Məhkəmə qərarları › İş №2-1(103)-812/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-812/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-812/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı sənədlərin göndərilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin N-1(11N)-7575/N0N4 nömrəli xx.xx.N0N4-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.N019-cu il tarixdən xx.xx.N0N1- ci il tarixədək N nömrəli hərbi hissədə zabit kimi xidmət keçmişdir. 44 günlük Vətən Müharibəsi vaxtı, xx.xx.N0N0-ci il tarixdən 10 gün müddətinə N noyabr N0N0-ci il tarixdən N noyabr N0N0-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam olunmuş, N nömrəli hərbi hissənin S-300 PMU-N divizionlar qrupunun tərkibində olan GNT-94 markalı dizel elektrik aqreqatının mühərrik hissəsinin təmirində, 30N6EN markalı işıqlandırma və yönəltmə radiolokatorunu, 5P85TEN markalı atıcı qurğuları qidalandıran 5İ57A-1 markalı dizel elektrik stansiyalarına və 63T6A-N markalı paylayıcı-çevirici qurğularına texniki qulluğun göstərilməsində və göstərilən tarixlərdə enerji təminatı vasitələrinin saz vəziyyətdə işləməsini təmin etməkdə köməklik göstərmişdir. Göstərilən işlərin görülməsi nəticəsində S-300 PMU-N divizionlar qrupunun Mingəçevir şəhərinin, Mingəçevir su anbarının və Mingəçevir istilik elektrik stansiyasının düşmənin ballistik raketlərinə qarşı müdafiə imkanları artmışdır. Lakin cavabdeh tərəfindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Hesab edir ki, imtina əsassız və qanunsuz olmaqla, formaldır. Belə ki, imtina cavabından görünür ki, onun ərizəsinə baxılmamış, ərizə üzrə araşdırma aparılmamış və formal cavab vermişdir...” Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçının ezam olunduğu ərazi (Mingəçevir şəhəri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci tarixli N16 nömrəli Qərarı ilə müəyyən olunmuş ərazi meyarlarına uyğun olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçı XN “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. İddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə də malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz…» Bakı İnzibati Məhkəməsinin N-1(11N)- 7575/N0N4 nömrəli xx.xx.N0N4-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı XN “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərarla razılaşmamış, apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İş materiallarına əlavə edilmiş sənədlərə əsasən iddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.N0N0-10.11,N0N0-ci il tarixlərdə) N nömrəli hərbi hissənin madditexniki təminat bölməsinin (A4) enerji təminatı və təhlükəsizlik xidməti rəisi vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissədən təqdim olunmuş sənədlərdən məlum olur ki, iddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Mingəçevir şəhərində döyüş texnikasını qidalandıran, sıradan çıxmış enerji təminat vasitələrinin təmiri məqsədi ilə döyüş tapşırığını yerinə yetirmişdir. İddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Bakı İnzibati Məhkəməsi sözügedən qərarında iddiaçının yerinə yetirdiyi tapşırığın döyüş təminatının bir növü olmasını və belə olan halda onun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin imtina üçün əsas olmaması faktını cavabdehin nəzərə almadığını, qeyd etməklə iddianı təmin etmişdir. İddiaçı A.C.Məmmədovun adına tərtib edilmiş arayış-məlumatda onun döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi qeyd edilsə də, faktiki olaraq, həmin tapşırığı yerinə yetirməmiş, hətta həmin tapşırıqları yerinə yetirmə iqtidarında olmamışır. Belə ki, iddiaçının tutduğu vəzifəyə və döyüş əməliyyatları zamanı icra etdiyi fəaliyyətlərə nəzər yetirildikdə, döyüş tapşırığı üzrə tapşırıqları deyil, maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Çünki, döyüş təminatı üzrə tapşırıq anlayışı döyüş texnikasını qidalandıran sıradan çıxmış enerji təminat vasitələrinin təmir edilməsindən ibarət deyildir. Mingəçevir səhərlərində yerləşən hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteram” adı və vəsiqəsi verilir: 1) N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; N) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteram” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə verinə yetirmiş olsunlar. Göründüyü kimi, iddiaçı Gəncə, Şəmkir, Samux və Göygöl şəhərlərində hava hücumundan müdafiə bölmələrinin tərkibində öz xidməti vəzifələrini icra etmiş və hava hücumundan müdafiə bölmələrinin bölmənin döyüş vasitələrinin elektrik enerjisi ilə fsiləsiz təmin olunmasında iştirak etmişdir. Mingəçevir şəhəri Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə, inzibati is materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları verinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır...” Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh apelyator (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 6N-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etirazını bildirərək iddia ərizəsinə uyğun izatında birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin: 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; N-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 10-11-ci abzaslarının qüvvədə olan redaksiyasına əsasən müharibə müharibə veteranı adı aşağıdakı qaydada verilir: –Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 1-ci hissənin qeydinin N-ci bəndinə əsasən bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə, döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur). 1-ci hissənin digər bir qeydinə əsasən bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Qaydaların qeyd olunan müddəalarından göründüyü kimi, N0N0-ci il sentyabrın N7dən noyabrın 10-dək olan dövr üzrə şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün: - birincisi, N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxs olmalı; - ikincisi, bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. Konkret halda, iddiaçıya müharibə vetaranı adının verilməsi üçün Qaydaların qeyd olunan şərtləri mövcuddur. Belə ki, iş materiallarına əsasən onun N0N0-ci ilin noyabr ayında döyüş fəaliyyətlərini aparmaq məqsədilə N nömrəli hərbi hissəyə ezam edilməsi, ezam dövründə həmin hərbi hissənin tərkibində GNT-94 markalı dizel elektrik aqreqatının mühərrik hissəsinin təmirində, 30N6EN markalı işıqlandırma və yünəltmə radiolokatorunu, 5P85TEN markalı atıcı qurğuları qidalandıran 5157A-1 markalı dizel elektrik stansiyalarına və 63T6A-N markalı paylayıcı-çevirici qurğularına texniki qulluğun göstərilməsində və göstərilən tarixlərdə enerji təminatı vasitələrinin saz vəziyyətdə işləməsini təmin etməkdə iştirak etməsi hərbi hissənin arayışı, müvafiq əmrdən çıxarışlarla tam təsdiq olunur. O cümlədən, işə əlavə olunmuş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 336 nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş fəaliyyətlərinin aparılması məqsədilə maddi texniki təminat bölməsinin enerji təminatı və təhlükəsizlik xidməti rəisi mayor X3 N nömrəli hərbi hissəyə xx.xx.N0N0-ci il tarixədək ezamiyyətə getmiş hesab edilmişdir. Eyni zamanda, N nömrəli hərbi hissə tərəfindən verilmiş iddiaçıya verilmiş xx.xx.N0N0-ci il tarixli, 6303 nömrəli ezamiyyət vəsiqəsinə əsasən müəyyən olunur ki, mayor X3 HHQ Komandanının xx.xx.N0N0-ci il tarixli 05 nömrəli sərəncamı əsasında döyüş fəaliyyətlərinin aparılması məqsədi ilə xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilədək 10 gün müddətində N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Eyni zamanda, N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 346 nömrəli əmrindən çıxarışa əsasən döyüş fəaliyyətlərinin aparılması məqsədi ilə N nömrəli hərbi hissəyə ezam olunmuş mayor A.R.Məmmədovun raportu əsasında döyüş fəaliyyətlərin aparılması məqsədilə N nömrəli hərbi hissəyə ezam olunmuş maddi texniki təminat bölməsinin enerji təminatı və təhlükəsizlik xidməti rəisi mayor X1 ezamiyyət müddəti xx.xx.N0N0-ci il tarixədək artırılmış hesab edilmişdir. Eyni zamanda, N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 349 nömrəli əmrindən çıxarışa əsasən xx.xx.N0N0-ci il tarixli 4303 nömrəli ezamiyyət vəsiqəsi əsasında maddi texniki təminat bölməsinin enerji təminatı və təhlükəsizlik xidməti rəisi mayor X3 N noyabr N0N0-ci il tarixdən N nömrəli hərbi hissədən (Mingəçevir şəhəri) ezamiyyətdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. Eyni zamanda, həmin hərbi hissə komandirinin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə arayışməlumatdan görünür ki, ehtiyatda olan mayor X3 döyüş əməliyyatları aparılan zaman (N7.09. – xx.xx.N0N0-ci il tarixlərdə) N nömrəli hərbi hissədə maddi-texniki təminat bölməsinin enerji təminati və təhlükəsizlik xidmət rəisi vəzifəsində xidmət keçmişdir. xx.xx.N0N0-ci il tarixli 336 nömrəli əmr ilə döyüş texnikasını qidalandıran sıradan çıxmış enerji təminat vasitələrinin təmiri məqsədi ilə Mingəçevir şəhəri N nömrəli hərbi hissəyə ezam olunmuş, xx.xx.N0N0-ci il tarixili 349 nömrəli əmr ilə ezamdan qayıtmışdır. Ezam olunduğu hərbi hissədə Müdafiə Nazirinin xx.xx.N0N1-ci il tarixli 06N nömrəli əmri ilə və Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının xx.xx.N0N0-ci il tarixli 019 nömrəli əmri ilə döyüş əməliyyatlarına cəlb olunmuş və döyüş tapşırığını yerinə yetirmişdir. Döyüş əməliyyatları zamanı heç bir xəsarət almamışdır. Eyni zamanda, 34 nömrəli, xx.xx.N0N4-cü il tarixli arayışından görünür ki, ehtiyatda olan mayor X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7- dən noyabrın 10-dək gedən döyüş əməliyyatları müddətində Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının xx.xx.N0N1-ci il tarixli № 019 əmrinə əsasən N noyabr N0N0-ci il tarixdən N noyabr N0N0-ci il tarixədək N nömrəli hərbi hissəyə (Mingəçevir şəhərinə) ezam edilmiş, N nömrəli hərbi hissənin S-300PMU-N divizionlar qrupunun tərkibində olan GNT-94 markalı dizel elektrik aqreqatının mühərrik hissəsinin təmirində, 30N6EN markalı işıqlandırma və yünəltmə radiolokatorunu, 5P85TEN markalı atıcı qurğuları qidalandıran 5157A-1 markalı dizel elektrik stansiyalarına və 63T6A-N markalı paylayıcı-çevirici qurğularına texniki qulluğun göstərilməsində və göstərilən tarixlərdə enerji təminatı vasitələrinin saz vəziyyətdə işləməsini təmin etməkdə köməklik göstərmişdir. Göstərilən işlərin keçirilməsi nəticəsində S-300PMU-N divizionlar qrupunun Mingəçevir şəhərinin, Mingəçevir su anbarının və Mingəçevir istilik elektrik stansiyasının düşmənin ballistik raketlərinə qarşı müdafiə imkanları artmışdır. Eyni zamanda, Müdafiə Nazirliyinin 3-N5-4/N-30N6/N0N4 saylı, xx.xx.N0N4- cü il tarixli məktubundan görünür ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə tam şəkildə, N nömrəli hərbi hissənin isə 4-cü zenit-raket divizionu döyüş əməliyyatlarında iştirak etmişdir. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, iddiaçının N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində gedən döyüş əməliyyatları zamanı, həmin əməliyyatların iştirakçısı olan N saylı hərbi hissəyə ezam oolunduğu müddətdə ,onun adıçəkilən döyüşən hərbi hissələrə maddi texniki təminatın göstərilməsində iştirak etdiyi sübuta yetirilir. Belə olan halda, onun hazırkı iddia tələbində haqlı olduğu öz təsdiqini tapır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən onun hazırıkı tələbi ilə bağlı müraciətinin təmin olunmasından imtina olunması hüquqlarını pozur. İPM-nin 73.1-ci maddəsinin tələbindən də məhz görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmənin iddianın təmin edilməsi barədə qərarı işdə olan sübutlara və maddi hüquq normalarının tələblərinə uyğundur. Qeyd olunanları nəzərə alan məhkəmə cavabdehin apellyasiya şikayətinin iddiaçının tələbində haqlı olmadığını, birinci instansiya məhkəməsi tərəfindən iddianın əsassız olaraq təmin edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin N-1(11N)-7575/N0N4 nömrəli xx.xx.N0N4-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 8N, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-7575/N0N4 nömrəli xx.xx.N0N4-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar