Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-810/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X6 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X13nə qarşı “qərarların ləğv edilməsi və aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3194/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixdə təyin olunmuş hərbi əlillliyinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Suraxanı Rayon Hərbi Komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış və 1993-cü ilin avqust ayında döyüş zonasında hərbi xidmət keçərkən yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının (bundan sonra mətndə AR MN MHHK) 08 fevral 2017-ci il tarixli Qərarı ilə yaralanma nəticəsində ona “Qəlpə yaralanmasından sonra başın sol ənsə nahiyəsində bir ədəd, sol əlin 3-4-5-ci barmaqların orta falanqasının ovuc səthində, 3 ədəd döş qəfəsinin sağ yan səthində, arxa qoltuq xətti üzrə 7-8-ci qabırğa arası sahədə bir ədəd, sol saidin aşağı 1/3-nin içəri səthində bir ədəd köhnə çapıq toxumaları” Diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən göstərilənlərə əsasən qiymətləndirmə nəticəsində Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ona xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2-ci qrup əlillik müəyyən edilmişdir. Cavabdeh Agentlik xx.xx.2023-cü il tarixdə növbəti müayinə zamanı bildirmişdir ki, AR MN MHHK tərəfindən verilmiş 08 fevral 2017-ci il tarixli 453 nömrəli qərarında göstərilən səbəb və diaqnozun əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilməmişdir. Bundan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlamətləri təyin etmir” barədə qərar qəbul etmişdir. Lakin sağlamlıq vəziyyətində hərbi səbəblə əlaqəli olmayan dəyişiklik (xəstəliklər) olduğundan dövlət tibb müəssisəsi tərəfindən “ümumi xəstəlik” səbəbi ilə yeni göndərişin rəsmiləşdirilməsi tövsiyə olunur. O, cavbdehin bu imtinası ilə razı deyil, belə ki, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, o, döyüş zonasında hərbi xidmət keçərkən yaralanmış və ona ümumi əlilliklə deyil hərbi əlilliklə əlaqədar əlillik təyin edilməldir. Belə ki, o, hərbi xidmət keçərkən başından o, cümlədən bədəninin müxtəlif nahiyələrindən aldığı qəlpə yaralanmasından sonra səhhətində bu problemlər yaranmış və bununla əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyininin “X8”ndə xx.xx.2021-ci ildə, 2 saylı Psixiatriya Xəstəxanasında xx.xx.2022-ci ildə xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə verilmiş həkim rəylərində baş beyinin travması diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 1371 nömrəli və xx.xx.2022-ci il tarixli 084754 nömrəli “Ambulator kitabça”dan çıxarışlarda da keçirilmiş qapalı travması diaqnozu qoyulmuşdur. Cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edir, belə ki, işin yuxarıda təsvir olunan hallarından göründüyü kimi onun əlilliyin səlahiyyətli orqanların qərarı ilə təsdiq edilmiş, döyüş bölgəsində aldığı xəsarətlərdən hazırda da davamlı olaraq əziyyət çəkir, müalicə və müayinələrə məruz qalır. Hesab edir ki, bu barədə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı məhkəmənin qərarına əsasən müvafiq öhdəlik qoyulmalıdır. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Agentliyin Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli, № 3-17-4/3-3- 3686/2023 saylı xx.xx.2024-cü il tarixli, № 3-17-4/3-3-2082/2024 saylı Qərarlarının iddiaçıya aid olan hissədə ləğv edilməsini və iddiaçı xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh işin birinci instansiya icraatı zamanı iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 2 nömrəli X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış “Göndərişin natamam doldurulması - Səbəb: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi səbəblə əlaqədar yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür.” əsası ilə Mərkəzə geri göndərilmişdir. Bakı şəhər sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2748003AAALN nömrəli xx.xx.2022- ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********5). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin C00028075XXX nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********8). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin M00051466SSK nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3- 17-4/3-1-5145/2023). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı AR MN MHHK tərəfindən xx.xx.2017-ci il tarixli 453 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın sol ənsə nahiyyəsində bir ədəd, sol əlin 3-4-5-ci barmaqlarının orta faianqasının ovuc səthində üç ədəd, döş qəfəsinin sağ yan səthində, arxa qoltuq xətti üzrə 7-8-ci qabırğaarası sahədə bir ədəd, sol saidin aşağı 1/3-nin ön səthində bir ədəd, saq baldırın yuxan 1/3-nin içəri səthində bir ədəd köhnə çapıq toxumalar" diaqnozlu travmamn səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı alınmışdır kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi qıcolmalardan, əsəbilikdən, yaddaş pozuntusundan şikayətlənmiş, sağ əlin İİİ barmağında və başın təpə nahiyəsində çapıqlar izlənilmiş, nevroloji statusu yaşa uyğun, Romberqdə dayanıqlı, reflekslər canlı, ətraflarda iflic, parez müəyyən olunmamış, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, başağrıları, qtcolma tutmalarından, yaddaş zəifliyindən şikayətlənmişdir. Baxış zamanı ənsədə, sağ bel nahiyəsində, sağ saidin orta 1/3-də, sol əlin Hİ, İV, V barmaqlarında çapıqlar izlənilmişdir. Anamnezində şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi, aclıq şəkərinin 250 mq/dl olması, gündə iki dəfə Amaril, Ciafor qəbul etdiyi ifadə olunmuşdur. Komissiyaya dəvət olunmuş qardaşı qardaşının vəziyyətinin son 6 ayda daha da pisləşdiyini, ailə üzvlərinə şiddət göstərdiyini, konfliktə meylli olduğunu, mağazaya gedəndə almalı olduğu məhsulu unutduğunu bildirmişdir. Müayinə zamanı aşağı ətraflarda atrofiya, parez, trofik pozuntular izlənilməmiş, tük örtüyü seyrək izlənilmişdir. Psixi vəziyyəti həkim mütəxəssislər tərəfindən "Emosional labil (astenik) pozuntu. Yüngül koqnitiv pozuntu” kimi qeyd edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2021-ci il tarixli 8118 nömrəli X10 “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) emosional labil (astenik) pozuntu. Yüngül koqnitiv pozuntu" kimi müəyyənləşdirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il və xx.xx.2022- xx.xx.2022-ci il tarixli Çıxarışlarında diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, tez-tez baş verən cənqolma tutmaları ilə (ayda 2-3 dəfə). Beyin atrofiyası müşahidə olunur kimi qeyd olunmuşdur. X7 Kranial MRT müayinəsinin nəticəsi “Hər iki hemisferada paraventrikulyar ağ maddədə və subkortikal sahədə mikroanqiopatik/xr. işemik ocaqlar. Sfenoid sinus sol yarıda yığıntı (Sfenoidit)" kimi qeyd edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 3340 nömrəli X10 “Üzvi Şəxsiyyət pozuntusu intellektual mnestik funksiyaların enməsi ilə. MMSE=15. Anamnezində epileptiform tutmaları ilə. MRT nəticəsində beyin strukturlarının atrofiyası olduğu üçün demensiyanın başlanması istisna edilmir" kimi qeyd olunmuşdur. 2 saylı X2 xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda alın, mərkəz və gicgah paylarının paroksizmal aktivliyi qeyd olunub” kimi qeyd edilmişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmiş, hərəkətləri sərbəst olmuşdur. Əlillik təyinatına əsas verən psixi xəstəliyin xüsusi səbəb əlaqəsi təsdiqlənməmişdir. Vətəndaşa Tibb müəsisəsindən Ümumi xəstəlik səbəbindən yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)- 489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən Həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar geri qaytarılmasında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEKə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3194/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertiza Komissiyasının xx.xx.1963-cü il təvəllüdlü İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, № 3-17-4/3-3-3686/2023 № li və xx.xx.2024-cü il tarixli № 3-17-4/3-3-2082/2024 Qərarları ləğv edilmiş və xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə xx.xx.2022ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X13n üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-3194/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AR MN MHHK-nın 453 №-li, xx.xx.2017-ci il tarixli qərarında (surəti) qeyd olunmuşdur ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin avqust ayında aldığı və xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmətibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz” Qəlpə yaralanmalarından sonra başın sol ənsə nahiyyəsində bir ədəd, sol əlin 3-4-5-ci barmaqlarınıpn orta falanqasının ovuc səthində üç ədəd, döş qəfəsinin sağ yan səthində, arxa qoltuq xətti üzrə 7-8-ci qabırğaarası sahədə bir ədəd, sol saidin aşağı 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.2017-ci il tarixli 211 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 36 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 124 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi- Həkim ekspertizası haqqında Əsasnamənin 7.2-ci bəndinin a) yarımbəndi. MN MHHK-nın 475 saylı xx.xx.2017-ci il tarixli protokolu. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdə 0082003AACTA saylı Forma 88 əsasında xx.xx.2022-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir. - İddiaçı aid: xx.xx.2017-ci il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 XX sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36- Hərbi əməliyyatlar => Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər….Diaqnozun mətni: Hərbi əməliyyatlar zamanı,qəlpə yaralanmasından başın sol ənsə nahiyyəsində bir ədəd,sol əlin 3-4-5-ci barmaqlarının orta falanqasının ovuc səthində üç ədəd,sol saidin aşağı 1/3-nin ön səthində bir ədəd,sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir Diaqnozun mətni: ədəd köhnə çapıq toxumalar (1993). Parsial epilepsiya,tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-9 dəfə). Baş beynin silkələnməsi. OU-Hipertonik angiopatiya. VQU=0,7. Postravmatik ensefalopatiya. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri (1993). Hipertoniya xəstəliyi-ll dər.krizlərlə. Kəskin nəzərə çarpan astenonevrotik sindrom. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg. - xx.xx.2022-ci il tarixli, xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 V sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi Təsnifatı: pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...Diaqnozun mətni: Üzvi mənşəli emosional labil [astenik] pozğunluq ÜZVİ (HƏRBİ ƏMƏLİYYATLAR ZAMANİ ALİNMİŞ QAPALİ KBT NƏTİCƏSİNDƏ) X9 NEVROTİK POZUNTU/YÜNGÜL KOQNİTİV POZUNTU...Kəllədaxili travmaların nəticələri Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar (ayda 8-9DƏFƏ) Essensial [birincili] hipertenziya . İnsulindən asılı olmayan şəkərli diabet...Meyar: imtina edilir. İmtinanın səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb - :Diaqnoz əlillik əlaməti təyin etmir. - xx.xx.2022-ci il tarixli, xxxxxxx0005 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntuar, Üzvi mənşəli emosional labil [astenik] pozğunluq Üzvi (Hərbi əməliyyatlar zamanı alınmış qapalı KBT nəticəsində ) X9 Nevrotik Pozuntu. - xx.xx.2022-ci il tarixli, xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan daxili psixi pozuntular, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb:Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - xx.xx.2022-ci il tarixli, xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni; Baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, keçirilmiş qpalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri tez tez baş verən cəngolma tutmaları ilə (ayda 2-3 dəfə) beyin atrofiyası müşahidə olunur. İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi səbəblə əlaqədar yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı M00051466SSK saylı Forma 88 əsasında xx.xx.2022-ci il tarixdə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən imtina barədə qərar qəbul edilmişdir. - Agentliyin Tibbi-Sosial ekspert komissiyasının 3-17-4/3-3-3686/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının 22-ci bəndində qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2748003AAALN nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********5). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin C00028075XXX nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS**********8). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin M00051466SSK nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3- 17-4/3-1-5145/2023).Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 453 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Qəlpə yaralanmalarından sonra başın sol ənsə nahiyyəsində bir ədəd, sol əlin 3-4-5-ci barmaqlarının orta falanqasının ovuc səthində üç ədəd, döş qəfəsinin saq yan səthində, arxa qoltuq xətti üzrə 7-8-ci qabırğaarası sahədə bir ədəd, sol saidin aşaqı 1/3-nin ön səthində bir ədəd, saq baldırın yuxarı 1/3nin içəri səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi qıcolmalardan, əsəbilikdən, yaddaş pozuntusundan şikayətlənmiş, saq əlin İİİ barmağında və başın təpə nahiyəsində çapıqlar izlənilmiş, nevroloji statusu yaşa uyqun, Romberqdə dayanıqlı, reflekslər canlı, ətraflarda iflic, parez müəyyən olunmamış, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, başağrıları, qıcolma tutmalarından, yaddaş zəifliyindən şikayətlənmişdir. Baxış zamanı ənsədə, sağ bel nahiyəsində, sağ saidin orta 1/3-də, sol əlin İİİ, İV, V barmaqlarında çapıqlar izlənilmişdir. Anamnezində şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi, aclıq şəkərinin 250 mq/dl olması, gündə iki dəfə Amaril, Ciafor qəbul etdiyi ifadə olunmuşdur. Komissiyaya dəvət olunmuş qardaşı qardaşının vəziyyətinin son 6 ayda daha da pisləşdiyini, ailə üzvlərinə şiddət göstərdiyini, konfliktə meylli olduğunu, mağazaya gedəndə almalı olduğu məhsulu unutduğunu bildirmişdir. Müayinə zamanı aşağı ətraflarda atrofiya, parez, trofik pozuntular izlənilməmiş, tük örtüyü seyrək izlənilmişdir. Psixi vəziyyəti həkim mütəxəssislər tərəfindən “Emosional labil (astenik) pozuntu. Yüngül koqnitiv pozuntu” kimi qeyd edilmişdir.Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2021-ci il tarixli 8118 nömrəli X10 “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) emosional labil (astenik) pozuntu. Yüngül kognitiv pozuntu" kimi müəyyənləşdirilmişdir.Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il və xx.xx.2022- 21.11,2022-ci il tarixli Çıxarışlarında diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, tez-tez baş verən cənqolma tutmaları ilə (ayda 2-3 dəfə). Beyin atrofiyası müşahidə olunur1' kimi qeyd olunmuşdur.X7 Kranial MRT müayinəsinin nəticəsi “Hər iki hemisferada paraventrikulyar aq maddədə və subkortikal sahədə mikroanqiopatik/xr. işemik ocaqlar. Sfenoid sinus sol yarıda yığıntı (Sfenoidit)” kimi qeyd edilmişdir.Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 3340 nömrəli X10 “Üzvi Şəxsiyyət pozuntusu intellektual mnestik funksiyaların enməsi ilə. MMSE=15. Anamnezində epileptiform tutmaları ilə. MRT nəticəsində beyin strukturlarının atrofiyası olduğu üçün demensiyanın başlanması istisna edilmir1' kimi qeyd olunmuşdur.2 saylı X2 xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda alın, mərkəz və gicgah paylarının paroksizmal aktivliyi qeyd olunur” kimi qeyd edilmişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmiş, hərəkətləri sərbəst olmuşdur. Əlillik təyinatına əsas verən psixi xəstəliyin xüsusi səbəb əlaqəsi təsdiqlənməmişdir. Vətəndaşa Tibb müəsisəsindən Ümumi xəstəlik səbəbindən yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülmüşdür - Agentliyin “Vətəndaşın əyani müayinə olunması haqqında” 3-17-4/2-9785/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhər sakini İddiaçı əyani müayinə olunması barədə xx.xx.2024 və xx.xx.2024-cü il tarixli, e-2-1 (112)-3194/2024 nömrəli məktublara Agentlikdə baxılmışdır. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2 nömrəli X2 Z00091059GEM nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağıamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Məktuba əlavə olunmuş Agentiyin Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3- 2082/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2748003AAALN nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********5) Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin C00028075XXX nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********8). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin M00051466SSK nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS 3-17-4/3-1-5145/2023). Daha sonra əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS 3-17-4/3-1-14602/2023). Məhkəmə qərardadı əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı AR MN MHHK tərəfindən xx.xx.2017-ci il tarixli 453 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın sol ənsə nahiyəsində bir ədəd, sol əlin 3-4- 5-ci barmaqlarının orta falanqasının ovuc səthində üç ədəd, döş qəfəsinin saq yan səthində, arxa qoltuq xətti üzrə 7-8-ci qabırğaarası sahədə bir ədəd, sol saidin aşağı 1/3- nin ön səthində bir ədəd, saq baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilməlidir ki, vətəndaş xx.xx.2022ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi qıcolmalardan, əsəbilikdən, yaddaş pozuntusundan şikayətlənmiş, saq əlin İİİ barmağında və başın təpə nahiyəsində çapıqlar izlənilmiş, nevroloji statusu yaşa uyqun, Romberqdə dayanıqlı, reflekslər canlı, ətraflarda iflic, parez müəyyən olunmamış, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir.” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı xəstə başağrısı, yaddaş pozuntusu, əsəbilik və qıcolma tutmalarından şikayət etmişdir. Müayinə zamanı xəstə zahirən səliqəli ünsiyyətə həvəslə daxil olmuş, emosional olaraq labil, şəxsiyyət dəyişkənliyi, qavrama, yaddaş pozuntusu qeyd edilməmiş, intellektual mnestik sferası yaşam tərzinə uyqun olmuş, hal-hazırda psixi sferada psixopatoloji əlamətlər aşkarlanmamışdır. Hal-hazırda, şəkərli diabetə görə medikamentoz preparatlardan "Diabeton", "Aspirin" istifadə etdiyini qeyd etsə də, psixiatrik dərmanlarını xatırlamadığını bildirmişdir. Müayinənin qedişatında xəstədən məqsədli şəkildə telefon nömrəsi soruşulmuş, doğru cavab vermişdir" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yenidən vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, qıcolma tutmalarından şikayətlənmişdir. Baxış zamanı ənsədə, sağ bel nahiyəsində, sağ saidin orta 1/3-də, sol əlin İİİ, İV, V barmaqlarında çapıqlar izlənilmişdir. Hal-hazırda qəbul etdiyi heç bir medikamentoz preparatın adını bilməmişdir. Müayinə zamanı aşağı ətraflarda atrofiya, parez, trofik pozuntular izlənilməmiş, tük örtüyü seyrək izlənilmişdir. Bütün epikrizlərində əsas diaqnoz epilepsiya qeyd olunsa da, anamnestik məlumatlarda əllərinin və ayaqlarının yığılma hissindən şikayətlənmiş, EEQ müayinəsi təqdim olunmamış, nevroloji defisit izlənilməmiş, psixi statusunda yaşına uyğun astenik vəziyyət müşahidə olunmuşdur." kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Daha sonra vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, başağrıları, qıcolma tutmalarından, yaddaş zəifliyindən şikayətlənmişdir. Baxış zamanı ənsədə, sağ bel nahiyəsində, sağ saidin orta 1/3-də, sol əlin İİİ, İV, V barmaqlarında çapıqlar izlənilmişdir. Anamnezində şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi, aclıq şəkərinin 250 mq/dl olması, gündə iki dəfə Amaril, Ciafor qəbul etdiyi ifadə olunmuşdur. Komissiyaya dəvət olunmuş qardaşı qardaşının vəziyyətinin son 6 ayda daha da pisləşdiyini, ailə üzvlərinə şiddət göstərdiyini, konfliktə meylli olduğunu, mağazaya gedəndə almalı olduğu məhsulu unutduğunu bildirmişdir. Müayinə zamanı aşağı ətraflarda atrofiya, parez, trofik pozuntular izlənilməmiş, tük örtüyü seyrək izlənilmişdir. Psixi vəziyyəti həkim mütəxəssislər tərəfindən "Emosional labil (astenik) pozuntu. Yüngül kognitiv pozuntu" kimi geyd edilmişdir.” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, qıcolma tutmaları, əsəbilik, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1993-cü ildə travma aldığını, 2007-2008-ci ildən vəziyyətinin daha da pisləşdiyini, qıcolma tutmalarının əsəbiləşdiyi zaman baş verdiyini, bu zaman başında sanki üşümə hissinin olduğunu, ~15 dəqiqə davam etdiyini, başını yorğanla örtdüyü zaman keçib getdiyini bildirmişdir. Müayinə zamanı başın ənsə nahiyəsində, sağ əlin İİİ, İV, V barmaqlarının iç səthində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər^epitutma üçün xarakterik olmamış, təqdim olunan baş-beynin instrumental müayinə nəticəsinə əsasən (MRT) qıcolma tutmalarının anatomik nahiyədə patologiya qeyd olunmamışdır. Psixi statusunda zahirən mimikası canlı, geyimi səliqəli ünsiyyətə həvəslə daxil olmuşdur. Xəstəliyi və qəbul etsiyi medikamentoz peraparatlar haqqında məlumat verə bilməmiş, emosional labil şəxs kimi dəyərləndirilmişdir. X7 xx.xx.2022-ci il tarixli Kranial MRT müayinəsinin nəticəsi "Hər iki hemisferada paraventrikulyaraq maddədə və subkortikal sahədə mikroanqiopatik xroniki işemik ocaqlar. Beyin sulkuslarında və subaraxnoidal sahələrdə az dərəcədə dilatasiya (atrofiya). Sfenoid sius sol yarıda yığıntı (Sfenoidit)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir.2 nömrəli X2 xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Diffuz rezidualorqanik tipli dəyişikliklər fonunda alın, mərkəz və gicgah paylarının paroksizmal aktivliyi qeyd olunur” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli 1/1441 nömrəli X10 "Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində demensiya, kobud davranış pozuntuları ilə. Anamnezində qıcolma tutmaları” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 3340 nömrəli X10 "Üzvi şəxsiyyət pozuntusu, intellektual mnestik funksiyaların enməsi ilə. F07.0 MMSE=15. Anamnezində epileptiform tutmaları ilə. MRT nəticəsində beyin strukturların atrofiyası olduğu üçün demensiyanın başlanması istisna edilmir” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 tərəfindən verilmiş T 634/2024 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd olunmuşdur ki, ekspertiza xx.xx.2024-cü ildə başlamış, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. 1963-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə - tibbi müayinəsinə və qərardadda göstərilən sullara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan AR MN MHHK-nın xx.xx.2017-ci il tarixli, 453 nömrəli qərarında əks olunmuş diaqnozdakı xəsarətlər onun məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlərlə eynilik təşkil edir və qapalı kəllə- beyin travmasının qalıq əlamətləri kimi qiymətləndirilə bilər. Belə ki, bütün tibbi sənədlərdə və professor Fuad İsmayılovun müayinəsinin nəticələri ilə təsdiq olunur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı- ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Belə ki, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Həmçinin qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5 illik müddətinə “Hərbi əməliyyatlar zamanı,qəlpə yaralanmasından başın sol ənsə nahiyyəsində bir ədəd, sol əlin 3-4-5-ci barmaqlarının orta falanqasının ovuc səthində üç ədəd, sol saidin aşağı 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir Diaqnozun mətni: ədəd köhnə çapıq toxumalar (1993). Parsial epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-9 dəfə) .Baş beynin silkələnməsi. OU-Hipertonik angiopatiya.VQU=0,7. Postravmatik ensefalopatiya. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri (1993). Hipertoniya xəstəliyi-ll dər.krizlərlə.Kəskin nəzərə çarpan astenonevrotik sindrom. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg.” diaqnozu ilə əlillik dərəcəsi təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə sonuncuya əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Məhkəmə kollegiyası qeyd edir ki, 2017-ci ildə və ondan əvvəl qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında oxşar mövqedən yanaşılmış, qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalı olması göstərilmişdir. Eyni zamanda işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsində təqdim olunmuş ekspert rəyindən görünür ki, Vətəndaş İddiaçı iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 453 nömrəli qərarında əks olunmuş diaqnozdakı xəsarətlər onun məhkəmətibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlərlə eynilik təşkil edir və qapalı kəlləbeyin travmasının qalıq əlamətləri kimi qiymətləndirilə bilər. Belə ki, bütün tibbi sənədlərdə və professor Fuad İsmayılovun müayinəsinin nəticələri ilə təsdiq olunur. Göründüyü kimi ekspert rəyində konkret olaraq xəstəliyin əllliyin təyininə əsas veribverməməsi ilə bağlı bir başa fikir bildirilməsə də, MN MHHK-nın xx.xx.2017-ci il tarixli, 453 nömrəli qərarında əks olunmuş diaqnozdakı xəsarətlərin eləcə də, bütün tibbi sənədlərdə və professor Fuad İsmayılovun müayinəsinin nəticələri ilə təsdiqləndiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3194/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3194/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-810/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-810/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver