Məhkəmə qərarları › İş №2-1(103)-816/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-816/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-816/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi» tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2057/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 şəhər Maliyyə və Hüquq İnstututu tərəfindən ona verilmiş xx xxxxxx 2010-cu il tarixli ******* nömrəli diplom üzrə ixtisasının tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 2004-cü ilin avqust ayında X2 şəhər Maliyyə və Hüquq İnstitutunda qiyabi təhsil almaq üçün sənədlərini təqdim etmiş və tələb olunan mərhələdən sonra həmin İnstitutun hüquq fakültəsinə qəbul olmuşdur. xx xxxxxxx 2010-cu il tarixdə dövlət imtahanından keçmiş və x xxxxxx 2010-cu il tarixdə ******* nömrəli (qeydiyyat nömrəsi 12757) diploma layiq görülmüş, həmin diplom X7 Nazirliyinin Kirov Vilayəti Təhsil Departamenti tərəfindən xx xxxxxx 2011-ci il tarixdə təsdiqlənmişdir. O, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş) tələblərinə uyğun olaraq xx xxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə elektron qaydada müraciət etmiş və göndərilən mənfi rəy xx xxxx 2018-ci il tarixdə poçt vasitəsilə ona çatdırılmışdır. Rəydə qeyd olunmuşdur ki, ali təhsil sənədlərinin araşdırılması zamanı RF Maliyyə və Hüquq İnstitutunun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan normativ müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olması müəyyən edilmişdir, bu müddət ərzində onun diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Belə ki, o, 2002-ci ilin may ayında Türkiyə Respublikası vasitəsilə Rusiya Federasiyasına getmişdir. 2004-cü ilin mart ayında Kirov şəhərində müvəqqəti yaşayış üçün qeydiyyata düşmüşdür. 2005-ci ilin may ayında Moskvadan İstanbula gəldikdən sonra içərisində sənədləri olan çantasını itirmişdir. Bununla bağlı o, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Konsulluğuna müraciət etmiş və vətənə qayıdış haqda şəhadətnamə alaraq, ölkəmizə gəlmişdir. Sənədləri hazırladıqdan sonra geri qayıtmışdır. x xxxxx 2008-ci il tarixdə yenidən 3 il müddətinə müvəqqəti yaşayış üçün qeydiyyata düşmüşdür. 2009-cu ilin əvvəllərində beş ildən artıq yaşadığı müddət nəzərə alınaraq Rusiya Federasiyasının vətəndaşlığının əldə olunması üçün müraciət etmişdir. xx xxxx 2009-cu il tarixdə o, həmin ölkənin vətəndaşlığını əldə etmişdir. Bundan sonra o, xarici ölkələrə getmək üçün Rusiya Federasiyasının beynəlxalq pasportundan istifadə etmişdir. Həmçinin elektron müraciəti də həmin ölkənin pasportu ilə ünvanlamışdır. Buradan aydın olur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və X1 qrupu sənədlərə düzgün hüquqi qiymət verməmiş, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Konsulu, RF Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi və s. dövlət orqanlarının sənədlərinə məhəl qoymamışdır (baxmayaraq ki, bu cür əməllər AR Cinayət Məcəlləsinin 308.1-ci maddəsində göstərilmişdir). 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2057/2019 saylı xx xxxxxxx 2019cu il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçıtərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, digər normativhüquqi aktlarla qorunan hüquq və mənafeləri pozulduğundan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv olunmalıdır. Belə ki, iddiaçı olmasına baxmayaraq ona məhkəmə iclası barədə bildiriş göndərilməmiş, məlumatı olduqda isə artıq bir məhkəmə iclasının olduğunu və iki gündən sonra ikinci məhkəmə iclasının olacağını bilmişdir. Onun məhkəmə iclası barədə məlumatlı olması üçün Xaçmaz rayonuna məhkəmə bildirişi göndərilmişdir. Lakin o, Xaçmaz rayonunda məskunlaşmamışdır. Məhkəmə qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 117 saylı xx xxxx 2010-cu il traixli qərarına istinad edilsə də, o, xx.xx.2010-cu il tarixdə təhsilini başa vurmuşdur. Dövlət Sərhəd Xidmətindən elektronlaşmanın 2007-ci ildə başa çatması səbəbindən 2005-ci ilə qədər olan müddətlər barədə məlumatın verilə bilinməməsi ona bildirilmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdi ki, ekspert qrupu tərəfindən araşdırma aparılarkən iddiaçının xarici ölkədə qısa müddətdə olmamasına dair xarici pasportunun təqdim edilməsi təklif olunsa da, iddiaçı müxtəlif bəhanələr gətirərək pasportunu təqdim etməmişdir. Ekspert qrupu nəzərə almışdır ki, həmin qısa müddətdə iddiaçının qeyd olunan təhsil proqramını mənimsəməsi qeyri-mümkündür. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının adına verilmiş X2 şəhəri Maliyyə və Hüquq İnstitutunun BSQ ******* saylı diplomun notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Dövlət Atestasiya Komissiyasının xx.xx.2010-cu il tarixli qərarı ilə hüquqşünaslıq ixtisası verilmişdir. Həmin İnstitutun 4-353 saylı xx.xx.2013-cü il tarixli arayışına əsasən İddiaçı 2004-cü il tarixdən 2010-cu il tarixə kimi Maliyə və Hüquq İnstitutunda təhsil almış və ona 12757 qeydiyyat nömrəli xx.xx.2010-cu il tarixli BSQ ******* saylı diplom verilmişdir. Bundan sonra iddiaçı ona verilmiş xx xxxxxx 2010-cu il tarixli ******* nömrəli diplom üzrə ixtisasının tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanladığı 23.04.562/ANİ saylı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, X5 və Hüquq İnstitutunun tədris narmativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuş və diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür, ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Buna görə də iddiaçıya bildirilmişdir ki, onun adına verilmiş diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Həmin imtina məktubundan narazı qalan iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının iddiasının təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. İş üzrə müəyyən olunur ki, iddiaçı qiyabi təhsilini qısa müddətdə almış və bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.6-cı maddəsinə ziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.6-cı maddəsinə əsasən bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, iddiaçı Ş.X8 Mahaçqala şəhər Maliyyə və hüquq İnstitutunun normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur və bu hal iş materiallarında olan «Sərhədkeçmə» barədə sənəddə öz əksini tapmışdır. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Həmin Qanununun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 44.2-ci və 29.0.21-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın: 4.1-ci maddəsinə əsasən «Bakalavr» dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; - peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Eyni zamanda Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, «hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır». Konvensiyanın 5-ci bölməsinin 36-cı bəndinə görə «təqribən eyni olan ixtisaslarda məzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtsasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər». Bu bölmənin 37-ci bəndinin a) yarımbəndinə əsasən «xarici ixtisasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduğundan müraciət edildiyi formada tanınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır». Həmin bəndin c) yarımbəndində qeyd edilir ki, «ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhəmiyyətli dərəcədə olduqda. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır». d) yarımbəndində qeyd edilir ki, «səlahiyyətli tanıma qurumları ixtisasın verildiyi təhsil müəssisəsi və ya proqramın keyfiyyəti ilə ixtisasın verildiyi müvafiq təhsil müəssisəsi və ya proqramın keyfiyyəti arasında fərqləri sənədləşdirə bilmiş olsunlar. Bu halda qiymətləndirmənin alternativ, şərti və ya hissəvi olmasının mümkünlüyünə baxılmalıdır». Konvensiyanın 6-cı bölməsinin (qiymətləndirmənin nəticələri) 36-cı paraqrafında qeyd edilir ki, «İxtisasın tanınması, tədrisin nəticələri və profili ilə bağlı fərqlər (ixtisasın dərəcəsi, təcrübə müddətləri, labaratoriya işləri və.s) oxşar tələblər(tibb və təbiət elmində) və ya qeyri-akademik elementlərin (idman və ya peşə təlimi) ixtisasa daxil ediməsi formasında ola bilər». Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 saylı 2003-cü il 13 may tarixli 64 qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.5-ci bəndində qeyd edilir ki, «xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir». Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Bu Qaydaların 2.2-ci bəndində qeyd edilir ki, «xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır». Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3.-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətləri (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Həmin Qaydaların 2.8-ci bəndinə görə tədris ilinin müddəti 40 həftədir (o cümlədən 10 həftə imtahan sessiyaları). Hər semestr 20 həftədən (5 həftə imtahan sessiyasına ayrılır) ibarətdir. Həmin Qaydaların 2.9-cu bəndinə görə tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180 – 240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Göründüyü kimi, xarici ölkə tərəfindən verilmiş «bakalavr» ixtisas dərəcəsi üzrə diplomlar o halda tanınır ki, ilk növbədə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin təhsil müddətinə uyğun olsun. İddiaçının tələbinin təmin olunmasından imtinanın əsası ondan ibarət olmuşdur ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuş və diploma əlavədə qeyd olunan tədris yükünü həmin müddətdə yerinə yetirmək qeyri-mümkündür. Qeyd olunmalıdır ki, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyən edilməsi Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında yaradılmış və nostrifikasiya prosedurunun tərkib hissəsi olan Ekspert qrupu tərəfindən həyata keçirilir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş ekspert rəyinin təsdiq edilmiş surətindən müəyyən olundu ki, X5 və Hüquq İnstitutu tərəfindən X4 adına verilmiş BCQ ******* nömrəli xx.xx.2010-cu il tarixli ali təhsil haqqında sənəddə tədrisin müddəti 2004-2010-cu illər qeyd olunmaqla hüquqşünaslıq ixtisası üzrə təhsil aldığı bildirilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X5 və Hüquq İnstitutunun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 saylı xx xxx 2003-cü il tarixli Qərraı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturuna qoyulan tələblər uyğun olmalıdır. Bu Qaydaların 3.7-ci bəndinbə əsasən 3.6-cı bəndində göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün əsasdır. Qaydaların 3.7-ci maddəsinə əsasən X5 və Hüquq İnstitutu tərəfindən Şahin Tamoyevın adına verilmiş BCQ ******* nömrəli xx.xx.2010-cu il tarixli diplom üzrə aldığı ixtisasın ölə ərazisində tanınması mümkün hesab edilmir. Beləliklə, iddiaçının müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən iddiaçının X5 və Hüquq İnstitutunun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olması, diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri- mümkün olduğu müəyyən edildiyindən, müvafiq şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2057/2019 saylı xx xxxxxxx 2019cu il tarixliqərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar