Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-808/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin N9 avqust 2024-cü il tarixli, 2-N(NN2)- N970/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı N987-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, N989-cu il tarixə qədər Sovet ordusu sıralarında xidmət etmişdir. N987-ci ildə N nömrəli hərbi hissənin nəzdində “topçu” ixtisası üzrə 2 aylıq kurslarda iştirak etmiş, sonradan həmin hərbi hissədə sürücü olaraq xidmətini davam etdirmişdir. N9 noyabr N993-ci il tarixdə Yasamal Rayon Hərbi Komissarlığı tərəfindən ehtiyatda olan əsgər kimi erməni təcavüzünə qarşı döyüşlərdə iştirak etmək üçün hərbi xidmətə çağırılmış, əvvəlcə N saylı hərbi hissədə, dekabr ayında isə N saylı hərbi hissəyə keçirilərək erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli N9N3 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.N993-cü tarixindən sonrakı xidməti əmrlərlə təsdiqlənməmiş və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi”nə dair iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin N9 avqust 2024-cü il tarixli, 2-N(NN2)-N970/2024 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi öz qərarında “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə istinad etmişdir. Belə ki, həmin Qanunun 3-cü maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maraqlı olan haldır ki, birinci instansiya məhkəməsi öz qərarında bu normanın tələblərinə istinad etdiyi halda, yekunda bu maddənin tələblərini düzgün tövsif etməmişdir. Belə ki, işdə olan materiallardan da göründüyü kimi iddiaçı Əliyev X8 Rayon Hərbi Komissarlığı tərəfindən N9 noyabr N993-cü il tarixində milli ordu sıralarına çağırılmışdır. Əlavə edilmiş arayışlardan da göründüyü kimi iddiaçı əvvəlcə N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li müraciəti ilə hərbi hissənin tərkibinə daxil edilmiş, sonradan N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 402 №-li müraciəti ilə xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Birinci instansiya məhkəməsi iki şərtin birlikdə reallaşacağı təqdirdə şəxsin müharibə veteranı ala biləcəyinə dair formalaşan hüquqi ənənənin inzibati məhkəmə üçün bağlayıcı olduğunu qeyd etməkdədir. Bu şərtlər şəxsin hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə öz əksini tapmasıdır. Bundan başqa, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun verdiyi 3-3-N2/2-32/23 saylı, 06 fevral 2023-cü il tarixli məktubla təsdiq edilir ki, İddiaçı barəsində təqsirləndirici materiallar və ya cinayət işi yoxdur. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə məhkum edilməmiş, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş, habelə amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərdən deyildir. Məhkəmə natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında iddiaçıya yardım etməmişdir. İddiaçının N saylı hərbi hissədə N993cü ilin dekabr ayından N994-cü ilin aprel ayına qədər çiyin-çiyinə döyüşmüş əsgər yoldaşlarından biri də X2r. O hal-hazırda müharibə veteranıdır. Göründüyü kimi, o da iddiaçı kimi, xx.xx.N993-cü il tarixli 279 nömrəli əmrlə hərbi xidmətə çağırılmış və xx.xx.N993-cü il tarixinə qədər N saylı hərbi hissədə xidmət etmiş, xx.xx.N993-cü il tarixli 365 nömrəli əmrlə N saylı hərbi hissəyə keçirilmiş və N994-cü ilin may ayında xidmətini başa vuraraq tərxis olunmuşdur. X3 məxsus hərbi biletin 7-ci vərəqində qeyd edilmişdir ki, N və N saylı hərbi hissələrdə olarkən döyüş əməliyyatlarında iştirak etmişdir. Hətta, Qaya Əliyevin müəllifi olduğu “Qəhrəman döyüşçülər” kitabında iddiaçının adı olduğu kimi, XN da adı qeyd edilmişdir. Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/2-76 nömrəli məktubunda qeyd edildiyi kimi, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 279 nömrəli əmri ilə alayın şəxsi heyyətinin siyahısına salınmaqla bütün növ təminatlarla təmin olunduğu kimi, N saylı hərbi hissədən N994-cü ilin aprel ayında tərxis olunmağı ilə bağlı hər hansı bir qeydin aparılmaması və bununla bağlı hər hansı bir əmrin olmaması iddiaçının məsuliyyətsizliyi ucbatından baş verməmişdir. Çünki, iddiaçı sıravi əsgər idi və iddiaçının əsas vəzifəsi müharibə ərəfəsində komandirinin verdiyi tapşırıqları yerinə yetirmək olmuşdur. İddiaçı, həmçinin N saylı hərbi briqadanın tərkibində Füzuli rayonunun Horadiz, Aşağıseyidəhmədli, Yuxarıseyidəhmədli və digər kəndlər uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Eyni zamanda o, ona verilmiş suala cavab olaraq bildirdi ki, o, Bakı şəhərində Dərnəgüldə arxa cəbhədə sürücü işləyirdi, Şıxova Zil maşını ilə asfalt daşıyırdılar. Bir gün onu yolda tutdular, otuzdurdular maşına və birbaşa Füzuliyə göndərdilər. Bir ay Füzulidə oldu, sonra burdan kağız aldı apardı verdi Füzuliyə və dai ora qayıtmadı. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki: - Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-76 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Bakı şəhəri Yasamal RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, hərbi mükəlləfiyyətli, N969-cu il təvəllüdlü, İddiaçı N nömrəli hərbi hissə komandirinin N0 dekabr N993-cü il tarixli 279 №-li əmrilə (əsas: §2, sıra - 22) alayın şəxsi heyətinin siyahısına salınmaqla bütün növ təminatlarla təmin olunmuşdur. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin mart-aprel N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən İddiaçı xidməti barədə xx.xx.20N9-cu il tarixdə 9/2-N834N №-li və xx.xx.2020-ci il tarixdə 9/2-249 №-li məktublarla ünvanına cavab göndərilmişdir. - Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-3-N2/2-32/23 saylı məktubuna əsasən bildirilmişdir ki, iddiaçının xx.xx.N993-cü il tarixdən N994-cü il martaprel aylarına kimi N və N nömrəli hərbi hissələrdə xidmət etməyi ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-7N/2-Ə-250/23 nömrəli məktubuna əsasən bildirilmişdir ki, iddiaçının xx.xx.N993-cü il tarixdə keçmiş Yasamal Rayonu Hərbi Komissarlığı tərəfindən N saylı hərbi hissəyə göndərilməyi barədə məlumat vardır. Lakin mövcud arxiv sənədlərində hərbi bileti aşkar olunmadı. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-7N/Ə-465/23 nömrəli məktubuna əsasən bildirilmişdir ki, keçmiş Yasamal Rayonu Hərbi Komissarlığı tərəfindən Yasamal Rayonu İcra Hakimiyyəti Başçısına ünvanlanmış olan 402 nömrəli xx.xx.N994-cü il tarixli məktub mövcud arxiv sənədlərində aşkar olunmadı. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-473N nömrəli məktubuna əsasən bildirilmişdir ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-76 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.N993-cü ildən sonra həqiqi hərbi xidməti əmrlərlə tam təsdiqlənmədiyinə və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-7N/2-Ə-N038-42/23 nömrəli məktubuna əsasən bildirilmişdir ki, mövcud arxiv sənədlərində iddiaçının N987-ci ilin noyabr ayından N989-cu ilin dekabr ayına kimi keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçməyi barədə məlumat vardır. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-7N/2-59/2024 saylı cavab məktubuna əsasən N969-cu il təvəllüdlü İddiaçı şəxsi işi mövcud olmadığına görə onun qeydiyyat kartasının təsdiq olunmuş kserosurəti təqdim edilmişdir. Qeydiyyat kartasında iddiaçının N990-ci ildən sonra hərbi xidməti barədə qeydlər mövcud deyildir. - Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 698 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri Yasamal RHK-dan Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, hərbi mükəlləfiyyətli, N969-cu il təvəllüdlü, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 279 №-li əmrilə (əsas: §-2, sıra-22) hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuş, Müdafiə Nazirliyinin Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin may-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabında İddiaçı barəsində məlumat aşkar olunmamış və N №-li hərbi hissənin əsgərlərinin əlifba qeydiyyatı kitabları və hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - 68N saylı hərbi hissənin komandiri tərəfindən N saylı hərbi hissənin komandirinə ünvanlanmış xx.xx.N993-cü il tarixli müraciətdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi obyektlərinin tikintisində xidmət göstərməsi əsası ilə onun xüsusi təlim yığımlarından azad edilməsi xahiş edilmişdir. - Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 2/2-5052 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, İddiaçı komissiyaya xx.xx.2023-cü il tarixdə müraciət etmiş, sənədlərinə xx.xx.2023-cü il tarixdə iclasda baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə əsasən, Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “«Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat”ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (7 oktyabr N997-ci il tarixli, 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə müvafiq olaraq, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərin “müharibə veteranı” adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Qanunvericiyilin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi, şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmətkeçmə məfhumu ilə hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə əlaqədar hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmətkeçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə, bu zaman zəruri sənədlər anlayışına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli, 422 nömrəli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Həmin Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidməti və Azərbaycan Respublikasının Strateji X7 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. İstinad edilən maddi hüquq normalarının tələblərinə əsasən, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona müharibə veteranı adının verilməsi üçün təqdim edilməsi qanunvericiliklə imperativ qaydada tələb olunan sənədlərə malik deyil - iş materiallarında olan sənədlər əsasında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X5 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin N9 avqust 2024-cü il tarixli, 2-N(NN2)-N970/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-808/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-808/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver