Məhkəmə qərarları › İş №2-1(103)-808/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-808/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-808/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5856/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, daha sonra, iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əmək pensiyasının ilkin təyin edilən hesablamasına uyğun olaraq əmək fəaliyyətinin son 24 ayının əmək haqqı məbləğinin 80 faizi üzrə yenidən hesablanması və pensiyadan tutulmuş məbləğlərin bir dəfəyə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “2000 – 2019-cu illərdə hakim vəzifəsində çalışmış, 2019-cu ilin iyul ayında 65 yaşının tamam olması ilə əlaqədar 19 il 3 ay 28 gün hakim kimi iş stajı ilə «Əmək pensiyaları haqqında» Qanunun 20.7-ci maddəsinə əsasən əmək fəaliyyətinin son 24 ayı üzrə əmək haqqı nəzərə alınmaqla əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş və sonuncuya təqdim etdiyi sənədlər əsasında ona son 24 ayın orta əmək haqqının 80 faizi məbləğində əmək pensiyası təyin olunmuş və o, 2020, 2021 və 2022-ci ilin mart ayınadək həmin pensiyanı almışdır. Lakin sonradan pensiyasının azaldığını görüb 28 fevral 2022-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək səbəbi barədə arayış verilməsini xahiş etmiş, may ayının ortalarında özünü DSMF-nin əməkdaşı kimi təqdim edən şəxs telefonla zəng vuraraq heç bir açıqlama vermədən 5 illik əmək haqqı barədə sənədlərin keçmiş iş yerindən alınaraq, həmin quruma təqdim edilməsinin zəruri olduğunu bildirmiş, 6 fevral 2022-ci il tarixdə “DOST” Xidmətinə gedərək sorğuya cavab almadığını bildirdikdə isə ona Filialın bir məktubu təqdim edilmiş, lakin həmin məktubda da onun müraciətinə mahiyyəti üzrə cavab verilməmişdir. Yenidən 17 iyun 2022-ci il tarixdə poçt vasitəsilə Mərkəzi Filiala göndərdiyi daha bir şikayətinə 30 iyun 2022-ci il tarixli məktubla əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar müvafiq məlumatların əldə edilməsi üçün aidiyyatı üzrə sorğu verildiyini və pensiyasının yenidən hesablanması məsələsinə baxılacağı bildirilmişdir. Mərkəzi Filialının ona ünvanlanmış 13 dekabr 2022-ci il tarixli cavab məktubunda Bakı Apellyasiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 31/153 saylı məktubu ilə Filiala göndərilmiş əmək haqqı barədə arayışa əsasən əmək pensiyası yenidən hesablanarkən nəzərə alınan orta aylıq əmək haqqının «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 19 il 3 ay 28 gün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (4.007,25) manat, 80 faizi 3.205,80 manat təklif etdiyi, həmçinin vəzifə maaşlarının 1 iyul 2022-ci il tarixdən artması ilə bağlı pensiyada aparılan hesablamalar göstərilmişdir. Lakin əmək fəaliyyətinin son 24 ayının əmək haqqı barədə sənədləri təqdim etdiyi halda, hansısa səbəbdən ziyanına olan 60 ayın əmək haqqı barədə sənədlərin istənilməsinə, aldığı pensiyada tutulmalar aparılmaqla azaldılmasının səbəbinə, o cümlədən ona ilkin olaraq hakim fəaliyyətinin son 24 ayının əmək haqqı üzrə pensiya təyin olunduğu halda, niyə yenidən 5 ilin əmək haqqı barədə sənədlər özbaşına qanun pozuntusu ilə tələb olunaraq ziyanına olan yeni hesablanmanın aparılmasına aydınlıq gətirilməmişdir . Halbuki, «Əmək pensiyaları haqqında» Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyalarından artıq ödəmələrin tutulması əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılıq olmadıqda məhkəmə qaydasında tutulur. Cavabdeh inzibati orqan qanunun bu normasının tələblərini pozaraq nə ona məlumat vermiş, nə də ki, məhkəməyə müraciət etmişdir. Bu əsasda inzibati orqanın hərəkət və qərarı qanuna zidd olmuşdur. Ona görə də ləğv edilərək ilkin vəziyyətə gətirilməlidir. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 20.2, 67.1, 67.2, 79.3cü maddələrinə, İPM-in 2.2, 32, 34-cü maddələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır.” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçıya 31 dekabr 2019-cu il tarixdən sabiq hakim kimi yaşa görə pensiya təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 31/153 nömrəli məktubu ilə Mərkəzi Filiala ünvanlanmış onun əmək haqqı barədə arayışa əsasən əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, 31 dekabr 2019-cu il tarixdə onun vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1.781 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 801,45 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 445,25 manat, bir aylıq vəzifə maaşı miqdarında əlavədən hesablanan pul təminatı 118,73 manat (son 60 ay ərzində cəmi 4 ay aldığı üçün 1.781 x 4 / 60), digər növ əlavələr 860,82 manat olmaqla orta aylıq əmək haqqı 4.007,25 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 19 il 3 ay 28 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (4.007,25 manat) 80 faizi – 3.205,80 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən 31 dekabr 2019-cu il tarixdən 30 iyun 2022-ci il tarixədək olan dövr ərzində ona ümumilikdə 96.277,41 manat ödənilməli olduğu halda, 95.180,70 manat ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində iddiaçıya 1.096,71 manat əskik pul vəsaiti ödənilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən onun vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2.556 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1.150,20 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 639 manat, bir aylıq vəzifə maaşı miqdarında əlavədən hesablanan pul təminatı 170,40 manat (son 60 ay ərzində cəmi 4 ay aldığı üçün 2.556 x 4 / 60), digər növ əlavələr 1.235,40 manat olmaqla orta aylıq əmək haqqı 5.751 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 19 il 3 ay 28 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (5.751 manat) 80 faizi – 4.600,80 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən 1 iyul 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək olan dövr ərzində pensiyaçı sabiq hakimlərin orta aylıq əmək haqlarının hesablanması zamanı vəzifə maaşında artımlar tətbiq edilmədiyi üçün həmin dövr üzrə ona ümumilikdə 13.802,40 manat ödənilməli olduğu halda, 9.456,96 manat ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində iddiaçıya 4.345,44 manat fərq məbləği hesablanmışdır. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 5.442,15 (1.096,71 + 4.345,44) manat pul vəsaiti cari ilin oktyabr ayından etibarən hissə-hissə (hər ay 1.814,05 manat) iddiaçının pensiyasının (4.600,80 manat) üzərinə əlavə olunmaqla (1.814,05 + 4.600,80 = 6.414,85 manat) müvafiq kart hesabına köçürülür. 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla adıçəkilən şəxsə «Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 460,08 manat maddi yardım ödənilir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5856/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əmək pensiyasının ilkin təyin edilən hesablamaya uyğun – əmək fəaliyyətinin son 24 ayının əmək haqqı məbləğinin 80 faizi üzrə yenidən hesablanması və pensiyadan tutulmuş məbləğlərin ona qaytarılması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qərarın əsassız olduğu bildirilərək iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış, əlavə olaraq aşağıdakılar göstərilmişdir: ““İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib-ödənilmədiyini yoxlasınlar. Başqa sözlə, qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda hesab edirik ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Əlavə olaraq bildiririk ki, inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhimizə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra tərəfimizdən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni əleyhimizə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab edirik ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır.» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, İddiaçı isə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslarla cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından, o cümlədən pensiya işinə dair sənədlərin surətlərinə əsasən müəyyən olunur ki, 19 il 3 ay 28 gün hakim stajına malik olan iddiaçıya ilkin olaraq ərizəsinə əsasən sabiq hakim kimi cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli (№**********4) xx.xx.2019-cu il tarixdən 4036,92 manat orta aylıq əmək haqqının 80 faizi məbləğində 3229,54 manat yaşa görə əmək pensiyası təyin edilmişdir və bu hazırda işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən hallarından isə göründüyü kimi, cavabdeh tərəfindən 2022ci ilin mart ayından iddiaçının müvafiq ərizəsi olmadan, onun hakim işlədiyi dövrün ardıcıl gələn 5 ilinin (60 ayının) orta aylıq əmək haqqı barədə məlumatlar əldə etməklə pensiyası yenidən hesablanması nəticəsində pensiyasında baş verən azalmalarla bağlı cavabdehə ünvanlanmış müraciətləri müsbət nəticə verməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh orqanın nə iddia ərizəsinə etirazında, nə də apellyasiya şikayətində mübahisələnidirilən məsələyə münasibət bildirməmiş, qeyd olunan faktiki hərəkətlərinə aydınlıq gətirilməsindən yayınmışdır. Halbuki, “Əmək pensiyaları haqqında» Azərbaycan respublikası Qanunun: 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları orta aylıq əmək haqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər... Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır... Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir... Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, əmək pensiyası, birincisi, şəxsin ərizəsi əsasında təyin olunur. O cümlədən, hakimilərə onların seçimi üzrə hakim kimi əmək fəaliyyətinin son 24 ayı və ya ardıcıl gələn 60 ayı üzrə, orta aylıq əmək haqqından təyin edilir. İş materiallarından da məhz görünür ki, iddiaçı qanunvericiliklə müəyyən olunan seçim hüququndan istifadə edərək sabiq hakim kimi son 24 ayın əmək haqqınının orta aylıq məbləğindən 80 faizi məbləğində pensiya təyin olunmasını cavabdehdən xahiş etmiş, sonuncu tərəfindən də məhz onun ərizəsinə müvafiq qərar qəbul olunmuş və 2 ildən də çox bu qayda ilə ona pensiya ödənildiyi halda qanunvericiliyin qeyd olunan tələblərindən kənarlaşmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «…Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddisosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.” Eyni zamanda, “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Göründüyü kimi, hakimlərin maddi təminatı (o cümlədən, pensiya təminatı) onların müstəqilliyinin əsas elementlərindən biridir və faaliyyət göstərdikləri dövrdə hakimin təminatının yüksək olması onun müstəqilliyinin göstəricisi kimi qəbul edilir. Beləliklə də, qeyd olunanlar nəzərə alınmaqla, cavabdeh tərəfindən iddiaçının pensiya qanunvericiliyi ilə qorunan hüquqularının pozulduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iddianı təmin etməklə işin hallarına, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun nəticəyə gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən, habelə, mahiyyətə aid olmayan formal xarakterli dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5856/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5856/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar