019-cu ilin dekabr ayından alınan fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Xidmətinin 21 saylı region üzrə X3 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsindən dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün öz arzusu ilə 26 iyul 2019-cu il tarixdən onun dövlət qulluğunda fəaliyyətinə xitam verilmişdir və həmin tarixdən ona dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Ona təyin edilmiş pensiya Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 18 iyun 2019-cu il tarixli 1268 nömrəli sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixdən yenidən hesablanaraq 720,16 manat təyin edilmişdir. 2019-cu ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müvafiq əmri ilə onun dövlət qulluqçusu kimi pensiyaya çıxdığı 21 saylı region üzrə X6 Gəncə regional ərazi şöbəsi adlandırılmışdır. Bunun nəticəsində onun dövlət qulluqçusu kimi pensiyaya çıxdığı 21 saylı region üzrə X4 baş məsləhətçisinin - baş əmək müfəttişinin əsas vəzifə maaşı 475 manatdan 480 manata qaldırılmışdır. Ləğv edilmiş 21 saylı region üzrə X3 çalışdığı baş məsləhətçinin-baş əmək müfəttişinin əsas vəzifə maaşı Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 18 iyun 2019-cu il tarixli 1268 nömrəli sərəncamı ilə təsdiq edilimiş 2 nömrəli əlavənin 7-ci təsnifatı üzrə 1.7.7.2.2 sıra nömrəsi ilə Gəncə şəhəri üçün təyin edilmiş tələbi pozularaq 480.00 manat əvəzinə 1.7.7.2.3 sıra nömrəsi ilə əhalisinin sayı 100 min nəfərdən çox olan şəhər kimi götürülərək 475.00 manat müyyən edilmişdir. Bu hal 21 saylı region üzrə X6 Gəncə regional ərazi şöbəsi adlandırılarkən 2019-cu ilin dekabr ayında aradan qaldırılaraq 1.7.7.2.2 sıra nömrəsi ilə 480 manat müyyən edilmişdir. Onun ləğv edilmiş 21 saylı region üzrə X3 işləmiş olduğu baş məsləhətçinin - baş əmək müfəttişinin işini onun bazasında yaradılan Gəncə regional şöbəsində işləyən baş məsləhətçi - baş əmək müfəttişi yerinə yetirir. Onun pensiyası işləmiş olduğu baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsinin əsas vəzifə maaşı artdığı üçün yenidən hesablanmadığından cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1920/2022 saylı, 28 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməsi, İddiaçı təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Xidmətinin Gəncə regional ərazi şöbəsinin baş məsləhətçi - baş əmək müfəttişinin dövlət məvacibinin məbləğinə əsasən yenidən hesablanması və xx.xx.2019- cu il tarixdən yaranmış pensiya məbləği fərqinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya Dövlət Sosial X8 şəhəri Kəpəz rayon şöbəsi tərəfindən 1 fevral 2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 142,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 217,70 manat olmaqla orta aylıq əmək haqqı 900,21 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 5 ay dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (900,21 manat) 80 faizi-720,16 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. İddiaçı X4 Xidmətinin Gəncə regional ərazi şöbəsində deyil, 21 saylı region üzrə X3 baş əmək müfəttişi vəzifəsində işlədiyi üçün vəzifə maaşı 475 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidmətlərinin yerli bölmələrində (əhalisinin sayı 100.000 nəfərdən çox olan) işləyən dövlət qulluqçularının vəzifə maaşları artırıldıqda müvafiq olaraq iddiaçının əmək pensiyası yenidən hesablanacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati işin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı ona təyin edilmiş pensiyanın yenidən hesablanması və 2019-cu ilin dekabr ayından olan fərqin ödənilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciətətlər etmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı müraciətlərin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, o, X4 Xidmətinin Gəncə regional ərazi şöbəsində deyil, 21 saylı region üzrə Dövlət vəzifəsində işlədiyin üçün vəzifə maaşı Əmək Müfəttişliyində baş əmək müfəttişi 475.00 manat məbləğində müəyyən edilmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd olunan imtinasını əsassız hesab edir və ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərini ödədiyi üçün yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququ realizə edilə bilər. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun: 23.1-maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları»nın: 1-ci bəndinə əsasən bu Qaydalar fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun əmək pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir. 2-ci bəndinə əsasən fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. 2-1-ci bəndinə əsasən dövlət məvacibindəki sonrakı artımlar dövlət qulluqçusunun müvafiq vəzifədə işlədiyi vaxt dövlət məvacibinə daxil olan ödənişlərdəki artımlara şamil olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 9 mart 2021-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Sizə Dövlət Sosial X8 şəhəri Kəpəz rayon şöbəsi tərəfindən 1 fevral 2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 475,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəniz 142,50 manat, ixtisas dərəcəsinə görə əlavəniz 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 217,70 manat olmaqla orta aylıq əmək haqqınız 900,21 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız "Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 5 ay dövlət qulluğu stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (900,21 manat) 80 faizi-720,16 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabınıza köçürülür. Eyni zamanda bildiririk ki, Siz X4 Xidmətinin Gəncə regional ərazi şöbəsində deyil, 21 saylı region üzrə X3 baş əmək müfəttişi vəzifəsində işlədiyiniz üçün vəzifə maaşınız 475,00 manat məbləğində müəyyən edilmişdir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 7 iyun 2021-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Mərkəzi Filial tərəfindən Sizə ünvanlanmış 29 aprel 2021-ci il tarixli **********3 nömrəli məktuba əlavə olaraq bildiririk ki. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidmətlərinin yerli bölmələrində (əhalisinin sayı 100.000 nəfərdən çox olan) işləyən dövlət qulluqçularının vəzifə maaşları artırıldıqda müvafiq olaraq emək pensiyanız yenidən hesablanacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: İddiaçı 9 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəfimizdən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə iddiaçıya 29 aprel 2021-ci il tarixli **********3 nömrəli “Əmək pensiyasının hesablanması haqında” cavab məktubu göndərilmişdir. Belə ki, vətəndaş İddiaçı Dövlət Sosial X8 şəhəri Kəpəz rayon şöbəsi tərəfindən 1 fevral 2018ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 142,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 217,70 manat olmaqla orta aylıq əmək haqqı 900,21 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 5 ay dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (900,21 manat) 80 faizi-720,16 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxs X4 Xidmətinin Gəncə regional ərazi şöbəsində deyil, 21 saylı region üzrə X3 baş əmək müfəttişi vəzifəsində işlədiyi üçün vəzifə maaşı 475,00 manat məbləğində müəyyən edilmişdir. İddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. İddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı X6 Xidmətinin 21 saylı region üzrə X3 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində işləmiş, xx.xx.2019-cu ildə dövlət qulluğuna xitam verilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi, ixtisas dərəcəsinə görə əlavəsi, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi nəzərə alınmaqla orta aylıq əmək haqqı 900,21 manat təşkil etmiş, bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 5 ay dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (900,21 manat) 80 faizi - 720,16 manat məbləğində müəyyən edilmişdir. Daha sonra xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin 21 saylı region üzrə X6 X6 Xidmətinin Gəncə regional ərazi şöbəsi adlandırılmış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmrinə əsasən Nazirliyin yanında X6 Xidmətinin 21 saylı region üzrə X4 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində işləyən əməkdaşlar həmin vəzifədən Gəncə regional ərazi şöbəsinin baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsinə keçirilmişlər. Kollegiya hesab edir ki, iddiaçının işlədiyi və əmək pensiyasının hesablandığı vəzifə hazırda Gəncə regional ərazi şöbəsinin baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsi adlandığı üçün qeyd olunan qanunvericilik aktlarının tələblərinə əsasən iddiaçıya təyin edilmiş pensiya məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanması və yaranmış pensiya məbləği fərqi hesablanaraq iddiaçıya ödənilməlisi barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası iş üzrə araşdırma nəticəsində hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1920/2022 saylı, 28 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1920/2022 saylı, 28 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar