Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-806/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Həbi oğlunun (Bakı şəhəri 6 saylı Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (ünvan 1 m. 7 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X9 üzrə Mərkəzi Filialı) qarşı əmək pensiyasının təyin olunması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3990/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı xx xxxxxx 2015-ci il tarixdən ona həmin dövrdə qüvvədə olmuş qaydalarla və şərtlərlə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2190/2019 saylı qərardadı ilə (hakim X.İmanov) iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsi ilə əvəz edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırkı işin ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx xxx 2016-cı il tarixdən, yəni 60 yaşının tamam olan vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1956-cı il tarixdə Azərbaycan Respublikasının Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. Ümumi orta təhsili başa vurduqdan sonra xx xxx 1975-ci il tarixdən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət zamanı avtomobil qəzasına düşərək xəsarət almış və hərbi xidmətə yararlı olmadığı üçün 2 ay hərbi xidmətdən sonra ehtiyata buraxılmışdır. 1976-cı ilin yanvar ayının 21-dən X2 sahəsində 2-ci dərəcəli fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1977ci ilin aprel ayının 1-dən həmin işdən öz xahişi ilə azad edilmişdir. xx.xx.1977-ci il tarixdən 1979-cu il fevral ayının 2-dək "Azərenerjitəmir" zavodunda (01.09.78-ci il tarixdən "Azəerenerjitəmir" zavodu "Azenerji Baş İdarəsinin Təmir-istehsalat müəssisəsinə çevrilmişdir) Qazan Sexində qazan avadanlıqları çilingəri işləmişdir. xx xxxxxx 1979-cu il tarixdən "Qafqazenerjiquraşdırma" trestinin "Abşeron İdarəsində 3-cü dərəcəli boru xəttlərinin quraşdırıcısı peşəsi üzrə işə qəbul edilmiş, sonradan həmin peşə üzrə 4-cü və 5-ci dərəcəli çilingər-quraşdırıcı və quraşdırıcı peşələri dərəcəsi almışdır. xx.xx.1996-cı il tarixdən öz xahişi ilə həmin işdən azad olmuşdur. Sonra 1997-2002-ci illərdə, daimi iş olmadığı üçün yenə həmin idarədə fasilələrlə, sifarişlər olduqca müddətli əmək müqavilələri ilə işləmişdir. Belə ki, 1997-ci ilin fevral iyul aylarında orada 6 ay işlədikdən sonra xx.xx.1997-ci ildən işdən azad olunmuş, 2000-ci ilin fevral ayının 21-dən dekabr ayının 31-dək xx.xx.2001-ci ildən, xx.xx.2001-ci ilədək, xx.xx.2001-ci ildən, xx.xx.2001-ci ilədək, 2002-ci ilin yanvar-mart aylarında həmin idarədə fasilələrlə 5-ci dərəcəli boru quraşdırıcısı işləmişdir. Əmək haqqının hesablanması cədvəllərinə görə həmin idarədə ona 1997-ci ildə 6 ay üçün, 2000-ci ildə 10 ay 9 gün üçün, 2001-ci ildə 6 ay, 2002-ci ildə 3 ay əmək haqqı hesablanaraq ödənmişdir. Abşeron quraşdırma İdarəsi özəlləşdirmə gedişində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. 1997-2002-ci illərdə həmin təşkilatda fasilələrlə 25 ay, yəni 2 il 1 ay işləməsi barədə əmək kitabçasında qeydlər edilməsə də, stajı ilkin sənədlər olan kadr əmrləri ilə, kadr kartoçkaları ilə və əmək haqqlarının hesablanması və ödənilməsi cədvəlləri ilə təsdiq olunur. Bundan sonra xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci ilədək 5 ay 25 gün "xxxx" ASC-nin "Santexquraşdırma" İdarəsində quraşdırıcı çilingər, xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək 3 il 10 ay Bakı "xxxx" MMC-də təmir- quraşdırma inşaat sahəsində quraşdırıcı peşəsində, xx.xx.2018-ci il tarixdən 8 ay "xxxx" MMC-də quraşdırıcı peşəsi üzrə işləmişdir. İşlədiyi iş sahələri və peşələr, cüzi istisnalarla, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsal sahələrinə və peşələrə aiddir. Belə ki, "Qafqazenerjiquraşdırma" trestinin X3 işlədiyi vaxtlarda Mingəçevirdə tikilən Azərbaycan DRES-in 1-8 enerji bloklarının quraşdırılmasında, keçmiş SSRİ-nin digər respublikalarında: Türkmənistanda Mari DRESin, Özbəkistan DRES-nin, Rostovda Atommaşın, Ermənistanda Atom Elektrik stansiyasının, Tümendə, Uralda, X6 stansiyalarının quraşdırılmasında qazla kəsmə işlərində, daha çox qazanların quraşdırılmasında, yağ təsərrüfatında boruların quraşdırılmasında, yüksək təzyiqdə işləyən boruların çəkilməsində işləmişdir. Sonrakı illərdə də boru xətlərinin çəkilməsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda işlədiyi peşələr 2290000a-14612 şifrəsi ilə polad və dəmirbeton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, 229000a-19233 şifrəsi ilə sənaye dəmir-beton boruların boruçəkənləri ümumi peşələr bölməsində 232000000-11618 şifrəsi ilə qazla kəsiçilər, 232000000-11620 şifrəsi ilə qaz qaynaqları bu siyahıya daxil edilmişdir. Həmin peşələr Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 №-li Qərarla təsdiq edilmiş siyahının 29-cu və 35-ci bölmələrində də nəzərdə tutulmuşdur. Onun 1979-cu ilin fevral ayının 19-dan 1996-cı ilin may ayının 6-dək 17 il 2 ay 17-gün "Qafqazenerjiquraşdırma" trestinin X3, yenə həmin idarədə 1997-2002-ci illərdə fasilələrlə işlədiyi 2 il 1 ay, cəmi 19 il 3 ay 17 gün güzəştli sığorta stajı olmuşdur. 57 yaşı tamam olana qədər, yəni xx xxx 2013-cü il tarixədək güzəştli stajı 19 il 3 ay 17 gün, habelə bundan başqa 2 ay 2 gün hərbi xidmət vaxtı, digər təşkilatlarda 3 il 9 ay 20 gün nəzərə alınmaqla ümumi stajı 23 il 3 ay 8 gün olmuşdur. 25 illik ümumi stajı isə 2015-ci ilin yanvar ayının 25-də tamam olmuşdur. Həmin vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş 9-cu maddəsinə görə ona güzəştli şərtlərlə yaşa görə pensiya 2015-ci ilin yanvar ayının 25-dən təyin edilməlidir. ASAN Xidmət vasitəsi ilə təqdim etdiyi ərizəsinə DSMF-nin Nizami rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla imtina verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3990/2019 saylı qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, İddiaçı xx xxx 2016-cı il tarixdən, yəni 60 yaş tamam olan vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3990/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasından görünür ki, xx.xx.1976-xx.xx.1977-ci illərdə fəhlə (01 il 02 ay 10 gün); -xx.xx.1977 xx.xx.1979-cu illərdə çilingər (01 il 10 ay); -xx.xx.1979-xx.xx.1996-cı illərdə çilingərquraşdırıcı (17 il 02 ay 17 gün); - xx.xx.2011-xx.xx.2011-ci illərdə quraşdırıcı-çilingər (05 ay 25 gün); - xx.xx.2013-xx.xx.2016-cı illərdə quraşdırıcı (03 il 10 ay); - xx.xx.2017xx.xx.2018-ci illərdə quraşdırıcı (08 ay) peşələrində çalışıb. Cəmi, ümumi iş stajı iddia qaldırılan tarixə 25 il 02 ay 22 gün təşkil edir. Lakin, iddiaçının pensiya hüququnun yarandığını iddia etdiyi tarixə - xx xxxxxx 2015-ci ilə olan ümumi iş stajı 25 ildən az 24 il 06 ay 22 gün təşkil edir. İddiaçı 1997-2002-ci illərdə “xxxx” ASC-də fasilələrlə 25 ay çalışdığını, bu barədə əmək kitabçasında qeydin aparılmadığını iddia edir. İddiaçı bu halı təsdiqləmək üçün həmin ASC-dən əldə etdiyi arayışlara əsaslanır. “Əmək pensiyaları haqqında” qanunun 31.2-1-ci maddəsinə görə, sığortaolunanın əmək kitabçası üzrə 2006cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi, iddiaçı iddia etdiyi iş stajını ASC-nin deyil, dövlət arxivinin sənədləri əsasında təsdiqləyə bilərdi. Lakin işdə bu barədə sənədlər yoxdur. Əmək kitabçası ilə iddiaçının təqdim etdiyi sənədlər arasında ziddiyyət vardır. İddiaçının 1997-ci ildə 6 ay işləməsi barədə dəlili yersizdir. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixdə öz ərizəsi əsasında işdən azad edilib. İddiaçı daha sonra xx.xx.1997-ci il tarixli, 9/k saylı əmrə istinad edərək çalışdığını iddia edir. Həmin əmrə əsasən xx.xx.1997-xx.xx.1997-ci illərdə əmək haqqı ödəmək şərti ilə məzuniyyətə göndərilib. xx xxxxxx 1997-ci il tarixli, 39/k saylı Əmrlə iddiaçı işə çıxmadığı üçün işdən azad edilib. İddiaçı xx xxxxxx 1997-xx xxxxxx 1997-ci illərin ümumi staja daxil edilməli olmasını iddia edir və deyir ki, 1997-ci ildə 6 ay çalışıb. Halbuki bu əmrlərdən iddiaçının işlədiyi müəyyən edilmir. Əksinə, iddiaçının hansı əmək müqaviləsi əsasında işə cəlb edildiyi məlum deyil; fərz edək ki, əmək müqaviləsi bağlanıb, amma bu əmrlər İddiaçının işlədiyinə deyil, işləmədiyinə dəlil təşkil edir. Təsadüfi deyildir ki, iddiaçı işə çıxmadığına görə işdən azad edilib. İddiaçının 2000-ci ildə 10 ay 9 gün işləməsi barədə dəlili yersizdir. xx.xx.2000-ci il tarixli, İ/K saylı əmrdə iddiaçının xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilə qədər öz hesabına məzuniyyətə göndərilməsi öz əksini tapıb. xx xxxxxx 2000-ci il tarixli, İİ/K saylı əmrdə isə iddiaçının məzuniyyətdən geri çağırılması və iş icraçısı kimi işə cəlb edilməsi qeyd edilib. İddiaçı fevral ayında məzuniyyətdə olmaya-olmaya necə geri çağırılması barədə əmr verilə bilərdi? Eyni zamanda, bu əmrdən iddiaçının 10 ay işləməsi necə müəyyən edilir?! ASC-nin 1/K saylı, xx.xx.2002-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək artırılması qərara alınmıdşır. ASC-nin 5/K saylı, xx.xx.2002-ci il tarixli Əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək artırılması qərara alınmışdır. ASC-nin 9 nömrəli, xx.xx.2002-ci il tarixli Əmri ilə İddiaçının qoşquçu təyin edilməsi qərara alınmışdır. Göründüyü kimi, əmrlər arasında ziddiyyət vardır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X1 apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3990/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: -İddiaçı xx.xx.1956-cı il tarixdə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuşdur. -iddiaçı xx xxx 2016-cı il tarixdən, yəni 60 yaş tamam olan vaxtdan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb edir. -xxxx ASC -nin xx.xx.2019-cu il tarixli Arayışında göstərilmişdir ki, X8 "Qafqazenerjiquraşdırma" trestinin Abşeron quraşdırma idarəsinə xx.xx.1979-cu ildə 29/K əmrlə işə 3-cü dərəcəli çilingər qəbul edilib. xx.xx.1981-ci ildə 120/K əmrlə 4-cü dərəcə, xx.xx.1991-ci ildə 54/K əmrlə 5-ci dərəcə alıb. xx.xx.1996-cı ildə 23/K əmrlə və öz xahişi ilə işdən azad edilib. xx.xx.1997-ci ildə yenidən işə qəbul edilib. xx.xx.1997-ci ildə 39/K əmrlə və öz xahişi ilə işdən azad edilib. Müqaviləyə əsasən, 12/K əmrlə xx.xx.2000- ci ildə işə yenidən qəbul edilib. Bu dəfə müqaviləyə görə, 5-ci dərəcəli boru quraşdırıcısı işləmişdir. 24/K əmrlə 03.04 - xx.xx-2001-ci il 55/K əmrlə 01/10-xx/xx-2001-ci ilə kimi 5/K əmrlə 01/02 - xx/xx-2002-ci ildə işləmişdir. 5-ci dərəcəli boru quraşdırıcısı X8 işlədiyi peşə zərərli peşə olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların vəzifələrin və göstəricilərin siyahısını təsdiq edilməsi barədə xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarının 29-cu maddəsində polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar bəndində uyğun olduğu üçün güzəştlə təqaüdə çıxmaq hüququ qazanmışdır. X4 adı dəyişdirilərək xxxx ASC olmuşdur. -notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş əmək kitabçasına əsasən İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Qubadlı kolxozlar arası tikinti sahəsində 2-ci dərəcəli fəhlə, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək “Azenerjitəmir” zavodu Qazanxana sexinə 1-ci dərəcəli fəhlə, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixə kimi 2-ci dərəcəli fəhlə, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixə kimi 3-cü dərəcəli fəhlə, xx.xx.1979-cu il tarixdən xx.xx.1996-cı il tarixədək “Qafqazenerqomontaj” Tresti 3 dərəcəli çilingər - boru kəməri çəkən, 4-cü dərəcəli çilingər-quraşdırıcı, ikinci “stropçu” peşəsi, 5-ci dərəcəli quraşdırıcı, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək “xxxx” ASC “Santexquraşdırma” İdarəsi Ərizəsinə əsasən 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsi, xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı xxxx” MMC Cəmiyyətin Təmir-quraşdırma-inşaat sahəsinə quraşdırıcı, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “xxxx” MMC Cəmiyyətin Montaj və Quraşdırma şöbəsinə quraşdırıcı vəzifəsində işləmişdir. -xxxx ASC-nin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2019-cu il tarixli cavab məktubunda göstərilmişdir: “X5 əmək fəaliyyətinə aid aşağıdakı sənədlərin surətlərini Sizə göndəririk: xx.xx.1997-ci il 9/k №-li , xx.xx.1997-ci il tarixli 39/K №-li, xx.xx.1999-cu il, 11 №-li, xx.xx.2000-ci il tarixli 1/k №-li, xx.xx.2000-ci il tarixli 11/k №-li, xx.xx.2000-ci il tarixli 12/k №-li, xx.xx.2001-ci il tarixli 01/k №-li, xx.xx.2001-ci il tarixli 06/k №-li, xx.xx.2001-ci il tarixli 24/k №-li, xx.xx.2001-ci il tarixli 44/k №-li, xx.xx.2001-ci il tarixli 55 /k №-li, xx.xx.2002-ci il tarixli 1/k №-li, xx.xx.2002-ci il tarixli 5/k №-li , xx.xx.2002-ci il tarixli 9 №-li əmrlərin surətləri-cəmi 22 vərəqdə, 2. xx.xx.1979cu il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyətini əks etdirən kadr kartoçkalarının surətləri-3 vərəqdə; 3. 1997, 2000, 2001 və 2002-ci illər üçün əmək haqqının hesablanması cədvəllərinin surətləri- 4 vərəqədə, Eyni zamanda məhkəmənin nəzərinə çatdırırıq ki, "xxxx" ASC özəlləşmə prosesi başlandıqdan sonra fasilələrlə, qeyri-sabit işləmiş, bir neçə dəfə yerini dəyişmiş və 2011-ci ildən fəaliyyətini tam dayandırmışdır. Bu səbəbdən də, idarənin arxiv sənədlərinin böyük hissəsi itmişdir, o cümlədən 1980-ci ildən əvvəlki və 1981-1983-cü illərin kadr əmrləri, 1997-ci ildən əvvəlki əmək haqqlarının hesablanması cədvəllərinin əksəriyyəti itmişdir, kadr kartoçkaları da tam komplektdə saxlanmayıbdır”. -notarial qaydada təsdiq edilmiş NZ ******* nömrəli Hərbi Biletin surətinə əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən həqiqi hərbi xidmətə çağırılmışdır, lakin aldığı travma nəticəsində iki ay sonra ehtiyata buraxılmışdır. İddiaçı ərizə ilə xx.xx.2019-cu il tarixdə İdarəyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İdarə tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə məktub ünvanlanmışdır (xx.xx.2019-cu il tarixli məktub). Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 №-li qərarı ilə “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 217 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının və sərəncamlarının Siyahısı”nın 49-cu bəndindən də görünür ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 16 iyun tarixli 312 nömrəli Qərarı ilə qüvvədən düşmüşdür. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, iş materiallarında olan hərbi biletin, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən, “xxxx” ASC-nin arayışından və təqdim etdiyi əmrlərdən iddiaçının xx xxx 2016-cı ilədək hərbi xidməti də nəzərə alınmaqla, 25 ildən artıq (26 il 1 ay 12 gün) ümumi iş stajı mövcud olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9- cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” (kod 2140000a—18455), “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar” (kod 2290000a—14612) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” nəzərdə tutulmuşdur. İş materiallarında olan xxxx ASC-nin xx.xx.2019-cu il tarixli Arayışında iddiaçının çalışdığı boru quraşdırıcısı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş Siyahının 29-cu maddəsində polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar bəndində uyğun olması göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3990/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X9 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3990/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-806/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-806/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver