Məhkəmə qərarları › İş №2-1(103)-807/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-807/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-807/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X8 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçı və onun qanuni nümayəndəsi X2 iştirakı ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi tələbinə dair» iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8287/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladı (qızı) xx.xx.2005-ci il təvəllüdlü X3 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan iddiaçı X5 əsl iddiaçı X4 ilə əvəz olunmuşdur. İşin faktiki hallarına görə xx.xx.2005-ci il təvəllüdlü iddiaçı X1 atası məcburi köçkündür. ünvan 1 ünvanında məskunlaşmışlar. 2005-ci ildən məcburi köçkünlərə ödənilən aylıq müavinət ona da ödənilir. Ona məcburi köçkün statusunun verilməsi üçün qanuni nümayəndəsi (atası) X5 cavabdeh Komiytəyə ərizə ilə müraciət etmiş, lakin sonuncu 01/1339 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə imtina edərək bildirmişdir ki, AR Ədilyyə Nazirliyi tərəfindən aparılan hüquqi aktların dövlət reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün statusu" və onu təsdiq edən vəsiqənin verilməsinə dair “Qaydaları”nın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, imtina məktubunda göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8287/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2005-ci il təvəllüdlü X3 “məcburi köçkün statusu”nu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərparı qanunsuz və əsassızdır. Belə ki, “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələbinə görə uşaqlara məcburi köçkün statusu o halda verilir ki, valideynlərindən atası ’’məcburi köçkün” statusuna malik olsun, hər iki valideynin qeydiyyatı daimi yaşayış veri üzrə işğal olunmuş rayon (səhər) olsun, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. hər üç şərtdən biri ödənilmədiyindən, yəni iddiaçının anası X6 qeydiyyatı daimi yaşayış yeri üzrə işğaldan azad olunmuş rayon (şəhər) olmadığından onlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. işin faktiki hallarına əsasən, X1 atası X5 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 2i ünvanına yaşayış yeri üzrə qeydiyyatda olsa da, X1 anası X10 Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 52 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildiririk ki, X10 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri, eləcə də, məhkəmə iclasına gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxlması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Banuçiçək Əliyeva və onun qanuni nümayəndəsi Elçin Əliyev cavabdehin atasının məcburi köçkün statusuna malik olduğunu və onun 2005-ci ildən məcburi köçkünlərə ödənilən müavinət təyin edilərək halhazıradək ödənildiyini bildirərək bu barədə arayış məhkəməyə təqdim etmiş və birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Cavabdehöz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 23 may 2013cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə və ya fərdi indentifikasiya kartına əsasən müəyyən edilir. Qanunverixciliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iş materiallarına əsasən işin aşağıdakı faktiki halları müəyyən olunur: - Cavabdehtərəfindən verilmiş AA seriyalı, 215130 №-li məcburi köçkün vəsiqəsinin surətinə əsasən iddiaçının atası - 1977-ci ildə Cəbrayıl rayonunda doğulmuş X5 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkündür, Sabunçu rayonunda məskunlaşmışdır, 09965558 nömrəili şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, Cəbrayıl rayonu Quyçaq kənində qeydiyyatdadır. - Cəbrayıl rayon VVADQ tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 277726 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X5 ilə X10 xx.xx.2006-cı ildə nikaha daxil olmuşdur (X9 verilmiş AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətinə və onun şəxsiyyət vəsiqəsi barədə elektron məlumata əsasən müəyyən olunur ki, o, da xx.xx.1978-ci ildə Füzuli rayonunda doğulmuşdur, lakin ünvan 3 ünvanında qeydiyyatdadır). -Cəbrayıl rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 835692 №li doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, qeyd olunan nikahdan Bakı şəhərində xx.xx.2005-ci il tarixdə iddiaçı X4 doğulmuşdur. Eyni zamanda, işdən görünür ki, o, Azərbyacan Respubliksının vətəndaşlığına dair AA2680254 nömrəli şəxsiyyət vəsiqəsi də verilmişdir. - Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının Quycaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 104 №-li, xx.xx.2022-ci il tarixli arayışa əsasən isə müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X4 iddiaçı Sabunçu rayonunda müvəqqəti olaraq məskunlaşmışdır. 2006-cı ilin yanvar ayından hal-hazıra kimi vahid aylıq müavinət alanların siyahısında adı gedir. Həmin Nümayəndəliyinin hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli 34 nömərli arayışında da təsdiq olunur ki, iddiaçı B.Əliyeva xx.xx.2005-ci il tarixdən hal-hazıradək 60 manat vahid aylıq müavinət alır. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunur: 1) İddiaçı Banuçiçək Əliyevanın atası - Elçin Eliyev 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkündür. Bakı şəhəri Sabunçu rayonunda məskunlaşmış və rəsmi qeydiyyatı Cəbrayıl rayonu Qqyçaq kəndinədir; 2) Onun övladı iddiaçı Banuçiçək Əliyeva - Azərbaycan Respublikasının vətəndaşlığına dair şəxsiyyət vəsiqəsinə malikdir; 3) Banuçiçək Əliyevaya xx.xx.2005-ci il tarixdən hal-hazıradək məcburi köçkünlərə ödənilən vahid aylıq müavinət (yemək xərci) ödənilir. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinadən, iddiaçının anası X6 qeydiyyatının daimi yaşayış yeri üzrə işğaldan azad olunmuş rayon (şəhər) olmadığı əsas gətirilərək, onun - məcburi köçkün statusuna malik, işğalda olmuş Cəbrayıl rayonuna qeydiyyatı olan və Bakı şəhərində məskunlaşmış əri Elçin Əliyev ilə birgə nikahından 2005-ci ildə doğulmuş övladına - iddiaçı Banuçiçək Əliyevaya məcburi köçkün statusu verilməsini mümkün hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsasla cavabdeh tərəfindən iddiaçının məcburi köçkün statusu verilməsindən imtina etməsini Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Belə ki, işin təqiq olunan sübutlarla müəyyən edilən hallarından göründüyü kimi, iddiaçının atası Elçin Əliyevin 1993-cü ildən məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşdığı işin mübahisələndirilməyən haldır. Belə olan halda, “Qaydalar”ın 4.1.6-cı bəndi hazırkı mübahisəli hüquq münasibətlərinə tətbiq ediliyi təqdirdə iddiaçının konstitusion hüquqları pozulmuş olur . Ən azından ona görə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən: “ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir...” Konstitusiyanın qeyd olunan normalarının ehtiva etdiyi mənası baxımından yanaşdıqda, iddiaçı məcburi köçkün düşmüş atası ilə birlikdə bir ünvanda yaşamış və sonucunun onun böyüməsi və təhsil alması, bütövlükdə, ailə vəziyyətindən və şəraitindən asılı olmuşdur. Başqa sözlə, məcburi köçkün atasının vəziyyəti ondan yan keçməmiş, həyat tərzinə kifayət qədər öz təsirini göstərmişdir. Tədqiq olunan sübutlarla müəyyən edilən hallardan da göründüyü kimi, məhz qeyd olunan meyarlardan irəli gələrək dövlət tərəfindən ona da 2005-ci ildən etibarən halhazıradək məcburi köçkünlərə ödənilən müavinət ödənilir. Qeyd olunanlar baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən məcbur köçkün statusuna malik olan atası ilə birlikdə yaşayan, məktəbli və 2005-ci ildən məcburi köçkünlərə ödənilən müavinət alan övladı iddiaçı B.Əliyevaya məcbur köçkün statusu verilməsindən imtina olunması Konstitusiyaının qeyd olunan normalarının tələblərinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə də, göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina olunması qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi də məhz, qərarında qeyd olunanlar nəzərə almaqla, haqlı olaraq hesab etmişdir ki, iddiaçı X1 anası X6 ünvan 3 (cavabdeh inzibati orqanın 01/1339 №-li, xx.xx.2022-ci tarixli imtina məktubunda ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olması və X6 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik olmaması “məcburi köçkün” statusunun onun uşağına da da şamil olunmaması iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olur ki, bu da iddiaçının məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsi ilə nəticələnir. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işin hallarına və maddi hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirir. Bu baxımdan da cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8287/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvədə saxlanılmalıdır (İPM, m. 87.6.) Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8287/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar