Məhkəmə qərarları › İş №2-1(103)-815/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-815/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-815/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı - İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X15 X1rşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, X9 və X10 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Soltanov Emin Adgözəl oğlunun, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X15 X1rşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» barədə iddia tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4796/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X15 X2rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək X14 “Emba” gəmisində motorçu vəzifəsində, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək X14 “Emba” gəmisində motorçu vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1990-cı il tarixədək “Samur-Abşeronsutikinti” Trestinin 13 saylı X4 çilingər və X17 matros, motorçu vəzifələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək hərbi xidmətdə, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək “BLUE CASPİAN LİMİTED” şirkətində bosman vəzifəsində, xx.xx.2009-cu il tarixdən hal-hazıradək Xəzər X17 böyük mexanik vəzifəsində çalışır. Onun Xəzər X17 və “BLUE CASPİAN LİMİTED” şirkətində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli xx xxxxxx 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21-ci (Nəqliyyat) bölməsinin 21.2 bəndinin “b” yarımbəndində öz əksini tapmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4796/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X15 X16 İdarəsinə tapşırılması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X15 X13 İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbil edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı əsassızdır. Belə ki, əvvəlki qanunvericiliyin tətbiq oluna bilməsi üçün iddiaçının 2006-cı ilədək 25 il iş stajı olmalı idi. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi Dilarə Qurbanova apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, iddiaçının xx.xx.2006-cı il tarixədək topladığı xüsusi staj 12 il təşkil etdiyindən, həmçinin həmin müddətədək iddiaçının ümumi stajı da onun güzəştli şərtlərlə təqaüdə çıxması üçün kifayət etmədiyi üçün inzibati orqan tərəfindən ona düzgün olaraq imtina olunmuşdur. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi Emin Soltanov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişlər ki, iş materiallarında olan iddiaçının əmək kitabçasının surətindən də görünür ki, onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox isə xüsusi stajı olmuşdur. Lakin işin bu halını cavabdeh inzibati orqan nəzərə almamış və tələbin təmin olunmasından imtina etmişdir. Bununla bağlı iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən verilmiş **********7 saylı xx.xx.2019-cu il tarixli məktubla iddiaçının tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, həmin məktubda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusı sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa gərə əmək pensiyası hüququ vardır. Lakin təqdim edilmiş sənədlərdən görünür ki, x xxxxxx 2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bununla bağlı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X15 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın əsaslı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin b bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının xx.xx.2006cı il tarixədək azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması, eləcə də 57 yaş həddinə çatması tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər hazırki iş üzrə iddiaçıya münasibətdə ödənilir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, xx.xx.2019-cu ildə 57 yaşını tamamlamışdır. İş materiallarına əlavə edilmiş əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixə kimi fəhlə, xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixdə kimi X8 motorçu vəzifəsində işləmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixə kimi hərbi xidmətdə olmuş, xx.xx.1984-cü il taixdən xx.xx.1984-cü il tarixə kimi motorçu, xx.xx.1986cı il tarixdən xx.xx.1990-cı il tarixə kimi çilingər və fəhlə vəzifəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixə kimi Xəzərdənizneftdonanmasında matros, motorçu vəzifəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi hərbi xidmətdə olmuş, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixə kimi Xəzərdənizneftdonanma idarəsində matros, xx.xx.1999-cu ildə həmin idarədə edilmiş struktur dəyişikliyi ilə əlaqədar üzən heyətin tərkibinə daxil edilmiş, xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək X.Dadaşov gəmisində bosman vəzifəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixə kimi BLUE Kaspian şirkətinin gəmilərində bosman vəzifəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi Xəzər X17 böyük mexanik vəzifəsində çalışmışdır. “Azərbaycan X18 QSC tərəfindən iddiaçıya ünvanlanmış 01/03/9-235/2/771 saylı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli xx xxxxxx 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21-ci yarımbəndinin “b” bəndinə uyğun olaraq dəniz və nəqliyyat gəmilərinin heyət üzvü kimi güzəştli təqaüdü almaq hüququna malik olması göstərilmişdir. “Azərbaycan X18 QSC-nin 01/17-228 saylı xx.xx.2019-cu il arxiv arayışından görünür ki, xx.xx.1962-cı il təvəllüdlü İddiaçı həqiqətən Bakı Dənizçilik məktəbini bitindikdən sonra (1979-1980-cı illər) xx.xx.1980-cı ildən (xx.xx.1980-ci il tarixli 125/y nömrəli əmr) xx.xx.1981-ci ilə kimi (xx.xx.1981-ci il tarixli74/H nömrəli əmr) və xx.xx.1984cü ildən (xx.xx.1984-cü il tarixli 97/y nömrəli əmr) xx.xx.1984-cü ilə kimi (xx.xx.1984-cü il tarixli 102/y nömrəli əmr) X12 “Emba” gəmisində motorçu vəzifəsində işləmişdir. Onun tutduğu vəzifələr üzücü heyətə və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, xidmət, şəhərətrafı və şəhərdaxili gəmilərinə aiddir. Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X18 Azərbaycan Dövlət X18 adlandırılmışdır. Azərbaycan Respublikası Presidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X18 və X20 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X18” QSC yaradılmışdır. Həmçinin “BUE CASPİAN LİMİTED” şirkətinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixə qədər şirkətin gəmilərində bosman vəzifəsində işləmişdir. Adı çəkilən vəzifə dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının üzən gəmi heyətinə aid edilir (işlədiyi gəmi yardımçıxidmət şəhərətrafı və şəhərdaxili yol gəmisi hesab edilmir) və bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli xx xxxxxx 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21-ci (Nəqliyyat) bölməsinin 21.2 bəndinin “b” yarımbəndində göstərilmişdir. "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə- Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx xxxxxxxx 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ortinaturada təhsil müddəti iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi stajı 28 ildən, xüsusi stajı isə 14 ildən çox olmuşdur. «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 N-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin «b» yarımbəndinə əlavə edilən peşələr güzəştli əmək pensiyasına çıxmağa əsas verir. İddiaçının çalışdığı gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. (Azərbaycan X18 QSC X20 Donanmasının EN 01/02-641 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışı). Beləliklə, iddiaçının işlədiyi matros, motorçu, mexanik, bosman vəzifələri «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 N-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin «b» yarımbəndinə (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyətinə) uyğundur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı ilədək qanunla tələb olunan güzəştli iş stajını da toplamışdır. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi stajının mövcud olmaması” barədə dəlilinə, bu dəlili də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçının əmək kitabçasına əsasən onun xx.xx.2006-cı il tarixədək topladığı ümumi stajın 28 ildən artıq olduğu müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4796/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X15 X13 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4796/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar