Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-805/2024 16.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11861/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına, ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkanarı küçəsində yerləşən sənədsiz və nömrəsiz evdə yaşayır. Ərizəsinə əsasən əvvəllər ünvan 2 ünvanında pasport qeydiyyatına alınsa da, bir müddət öncə, ona məlumat belə verilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3747/2021 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən o ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkanarı küçəsində yerləşən sənədsiz və nömrəsiz evdə yaşadığından onun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına, ünvan 1 ünvanına pasport qeydiyyatına alınmağı barədə rəsmi ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə qanunsuz olaraq müraciətinə imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına (Əmircan qəsəbəsi, Balandin 42) pasport qeydiyyatına alınmağı məqsədəmüvafiq hesab edilməmişdir. Onun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına, ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11861/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin inzibati binasının ünvanına (ünvan 5 öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Suraxanı rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması vəzifəsinin Suraxanı rayon Polis idarəsinin üzərinə qoyulmasi tələbini irəli sürmüşdür. ünvan 6 ünvanda qeydiyyatsız olaraq yaşayırlar.Vətəndaş İddiaçı Suraxanı rayon inzibati ərazisində kirayə qaldığından və öz evi olmadığından Baki inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-11861/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin ünvanı (inzibati binası) üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Baki səhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq isə iddiaçının faktiki yaşayış yeri olduğu halda Suraxanı Rayon Polis idarəsinin üzərinə yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyi qoyula bilməz. Tərəflərin izahatları : İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İş Apellyasiya Məhkəməsinin icraatında olarkən cavabdeh Suraxanı rayon Polis İdarəsi məktubla məhkəməyə müraciət edərək, İddiaçı Suraxanı RPİ-nin inzibati binasında qeydiyyatda olduğunu və şəxsiyyət vəsiqəsinin aktiv statusunda olduğunu bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının iddia tələbi “Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınma” olduğundan və cavabdeh tərəfindən iddia tələbi təmin olunduğundan həmin tələb artıq hüquqi mübahisə predmeti deyildir və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının iddia tələbi cavabdeh tərəfindən tam təmin olunduğundan, iş üzrə mübahisə predmeti artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-805/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-805/2024
16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver