Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-815/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X7 qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin naturada yeri müəyyən edilərək döngə nöqtələrinin göstərilməsi, iddiaçının mərhum anasının torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair yeni açılmış hallarla bağlı icraatın təzələnməsi və üçüncü şəxslərin icraata cəlbinə dair ərizəsi barədə Bakı İnzibati Məhkəməsinin 08.10.2021-ci il tarixli, 2-1(82)-3352/2018 saylı qərardadından ərizəçi (cavabdeh) tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya Bakı şəhəri, Nardaran bağ massivində yerləşən 0,12 ha sahəsi olan 1436 saylı bağ sahəsinin naturada yerinin müəyyən edilərək, döngə nöqtələrinin göstərilməsi; onun mərhum anasının həmin torpapq sahəsinə hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2-1(82)- 3352/2018 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Nardaran bağ massivində yerləşən 0.12 ha sahəsi olan 1436 saylı bağ sahəsinin naturada yeri müəyyən edilərək döngə nöqtələrinin göstərilməsi, onun mərhum anasının həmin torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və plan-ölçününverilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cı il tarixli 2- 1(103)-548/2019 saylı qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.07.2019-cu il tarixli 2-1(102)- 2130/2019 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cı il tarixli 2-1(103)-548/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi Bakı inzibatı Məhkəməsinə yeni açılmış hallarla bağlı ərizə ilə müraciət etmiş və sözügedən mübahisəyə dair yeni açılmış hallarla bağlı icraatın təzələnməsini və üçüncü şəxslərin məhkəmə iraatına cəlb edilməsini, iş üzrə ekspertiza təyin edilməsini və s. xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2-1(82)-3352/2018 saylı qərardadı ilə ərizəçi (cavabdeh) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi mümkün sayılmamlşdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1852/2020 saylı, 18.11.2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2-1(82)-3352/2020 saylı qərardadı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2-1(82)-3352/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2-1(102)- 539/2021 saylı qərarı ilə cavabdehin kassassiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1852/2020 saylı, 18.11.2020-ci il tarixli qərardadı ləğv edilərək, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1824/2021 saylı, 24.06.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2-1(82)-3352/2020 saylı qərardadı ləğv edilərək, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 08.10.2021-ci il tarixli, 2-1(82)-3352/2018 saylı qərardadı ilə ərizəçi (cavabdeh) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin yeni açılmış hallarla bağlı və üçüncü şəxslərin cəlb edilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan ərizəçi apelyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsi, vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 16.12.2021-ci il tarixdə müvafiq ünvanda aparılmış yoxlama-ölçü işləri zamanı iddiaçının nümayəndəsi tərəfindən şərti olaraq göstərilən ərazinin koordinatları müəyyən edilmiş, İdarənin elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq göstərilən sahə Bilgəh-Nardaran (Bakı-dairəvi) yolunun kənarında yerləşməklə qumsallıq ərazidir və həmin ərazidə heç bir hasarlanma işləri aparılmamışdır. Həmçinin, həmin ərazidə heç bir bağ sahəsi mövcud deyil, sözügedən dənizkənarı ərazi rayon icra hakimiyyəti tərəfindən metal məhəccərlərlə əhatələnmiş və ərazidə mühafizə köşkləri quraşdırılmışdır. Bundan əlavə, İdarənin elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən şərti olaraq göstərilən torpaq sahəsi dənizin kənarında yerləşməklə Xalq çimərliyinin hüdudları daxilində yerləşir və dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmçinin, iddiaçı tərəfindən Nardaran ərazisində iddia olunan 1436 saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi məhkəmnin qərardadının ləğv edilməsi, yeni açılmış halllarla bağlı ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi ərizənin mümükünlüyü ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, “... DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” 14 yanvar 2020-ci il tarixli ərizəsi müvafiq səlahiyyətli məhkəmə kimi Bakı İnzibati Məhkəməsinə həm İPM-in 101-ci maddəsinin tələblərinə uyğun, həm də 103.1 və 103.2-ci maddələrində müəyyən edilmiş müddət meyarlarına riayət olunmaqla verilmişdir. Bütün qeyd olunanların məcmusunda məhkəmə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəni mümkün sayır.” AR İPM-in 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. İPM-in 103.1-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Belə ki, yeni açılmış hallarla bağlı inzibati icraatın təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunub-olunmadığı və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra ərizənin mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 12-ci fəslində yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə baxılmasının bir neçə mümkünlük şərtləri qeyd edilmişdir. 1) Məhkəmə aidiyyəti; 2) Yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət. Hazırki işdə ərizənin məhkəmə aidiyyəti ilə bağlı mümkünlük şərti ilə bağlı mübahisəli məqam yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qərarı 18 noyabr 2019-cu ildə cavabdeh orqana çatdırılmış, ərizəçi tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair 14 yanvar 2020-ci il tarixli ərizəsi məhkəməyə 23 yanvar 2020-ci il tarixdə daxil olmuşdur. Ərizənin əsaslandırıldığı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı”nın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1436 saylı bağ sahəsinə 17 dekabr 2019-cu il tarixdə müayinə (baxış) keçirilmişdir. “Ərizəçi” qrafasında iddiaçının mərhum anası X5 göstərilmiş həmin aktda qeyd olunmuşdur ki, ərizəçi tərəfindən vizual olaraq göstərilən sahə Bilgəh-Nardaran Dairəvi yolunun kənarından Xəzər dənizinə qədər olan qumsallıq boş ərazidir, həmin ərazidə heç bir bağ sahəsi mövcud deyil, həmçinin orada hasarlanma və mərzlənmə işləri aparılmamışdır, 1436 nömrəli bağ sxematik xəritədə əks olunmamışdır, ərazidə akt tərtib edilərkən mütəxəssisin dayandığı nöqtələrin yekun məlumat üçün təqribi məlumatları müəyyən olundu, ərazinin foto şəkilləri sənədlərə əlavə olundu. Beləliklə, işin hallarından da göründüyü kimi, ərizəçı tərəfindən icraatın təzələnməsinə əsas olan hal kimi göstərilən müayinə aktı 17 dekabr 2019-cu il tarixdə tərtib olunduğundan hmin tarixdən 1 ay 6 gün sonra, yəni 3 ay müddət keçməmiş yeni açılmış hallarla bağlı ərizə məhkəməyə təqdim olunmuşdur. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mahiyyətinə gəldikdə isə, məhkəmə ərizəni əsassız hesab edərkən qeyd etmişdir ki, “ərizəçinin bildirdiyi “iddiaçı tərəfindən şərti olaraq göstərilən torpaq sahəsinin çimərliyik yaradılması üçün nəzərdə tutulan dövlət torpağının hüdudları daxilində yerləşməsi, həmin ərazilərdə bağ sahələrinin mövcud olmaması, iddia olunan nömrə ilə bağ sahəsinin bağların sxematik xəritəsində öz əksini tapmaması” ilə bağlı xüsusatların ilkin icraatda ərizəçiyə – cavabdeh inzibati orqana (ondan asılı olmayan səbəblərdən) məlum olmasını istisna edən hallar ehtimallı deyil. ... «İnzibati icraat haqqında» AR Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraatda işin bütün hallarını araşdırmalı, zərurət olduqda maraqlı (üçüncü) şəxsləri icraata cəlb etməlidir. Sözügedən qanunla həm də nəzərdə tutulur ki, inizbati icraat çərçivəsində sübutetmə vasitəsi kimi müvafiq “müayinələrin aparılması”ndan da istifadə edə bilər. Bu məqsədlə, inzibati orqan inzibati icraata ekspert və mütəxəssisləri də cəlb etmək, həmçinin müvafiq əmlaka, əraziyə baxış keçirmək salahiyyətlərinə malikdir. ... DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin vəzifəsi ilk növbədə onun mərhum anasına müvafiq orderlə ayrılmış bağ sahəsinin koordinatlarını “mülahizə” və “iddia edilmə” üzrə yox, mötəbər sənədlər (arxiv materialları və təqdim edilmiş sənədlər) üzrə müəyyən edilməsidir.” İPM-in 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Məhkəmənin mövqeyilə razılaşan kollegiya bildirir ki, iddiaçının mərhum anasının adına müvafiq orderlə ayrılmış bağ sahəsinin naturada yeri müəyyən edilərək döngə nöqtələrinin göstərilməsi və reyestrdə hüquqların qeydiyyata alınması” tələbi ilə inzibati orqana müracitə etdikdə, həmçinin həmin tələb üzrə işə məhkəmədə baxılarkən cavabdeh orqan tərəfindən səlahiyyətləri daxilində müvafiq araşdırmalar aparılmalı və mübahisələndirdiyi ərazinin yerləşməsilə bağlı qeyd etdiyi məqamlar müəyyən edilməli idi. Eyni zamanda məhkəmə kollegiyası qedy etməyi zəruri hesab edir ki, iş materiallarının 12-14-cü vərəqlərində olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-245/2011 saylı, 23 iyun 2011-ci il tarixli qərarından görünür ki, hələ hazırki iş üzrə İddiaçı Cavabdeh-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin naturada yeri müəyyən edilərək döngə nöqtələrinin göstərilməsi, iddiaçının mərhum anasının (X5) torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və planölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə baxılmamışdan əvvəl X4 Bakı şəhəri, Nardaran bağlar sahəsindəki 205 nömrəli BTK-nın nəzdində ayrılmış 1436 saylı bağın yerləşdiyi 0,12 ha torpaq sahəsinin plan-sxeminin verilməsi Cavabdeh-in Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, X2 adına 10.09.2015-ci il tarixli torpaq sahəsinin planı tərtib edilərək verilmişdir. AR İPM-in 106-cı maddəsinə görə icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Odur ki, məhkəmənin qənaətinə görə ərizəçinin dəlilləri “yeni açılmış hallar” kimi icraatın təzələnməsinə əsas vermir. Həmin dəlillər İPM-in 100-cü maddəsində nəzərdə tutulan şərtləri - sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması - ödəmədiyindən, həmin Məcəllənin 106-cı maddəsinin tələblərinə əsasən ərizə təmin edilə bilməz. Cavabdehin ərizəsinin “Bakı ŞİH-in, Bakı şəhəri Sabunçu RİH-in, Sabunçu rayonu Nardaran bələdiyyəsinin,AR ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs qismində cəlb edilməsi” və “ekspertiza keçirilməsi” hissələrinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu tələblər icraat təzələndiyi halda irəli sürülə və bununla bağlı məsələyə baxıla bilər. AR İPM-in 106-cı maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Beləliklə, yuxarıda sadalananları nəzərə alaraq, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, yeni açılmış hallarla bağlı ərizə üzrə icraatın təzələnməsinə əsas olan hallar mövcud olmadığından birinci instansiya məhkəməsi cavabdehin ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Ərizəçinin apelyasiya şikayəti ərizənin təmini üçün əsas olan halların mövcudluğu ilə bağlı hər hansı dəlillə asalandırılmaıdından şikayət təmin edilməməli, məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100, 103, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08.10.2021-ci il tarixli, 2-1(82)-3352/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Vahid Sadıqov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-815/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-815/2022
28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver