Məhkəmə qərarları › İş №2-1(103)-808/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-808/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-808/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “müvafiq müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “müvafiq müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-10816/2021 saylı 11 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5753/2020 saylı 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə xəbərsiz itkin düşmüş hesab edilmiş 13 iyul 1949-cu il təvəllüdlü qardaşı X4 əmlakının idarə olunması üçün iddiaçı ilə müvafiq müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 5753/2020 saylı 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının qardaşı 13 iyul 1949-cu il təvəllüdlü X8 xəbərsiz itkin düşmüş hesab edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Mərhumun ailəsi olmamış, iddiaçı ilə ailədə iki qardaş olmuşlar, valideynləri vəfat etmişdir. Mərhum qardaşının adına olan pensiya kartında qalan pulun alınması üçün iddiaçıdan səlahiyyət verən sənəd tələb olunur. Lakin qanun üzrə vərəsəlik şəxsin ölməsi ilə açıldıgından hesab edir ki, ona vərəsəlik şəhadətnaməsi verilə bilməz. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası tamamilə əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-10816/2021 saylı 11 noyabr 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh onun tələbi ilə əlaqədar müqavilə bağlamamaqla və bunun üçün ondan vərəsəlik şəhadətnaməsi istəməklə aşkar qanunsuz hərəkət və hərəkətsizlik nümayiş etdirmişdir. Birinci instansiya məhkəməsi isə bu hala diqqət yetirmədən iddianı mümkün saymamışdır. Tərəflərin izahatları 02.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhər Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı tələbi “Yasamal rayon Məhkəməsinin qətnaməsinə istinad edərək itkin düşmüş qardaşı Azər Hacıyevin pensiya kartında olan məbləği ala bilməsi üçün onunla müvafiq müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət emiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22.09.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, onun müraciətinə qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim edildikdən sonra baxıla bilər. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası mümkün sayılmamışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən məcburetmə haqqında iddianın qaldırılması üçün inzibati orqanın öhdəliyinin qanunla müəyyən olunmuş hüdudlar daxilində həyata keçirilib-keçirilməməsinin yoxlanılmasından əvvəl müvafiq prosedur qaydalarına əməl edilməməsinə istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadda qeyd olunan əsasla iddianı mümkün saymaması barədə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 5753/2020 saylı 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə 13.07.1949-cu il təvəllüdlü X8 xəbərsiz itkin düşmüş hesab edilmiş, sözügedən qətnamə 11.01.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. İddiaçı tərəfindən təqdim edilmiş 293418 saylı 25.07.1939-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 aralasında 25.07.1939-cu il tarixdə nikah bağlanmışdır. Bakı şəhəri Yasamal VVADQ şöbəsinin arayışından görünür ki, 1949-cu il təvəllüdlü X4 atası X5, anası X1r. Həmçinin iddiaçıya məxsus İ-JQ seriyalı 362057 saylı 24.04.1972-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, onun atası Hacıyev Şəfəq Ağa Əli oğlu, anası X1r. İİ-İE seriyalı 06.12.1965-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 27.02.1962-ci ildə vəfat etmişdir. AZ-İ seriyalı 146620 saylı 29.04.2005-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 22.04.2005-ci il tarixdə vəfat etmişdir. 10.03.2017-ci il tarixli aktın məzmunundan görünür ki, Azər Hacıyevin ailəsi yoxdur, o, qardaşı İddiaçılə bir evdə yaşayır, ona Əjdər və onun ailəsi baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Sadalanan maddi hüquq normasının məzmunundan görünür ki, qanunvericilikdə xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı həmin şəxsin qanuni vərəsələrinə verilmişdir. Hazırki işdə iddiaçının itkin düşmüş qardaşı 13.07.1949-cu il təvəllüdlü X4 yeganə qanuni vərəsəsi olduğu müəyyən olunur. Qanuni vərəsə olaraq iddiaçı itkin düşmüş qardaşı Azər Hacıyevin pensiya kartında olan məbləği ala bilməsi üçün onunla müvafiq müqavilənin bağlanması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin yalnız tərəfindən vərəsəlik şəhadətnaməsinin təqdim olunacağı təqdirdə baxılacağını bildirmişdir. Halbuki qanunvericilikdə iddiaçının onunla bağlanmasını tələb etdiyi növdə müqavilənin bağlanması üçün məhz vərəsəlik şəhadətnaməsinin təqdim olunması nəzərdə tutulmamışdır. Qanun bu halda müraciət etmə hüququnun “qanuni vərəsələr”də olmasını nəzərdə tutmuşdur ki, bu zaman da iddiaçının itkin düşmüş şəxsin məhz qanuni vərəsəsi olduğu cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.2-ci maddələrində birinci və ikinci növbədə vərəsələrin kimlər olması konkret olaraq göstərilmişdir. Hazırki halda itkin düşmüş şəxsə münasibətdə onun birinci növbəli vərəsəsi olmadığı üçün, iddiaçı (itkin düşmüş şəxsin qardaşı) onun ikinci dərəcəli vərəsəsi kimi qəbul edilib, müraciətinə cavabdeh tərəfindən baxılmalı idi. Həmçinin apellyasiya baxışı zamanı iddiaçı qardaşının ondan başqa ailə üzvünün olmadığını, valideynlərinin vəfat etdiyini və başqa bacı-qardaşlarının da olmadığını bildirmişdir. Belə olan halda işə baxmış məhkəmə tərəfindən qeyd edilən hallar araşdırılmalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 11.11.2021-ci il tarixli qərardad Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-10816/2021 saylı 11 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar