Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-813/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5616/2021 20.10.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, 17.09.1979-17.10.1980-ci illərdə Salyan X5 təhsil aldığı illərin sığorta stajı kimi qəbul edilərək, 15.05.2019-cu il tarixdən 57 yaşdan 2 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5616/2021 20.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5616/2021 20.10.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 22 oktyabr 1985-ci il tarixli ******* nömrəli əmək kitabçasından və ona əlavə edilmiş sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5616/2021 20.10.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. - 22 oktyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 17.10.1985 - 10.04.1990-ci illərdə Tikinti Detalları Zavodunda armaturçu, qəlibçi, qaynaqçı vəzifələrində, 04.05.1990 - 26.06.1991-ci illərdə X17 Nasos Stansiyalarının Təmiri Zavodunda, 27.06.1991 - 06.01.1992-ci illərdə X3 X4 elektrik qaynaqçısı, 16.01.1992 - 28.02.1994-cü illərdə “Azneft” Birliyinin X11 İdarəsində istismar və kəşfiyyat neft-qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi, 01.03.1994- 02.05.1994-cü il tarixlərdə SMT Trestinin 2 saylı Tikinti İdarəsində, 02.05.1994 - 19.06.1995-ci illərdə Əli-Bayramlı 49 №-li TSMO-da bənna, 10.05.1995 - 14.10.1996-cı illərdə X11 İdarəsində istismar və kəşfiyyat neft-qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi, 17.10.1996 - 01.09.1997-ci il tarixlərdə “Şirvanneft” NQÇİ-də Quyuların Əsaslı Təmir Sexində qazma köməkçisi, 01.09.1997-05.10.2009-cu illərdə "xxxx" X12 X10 Təmir Sexində qazmaçı və qazmaçı köməkçisi, 05.09.2009 - 25.04.2018-ci illərdə “X13 Limited” Şirkətində Quyuların Əsaslı və Yeraltı Təmir Sexində qazmaçı, 26.04.2018 - 03.06.2019cu illərdə “Karasu Əməliyyat Şirkəti”ndə qazmaçı və 04.06.201925.05.2020-ci illərdə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında neft və qaz üzrə quyuların qazılmasında qazmaçı vəzifələrində işləmişdir. - ЖТ 030649 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1979-cu ildə X14 Ttexnikumuna daxil olmuş və 1985-ci ildə həmin Texnikumun aqronomluq ixtisası üzrə tam kursu bitirmişdir. - 15 oktyabr 1980-ci il tarixli НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 20.10.1980 - 10.11.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. - “X13 LTD.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli 10 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayış”dan görünür ki, İddiaçı “Şirvanneft” NQÇİ-də, "xxxx" X12 Müəssisədə, “X13 Ltd.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işləmişdir. Belə ki: 16.10.1996-cı il tarixli, 179/k saylı əmrlə 17.10.1996-cı il tarixdən “Şirvanneft” NQÇİ-nin Quyuların Əsaslı Təmiri Sexinə 4-cü dərəcəli qazma köməkçisi peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22.08.1997-ci il tarixli, 158 saylı əmri ilə Şirvanneft NQÇİ 01.09.1997-ci il tarixdən ləğv olunmuş və onun bazasında Şirvan OYL X12 Müəssisə yaradılmışdır. 29.08.1997-ci il tarixli 01/k saylı əmrlə 01.09.1997-ci il tarixdən "xxxx" BMMM-nin Quyuların Əsaslı Təmiri Sexində 4-cü dərəcəli qazma köməkçisi peşəsində işini davam etdirir. 01.08.2002-ci il tarixli, 112/k-a saylı əmrlə 01.08.2002-ci il tarixdən 1 saylı Neftqazçıxarma sexinə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. 17.03.2003-cü il tarixli 33/k-a saylı əmrlə 17.03.2003-cu il tarixdən "xxxx"BMMM-nin Quyuların Əsaslı Təmiri Sexinə 4-cü dərəcəli qazma köməkçisi peşəsinə keçirilmişdir. 01.12.2003-cü il tarixli 297 saylı əmrlə 01.12.2003-cü il tarixdən "xxxx" BMMM-nin Quyuların Əsaslı Təmiri Sexinə 5-ci dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmişdir. 29.12.2005-ci il tarixli 203/k-a saylı əmrlə 28.12.2005-ci il tarixdən "xxxx" BMMM-nin Quyuların Əsaslı və Yeraltı Təmiri Sexinə 5-ci dərəcəli qazmaçı peşəsinə keçirilmiş və 04.10.2009-cu il tarixədək həmin peşədə işləmişdir. Həmin peşələrdə iş stajı 12 il 11 ay 16 gündür. 05.10.2009-cu il tarixli əmək müqaviləsi ilə 05.10.2009-cu il tarixdən “X13 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı X7 və Yeraltı Təmiri Sexinə 5-ci dərəcəli qazmaçı peşəsinə işə qəbul edilmişdir. 12.01.2018-ci il tarixli, 23/k saylı əmrlə 12.01.2018-ci il tarixdən Qazma sahəsinə neft və qaz quyularının qazılmasında 5-ci dərəcəli qazmaçı peşəsinə keçirilmiş və 24.04.2018-ci il tarixli, 295/k saylı əmrlə 25.04.2018-ci il tarixdən işdən azad edilmişdir. Həmin peşələrdə iş stajı 08 il 06 ay 20 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr- quyuların əsaslı təmirinin qazmaçıları peşəsinə uyğundur. İddiaçı “Şirvanneft” NQÇİ-də, "xxxx" X12 Müəssisədə, “X13 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında ümumi əmək stajı 21 il 06 ay 05 gün, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 21 il 06 ay 05 gün təşkil edir. - "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 144/A nömrəli 31 may 2020-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayış”dan görünür ki, İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Qazma sahəsində neft və qaz quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10.1 bəndinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı-Neft, qaz və qaz kondensatının hasilatı) a) yarımbəndinin 1-ci şərtinə əsasən İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında güzəştli şərtlərlə 11 ay, 14 gün iş stajı var. Belə ki, İddiaçı Kətib oğlu 04.06.2019-cu il tarixdən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Qazma sahəsində neft və qaz quyularının qazılmasında qazmaçı vəzifəsinə işə qəbul edilmiş və 18.05.2020-ci il tarixli 316/K-X nömrəli əmrlə 18.05.2020-ci il tarixdən onunla bağlanmış müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Dövlət X8 506 nömrəli 21 sentyabr 2021-ci il tarixli Arxiv Çıxarışından görünür ki, İddiaçı 23.08.1979-cu il tarixli 133 №-li əmrlə Qəbul Komissiyasının 22 avqust 79-cu il tarixli 8 №-li protokoluna əsasən aqronom ixtisası üzrə İİ kursa Texnikuma tələbə qəbul edilmiş, 15.10.1980-ci il tarixli 152 №-li əmrlə 19.10.80-ci ildə ordu sırasına getdiyindən 15.10.80-ci il tarixdən Texnikumdan tələbəlikdən azad edilmiş və sovet ordusu sırasına getmiş hesab edilmişdir. 03.12.1983-cü il tarixli 175 №-li əmrlə ordudan tərxis olunub gəldiyindən Texnikumu davam etdirmək üçün İİİ a – aqronom kursuna bərpa edilmişdir. 04.06.1984-cü il tarixli 67 №-li əmrlə rayonların təsərrüfatlarına dövlət imtahanqabağı istehsalat təcrübəsinə göndərilmiş və 01.03.1985-ci il tarixli 31 №-li əmrlə tədris planında nəzərdə tutulmuş bütün fənlərdən müvəffəq qiymətlə imtahan verən və dövlət ixtisas vermə Komissiyasının 27.02.85-ci il 286 №-li yekun protokoluna əsasən Texnikumu bitirmiş hesab edilmiş, ona aqronom ixtisası verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 16 mart 2021-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, 22 oktyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi, vətəndaşın 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 5 ay 7 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8, 23.2-ci maddələrini, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndini, 67- ci maddəsinin v) bəndini, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyi, 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndini, SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndini, 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndini, “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı iddiası təmin edilməli, onun Salyan X5 təhsil aldığı illər tam şəkildə sığorta stajı kimi qəbul edilərək, 15.05.2019-cu il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə - güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja gorə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, baxılan iş üzrə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olmalı, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olmalıdır. İddiaçı 23.08.1979-15.10.1980 və 03.12.1983-01.03.1985-ci illərdə Salyan rayon X5 “aqronom” ixtisası üzrə təhsil almışdır. Göründüyü kimi, istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik peşə məktəblərində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Həmçinin iddiaçıya əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də iş stajına da daxil edilməlidir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək təhsil dövrü, hərbi xidmət dövrü də nəzərə alınmaqla 25 ildən artıq (25 il 6 ay 17 gün) ümumi iş stajı movcuddur. İddiaçının 01.01.2006-cı ilədək güzəştli iş stajına münasibətdə kollegiya qeyd edir ki, əmək kitabçasından görünür ki, iddiaçı 16.01.1992 - 28.02.1994-cü illərdə “Azneft” Birliyinin X11 İdarəsində, 10.05.1995 - 14.10.1996-cı illərdə ƏliX15 İdarəsində, 17.10.1996-01.09.1997-ci il tarixlərdə “Şirvanneft” NQÇİ-də, 01.09.1997-01.01.2006-cı illərdə "xxxx" X1maçı köməkçisi və qazmaçı vəzifələrində işləmişdir. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” nın Xİİ bölməsindən (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) görünür ki, neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları (2130100a—11297) güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər 12 il 9 ay güzəştli iş stajı mövcuddur. Beləliklə, iş materiallarına əsasən iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər güzəştli iş stajı 12 il 06 aydan çox, ümumi iş stajı isə 25 ildən çox olduğu üçün ona 57 yaşı tamam olduğu tarixdən, yəni 15.05.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5616/2021 20.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-813/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-813/2022
23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver