Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-808/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: arayşın verilməsi) (İş № 2-N(N03)-808/2023) Bakı şəhəri N8 aprel 2023-cü il Giriş hissə: Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(NN2)- 78N6/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məxsus “ASAN N “tərəfindən xx.xx.20N3-cü il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.N962-ci ildə Quba şəhərində doğulmuş İddiaçı ünvan N ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/2-229 № arxiv arayışında (surətində) qeyd olunmuşdur ki, Səbail RHK-dan toplanışa çağırılmış, N962-ci il təvəllüdlü X2 N №-li hərbi hrsə komandirinin 29 dekabr N993-cü il tarixli 363 №-li əmrilə (əsas: səh.-400, §N3, sıra- 25; qeyd: əmrdə adı “Zeynalabdin” yazılmışdır) xx.xx.N993-cü il tarixdən 6 MATun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin N5 fevral N994-cü il tarixli 46 №-li əmrində (əsas: səh.-2N5, §N5, sıra79; qeyd: əmrdə adı “Zeynalabdin” yazılmış, atasının adı yazılmamışdır) yaralanaraq hərbi hospitala göndərildiyi üçün 6 MATun hərbi qulluqçusu Zeynalabdin Dadaşovun qazan təminatından çıxarılması barədə məlumat vardır. 30 (otuz) yaş və yuxarı yaş hədli, hərbi hissəni özbaşına tərk etmiş, Səbail RHK- dan çağırılmış, N962-ci il təvəllüdlü X3 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli müvafiq Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin N sentyabr N995-ci il tarixli 273 №-li əmrilə (əsas: səh.-N92, §9, sıra-233; qeyd: əmrdə adı “Zeynaladdin” yazılmışdır) 3C.09.N995-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin mart-iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin N994-cü il tarixli əsgər heyətinə “pul paylama cədvəlləri” Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır İddiaçının hazırki tələblə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə olunmuş müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının N638 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə ona (nümayəndəsinə) təqdim olunmuş XN N994-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında (N45 №-li Hərbi Poliklinikada) müayinədə olması haqqında xx.xx.N994-cü il tarixli 3223 №-li mayinə vərəqinin təsdiq olunmuş surətindən görünür ki, N993-cü ilin dekabr ayında Səbail RHK-dan 702 saylı hərbi-hissəyə göndərilmiş XN aldığı (xx.xx.N994-cü ildə) güllə yarası ilə əlaqədar Hərbi Həkim Komissiyası belə qərara gəlmişdir ki, “30 gün müddətinə xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək məzuniyyətə zərurət vardır; Bəli yaralanmışdır, Azərbaycan Respublikasının müdafiəsi zamaı alınmışdır”. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.N994-cü il tarixdə aldığı yaralanmanın ağırlıq dərəcəsi haqqında arayışın verilməsi təmin olunmamışdır. İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra, cavabdeh) qarşı “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, xx.xx.N994-cü il tarixdə hərbi xidmət dövründə aldığı travmanın ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N993-cü ilin noyabr ayında hərbi xidmətə çağırılaraq, N №-li hərbi hissəyə göndərilmiş, xx.xx.N994-cü il tarixdə döyüş vaxtı yaralanmış, xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək XN0 Xəstəxanasında müalicədə olmuş, xx.xx.N994-cü il tarixdə Müdafiə Nazirliyinin Poliklinikasında şəhadətləndirilmiş və ona xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək 30 gün müddətinə xəstəliyə görə məzuniyyət verilmişdir. Lakin ona hərbi xidmət dövrü xx.xx.N994-cü il tarixdə aldığı yaralanmanın ağırlıq dərəcəsi haqqında arayış verilməmişdir. xx.xx.N994-cü il tarixdə aldığı yaralanmanın ağırlıq dərəcəsi haqqında arayışın verilməsi üçün Müdafiə Nazirliyinin müvafiq qurumuna göstəriş verilməsi xahişi ilə o, cavabdehə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli NN/203N №li iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinin cavablandırılmamasını qeyd etsə də, Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli N6/38 №-li məktubu ilə cavab verilmişdir. İnzibati iş materiallarından da görmək olar ki, iddiaçı N994- cü il tarixdə şəhadətləndirilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.N994-cü il tarixli 3223 №-li arayışı verilmişdir. Həmçinin iddia ərizəsinə əlavə olumuş digər arayışda da qeyd olunmuşdur ki, (rus dilində yazılmışdır ki, “ Больной проконсультирован с врачом и главным хирургом ... повреждение органов шеи не выявлено”), yəni “ xəstə, həkim və baş cərrah tərəfindən konsultasiya edilib ... boyun orqanları zədələnməyib”. Onu da qeyd etmək lazımdır ki, iddiaçı hərbi qulluqçu olmadığından, qeydiyyatda olduğu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və ya bölməsinə müraciət etməli və həmin qurumun göndərişi əsasında şəhadətləndirilməyə göndərilməlidir. Cavabdeh və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ayrı qurum olduqlarından Müdafiə Nazirliyi öz səlahiyyətlərinə aid olmadığı məsələlərə görə cavabdehlik daşıya bilməz. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-N(NN2)-78N6/2022 qərarı ilə (sədrlik edən hakim Nəriman Abıyev) iddia təmin olunaraq, iddiaçının xx.xx.N994-cü il tarixdə aldığı xəsarətin ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikaytinin dəlilləri Cavabdeh apellyasiya şikayətini – iddiaya etirazda göstərilən qaydada əsaslandırmış, həmçinin qərarın əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, imtinanın əsaslı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Şifahi məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinə uyğun izahat vermiş, şikayətin rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: İPM-in 8N.N-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.N-ci maddəsi) verilmiş, formal baxımından lazımı qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2-ci və 85.3-cü maddələri). «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N0 aprel 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). İlkin olaraq qeyd edilməlidir ki, İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə cavab verilməmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Mahiyyət baxımından apellyasiya şikayəti uğursuzdur. Birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/2-229 № arxiv arayışında (surətində) qeyd olunmuşdur ki, Səbail RHK-dan toplanışa çağırılmış, N962-ci il təvəllüdlü X2 N №-li hərbi hrsə komandirinin 29 dekabr N993-cü il tarixli 363 №-li əmrilə (əsas: səh.- 400, §N3, sıra- 25; qeyd: əmrdə adı “Zeynalabdin” yazılmışdır) xx.xx.N993-cü il tarixdən 6 MATun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin N5 fevral N994-cü il tarixli 46 №-li əmrində (əsas: səh.-2N5, §N5, sıra79; qeyd: əmrdə adı “Zeynalabdin” yazılmış, atasının adı yazılmamışdır) yaralanaraq hərbi hospitala göndərildiyi üçün 6 MAT-un hərbi qulluqçusu Zeynalabdin Dadaşovun qazan təminatından çıxarılması barədə məlumat vardır. 30 (otuz) yaş və yuxarı yaş hədli, hərbi hissəni özbaşına tərk etmiş, Səbail RHK- dan çağırılmış, N962-ci il təvəllüdlü X3 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli müvafiq Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin N sentyabr N995-ci il tarixli 273 №-li əmrilə (əsas: səh.-N92, §9, sıra-233; qeyd: əmrdə adı “Zeynaladdin” yazılmışdır) 3C.09.N995-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin mart-iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin N994-cü il tarixli əsgər heyətinə “pul paylama cədvəlləri” Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. İddiaçının hazırki tələblə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə olunmuş müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının N638 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə ona (nümayəndəsinə) təqdim olunmuş XN N994-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında (N45 №-li Hərbi Poliklinikada) müayinədə olması haqqında xx.xx.N994-cü il tarixli 3223 №-li mayinə vərəqinin təsdiq olunmuş surətindən görünür ki, N993-cü ilin dekabr ayında Səbail RHK-dan 702 saylı hərbi-hissəyə göndərilmiş XN aldığı (xx.xx.N994-cü ildə) güllə yarası ilə əlaqədar Hərbi Həkim Komissiyası belə qərara gəlmişdir ki, “30 gün müddətinə xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək məzuniyyətə zərurət vardır; Bəli yaralanmışdır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.N994-cü il tarixdə aldığı yaralanmanın ağırlıq dərəcəsi haqqında arayışın verilməsi təmin olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışa qədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. Həmin Qanunun 27.N.9-cu maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər toplanışlar keçərkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə Ümumi müddəalar: Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. N.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.3 Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Cavabdeh və bu Əsasnamənin N.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Əsasnamədən göründüyü kimi travma haqqında arayış vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilir. Beləliklə, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.N993-cü ildən xx.xx.N995-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N №-li hərbi hissədə xidmət aparmış, xx.xx.N994-cü ildə xidmət zamanı yaralanmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı xəsarət aldığı zaman hərbiçi kimi xidmət etdiyindən travma haqqında arayış da Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun İnzibati icraat haqqında” Qanunun N2.N-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun N2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun N5.N-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun N5.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.N-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda isə, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in NN0.N-ci maddəsinə əsasən həll olunur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.N, 68, 69, 8N-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(NN2)-78N6/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2-1(103)-808/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-808/2023
18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver