Məhkəmə qərarları › İş №2-1(103)-808/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-808/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-808/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edənxxxxməruzəçi), X5xxxxX2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏməkxxxxƏhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4039/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏməkxxxxƏhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam olduğu xx xxxx 2018-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1966-cı il tarixdə doğulmuşdur. Diplomunun, hərbi biletininxxxxəmək kitabçasının surətlərindən görünür ki, xx xxxxxxx 1983-cü il tarixdən xx xxx 1984-cü il tarixinədək Bakı şəhəri 29 saylı texniki-peşə məktəbində təhsil almış, xx xxx 1984-cü il tarixdən xx xxxx 1986-cı il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx xxxx 1986-cı il tarixinədək xx xxxxx 1988-ci il tarixinədək Ordubad rayonu M.Qorki adına sovxozda fəhlə vəzifəsində, xx xxxxx 1988-ci il tarixdən xx xxxx 1990-cı il tarixinədək Kaluqa şəhərində İxtisaslaşmış Quraşdırma-tənzimləmə İdarəsində elektrik-qaz qaynaqçısı vəzifəsində, xx xxx 1990-cı il tarixdən xx xxxxxx 1990-cı il tarixinədək “Şelf-1” üzən qazma qurğusunda elektrik-qaz qaynaqçısı vəzifəsində, xx xxxxxx 1990-cı il tarixdən xx xxxxx 1992-ci il tarixinədək həmin qurğuda elektrik montyoru (1 saylı siyahı üzrə kod: 1100000a19861) vəzifəsində, xx xxxxx 1992-ci il tarixdən xx xxxx 1996-cı il tarixinədək “Şelf-5” üzən qazma qurğusunda elektrik montyoru (1 saylı siyahı üzrə kod: 1100000a-19861) vəzifəsində, xx xxxx 1996-cı il tarixdən xx xxxxx 1996-cı il tarixinədək “Şelf-1” qurğusunda takelajçı vəzifəsində, xx xxxxx 1996-cı il tarixdən xx xxxxxx 1998-ci il tarixinədək “Şelf-5” qurğusunda elektrik montyoru (1 saylı siyahı üzrə kod : 1100000a-19861) vəzifəsində, xx xxxx 1998-ci il tarixdən xx xxxxxx 1999-cu il tarixinədək “Xəzər Qazma Şirkəti”nin “İstiqlal” qurğusunda takelajçı vəzifəsində işləmiş, xx xxxxxx 1999-cu il tarixdən bu günə kimi həmin qurğuda elektrik montyoru (1 saylı siyahı üzrə kod: 1100000a-19861) vəzifəsində işləyir. xx xxxxxx 2006-cı il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 24 il 4 ay 17 gün (tələb olunan 20 ildən artıq) təşkil etmişxxxxhəmin staj illərinin 15 il 18 gün (10ildən artıq) müddətini güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Bununla da, 52 yaşı tamam oldğu xx xxxx 2018-ci il tarixdən güzəştli şərtlərə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası ƏməkxxxxƏhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişxxxxetirazını onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi peşələrdən “qazma qurğusunda elektrik-qaz qaynaqçısı” , “takelajçı”, “elektrik”xxxx“böyük elektrik” peşələri yuxarıda qeyd edilən Qərarda mövcud deyldir. Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüuquna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlanmışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir.Hesab edirlər ki, iddiaçının istinad etdiyi Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında ümumiyyətlə iddiaçının işləmiş olduğu peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısında mövcud deyildir. İddiaçının əmək kitabçasındaxxxxişləmiş olduğu yerlərdən verilmiş arayışlarda göstərilən peşələr Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında iddiaçının işləmiş olduğu peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısında mövcud deyildir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4039/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏməkxxxxƏhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini etirazına uyğun əsaslandırıb məhkəmənin həmin qərarının ləğv edilməsinixxxxiddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməiclasındaiştirakedəniddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəməiclasının yerixxxxvaxtı barədə məlumat verilmiş cavabdeh məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddindəxxxxhüquqi məsələlər, habelə sübutlarxxxxfaktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini)xxxxfaktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. O, xx.xx.1984-cü il tarixdən, xx.xx.1986-cı il tarixədək keçmiş Sovet ordusunda xidmət etmiş, xx.xx.1983-cü il tarixdən xx xxx 1984-cü il tarixədək Bakı şəhəri 29 saylı texniki peşə məktəbində təhsil almış, buna dair Г seriyalı, 607834 nömrəli Azərbaycan SSR Dövlət X12 Komitəsi tərəfindən diplom verilmişdir. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərlixxxxxüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrinxxxxgöstəricilərin 1 nömrəli Siyahısı”sına daxil olan vəzifələrdə çalışmışdır ( kod 1100000a-19861). Hazırda o, 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh orqan isə sənədlərin əslinin tam şəkildə təqdim edilməməsi əsası ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğunuxxxxhəmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyini, həmçinin xx.xx.2018-ci il tarixdə 52 yaşı tamam olduğunu əsas götürüb “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olduğu qənaətinə gəlib iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmişxxxxöz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyəxxxxqanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşaxxxxstaja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinəxxxxhəmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrindəxxxx90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası ƏməkxxxxƏhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklərxxxxəlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: «a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: - xx xxxxxx 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; - xx xxxxxx 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; - xx xxxxxx 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; - xx xxxxxx 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. Qanunvericiliyin tələbinə görə, xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatdığından güzəştli şərtlərlə pensiya təyin olunması barədə qərar qəbul edilərkən şəxsin xüsusi əmək stajının müddətixxxxzəruri staja malik olmasının hüquqi nəticələrini müəyyən edən zaman qüvvədə olan qanunvericilik normalarının tələbləri nəzərə alınmalıdır. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundanxxxxhəmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin xx.xx.2017-ci il tarixdə 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Bundan əlavə, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmişxxxxxx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdəxxxxkadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbsdə kadr hazırlayan kurslarda, ixtisasartırmaxxxxyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturadaxxxxklinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hansı vaxtdan pensiya təyin edilməsindənxxxxpensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməldir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının işləmiş olduğu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda nəzərdə tutulmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası, ARDNŞ “X10 Tresti” tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, SOCAR**********80020115X00280 nömrəli arxiv arayışı, “X7 LTD” tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışlarla təkzib olunur. Belə ki, iddiaçının “Kasmorneftqaz”xxxx“Xəzər Qazma Şirkəti”ndə işləmiş olduğu elektrik, böyük elektrik, elektrik montyoruxxxxelektrik qaz qaynaqçısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərlixxxxxüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrinxxxxgöstəricilərin 1 nömrəli Siyahısı”sında nəzərdə tutulan bilavasitə buruqlarda elektrik avadanlıqların təmirixxxxxidməti ilə məşğul olan elektrik montyorları kimi 1100000a-19861 kodu ilə öz əksini tapmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe qanunixxxxəsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraqxxxxAzərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94xxxx99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4039/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar