Məhkəmə qərarları › İş №2-1(103)-807/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-807/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-807/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3839/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və onun ailə üzvlərinin Rayon İcra Hakimiyyətində ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması və Cavabdeh Başçısının 872 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamının ləğv olunması barədə Cavabdeh Başçısının 31 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamının ləğv edilməsi, İddiaçı mənzil uçotuna götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) e-2-1(112)-3839/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Yasamal RİH-in “X1 və onun ailə üzvlərin ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması və 872 nömrəli 27 sentyabr 2004-cü il tarixli sərəncamın ləğvi barədə” 31 nömrəli 01 fevral 2021-ci il tarixli sərəncamı ləğv edilmiş və İddiaçı mənzil uçotuna götürülməsi (mənzil növbəsinin onun adına dəyişdirilməsi) öhdəliyi cavabdeh Yasamal RİH-in üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunvericiliyə zidd olaraq, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassızdır və buna görə də ləğv edilməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəfat etmiş hərbi qulluqçuların mənzil növbəsi onun ailə üzvlərinin adına dəyişdirilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda, məhkəmə iddianı təmin edərkən, yəni İddiaçı mərhum atasının mənzil növbəsini iddiaçının adına keçirərkən ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilməsi və mənzil alanadək kirayə pulunun ödənilməsi barədə hər hansı münasibət bildirməmiş və qərarın nəticəsi hissəsində qeyd etməmişdir. Belə olan halda İddiaçı mənzil növbəsinə götürülməli, lakin kirayə pulu ödənilməməlidir. Məhkəmə işə birtərəfli yanaşaraq cavabdeh orqanın məhkəməyə təqdim etdiyi təsdiqedici sübutları nəzərə almamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi qanunverici orqan olan Azərbaycan Respublikasının Milli Məclisinin məktubunda qeyd edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il, 6 avqust tarixli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 174 nömrəli qərarını nəzərə almamışdır. İddiaçı tərəfindən daxil olmuş apellyasiya şikayətinə etirazda qeyd olunur: Cavabdeh inzibati orqan apellyasiya şikayətini əsaslandırarkən iki dəlil irəli sürmüşdür: 1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəfat etmiş hərbi qulluqçuların mənzil növbəsi onun ailə üzvlərinin adına dəyişdirilməsi nəzərdə tutulmamışdır. 2. Birinci instansiya məhkəməsi qərarında iddiaçının atasının mənzil növbəsini iddiaçının adına keçirərkən ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilməsi və mənzil alanadək kirayə pulunun ödənilməsi barədə hər hansı münasibət bildirilməmiş və qərarın nəticə hissəsində qeyd etməmişdir. Birinci dəlili ilə bağlı qeyd edir ki, bu hissədə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci bəndi tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi də qeyd edilən maddi hüquq normasını haqlı olaraq hazırkı işə tətbiq etmişdir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5ci bəndinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Qanunvericilikdə hərbi qulluqçu vəfat etdikdən sonra onun mənzillə təmin olunma hüququndan ailə üzvlərinin istifadəsi ilə bağlı hər hansı qadağanedici norma olmadığından hesab edir ki, iddiaçının hərbiçi olmuş mərhum atasının ölümündən sonra mənzil uçotuna alınmağını tələb etmək hüququ var. Cavabdeh inzibati orqanın ikinci dəlili ilə bağlı qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bu səbəbdən hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığında mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Qeyd edilən bənddən görünür ki, mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülmuş hərbi qulluqçulara mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini ödəmək yerli icra hakimiyyəti başçılarının vəzifə kimi müəyyən edilmişdir. Başqa sözlə, mənzil uçotuna götürülmüş hər bir şəxsin müvəqqəti mənzil kirayəsi xərclərini yerli icra hakimiyyəti başçılarından almaq hüququ vardır, müvafiq qaydada tələb edildiyi halda bu hüquq təmin edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanılması xahiş edilir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Cavabdeh Başçısının 872 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə atanız X3 yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüşdür. xx.xx.2019-cu il tarixində Bayramov Məhərrəm vəfat etdiyindən Cavabdeh Başçısının 31 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən o və onun ailə üzvləri rayon İcra Hakimiyyətində ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 872 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamı ləğv olunmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə mənzil kirayə haqlarının ödənilməsi nəzərdə tutulmadığından qeyd olunan məsələ ilə əlaqədar xahişinizin yerinə yetirilməsi mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Cavabdeh Başçısının 872 nömrəli xx.xx.2004-cü il tarixli “M.İ.Bayramovun “ehtiyatda olan zabit” kimi güzəştli mənzil uçotuna götürülməsi haqqında” Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, X3 3 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu) güzəştli mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlər siyahısına daxil edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Cavabdeh Başçısının 31 nömrəli xx.xx.2021-ci il tarixli “Cavabdeh Başçısının 872 nömrəli, xx.xx.2004-cü il tarixli Sərəncamının ləğv edilməsi haqqında” Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Başçısının 872 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə vətəndaş X3 yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüşdür və mənzil-uçot siyahısına daxil edilmişdir. xx.xx.2019-cu il tarixli 1055 №-li akta əsasən X3 vəfat etdiyindən onun və ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçularının güzəştli mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq X3 və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 872 nömrəli, xx.xx.2004-cü il tarixli Sərəncamı ləğv olunmuşdur. İş materiallarında olan Culfa rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu ildə verilmiş AZ-İ seriyalı 332640 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu ildə Təbriz şəhərində ölmüşdür. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu ildə verilmiş AZ-İİ seriyalı 018284 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Culfa rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 163831 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci ildə Culfa şəhərində anadan olmuşdur, atası X3, anası X4r. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun: 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. 12-ci maddəsinin 10-cu hissəsinə əsasən hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. 21-ci maddəsinin 5-ci hissəsinə əsaən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı atası X3 Bakı şəhəri Cavabdeh Başçısının 872 nömrəli xx.xx.2004-cü il tarixli Sərəncamına əsasən 3 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu) güzəştli mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlər siyahısına daxil edilmişdir. Lakin iddiaçının atası X3 xx.xx.2019-cu ildə vəfat etdiyindən Bakı şəhəri Cavabdeh Başçısının 31 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən o və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 872 nömrəli, xx.xx.2004-cü il tarixli Sərəncamı ləğv olunmuşdur. Hazırda iddiaçı cavabdehə müraciət edərək, Cavabdeh Başçısının 31 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamının ləğv edilməsi və mənzil növbəsinin onun adına dəyişdirilməsini xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Məhkəmə kollegiyası qeyd edir ki, X3 Bakı şəhəri Cavabdeh Başçısının 872 nömrəli xx.xx.2004-cü il tarixli Sərəncamına əsasən güzəştli mənzil uçotuna götürülərkən onun arvadı X5 və oğlu (iddiaçı) İddiaçı da ailə üzvü kimi onunla birlikdə mənzil uçotuna götürülmüşdür. X3 və X5 vəfat etmişlər. Cavabdeh inzibati orqan Bakı şəhəri Yasamal RİH tərəfindən “X1 və onun ailə üzvlərin ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması və 872 nömrəli 27 sentyabr 2004-cü il tarixli sərəncamın ləğvi barədə” 1 fevral 2021-ci il tarixli 31 nömrəli sərəncamın qəbulu üzrə inzibati icraata marağına toxunulan şəxs kimi hazırkı İddiaçı cəlb olunmamış və onun dinlənilmə hüququ təmin edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. İş materiallarında olan sənədlərdən isə görünür ki, xx.xx.2004-cü il tarixli sərəncam inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş, bununla bağlı cavabdeh orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun hər hansı inzibati icraat aparılmamış, iddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməmiş, onun dinlənilmə hüququ təmin edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin tələbinə görə ailə tərkibi ilə mənzil növbəsinə götürülmüş ehtiyatda olan hərbi qulluqçunun vəfat etməsi həmin tərkibə daxil olan şəxsin də mənzil növbəsindən çıxarılmasını şərtləndirmir, həmin şəxsin məhrum hərbi qulluqçunun ailə üzvü kimi istifadə etdiyi güzəşt, o cümlədən mənzil növbəsi, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmadıqda, saxlanılır. Qanunvericilikdə digər müvafiq hal nəzərdə tutulmadığından, İddiaçı atasının vəfatından sonra ailə üzvü kimi mənzil növbəsi saxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı iddiasında onun mənzil növbəsinə götürülməsini tələb etsə də, o, mahiyyətcə mənzil növbəsinin öz adına dəyişdirilməsini arzulayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3839/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar