Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-814/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X3 (“Əkrəm Həsənov və Partnyorları Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1951-ci il tarixində Əli-Bayramlı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş məbləğin birdəfəlik qaydada ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5032/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyası hüququnun yarandığı tarixdən, xx.xx.2006-cı ildən güzəştli şərtlərlə əmək pensiyasının əmək haqqına uyğun olaraq yenidən hesablanmasını və ödənilməmiş məbləğin birdəfəlik qaydada ödənilməsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “hüququnun yarandığı xx xxxxxxx 2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin x xxxx 2018-ci il tarixli 2-1(086)1418/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdehin müvafiq instansiya məhkəmələrinin qərarları ilə apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və birinci instansiya məhkəməsinin sözügedən x xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün onun surəti DSMF-nun Şirvan şəhər şöbəsinə göndərilmişdir. Həmin vaxt iddiaçıya şifahi şəkildə bildirilmişdir ki, qərar üzrə ödəniləcək məbləğ 6.000 manatdır və həmin məbləğ hissə-hissə ödəniləcəkdir. Lakin sonradan onun müraciətinə rəsmi cavab olaraq xx xxxxxx 2019-cu il tarixli məktubla cavab verilmiş və məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi x xxxxxx 2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 – yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsiq edilmişdir. Məhkəmə qərarına əsasən xx xxxxxxx 2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 55 yaşdan əmək haqqı əsasında hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda əmək pensiyasının məbləği 204.31 manatdır. Vətəndaşların əmək pensiyasının əmək haqqına uyğun hesablanması x xxxxxx 2010-cu il tarixdən qanunla ləğv edilmişdir. Həmçinin, qərara əsasən 2.196.72 manat məbləğində pensiya qalığı hesablanmışdır. Hesablanmış 2.196.72 manat ona tam ödənilmişdir. O, hesab edir ki, məhkəmə qərarı üzrə ödəniləcək məbləğ 27.000 manatdır və birdəfəlik qaydada ödənilməlidir, hazırda DSMF-nun Şirvan şəhər şöbəsinin apardığı hesablamadan narazıdır, pensiya məbləğinin əmək haqqına uyğun yenidən hesablanması və ödənilməmiş məbləğin birdəfəlik qaydada ödənilməsinin inzibati orqanın üzərinə öhdəlik kimi qoyulmasını xahiş edir. Hesablama qaydasının hansı meyarlara əsasən 2.196,72 manat olmasını ilə razı deyil. İnzibati orqan əsassız olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən şərh verir. Qanunun ləğv olunması məsələsinə münasibət olaraq nəzərə alınmalıdır ki, onun hüququnun yarandığı tarix xx xxxxxxx 2006cı il tarixidir, qanun isə x xxxxxx 2010-cu il tarixdə ləğv olunmuşdur. İşin bundan öncəki araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, o, xx xxxx 1970-ci il tarixdən x xxxxxx 2001-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin x xxxx 1982-ci il tarixdən x xxxx 1994-cü il tarixədək X1 “elektik mantyoru” və x xxxxxx 1995-ci il tarixdən x xxxxx 1996-cı il tarixədək X2 “yol mantyoru” vəzifəsində işləmişdir və həmin vəzifələr AR Nazirlər Kabinetinin xx xxxx 1993- cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “Nəqliyyat” adlanan XXVİİİ bölməsinin “magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik mantyorları, elektrik mexanikləri, yol mantyorları bəndində nəzərə tutulmuş “elektrik mantyorları” və “yol mantyorları” vəzifələrinə uyğundur. Cavabdeh inzibati orqanın xx xxxxxx 2019-cu il tarixli imtina məktubu tamamilə əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38, 149-cu maddələrinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1, 9.8, 21.2.3, 31, 32, 37-ci maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13, 67ci maddələrinə əsaslanaraq, onun əmək pensiyası hüququnun yarandığı xx xxxxxxx 2006cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının əmək haqqına uyğun olaraq yenidən hesablaması və ödənilməmiş məbləğin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh birinci instansiya məhkəməsinə iddia tələbinə dair etiraz təqdim edərək, iddianın rədd edilməsi xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5032/2020 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5032/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə tərəfindən iddiaçının birinci instansiya icraatı zamanı vəkili olmuş Vəkil (Şirvan şəhər 1 saylı Vəkil Bürosu) Elektron Məhkəmə Sistemində olan əlaqə nömrəsinə SMS xəbərdarlığı göndərilməklə məhkəmə iclası barədə məlumat verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: - Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018ci il tarixli, 2-1(106)-415/2018 saylı qərarı ilə (hakimlər Q.Kərimov, İ.Əsədov, Z.Zeynalov) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(86)-1418/2018 saylı qərarı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-672/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova,Z.Quliyev, İ.Hüseynov) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(106)- 415/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “iddiaçının qaldırdığı məsələ mahiyyəti üzrə onun müvafiq iddiası üzrə Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 2-1(086)-1418/2018 saylı x xxxx 2018-ci il tarixli qərarının (hakim Z.Allahyarov) “düzgün icra olunmaması” barədədir. Belə olan halda, iddiaçı hazırkı iddia ilə, yəni həmin məhkəmə qərarı ilə təyin edilmiş əmək pensiyasının əmək haqqı nəzərə alınmaqla hesablanmasını tələb edə bilməz. Qanunvericilik icra olunmamış (o cümlədən yam və düzgün icra olunmamış) məhkəmə qərarına izah verilməsi prosedurunu müvafiq qaydada nəzərdə tutur. Odur ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 230-cu maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “hüququnun yaranığı xx xxxxxxx 2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi barədə” qərar qəbul edilməsini xahiş etmiş, Məhkəmənin x xxxx 2018-ci il tarixli 2- 1(086)1418/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin müvafiq instansiya məhkəmələrinin qərarları ilə apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və birinci instansiya məhkəməsinin sözügedən x xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılaraq, nəticə etibarilə məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. O, hesab edir ki, məhkəmə qərarı üzrə ödəniləcək məbləğ 27.000 manatdır və birdəfəlik qaydada ödənilməlidir, hazırda DSMF-nun Şirvan şəhər şöbəsinin apardığı hesablamadan narazıdır, pensiya məbləğinin əmək haqqına uyğun yenidən hesablaması və ödənilməmiş məbləğin birdəfəlik qaydada ödənilməsinin inzibati orqanın üzərinə öhdəlik kimi qoyulmasını xahiş edir. Hesablama qaydasının hansı meyarlara əsasən 2.196,72 manat olmasını ilə razı deyil. Onun əmək pensiyası hüququnun yarandığı xx xxxxxxx 2006-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının əmək haqqına uyğun olaraq yenidən hesablaması və ödənilməmiş məbləğin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iş üzrə iddia tələbini təşkil edən “əmək pensiyası hüququnun yarandığı tarixdən, xx.xx.2006-cı ildən güzəştli şərtlərlə əmək pensiyasının əmək haqqına uyğun olaraq yenidən hesablanmasını və ödənilməmiş məbləğin birdəfəlik qaydada ödənilməsini cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi onun Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2- 1(086)1418/2018 saylı qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş iddia tələbi ilə eynilik təşkil edir. Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-1(086)1418/2018 saylı qərarı üzrə icra orqanının iş üzrə icraata xitam verilməsi barədə qərarı və həmin qərarın iddiaçı tərəfindən mübahisələndirilməsi iş materialları ilə müəyyən edilmir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5032/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-814/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-814/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver