Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-814/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X7 (“Prospekt” Vəkil Bürosu), Üçüncü şəxs X3 nümayəndəsi və vəkili X4 (Bakı şəhəri 13 saylı Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1970-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X5, X6 və Bakı şəhər İcra Hakimiyyəti) “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2-1(112)-97/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 09.01.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5, X6 və Bakı Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “Bakı şəhəri Goradil bağ massivindəki 1802 saylı bağ sahəsinin iddiaçının adına özəlləşdirilməsi və bu barədə çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-1(81)- 950/2018 saylı qərardadı ilə (hakim E.Əliyev) X2, X3 və Bakı şəhər İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilməsi, Binəqədi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə cavabdeh orqanın vəsatətinin rədd edilməsi qərara alınmışdır. Qərardaddan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli 2-1(103)-1204/19 saylı qərardadı ilə (hakimlər S.Seyidova, V.Məmmədov, İ.Əhmədov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 14 mart 2019cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli qərardadından narazı qalan cavabdeh həmin qərardaddan kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2344/2019 saylı, 03.07.2019cu il tarixli qərardadı ilə (hakim Z.Quliyev) cavabdeh ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin kasasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-950/2019 saylı, 11.10.2019-cu il tarixli qərardadı ilə (hakim E.Əliyev) iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. 15.09.2020-ci il tarixində məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumat məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1842 nömrəli, 27.05.2021-ci il tarixli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2-1(112)-97/2021 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5, X6 və Bakı Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “Bakı şəhəri Goradil bağ massivindəki 1802 saylı bağ sahəsinin iddiaçının adına özəlləşdirilməsi və bu barədə çıxarışın verilməsi” tələbinə dair iddiasının geri götürülmüş hesab edilmiş və bu əsasla iş üzrə icraata xitam verilmiş, Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. (keçiriləcək hesab: büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı- X1, kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN **********) Hesab AZ34CTRE**********00********). Qərardad 17.10.2021-ci il tarixdə icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin baxılmasının 28 sentyabr 2021ci il tarixə təyin edilməsi barədə məlumat onlara daxil olmuş, lakin vəkil koronavirus xəstəliyinə yoluxduğundan məhkəmə iclasına gələ bilməmiş, bir gün əvvəl şəhər telefonu vasitəsilə hakim köməkçisinə məlumat vermiş, problem olmadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iş üzrə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə işin birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “2021-ci il 01 iyul və 28 sentyabr tarixli məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı həmin tarixlərə təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. İddiaçıya göndərilmiş məhkəmə bildirişlərini təsdiq edən poçt reyestrindən çıxarışların surətləri və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildiriş iş materiallarına əlavə edilmişdir.» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçınını apellyasiya şikayətinə əlavə edilmiş “Yeni Klinika” Publik Hüquqi şəxsi tərəfindən verilmiş № ******* əmək qabiliyyətinin olmaması vərəqəsinin surətinə əsasən müəyyən edilir ki,X9 17.09.2021-ci il tarixdə koronavirus xəstəliyinə yoluxmuş, yalnız 01.10.2021-ci il tarixdən etibarən stasionar müalicəyə buraxılmışdır. Göründüyü kimi iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında iştirakı qeyri-mümkün olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, iş materiallarından göründüyü kimi işin birinci instansiya icraatı zamanı iş üzrə məhkəmə ekspertizası təyin edilmiş,müvafiq ekspertiza aparılaraq ekspert rəyi məhkəməyə təqdim edilmiş, bir sözlə işin faktiki halları araşdırılmasına baxmayaraq, məhkəmə tərəfindən iddiaçının və onun vəkilinin son məhkəmə iclaslarında (01.07.2021 və 28.09.2021) iştirak etməmələri əsas gətirilərək, əsassız olaraq iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2-1(112)-97/2021 nömrəli qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2-1(112)-97/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Goradil bağ massivindəki 1802 saylı bağ sahəsinin iddiaçının adına özəlləşdirilməsi və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-814/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-814/2022
11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver