Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-813/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X41 və X14 hüquqi varisləri X49 və X42) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “mülkiyyət hüququna dair qeydin ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X26 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Üçüncü şəxs X27 vəkili Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2210/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. fevral 1963-cü il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X39 məxsus olmuşdur.
2. 02.09.1970-ci il tarixli müqavilədən görünür ki, X47 ünvan 2 ünvanında 540 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evini X1.
3. Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 674 saylı sərəncamından görünür ki, Lokbatan qəsəbəsi, Hacıbəyov küçəsi, ev 19-da yaşayan X12 477 kv.metr torpaq sahəsində tikdirdiyi 3 otaqdan ibarət fərdi yaşayış evinin sənədləşdirilib qeydiyyata alınaraq şəxsi mülki sayılması qərara alınmışdır.
4. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-1xx/xx-2003 saylı qərardadından görünür ki, X20 xx.xx.2000-ci ildə Lök-batan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 19 saylı evi xx.xx.2000-ci il tarixli 3M-1/13 №li bağışlanma müqaviləsinə əsasən X43, X37, X50, X60 və X34 bağışlamışdır. Həmin qətnamə ilə iddiaçı X28 ilə cavabdehlər X20, X65 arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, Bakı şəhəri, Lök-batan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 19 saylı evin 1/5 hissəsinə X51 mülkiyyət hüququ itirilmiş hesab edilmiş, Bakı şəhəri, Lök-batan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 19 saylı evin 1/5 hissəsinin xüsusi mülkiyyət kimi X16 adına hüquqi qeydiyyatdan keçirilməsi və bunun Bakı şəhəri, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılması qət edilmişdir.
5. 03.08.2001-ci il tarixli 132904 saylı müqavilədən görünür ki, X52 və X18 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş FM seriyalı 00338 nömrəli qeydiyyat vəsiqəsinə əsasən onlara məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lök-batan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 19 saylı evdən hər birinə düşən 1/5 hissə olan paylarını X2.
6. 03.08.2001-ci il tarixli 132903 saylı müqavilədən görünür ki, X61 və X10 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş FM seriyalı 00338 nömrəli qeydiyyat vəsiqəsinə əsasən onlara məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lök-batan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 19 saylı evdən hər birinə düşən 1/5 hissə olan paylarını X3.
7. 30.05.2002-ci il tarixli 132993 nömrəli müqavilədən görünür ki, X29 19 saylı evin ona məxsus 2/5 hissə payını X4.
8. 10.01.2004-cü il tarixli 207468 nömrəli müqavilədən görünür ki, X30 19 saylı ev üzrə 2/5 hissədə payını X7.
9. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı, 027688 nömrəli, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ü.Hacıbəyov küçəsindəki 4 otaqlı, 70.3 kv.m yaşayış sahəsi, 106.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 1/5 hissəsi X16, 2/5 hissəsi X14, 2/5 hissəsi X35 paylı mülkiyyətində olmuşdur.
10. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X28 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 106.8 kv.m, yaşayış sahəsi 70.3 kv.m, yardımçı sahəsi 36.5 kv.m olan fərdi yaşayış evinin ona məxsus olan 1/5 hissəsini 5300 manat müqabilində alıcı X27 mülkiyyətinə vermişdir.
11. İşdə olan xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 2/5 hissəsi İddiaçı, 2/5 hissəsi X14 və 1/5 hissəsi isə X27 xüsusi paylı mülkiyyətindədir, yaşayış sahəsinin yerləşdiyi 0,01216 kv.metr torpaq sahəsi isə paylı mülkiyyətçilərin istifadəsindədir.
12. 21.02.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X35 vərəsəsi qızı İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X38 verilmi. **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.0477 ha olan torpaq sahəsindən və üzərinəki ümumi sahəsi 108.3 kv.m olan fərdi yaşayış evindən X38 məxsus 2/5 hissə paydan ibarətdir.
13. 27.02.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 108.3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin 2/5 hissəsi İddiaçı, 2/5 hissəsi X14 və 1/5 hissəsi isə X27 xüsusi paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0477 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə paylı mülkiyyəçilərə məxsusdur. İddiaçı hazırda Fərrux Məmmədova keçmiş paylı mülkiyyətçi X28 tərəfindən yalnız 19 saylı fərdi yaşayış evinin ona məxsus 1/5 hissəsinin satıldığını, həmin evin yerləşdiyi torpaq sahəsi ilə bağlı alqı-satqı olmadığını iddia edərək, torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı Fərrux Məmmədovun adın aparılmış qeydin ləğv edilməsini xahiş edir.
14. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 19 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində digər payçı X31 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsini xahiş etmişdir.
15. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli, **********16 nömrəli məktubunda bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlkala birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin paylı mülkiyyət hüququ əsasında X27 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydə alınması ilə bağlı aparılmış qeydin və həmin qeyd əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyiinn cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X41 və X32 iş üzrə üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər.(Apellyasiya baxışı zamanı xx.xx.2024-cü il tarixdə X32 vəfat etdiyindən X49 və X5 Solmaz Əziz qızının hüquqi varisi olaraq məhkəmə icraatına cəlb olunmuşdur.)
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tələbini bununla əsaslandırmışdır ki, X41 ünvan 4 ünvanında yerləşən evi 13 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X13 almışdır. Həmin müqaviləyə əsasən X8 rayonu, Lökbatan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 19 ünvanında yerləşən ümumi sahəsi 106.8 kv.m, yaşayış sahəsi 70.3 kv.m, yardımçı sahəsi 36,5 kv.m olan fərdi yaşayış evinin ona məxsus 1/5 hissəsini 5300 manata X6. xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsində mövcud olmuş evin 2/5 hissəsi məhrum atası X38, 1/5 hissəsi X25, 2/5 hissəsi isə X23 məxsus olmuşdur. Torpaq sahəsi onun və X14 arasında bölünmüş, X24 isə evə girişdən başqa torpaq sahəsi olmamışdır. 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X28 özünə məxsus payını (yalnız evi) X9, alqı-satqı müqaviləsində həyətyanı torpaq nəzərdə tutulmamışdır. Evin alt hissəsinin torpaq sahəsi 21,36 kv.m təşkil edirdi. Evin giriş çıxış hissəsi də təxminən 10 kv.m təşkil edir. X41 da X17 evi alarkən həyatyanı torpaq sahəsinin olmadığını bilmiş və buna görə də real bazar qiymətinə uyğun 5300 manata almışdır. Əgər həmin dövrdə torpaq sahəsi də nəzərdə tutulsaydı, onda qiyməti qat-qat baha olardı. X11 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində alqı-satqı zamanı aldığı və ona aid olan 1/5 hissədən istifadə etdiyini, lakin torpaq sahəsi paylı mülkiyyətçilərlə ümumi istifadədə olduğundan bu səbəbdən digər paylı mülkiyyətçilərlə aralarında narazılılqlar yaşadığını bildirmişdir. Atasının vərəsəsi kimi qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün 8 saylı notariat ofisinə müraciət etmişdir. 21 fevral 2023-cü ildə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında isə 27 fevral 2023-cü il tarixdə 2/5 hissədə mülkiyyət hüququnu təsdiq edən çıxarışı almışdır. Çıxarışı aldıqdan sonra ona məlum olmuşdur ki, X41 xx.xx.2022-ci ildə onun və qonşusu X14 razılığı olmadan 1/5 hissədə evə və torpağa dair çıxarış almışdır. X27 torpağa dair heç bir sənədi olmadığı halda çıxarış alması tam əsassızdır.
19. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/5 hissəsi üzərində mülkiyyət hüquqları Bakı şəhəri 8 saylı notariat ofisinin notariusu X33 tərəfindən 13 noyabr 2014-cü il tarixdə təsdiq edilmiş 4Ə-494 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X27 adına qeydiyyata alınmışdır. Daha sonra X41 ********** nömrəli ərizə ilə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qeydiyyata alınmasına dair İdarəyə müraciət etmiş və 1963-cü il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport əsasında torpaq sahəsi sözügedən vətəndaşın adına qeydiyyata alınmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə uyğun qeydiyyat aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlkala birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.
20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2210/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
21. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Vəfa Məmmədyarova və Fərrux Məmmədov arasında 19 saylı evin 1/5 hissəsinin satılması ilə bağlı xx.xx.2014-cü il tarixli müqavilənin bağlanması ilə V.Məmmədyarova torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu da ona məxsus olan eyni şərtlərlə və eyni həcmdə sonuncuya vermişdir. Belə olan halda isə, həmin alqı-satqı müqaviləsi ilə torpağın deyil, evin satılmasına istinad olunması əsaslı hesab oluna bilməz.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
22. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2210/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
23. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, X24 isə evə girişdən başqa torpaq sahəsi olmamışdır. 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X28 özünə məxsus payını (yalnız evi) X9, alqı-satqı müqaviləsində həyətyanı torpaq nəzərdə tutulmamışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
25. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
26. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxsin vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
27. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi və digər 3-cü şəxsin hüquqi varisləri iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ....... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
33. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:
34. İşin hallarından görünür ki, iddiaçı hazırda Fərrux Məmmədova keçmiş paylı mülkiyyətçi X28 tərəfindən yalnız 19 saylı fərdi yaşayış evinin ona məxsus 1/5 hissəsinin satıldığını, həmin evin yerləşdiyi torpaq sahəsi ilə bağlı alqı-satqı olmadığını iddia edərək, torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı Fərrux Məmmədovun adın aparılmış qeydin ləğv edilməsini xahiş edir.
35. Hazırkı işə tətbiq olunan normalardan görünür ki, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin konkret əsaslarını müəyyən etmişdir.
36. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir.
37. Həmin Siyahının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
38. İşdən həmçinin, görünür ki, Fərrux Məmmədov X39 verilmiş fevral 1963- cü il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportu təqdim etmiş, cavabdeh də həmin sənədin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına əsasən yaşayış evi, habelə onun altında olan torpaq sahəsinə hüququn qeydə alınmasına əsas olmasını nəzərə alaraq 19 saylı evin paylı mülkiyyətçilərinin payına uyğun torpaq sahəsinə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almışdır.
39. Məhkəmə hesab edir ki, cavabdehin bu hərəkəti yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə uyğun olmuş, digər paylı mülkiyyətçilərinin hüquqlarının pozulmasına səbəb olmamışdır.
40. İddia ərizəsindən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən X28 tərəfindən Fərrux Məmmədova 19 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin satılmadığına istinad edir.
41. Məhkəmə Kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
42. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
43. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
44. Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.
45. Maddə 243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir.
46. Yuxarıda qeyd olunan normaları hazırkı mübahisəyə tətbiq etməklə məhkəmə qeyd edir ki, Vəfa Məmmədyarova və Fərrux Məmmədov arasında 19 saylı evin 1/5 hissəsinin satılması ilə bağlı xx.xx.2014-cü il tarixli müqavilənin bağlanması ilə V.Məmmədyarova torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu da ona məxsus olan eyni şərtlərlə və eyni həcmdə sonuncuya vermişdir. Belə olan halda isə, həmin alqı-satqı müqaviləsi ilə torpağın deyil, evin satılmasına istinad olunması əsaslı hesab oluna bilməz.
47. İPM-in tələblərinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1).
48. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2).
49. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3).
50. İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnz belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər.
51. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı cavabdehin imtinasının onun hüquq və azadlıqlarını pozması kimi qiymətləndirilməsi üçün zəruri olan sübutları təqdim edə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir.
52. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti yalnız iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
54. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2210/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2210/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.