Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-812/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızının, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6101/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199207 nömrəli xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iş üzrə icraatın dayandırılması barədə vəsatət daxil olmuşdur. Vəsatətdə göstərilmişdir ki, İdarənin Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarına əsasən İddiaçı MMC-də xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə edilməklə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi öəyicisi faktiki olaraq ixtisaslaşdırılmış topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə 71495.1 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayılndırılması müəyyən edilmiş və yoxlamanın nəticəsi olaraq xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş və həmin akta əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199207 nömrəli xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar aşkar olunduğundan toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün X3 Araşdırılması Baş İdarəsinə göndərilmiş və həmin materiallar əsasında xeyli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilmədən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlamışdır. Həmçinin qeyd olunan məsələ ilə bağlı analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-Kollegiyasının 2-1(102)- 3145/2019 saylı xx.xx.2019-cu il tarixli qərarında hüquqi mövqeyi nəzərə alınmalıdır. Qeyd olunan iş üzrə aparılan cinyət təqibinin məhkəmənin icraatında olan inzibati mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan məhkəmə icraatı cinayət işi üzrə icraat başa çatana kimi dayandılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6101/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6101/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iş üzrə icraatın dayandırılması barədə vəsatətə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən vətatətdə qeyd edilmiş hallar nəzərə alınmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan **********6170819 saylı xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, İddiaçı MMC üzrə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələri haqqında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199207 nömrəli xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Hazırki işdə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199207 nömrəli xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə müvafiq cinayət işinin aidiyyəti məhkəmənin icraatına göndərilməməsinə və həmin iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırki iş üzrə icraatın dayandırılmasının İPM-nin 7.2-ci maddəsi ilə uzlaşmadığına istinad edərək iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçının mübahisələndirdiyi İddiaçı MMC ilə bağlı tərtib edilmiş inzibati akt həmin müəssisədə aşkar edilmiş vergi qanunvericiliyinin pozulması halı ilə əlaqədar qaldırılmış cinayət işinin araşdırma əsaslarından biri kimi çıxış etdiyi üçün həmin cinayət təqibinin hazırki inzibati mübahisənin həllinə təsiri deyil, əksinə, inzibati mübahisə üzrə qəbul ediləcək məhkəmə qərarının cinayət təqbinə təsir edəcəyi müəyyən olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə icraatın dayandırılması üçün yuxarıda qeyd olunan normada göstərilən əsaslar mövcud olmadığından bu barədə vəsatətin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6101/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6101/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-812/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-812/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver