Məhkəmə qərarları › İş №2-1(103)-813/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-813/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-813/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3850/2022 saylı 25 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində dəymiş real zərərin məbləği 116576 manat, bank faizinin uçot dərəcəsinin məbləği – 34937,50 manat, mənəvi zərərin məbləği – 10000 manat, hüquqi yardıma görə ödənilən xərclər – 500 manat, ekspertiza xərcləri – 200 manat, cəmi – 162213,50 manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdehlərin dövlət büdcəsi hesabından tutulub onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3850/2022 saylı 25 yanvar 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 04 .05..2022-ci il tarixli, 2- 1(103)-1515/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3850/2022 saylı 25 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1386/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)-1515/2022 nömrəli qərardadı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə münasibətdə ləğv edilməsi, iş həmin hissədə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2- 1(103)-1515/2022 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1386/2022 saylı qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3850/2022 saylı 25 yanvar 2022 tarixli qərardadı qisməncavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə münasibətdə ləğv edilməli, həmin hissədə iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı hissədə əsassız olmaqla bu hissə apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı iddianın mümkünlüyü ilə bağlı işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən, yəni cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı hissədə əsaslıdır. Birinci instansiyası məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən birinci məhkəməsinin qərardadı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə münasibətdə ləğv olunmalı və iş həmin hissədə təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən “İcra haqqında” Qanunun 14.1, 26, 29.1, 87.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarına istinad edərək göstərmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır, çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddianın mümkünlüyü yoxlanılan zaman işin hallarının araşdırılması prinsipi pozulmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 8(011)-1509/2018 nömrəli qərardadı ilə icra sənədi üzrə tələbkarın (hazırkı iş üzrə iddiaçı) ərizəsi təmin edilmiş, Xətai rayon İcra və probasiya şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 2(011)-2276/2015 nömrəli qətnaməsi əsasında verilən icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 dekabr 2018-ci il tarixli, 8(103)- 820/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 8(011)-1509/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı müvafiq olaraq məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən ilk öncə məhkəmə qətnaməsinin icrasına nəzarət etməli olan məhkəməyə müraciət etmiş və müvafiq məhkəmə qərardadları ilə Xətai rayon İcra və probasiya şöbəsinin icra sənədini icra etməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Hazırkı iddia tələbi isə cavabdehin (məhkəmə qərardadı əsasında qanunsuz hesab edilən) hərəkətsizliyi nəticəsində vurulmuş ziyanla bağlı mübahisədir və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə verilən icra sənədinin icrasına nəzarət həmin icra sənədini verən müvafiq məhkəmə tərəfindən həyata keçirilməlidir. Lakin hazırkı iddia tələbi icra sənədinin icrasına nəzarətlə bağlı olmamaqla birbaşa olaraq inzibati orqanın hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsindən ibarətdir. Birinci instansiyası məhkəməsi hazırkı qərardadı qəbul edərkən nəzərə almalı idi ki, iddiaçı icra sənədi üzrə icra məmurunun hərəkətsizliyi ilə bağlı mülki mühakimə qaydasında icra sənədinin icrasına nəzarəti həyata keçirən müvafiq məhkəməyə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə qərardadları ilə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Məhz bu mərhələdən sonra, iddiaçının vurulmuş ziyana görə kompensasiya tələbi ilə bağlı iddiası ümumi (publik) hüquq normaları ilə tənzimlənməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Yəni məhkəmə qətnaməsinin icrası zamanı yaranan münasibətlər ona görə xüsusi hüququn predmeti hesab olunur ki, bu münasibətlər fiziki şəxslərin arasında yaranmaqla mülki hüquq normaları ilə tənzimlənir. Hazırkı iş üzrə cavabdehin funksiyaları məhkəmə qətnaməsi əsasında müəyyən edilən xüsusi hüququn icra edilməsindən ibarətdir. İcra sənədinə nəzarəti həyata keçirən məhkəmə tərəfindən cavabdehin hərəkətsizliyi qanunsuz hesab edilmiş, bundan sonra iddiaçı ilə cavabdeh arasındakı münasibətlər xüsusi hüquq müstəvisindən ümumi (publik) hüquq müstəvisinə keçmişdir. Belə ki, hazırkı iddia tələbi inzibati orqan olan cavabdehin qanunla ona həvalə edilmiş inzibati funksiyaları yerinə yetirməsi (və ya yetirməməsi) nəticəsində yaranan münasibətləri ehtiva edir. Bu münasibətlər sırf cavabdehin inzibati funksiyaları ilə bağlı olduğundan, cavabdehin hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi məsələsinin həlli (iddianın təmin və ya rədd edilməsindən asılı olmayaraq) qətnamənin icrasına məhkəmə nəzarəti qaydasında həyata keçirilmədiyindən hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehlərə ilkin müraciəti ilə iddia ərizəsində ona ödənilməli olan kompensasiya məbləğində fərqlilik var. Belə ki, həm ilkin müraciətdə, həm də iddia ərizəsində mənəvi zərər (10 000 manat), hüquqi yardıma görə xərclər (500 manat), ekspertiza xərcləri (200 manat) eyni olsa da, ilkin müraciətdə dəymiş real zərər 117 752 manat, cəmi məbləğ isə 128 452 manat göstərilmiş, lakin iddia ərizəsində irəli sürülən tələb dəymiş real zərər görə 116 576 manat, bank faizinin uçot dərəcəsinə görə 34 937,50 manat, cəmi məbləğ isə 162 213,50 manat göstərilmişdir. Qeyd edilən hal birinci instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya yardım etməyə borclu olduğu halda bunu etməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə münasibətdə məhz yuxarıda qeyd edilən məzmunda iddia tələbinə uyğun araşdırmalı və qiymət verməli olduğu halda, bu, baş verməmişdir. Beləliklə, birinci instansiyası məhkəməsinin qərardadı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 13, 35.1-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edilmişd Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). İş materiallarından görünür ki, iddiaçı “kompensasiya” tələbini irəli sürərkən mülki məhkəmə icraatı qaydasında qəbul edilmiş qərarın icra olunmamasına istinad etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş ica sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Odur ki, birinci instansiya məsəhkəməsi istinad etdiyi hallarla bağlı iddia tələbini mümkün saymamaqda haqlı olmamışdır. Hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3850/2022 saylı 25 yanvar 2022 tarixli qərardadı qismən- cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə münasibətdə ləğv edilməli, həmin hissədə iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3850/2022 saylı 25 yanvar 2022 tarixli qərardadı qismən- cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə münasibətdə ləğv edilsin, həmin hissədə iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qanun qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar