Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-81/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(112)-5006/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2007-ci il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” qanunun 27.1-ci maddəsinə, əmək haqqına əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. O, xx.xx.1964-xx.xx.2014-cü il tarixə kimi işləməklə ümumi 49 il 08 ay əmək stajı vardır. Həmin əmək stajının xx.xx.1976-xx.xx.1977-ci ilə kimi “Əli Bayramlı Tikinti-Təmir İdarəsi”ndə “usta”, xx.xx.1977-xx.xx.1984-cü ilə kimi həmin idarədə “iş icraçısı” və xx.xx.1987xx.xx.2003-cü ilə kimi həmin İdarədə “böyük iş icraçısı” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, ona xx.xx.2007-ci il tarixdə, 55 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin ƏƏSMN-nin yanında DSMF-nun Şirvan şəhər şöbəsi tərəfindən ona xx.xx.2014-cü il tarixdən, 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. O, xx.xx.2006-cı ilə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2007-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Çünki, xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndi ilə xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 27.1ci maddəsinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: “yeni tikinti və quraşdırma işlərinin ustaları (2290000b—23419)” və “iş icraçıları (2290000b—24441)” vəzifələrinə əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajını xx.xx.2006-cı il tarixə kimi toplamışlarsa, kişilər 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. O, cavabdeh təşkilata xx.xx.2020-ci il tarixli ərizə və ona əlavə edilmiş şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və hərbi biletin notarial təsdiq edilmiş sürətləri ilə müraciət edərək, ona xx.xx.2007-ci il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 27.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi isə ona xx.xx.2020-ci il tarixli, **********1 saylı məktubla cavab olaraq müvafiq sənədlərin əsli təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. Bundan sonra, o, xx.xx.2020-ci il tarixdə ərizəsinə əlavə edilmiş sənədlərin notarial təsdiq edilmiş surətlərini və sənədlərin əslini cavabdeh orqana təqdim etmiş, lakin sənədlərin əslinin nəzərdən keçirilməsinə baxmayaraq cavabdeh orqan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkünsüz olduğunu və bunu əmək kitabçalarında qeyd edilən müəssisə və təşkilatlardan həmin yerlərdə işləməsini təsdiq edən arayışların olmadığını və həmçinin güzəştli arayışın olmadığını bildirmişlər. Lakin, ona rəsmi imtina verməkdən imtina etmişlər. Bunu da, onunla əsaslandırmışlar ki, yalnız işləməsini təsdiq edən arayışlar və güzəştli arayışlar təqdim edildikdən sonra güzəştli pensiyanın təyin edilib-edilməməsinə baxılması mümkün olacaqdır. O, qeydiyyatdan keçmə qəbzi əsasında yenidən cavabdeh orqana xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 №-li Qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilməsini, həmin Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirildiyini və ona xx.xx.2007-ci il tarixdən, 57 yaşdan yarandığından ona münasibətdə bu Qaydaların tətbiq oluna bilmədiyini, belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları onun pensiya hüququ yaranan tarixdə qüvvədə olduğunu, ona görə də həmin Qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilmədiyini, bundan başqa şəxsin əmək kitabçası onun işlədiyi dövrlərdə iş fəaliyyətinin qeyd edilməsini təsdiq edən sənəddir. Həmin sənəddə qeyd edilənlər şəxsin əmək stajının təsdiqi olaraq faktiki sənəddir və məhz həmin sənədə əsasən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 7-ci və 9-cu maddələrinin tələbləri əsasında şəxs müəyyən yaşa çatdıqda güzəştli və yaşa görə əmək pensiyası təyin edilir. Şəxsin əmək kitabçasında xx.xx.2006-cı il tarixə kimi idarə və müəssələrdə işlədiyi dövrlər onun sosial sığorta stajı hesab olunur və həmin staj müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul olunmalıdır. Şəxsin əvvəllər işlədiyi dövrlərdə fəaliyyət göstərmiş dövlət idarə və müəssələr bağlanmışdırsa, həmin dövrlərin fəaliyyətini təsdiqi olan sənədləri dövlət arxivinə təhvil verilibsə, məhz arxiv arayışları əsasında təsdiq olunur, lakin müəssisə və idarənin səhlənkarlığı əsasında sənədlər dövlət arxivinə verilməmişdirsə, ona görə həmin dövrlər də müəssisə və idarələrdə işləmiş şəxs məsuliyyət daşımır. Belə ki, şəxsin həmin dövrlər də müəssisə və idarələrdə işləməsinə şübhələr varsa, həmin şübhələr əsaslı olmalı, yəni formal xarakterli mülahizəyə əsaslanan sözlər əsasında olmamalı, həmin şübhəli halları sübut etmək vəzifəsinin inzibati orqana məxsus olduğundan, həmin hallar faktiki və mötəbər sübutlar əsasında müəyyən olunmasını və odur ki, ƏƏSMN-nin yanında DSMFnun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmasının və həmin imtinanın yazılı verilməməsinə dair açıqlama verilməsi barədə 5 iş günü ərzində cavab verilməsini bildirmişdir. Lakin, cavabdeh orqan xx.xx.2020-ci il tarixli, **********2 saylı məktubla ona xx.xx.2020-ci il tarixli, **********1 saylı məktubun eyni ilə formatı əsasında şablon olaraq sənədlərin əsli təqdim edilməsini bildirmişlər, amma iddiaçının ərizəsinə dair heç bir rəsmi cavab verilməmişdir. Onu da bildirir ki, cavabdeh orqan xx.xx.2020-ci il tarixli, **********2 saylı məktubla ona ünvanladığını qeyd etsə də, lakin məktub konvertinin Bakı Poçt ştampına xx.xx.2020-ci il tarixdə daxil olduğunu təsdiq edən möhür vurulmuşdur, bu da, ondan xəbər verir ki, cavabdeh orqan onun məktubuna xx.xx.2020-ci il tarixdə qeyd etməsini göstərsə də, lakin cavabdeh orqan məktuba gec cavab vermişdir və buna bir daha imtinanın verilməməsinin əsassız yerə uzadılması kimi hesab edir ki, qiymət vermək olar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 №-li Qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Onun hüququ 2007-ci il tarixdə yarandığından ona münasibətdə bu Qaydalar tətbiq oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları onun pensiya hüququ yaranan tarixdə qüvvədə olmuşdur. Həmin Qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilməmişdir. Lakin hesab edir ki, cavabdehin hər iki məktubunu imtina kimi qiymət vermək olar və inzibati icraat haqqında qanunun tələblərinə görə əsassızdır və əmək pensiyaları qanunvericiliyinin müvafiq tələblərinə aşağdakı hallara əsasən cavab vermir. Belə ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2007-ci il tarixdən yaranmasına baxmayaraq, lakin xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun birmənalı olaraq tətbiq edilir və xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən həmin Qanunun 27.1-ci maddəsinə əsasən təyin edilir. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə və həmin Qanununun 17-ci maddəsinin 5-ci bəndinə, əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxs kimi müəyyən edilməklə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişiklər hüquqi vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinin tələblərini rəhbər tutaraq, hesab edir ki, qeyd edilən dəyişiklər ona münasibətdə tətbiq edilməməli, hazırkı mübahisəyə onun 57 yaşı tamam olduğu, lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə görə xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununa əsasən qazanmış olduğu ümumi və xüsusi əmək stajına dair olaraq əmək haqqına əsasən müəyyən edilməklə qüvvədə olmuş qanunvericilk normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, hesab edir ki, onun xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə işlədiyinə, eləcə də, xx.xx.2007-ci il tarixdə 57 yaşı tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci bəndinə həmin tarixdən ona xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi tətbiq edilməli və xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsi, yəni əmək haqqı əsasında pensiya təyin edilməlidir. Həmçinin qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. O, hesab edir ki, Qanunun qeyd edilən müddəası pensiya təyin edən orqana düzgün pensiya təyinatının aparılmaması nəticəsində ödənilməli olan məbləği hissə-hissə ödəmək hüququ vermir. Belə ki, həmin məbləğ ona ödənilməli olan, lakin pensiya təyin edən orqanın səhvi nəticəsində ödənilməmiş vəsait olmaqla onun mülkiyyətini təşkil edir. O, artıq əldə edilmiş hüquq kimi özünün mülkiyyəti olan həmin vəsaitin ona birdəfəlik ödənilməsini tələb etmək hüququna malikdir. Əks yanaşma, onun mülkiyyət hüquqlarının qanunsuz və əsassız məhdudlaşdırılmasına səbəb olur. Bundan başqa, pensiya qanunvericiliyində sözügedən ödənişlərin məhz hissə-hissə aparılacağını müəyyən edən hər hansı norma da, mövcud deyildir Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, iddiaçı iddia ərizəsinə özünə məxsus əmək kitabçası, şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletinin surəti və 2004-2005-ci illər üzrə əmək haqqı barədə arayışı təqdim etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o İdarəyə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizə ilə mürcaiət etdikdə, İdarə ona xx.xx.2020-ci il tarixdə məktubla cavab verərək ərizəyə əlavə edilmiş sənədlərin əsillərinin tam əlavə edilməsindən sonra onun müarciətinə baxıla bilməcəyini bildirmiş, buna görə o, xx.xx.2020-ci il tarixdə həmin sənədlərin əsillərini təqdim etdikdən sonra İdarə ona cavab verərək güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləməsi barədə arayışların təqdim edilməsini istəmişdir. İddiaçı iddia ərizəsində İdarənin həmin tələbinin ona münasibətdə qanunsuz olmasını və onun pensiya hüququnun xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən yarandığından ona münasibətdə tədbiq edilməli olmamasını qeyd etmişdir. Onlar qeyd edilən iddia ərizəsini aşağıda göstərdikləri səbəblərə görə qanunsuz və əsassız hesab edirlər. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-ci maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanı təqdim edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-ci bəndində göstərilmişdir - 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər (bənd 2.2). Qeyd edilən 2 saylı əlavəyə əsasən- Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. (əlavənin 2.4-cü bəndi). Onu da qeyd edirlər ki, şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi həmçinin hal hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tədbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, hansı yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər”. İddiaçının İdarəyə təqdim etdiyi əmək kitabçasının surətindən onun işlədiyi peşələrin ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələr olması müəyyən edilə bilməz. Belə ki, qeyd edilən əmək kitabçasının surətinin bir qismi rus dilində tərtib edilmiş, digər bir hissəsində isə qeyd edilmiş peşələrin güzəştli peşə olması əmək kitabçasında qeyd edilmədiyindən ona idarə tərəfindən haqlı olaraq xx.xx.2020-ci il tarixdə müvafiq sənədlərin tam şəkildə verilməsi məzmununda, xx.xx.2020-ci il tarixdə isə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi barədə arayışlar təqdim edilməsindən sonra iddiaçının müraciətinə baxılacağı barədə cavab məktubu verilmişdir. Onu da xüsusilə qeyd etmək istəyirlər ki, həmin xx.xx.2020-ci il tarixdə verilmiş cavabda qeyd edilmişdir ki, iddiaçı müraciətində sənədlərin əsillərini verməsi barədə qeydinə cavab olaraq İdarə tərəfindən həmin sənədlərin tam verilməməsini göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktublarının məzmunundan göründüyü kimi, qeyd edilən məktubla cavabdeh iddiaçının tələbindən imtina etməmiş, ona sadəcə qanunvericilklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə onun müraciətinə baxılacağını bildirmişdir. Cavabdeh İdarə həmin cavabı ilə iddiaçının heç bir hüququnu və qanunla qorunan hər hansı bir maraqlarını pozmamışdır. Məlum olduğu kimi əmək pensiyalarının ödənilməsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə daxil olmalar hesabına həyata keçirilir ki, bu da hər ay üçün sığortaedənlər tərəfindən ödənilən vəsaitlər hesabına formalaşır. Keçmiş dövr üçün yaranmış böyük borc məbləğləri isə hissə-hissə ödənilir. Həmin məbləğin birdəfəlik ödənilməsi üçün əlavə vəsait tələb olunur ki, bunun da Fondun büdcəsində birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Lakin keçmiş dövrlər üçün yığılmış borcun ödənilməsi faktiki olaraq vətəndaşın müraciət etdiyi tarixdə hüququ yarandığı tarixdən hesablanır, gecikmiş ayların sayına bölünməklə aparılır. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(112)-5006/2020 saylı qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan, yəni xx.xx.2007-ci il tarixdən, xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, yəni əmək haqqına əsasən təyin edilməsi, eləcə də, iddiaçıya yaranmış pensiya fərqinin onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı pensiyanın ödənilməsi hissəsində dəyişdirilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1950-ci il tarixdə doğulmuş, xx.xx.1964-cü il tarixdə 1 saylı X3 1 saylı şöbədə mühasibin şagirdi təyin olunmuş, xx.xx.1967-ci il tarixdə öz xahişi ilə verdiyi ərizəyə əsasən xx.xx.1967-ci ildən işdən azad olunmuş, 09.1967-ci ildən 06.1973-cü ilədək Azərbaycan politexnik intitutunda inşaat fakültəsinin tələbəsi olmuş, 1973-cü ildən 1975-ci ilədək Çelyabinsk şəhəri Kranoarmeyskiy rayonu Sovet Ordusunda xidmət etmiş, inşaat üzrə əsgər və iş icraçısı, h/hissə 04201, xx.xx.1976-cı ildən "xxxx" tikinti trestinin Əli-Bayramlı Tikinti-X1 yaşayış sahəsinə usta işinə qəbul olunmuş, xx.xx.1977-ci ildə yaşayış sahəsinə iş icraçısı köçürülmüş, xx.xx.1984-cü ildə zavodun sahə rəisi köçürülmüş, xx.xx.1986-cı ildən Tikinti- Quraşdırma sahəsinə baş mühəndisin v.m.i. edən köçürülmüş, xx.xx.1987-ci ildən baş iş icraçısı köçürülmüş, xx.xx.2003-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2003-cü il tarixdə “İstiliklenerjitikintiquraşdırma” SC-nə sahə rəisi vəzifəsinə fərdi əmək müqaviləsi ilə işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə vəzifəsindən azad edilmiş, xx.xx.2006-cı il tarixdə "xxxx" BMMM-nin Bölgə direktorunun tabeliyində Təmir-Tikinti üzrə baş mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə aparatda əsaslı tikinti şöbəsinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2009cu il tarixdə “X2” Limited Şirkəti Aparatında əsaslı Tikinti Şöbəsinin rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə şirkətin filialının prezidentinin tikinti üzrə müşaviri vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətlərinə cavab olaraq verilmiş 28 yanvar 2020ci il və 17 mart 2020-ci il tarixli məktublardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Müraciətində qeyd etdiyinin əksinə olaraq, pensiya təyinatı ilə bağlı ona aid sənədlərin əsli təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İş üzrə tədqiq olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı mövcuddur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, imtinaya səbəb kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilən «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li Əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Həmin sənədlər təqdim olunmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməməsi, müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilməsi əsas göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2007-ci il tarixdə yarandığından ona münasibətdə bu Qaydalar tətbiq oluna bilməz. Məhkəmə kollegiyası güzəştli iş stajına münasibətdə aşağıdakıları qeyd edir: İddiaçının işlədiyi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahısının XXVİİ Bölməsində (Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) 2290000b-24441 (yeni tikinti və quraşdırma işlərinin ustaları) və 290000b-24441 (iş icraçıları) peşə şifrlərinə uyğundur. İddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasında göstərilmişdir. Apellyasiya baxışı zamanı "xxxx" ASC-yə sorğu ünvanlanaraq, İddiaçı güzəştli şərtlərlə əmək pensiyasına çıxmağa əsas verən peşələrdə işləməsinə dair güzəştli arayışın təqdim olunması xahiş olunmuş, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda "xxxx" ASC-nin "xxxx" ASC-nin varisi olmadığı və arxiv sənədlərinin saxlanmadığı bildirilmişdir. Beləliklə, iddiaçı xx.xx.1950-ci il təvəllüddür. Onun xx.xx.2007-ci il il tarixdə 57 yaşı olmuş, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının pensiya hüququ artıq xx.xx.2007-ci il tarixdə yarandığından, ona münasibətdə həmçinin “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş 27.1-ci maddəsi şamil edilməli, yəni ona əmək haqqı əsasında pensiya təyin edilməlidir. Birinci instansiya məhkəməsi iddianın ikinci hissəsinə-hazırkı dövrədək yaranmış fərq məbləğinin ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, İddiaçı əmək pensiyası təyin olunarkən ödənilməmiş məbləğinin ödənilməsi üzrə ona münasibətdə «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1, 37.7-ci maddələrinin tələbləri tətbiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiyası məhkəməsi qərarında iddianı qismən təmin edərək keçmiş 3 illik müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsini qeyd etmiş, lakin pensiya məbləğinin hansı tarixdən hesablanmasını müəyyən etməmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilməlidir ki, iddiaçının pensiya hüququna malik olduğu müəyyən edilərək, ödənilməmiş pensiya məbləğinin ödənilməsi ilə bağlı iddia tələbi təmin edilərsə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqe nəzərə alınmalıdır. Həmin qərardada əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir Yuxarıda da qeyd edildiyi kimi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 2017-ci il 01 iyul tarixədək - 2007-ci il tarixdən yarandığından, əmək pensiyasının təyin edilməsi üçün isə inzibati orqana xx.xx.2020-ci il tarixində müraciət etdiyindən istinad olunan qanunvericiliyin tələbinə görə iddiaçı həmin tarixdən keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləği müraciət edilən tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməlidir. Odur ki, iddiaçının pensiyası onun ilkin müraciət etdiyi (xx.xx.2020-ci il) vaxtdan 3 il əvvəlki tarixdən, yəni xx.xx.2017-ci il tarixdən hesablanıb ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı pensiyanın ödənilməsi hissəsində dəyişdirilməli, İddiaçı yaranmış pensiya fərqinin onun müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(112)-5006/2020 saylı qərarı pensiyanın ödənilməsi hissəsində dəyişdirilsin. İddiaçı yaranmış pensiya fərqinin onun müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-81/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-81/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver