Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-809/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X22 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X8 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi X12, 3-cü şəxslər X13, X14, X17 (həmçinin X28 və X9 nümayəndəsi), X10, X5, X18 (həmçinin X19, X15 və X3 nümayəndəsidir) iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11805/2023 saylı, xx.xx.2023-cü il qərarından 3-cü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 18/2-B-42396 nömrəli məktubla bildirilmişdir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, müraciətinizdə qeyd etdiyiniz şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********77 saylı məktubu ilə bildirilmişdir ki, sorğuda qeyd olunan şəxslərin Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsi, ev 10 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X11 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Habelə sorğuda qeyd olunan digər şəxslərin adlarına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsi, ev 10 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 3/486 nömrəli, xx.xx.2023-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ərazi üzrə 30 saylı Mənzil-Kommunal istismar Sahəsinin verdiyi məlumata əsasən H.Mirzəyev küçəsi, dalan 2, dalan 3, ev 10 altında 4 fərdi yaşayış evi mövcuddur və məktubda qeyd olunan şəxslər həmin evlərdə qeydiyyatdadırlar və yaşayırlar. X1 yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olması və yaşaması barəsində onlarda heç bir məlumat yoxdur. 30 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 30/0383 №-li məktubu ilə bildirilmişdir ki, X34, X29, X44, X23, X35, X36, X30, X24 özlərinə məxsus Habil Mirzəyev dalan 3, 10 saylı özbaşına tikili evdə qeydiyyatdadır və yaşayırlar. X2 Mirzəyev dalan 2, 10 saylı özbaşına tikili evdə (özünəməxsus) qeydiyyatdadır və yaşayır. X31, X39, X32, X7 Mirzəyev dalan 3, ev 10 saylı ünvanında özlərinə məxsus özbaşına tikili evdə qeydiyyatdadır və yaşayırlar. X16 xx.xx.2022-ci ildə vəfat etmişdir. X4 Mirzəyev dalan 2, 10 saylı ünvanında özünəməxsus özbaşına tikili evdə qeydiyyatdadır və yaşayırlar. X3 Habil Mirzəyev ev 10 ünvanında qeydiyyatda olması və yaşaması barədə 30 saylı MKİS-də heç bir məlumat yoxdur. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 50/2-24441 nömrəli məktubu ilə bildirilmişdir ki, X34 xx.xx.2004-cü il tarixdə, X37 xx.xx.2004-cü il tarixdə, X31 xx.xx.2003- cü il tarixdə, X29 xx.xx.2003-cü il tarixdə, X25 xx.xx.2003-cü il tarixdə, X35 xx.xx.2005-ci il tarixdə, X36 xx.xx.2012-ci il tarixdə, X30 xx.xx.2012-ci il tarixdə, X32 xx.xx.2003-cü il tarixdə və X6 xx.xx.2005-ci il tarixdə ünvan 4 ünvanına pasport qeydiyyatına alınmışlar. Şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən məhv edilmişdir. Eyni zamanda X39 xx.xx.2014-cü il tarixdə, X44 xx.xx.2017-ci il tarixdə, X23 xx.xx.2017-ci il tarixdə və X24 xx.xx.2017-ci il tarixdə “ASAN 1” xidmət mərkəzində qeydiyyata alınmışlar. Əlavə olaraq X16 xx.xx.2023-cü il tarixdə ölüm səbəbilə qeyd olunan ünvandan qeydiyyatdan çıxarılmışdır. İİ. Tərəflərin əsaslandırması
1. İddiaçının əsaslandırması:
İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X34, X37, X31, X29, X39, X16, X44, X23, X21, X35, X40, X36, X30, X32, X6, X9 şəxsi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Habil Mirzəyev küçəsindəki 10 saylı evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin əsl cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsindəki 10 saylı fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastırı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışa əsasən iddiaçının şəxsi mülkiyyətindədir. Qeyd olunan evə Nərimanov rayon Polis İdarəsinin qeydiyyat şöbəsi tərəfindən X34, X37, X31, X29, X39, X16, X44, X23, X21, X35, X40, X36, X30, X32, X6, X24 iddiaçının razılığı olmadan qeydiyyata alınmışlar. İddiaçı həmin şəxsləri tanımır. Qeyd etdiyi şəxslərin evindən qeydiyyatdan çıxarılması ilə əlaqədar cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdehin xx.xx.2023cü il tarixli məktubu ilə ərizəsi təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə X34, X37, X31, X29, X39, X44, X23, X21, X35, X40, X36, X30, X32, X6 və X24 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişlər.xx.xx.2006-cı il təvəllüdlü X24 və xx.xx.2009-cu il təvəllüdlü X44 azyaşlı olduqlarından onların atası, X34 iş üzrə onların qanuni nümayəndəsi qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Habil Mirzəyev küçəsi, 10 saylı evdən X34, X37, X31, X29, X39, X44, X23, X21, X18, X40, X36, X30, X32, X6 və X9 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş X16 öldüyündən ona aid hissədə icraata xitam verilmişdir.
2. Cavabdehin etirazı:
Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11805/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmuşdur.
4. 3-cü şəxslər X29, X34, X44, X24, X23, X35, X36, X30 və X6 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11805/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdirlər.
5. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının mübahisə etdiyi evlə 3-cü şəxslərin yaşadığı ev tamam fərqli ünvanlarda yerləşən ayrı-ayrı evlərdi.1-ci instansiya məhkəməsində işə baxılan zaman onların iştirakı təmin edilməmişdir və ünvanlara baxış keçirmədən qərar qəbul edilmişdir. Çünki 3-cü şəxslər özlərinə məxsus ayrı ünvanda yerləşən evdə yaşayırlar. Hesab edirlər ki, eyni ünvan eyni evlər olmadığından 3-cü şəxslərin qeydiyyatdan çıxarılması əsassızdır.
6. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxslər (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdirlər.
7. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
8. Məhkəmə Kollegiyasının iclasınını vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və digər 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmənin mövqeyi
9. Məhkəmə kolegiyası iş üzrə materialları, 3-cü şəxslərin apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11805/2023 saylı, xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.
10. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından yalnız 3-cü şəxslər X29, X34, X44, X24, X23, X35, X36, X30 və X6 apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarı həmin şikayətin dəlillərinin yoxlanılması (həmin 3-cü şəxslərə münasibətdə) ilə məhdudlaşır.
11. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
12. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
13. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
14. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
16. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər.
17. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir.
18. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır.Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də bəhs oluna bilməz.
19. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
20. Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir.
21. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin şəxsin əmlak hüququna malik olub-olmadığını müəyyən etmək imkanı nəzərdə tutulmuşdur ki, məhkəmə hesab edir ki, müəyyən edilmiş bu səlahiyyətin icrası da müvafiq mülki hüquq normalarının tətbiqini zəruri edir.
22. İşin faktiki halları ilə bağlı isə ilk olaraq qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır.
23. İddiaçı mülkiyyətində olan mənzili istifadə edir. Apellyasiya şikayəti vermiş üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. 24.Hazırki işin hallarından görünür ki, 3-cü şəxslər onların yaşadıqları evlərə mülkiyyət hüquqları qeydiyyata alınmasa da, onlar faktiki olaraq iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 5 ünvanlarda olan özbaşına tikililərdə yaşayırlar.
25. Belə ki, 30 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 30/0383 №-li məktubundan da göründüyü kimi X34, X29, X44, X23, X35, X36, X30, X24 özlərinə məxsus Habil Mirzəyev dalan 3, 10 saylı, X2 Mirzəyev dalan 2, 10 saylı, X31, X39, X32, X7 Mirzəyev dalan 3, ev 10 saylı, X4 Mirzəyev dalan 2, 10 saylı ünvanlarda özbaşına tikili olan evlərində yaşayırlar. X6 isə ümumiyyətlə orada yaşamır.
26. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, üçüncü şəxslərin faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı evdə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır.
27. Hazırkı mübahisəyə münasibətdə məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan səbəblərdən mülkiyyət hüququ əsasında ona məxsus yaşayış sahəsindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır.
28. İddiaçının bununla əlaqədar müraciətini təmin etməkdən cavabdehin imtinası həmin səbəblərdən qanunsuzdur və iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur.
29. Həmçinin, məhkəmə Kollegiyası 3-cü şəxslər X29, X17, X28, X9, X10, X18, X19, X15 və X3 apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, şikayətdə göstərilmişdir ki, iddiaçının mübahisə etdiyi evlə 3-cü şəxslərin yaşadığı ev tamam fərqli ünvanlarda yerləşən ayrı-ayrı evlərdi.
30. Şikayətin dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının mübahisə etdiyi evlə 3-cü şəxslərin yaşadığı ev tamam fərqli ünvanlarda yerləşən ayrı-ayrı evlər olması vəziyyəti 3-cü şəxslərin xeyrinə dəyişmir.Belə ki, üçüncü şəxslərin faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı evdə qeydiyyatda olması formal xarakter daşıyır və iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmaqla tətbiq edilən normalar baxımından da hüquqi qiymətləndirmə aparıldıqda hazırkı iddia tələbinin əsaslı olması istisna olunmur.
31. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
32. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.
33. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11805/2023 saylı, xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
3-cü şəxslər X29, X17, X28, X9, X10, X18, X19, X15 və X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11805/2023 saylı, xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.