Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-812/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin qeydiyyata alınması və qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2798/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2798/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 33 nömrəli sahədə yerləşən 600,0 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsini cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim E.Mustafayev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “iddiaçının istifadəsində olan 0,06 ha torpaq sahəsinin qeydiyyata alınması və çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əzizbəyov rayon X6 29.041988-ci il tarixli 4 saylı qərarına əsasən Xəzər rayonu Binə qəsəbəsində onun adına 600 kv.m torpaq sahəsi ayrılmışdır. xx.xx.2018-ci il tarixli ********** nömrəli məktubla yuxarıda qeyd olunan torpaq sahəsinə aid plan və ölçülərin tərtib edilməsi, dövlət reysterindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə ƏMDKY-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi **********08 nömrəli bildirişlə bildirmişdir ki, adına verilmiş Xəzər rayon Binə qəsəbəsi 33 ünvandakı torpaq sahəsi çoxmənzilli yaşayış binasının həyətində yerləşdiyindən dövlət əmlakı olubolmaması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər üzrə 4 saylı Ərazi şöbəsinə sorğu göndərildiyindən o cümlədən torpaq sahəsinin az olması ilə bağlı ərizənin təqdim edilməməsi və torpaq sahəsinin bir hissəsi üzərindən keçən elektrik xəttinin yerləşməsi ilə əlaqədar xxxxxxxx ASC-nin tərəfindən mühafizə zolağı ilə bağlı münasibət bildirməməsi bəhanə gətirməklə sözügedən torpaq sahəsi qeydiyyata alınmamışdır. Torpağın az olması və elektrik xəttinin mühafizə zolağında yerləşməməsi ilə əlaqədar ərizə və məktubu Bakı Şəhər Ərazi İdarəsinə təqdim etməyinə baxmayaraq bildirdilər ki, 4 saylı Ərazi şöbəsinə göndərilən sorğunun cavabı verilmədiyindən torpaq sahənin qeydiyyata alınması mümkün deyildir. Təkrarən Azərbaycan Respublikası Əmlak Komitəsinə müraciət etdikdən sonra ona cavab verildi ki, guya istifadəsində olan torpaq sahəsi birmərtəbəli çoxmənzilli yaşayış binasının ümumi istifadəsində olan torpaq sahəsi olduğundan qeydiyyata alınması mümkün deyildir. Yazılan cavab məktubu qanuna ziddir. Belə ki, sözügedən torpaq sahəsi ona 1988-ci ildə verilmişdir. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əzizbəyov rayonu X6 xx.xx.1988-ci il tarixli 4 saylı qərarı ilə Xəzər rayonu, Binə qəsəbəsində onun adına 600,0 kvm torpaq sahəsi ayrılmışdır. Buna dair çıxarış və plan-ölçü almaq məqsədilə xx.xx.2018-ci il tarixdə İdarəyə müraciət etmişdir. aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Əzizbəyov rayonu X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 4 saylı qərarı ilə iddiaçının adına verilmiş adıçəkilən torpaq sahəsi birmərtəbəli çoxmənzilli yaşayış binasının ümumi istifadəsində olan torpaq sahəsidir. Bundan əlavə müvafiq torpaq sahəsi sənəd üzrə 600,0 kvm olsa da, faktiki olaraq 300,0 kvm-dir. Həmçinin, müvafiq torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Qeyd olunan səbəblərə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanılmışdır. Ona görə də nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, çıxışında bildirmişdir ki, Xəzər rayon İcra Başçısının rayon Təsərrüfatı şöbəsinin memarının tərtib etdiyi plana əsasən evi 300 kv.m sahədə tikilmiş və həmin sahə hasara alınmışdır, qalan torpaq sahəsi hasara alınmamışdır, faktiki həyatyanı sahə 300 kv.m olduğu üçün torpaq sahəsi hasara alınmamışdır. Vəkil və nümayəndə Əzizbəyov rayonu X6 xx.xx.1988-ci il tarixli 4 saylı qərarı ilə Xəzər rayonu, Binə qəsəbəsində yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə ünvan 1 ünvanında yaşayır. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, Q-78 saylı məktubu ilə Əzizbəyov rayon XDS İK-nın 4 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə Binə qəsəbəsində fərdi ev tikmək üçün Sizə ayrılmış 33 saylı torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışının verilməsi barədə rayon İcra Hakimiyyətinə ünvanladığı ərizəyə baxılmışdır. Ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanaraq və təsdiq edilərək iddiaçıya göndərilmişdir. “xxxxxxxx” ASC-nin DX-18/0204 saylı, xx.xx.2018-ci il tarixli məktubu ilə Əzizbəyov rayon X6 xx xxxxx 1988-ci il 4 saylı qərarına əsasən, Binə qəsəbəsində ayrılmış 33 saylı torpaq sahəsinin üzərində hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq arayış verilməsinə dair ərizəyə (E-18/Q-0754) “xxxxxxxx” ASC-də baxılmışdır. Həmin torpaq sahəsinin 10 kV-luq YS “Binə” - TM355 büdaqlanma TM363N°1 hava elektrik verilişi xəttinin istismarında heç bir çətinlik yaratmadığını nəzərə alaraq qeyd olunan torpaq sahəsinin üzərində hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına etiraz etməmişdir. Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, 33 saylı sahədə yerləşən İddiaçı məxsus 2 mərtəbəli yaşayış evinə dair Məişət Layihə-İnşaat İstehsalat MMC tərəfindən eksiz layihə tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçı X4 ünvanladığı xx.xx.2018-ci il tarixli **********28 nömrəli məktubunda göstərilir ki, etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 33 nömrəli sahədə yerləşən 600,0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın döviət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizənizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmışdır. Bununla əlaqədar aparılmış araşdırma nəticəsində Bakı şəhəri, Əzizbəyov indiki Xəzər) Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx xxxxx 1988-ci il tarixli 4 saylı qərarı ilə vətəndaş İddiaçı adına verilmiş adıçəkilən torpaq sahəsinin birmərtəbəli çoxmənzilli yaşayış binasının ümumi, istifadəsində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Nəzərinizə çatdırılırt ki. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. İşin faktiki hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 33 nömrəli sahədə yerləşən 600,0 kv.m sahədə yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan Bakı şəhəri, Əzizbəyov indiki Xəzər) Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx xxxxx 1988-ci il tarixli 4 saylı qərarı ilə vətəndaş İddiaçı adına verilmiş adıçəkilən torpaq sahəsinin birmərtəbəli çoxmənzilli yaşayış binasının ümumi, istifadəsində olan torpaq sahəsi olduğu müəyyən edilmədiyinə istinad edərək, iddiaçının müraciətindən imtina etmişdir. İPM-in 2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Birinci instansiya məhkəməsi İPM-in 35.1-ci maddəsinin tələblərini nəzərə alaraq, hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə sübyektiv hüquqa malik olmuş, cavabdeh inzibati orqan hazırkı iddiaya cavab verməli olan qurumdur, iddiaçı ilk əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin bununla bağlı imtinası var, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində cavabdehin hərəkətindən məhkəməyə müraciət etmişdir, buna görə də iddia mümkün sayılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx xxxx 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Birinci instansiya məhkəməsi cavabdehin imtinasına münasibətdə qeyd etmişdir ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci və 1.3-cü bəndlərinə əsasən (1.) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: (1.3.) şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı. Göründüyü kimi cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmiş, yuxarıda qeyd edilən Fərmanda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün müəyyən edilmiş əsasları nəzərə almadan iddiaçının müraciətini təmin etməmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iddiaçının vəkili və nümayəndəsi N.Kərimovun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, Əzizbəyov rayonu X6 xx.xx.1988-ci il tarixli 4 saylı qərarı ilə Xəzər rayonu, Binə qəsəbəsində yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 300 kvm torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2798/2019 saylı qərarı dəyişdirilsin. Əzizbəyov rayonu X6 xx.xx.1988-ci il tarixli 4 saylı qərarı ilə Xəzər rayonu, Binə qəsəbəsində yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 300 kvm torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-812/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-812/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver