Məhkəmə qərarları › İş №2-1(103)-815/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-815/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-815/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRAR İş № 2-1(103)-815/2023 (Açar sözlər: ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi) Bakı şəhəri 01 mart 2023-cü il Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Kazımov Elşən Cəlaləddin oğlu və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9387/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: X3, Statistika və İnformatika Universieti (MİSİ) tərəfindən verilmiş 107706 ******* nömrəli xx.xx.2014-cü il tarixli Bakalavr diplomuna əsasən, İddiaçı “080105 Maliyyə və kredit” ixtisasını (ixtisaslaşma: bank işi) müvəffəqiyyətlə bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir. Diplom xx.xx.2019-cu il tarixdə apostil edilmişdir. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində eksternat təhsilama forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizminin nəzərdə tutulmaması səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi 06 may 2022-cl il tarixli X-116/03-TKTA saylı cavab məktubunda imtinasını onunlıa əsaslandırmışdır ki, iddiaçının Alı təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasının X3, Statistika və İnformatika Universitetinin tədris normativi üzrə təhsil almaq üçun tələb olunan müddətin qarşılığında İddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Eyni zamanda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, eksternat təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların olkə ərazisində tanınması və ekvivalentliyinin muəıyyən edilməsi (nostrifikasiyası) mümkün deyildir Azərbaycan Respublikası Nairlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş ‘Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentlıyinin müəyyən edilməsi (nostrifikasıyaı) Qaydalarr' nın 3 7-ci bəndinə əsasən, İddiaçı A78B8BDA3980713 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin imtinasının qanunsuz hesab edilməsi və ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1999-cu ildə Bakı şəhəri N.Nərimanov rayonu ərazisində yerləşən 193 saylı orta məktəbin rus bölməsini bitirdikdən sonra həmin il Bakı Texniki Kollecinə daxıl olmuş və kollecdə nəqliyyat vasitələrinin texniki istismarı ixtisası üzrə təhsil almış, Dövlət ixtisas Komissiyasının 28 fevral 2003-cü il tarixli qərarı ilə ona nəqliyyat vasitələrinin texniki istismarı üzrə kiçik mütəxəssis ixtisası verilmiş, bu barədə ona AB-İİ 092872 nömrəli diplom təqdim edilmişdir. Bundan sonra İddiaçı 02 aprel 2003-cü il tarixdən 2004-cü il oktyabr ayınadək Nərimanov rayon Hərbi Komissarlığının çağırışı əsasında həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı Bakı Texniki Kollecinin AB-İİ 092872 nömrəli diplomunu təqdim etməklə 2008-ci ildə X3, Statistika və İnformatika Universitetinin Maliyyə və kredit ixtisası üzrə Ali məktəbə qəbul olmuş və 2014-cü ildə ali təhsilini başa vurmuşdur. İddiaçı ixtisası uzrə mütəxəssis proqramını tam mənimsədiyinə və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçdiyinə gorə Dövlət İmtahan Komissiyasının 03 iyul 2014-cü il tarixli 4 nömrəli qərarına əsasən ona iqtisadçı ixtisası verilmiş, bu barədə ona 23 iyul 2014-cü il tarixli 14/5332 qeydiyyat nömrəli diplom təqdim edilmişdir. Diplom və diplomun əlavəsi olan, keçirilmiş tədris proqramının məzmunu və nəticələrinə dair məlumat sənədi institutun rektoru tərəfindən təsdiq edilərək apostil edilmişdir Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, cavabdeh müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində olmasını (2008/2009-cu tədris ili üzrə- 7 gün, 2009/2010-cu tədris ili üzrə - 1 gün, 2010/2011-ci tədris ili üzrə - 9 gün, 2011/2012-ci tədris ili üzrə- 2 gün, 2012/2013-cü tədris ili üzrə 4 gün, 2013-2014-cü tədris ili üzrə 3 gün) müəyyən etmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri- mümkün olması müəyyən edilmişdir. Belə ki, İddiaçı eksternat(sərbəst) təhsilalma formasında oxuyaraq diplom əlavəsində göstərilən 53(əlli üç) əsas fənləri, 8(səkkiz) praktiki məşğələlərə aid fənləri 6(altı) tədris ilinin qarşılığında cəmi 26(iyirmi altı) gün Rusiya Federasiyasında olmaqla yerinə yerinə yetirməsi qeyri-mümkündür. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2019cu il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9387/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Rusiya Federasiyasının X3, Statistika və İnformatika Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2014-cü il tarixli 14/5332 qeydiyyat nömrəli bakalavr diplomu (107706 0010683) üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti birinci instansiya verilmiş etirazın dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, eksternat təhsil forması ümumi təhsildən kənarda qalan şəxslər üçün nəzərdə tutulan təhsilalma formasıdır. Cavabdeh orqan məhkəmə iclaslarında dəfələrlə vurğulamasına və iddiaçının bu səbəbi təsdiq edəcək sübut(lar)ı olmamasına baxmayaraq məhkəmə iddiaçı hansı səbəbdən eksternat təhsil formasında təhsil almasını araşdırmamışdır. Eksternat təhsil forması imtahanların əyani şəkildə verilməsini nəzərdə tutsa da, məhkəmə iddiaçının bu imtahanlarda iştirak edibetməməsini araşdırmamış, iddiaçının təhsil müddətində Rusiya Federasiyasında ümumiyyətlə olub-olmaması barədə DSX-ə sorğu verməmişdir. Eksternat təhsil forması ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. İddiaçı bakalavr səviyyəsini 6 il ərzində bitirməsi məsələsinə məhkəmə münasibət bildirməmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya şikayətininin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçıının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə etirazın dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubu u iddiaçıya rəsmi qaydada 09 may 2022-ci ildə təqdim edilmişdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı tələbi X3, Statistika və İnformatika Universieti (MİSİ) tərəfindən verilmiş 107706 ******* nömrəli xx.xx.2014-cü il tarixli Bakalavr diplomuna əsasən, İddiaçı “080105 Maliyyə və kredit” ixtisasınının tanınması barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərək Rusiya Federasiyasının X3, Statistika və İnformatika Universitetinin tədris normativi üzrə təhsil almaq üçun tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkünolduğu, eyni zamanda Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, eksternat təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin muəıyyən edilməsi (nostrifikasiyası) mümkün olmamasına istinad etmişdir. Həmin imtina ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır. Buna görə də, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. -27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; -29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; -44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın: 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə kollegiyası qeyd edir ki, normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının: 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriatı bitirən məzunlara “bakalavr”, əsas (baza ali) tibb təhsilini bitirən məzunlara isə “həkim” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzun elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə bilərlər. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. 04 mart 2020-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinin üçüncü abzasında üçüncü cümləyə “əyani” sözündən sonra “(tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime)” sözləri əlavə edilmişdir və həmin cümlədə “, distant və sərbəst (eksternat)” sözləri “və distant (məsafədən)” sözləri ilə əvəz edilmişdir, dördüncü cümləyə “əyani” sözündən sonra “(tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime)” sözləri əlavə edilmişdir, beşinci cümlədə “və eksternat” sözləri “(məsafədən)” sözü ilə və “əsasnamələr” sözü “əsasnamə” sözü ilə əvəz edilmişdir. “Təhsil haqqında” Qanunun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Bundan başqa, Azərbaycan Respublikasının xx.xx.2003-cü il tarixli Qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Beş ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin növbəti mərhələlərində təhsilin davam etdirilməsi zamanı tanınır. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda, o cümlədən iddiaçının təhsil aldığı dövrdə (iddiaçı təhsil müəssisəsinə 2008-ci il tarixdə qəbul olmuşdur) qüvvədə olan xx.xx.1992-ci il tarixli “Təhsil haqqında” Qanunda eksternat təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin eksternat formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və eksternat təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtinanın qeyd-şərtsiz əsası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı olaraq yaranmamış və iddiaçının bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.39-cu yarımbəndinə istinadən sərbəst (eksternat) təhsil formasının ümumi təhsilə aid olması iddiaya etirazın dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən Qanun xx.xx.2009-cu il tarixdə qüvvəyə minmişdir və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan xx.xx.1992-ci il tarixli “Təhsil haqqında” Qanunda eksternat təhsilalma forması ali təhsilə aid edilmişdir. Belə ki, həmin Qanunun 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında ali təhsil orta təhsil bazasında həyata keçirilir. Ali məktəblərdə kadr hazırlığı əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq “bakalavr” dərəcəsi verilə bilər. Digər tərəfdən 4 mart 2020-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na müvafiq dəyişiklik edilənə qədər (iddiaçıya diplom 2014-cü il tarixdə verilmişdir) bakalavriat səviyyəsində sərbəst (eksternat) təhsilalma forması müəyyən edilməsi nəzərdə tutulurdu. Cavabdehin apellyasiya şikayətinin dəlili olan “təhsil qanunvericiliyində eksternat təhsilalma formasının tətbiqi, tədrisin təşkili qaydaları, habelə həyata keçirilmə mexanizminin mövcud olmaması” dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Təhsil haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən, dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, sözügedən maddədə göstərilən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir (2.2-ci bənd). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda, o cümlədən iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan xx.xx.1992-ci il tarixli “Təhsil haqqında” Qanunda eksternat təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin eksternat formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və eksternat təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtinanın qeyd-şərtsiz əsası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı olaraq yaranmamış və iddiaçının bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin “Təhsil haqqında” AR Qanununun 1.0.39-cu yarımbəndinə istinadən sərbəst (eksternat) təhsil formasının ümumi təhsilə aid olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən Qanun xx.xx.2009-cu il tarixdə qüvvəyə minmişdir və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan xx.xx.1992-ci il tarixli “Təhsil haqqında” Qanunda eksternat təhsilalma forması ali təhsilə aid edilmişdir. Belə ki, həmin Qanunun 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında ali təhsil orta təhsil bazasında həyata keçirilir. Ali məktəblərdə kadr hazırlığı əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq “bakalavr” dərəcəsi verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası formal tələblərə əsaslandırğından iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9387/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9387/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar