Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-816/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, ərizəçi X4, onun vəkili X6 və cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər Şöbəsinə (hazırki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı “torpaq sahəsinə plan və ölçünün tərtib olunması tələbinə dair» inzibati mübahisə üzrə işdə iştirak etməyə cəlb edilməyən X9 tərfindən verilmiş “iş üzrə icraatın təzələnməsi barədə ərizəsi” üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1283/2013 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i: İ. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli iş 2in(82)- 1283/13 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdehin imtinası əsassız hesab edilmiş, İddiaçı «Südçü» bağçılıq-yoldaşlıq kollektivinin xx.xx.1996-cı il tarixli 03 saylı protokolu ilə ayrılmış sahəsi 1200 kv.m olan bağ sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər Şöbəsinə həvalə olunmuşdur. Həmin qərardan apellyasiya şikayəti verilməmiş, qanuni qüvvəsini almış, məhkəmənin tarixli məktubu ilə icra olunması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər Şöbəsinə göndərilmiş və sonuncu tərəfindən Xəzər rayonu, Dübəndi bağ massivində yerləşən 53-54 saylı bağ evi tikintisi üçün 1200 kv.m torpaq sahəsi ilə bağlı İddiaçı adına Torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, bu barədə dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 34473 qeydiyyat nömrəsi ilə uçota alınmışdır. Daha sonra, həmin bağ sahəsi İddiaçı adına xx.xx.2013-cü il tarixdə ********** nömrəsi ilə mülkiyyət hüququ ilə qeydiyyata alınaraq ona dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmiş, bundan sonra 17 avqust 2013-cü il tarixli Torpaq sahəsinin bağışlama müqaviləsinə əsasən həmin bağ sahəsini qardaşı X3 bağışlamış və sonuncunun adına adına xx.xx.2013-cü il tarixdə ********** nömrəsi ilə reyestrdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə həmin işdə iştirak etməyən X9, ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sözügedən xx.xx.2013-cü il tarixli iş 2in(82)-1283/13 saylı qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Ərizəçi aşağıdakılara əsaslandırılmışdır: 1987-1995-ci illər ərzində "Bakı Süd" İstehsalat Birliyində işləmişdir. İşlədiyi həmin zavodda "Südçü" bağçılıq-yoldaşlıq birliyi yaradılmışdır ki, X13 İK-nin xx.xx.1988-ci il tarixli 4/223 saylı sərəncamı ilə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsinin ərazisində "Südçü" bağçılıq-yoldaşlıq birliyinin üzvlərinə verilməsi üçün torpaq sahəsi ayrılmışdır. "Bakı Süd" İstehsalat Birliyində işlədiyi və “Südçü” bağçılıq -yoldaşlığın üzvü olduğu üçün ona 1989-cu il tarixində üzvlük bileti təqdim edilmişdir. Həmin bilet əsasında 54 nömrə altında 5 sot torpaq sahəsi bağ təsərrüfatı yaradılması üçün ona ayrılmışdır.Qeyd edilən torpaq sahəsinin ona ayrılması üzvülük bileti və protokoldan çıxarışla təsdiq edilir. Həmin torpağı öz adına rəsmiləşdirmək üçün o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişlakin sonuncu xx.xx.2022-ci il tarixli **********34 nömrəli cavab məktubunda “Südçü” bağçılıq-yoldaşlığın 53-54 saylı torpaq sahələrinin digər şəxsin (X1) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və sonra bağışlama müqaviləsi əsasında X2 adına rəsmiləşdirildiyi üçün onun müraciətinə imtina edilmişdir. Sonuncu dəfə, 28 iyul 2023-cü il tarixli müraciətinə xx.xx.2023-ci il tarixli 3-21-3- 02/2-M-0826/02-8/2023 nömrəli cavab məktubunda sözügedən bağ sahəsi üzərində hüquqlar digər şəxsin adma müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması səbəbindən imtina edilmiş, daha sonra o, Bakı İnzibati Məhkəməsinə xx.xx.2023 cü il tarixdə müraciət etdikdən sonra müəyyən olunmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən İddiaçı “Südçü” bağçılıq-yoldaşlıq kollektivinin xx.xx.1996-cı il tarixli 03 saylı protokolu ilə ayrılmış, sahəsi 1200 kv.m olan bağ sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər şöbəsinə həvalə olunmuşdur. Beləliklə, “Südçü” bağçılıq-yoldaşlığın 54 saylı torpaq sahəsinin ona məxsus olduğuna baxmayaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında həmin torpağın İddiaçı ayrılması faktı qeyd edilmişdir və dövlət qurumunun adına müvafiq öhdəliklər qoyulmuşdur. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı onun hüquqlarının və maraqlarının pozulması faktı 2-1(112)- 2469/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında təsdiq edilmişdir. Bu səbəbdən də, sözügedən qərar ləğv olunmalı və işə yenidən baxılmalıdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1283/2013 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 işə mahiyyəti üzrə baxılmasının təzələnməsi “barədə ərizəsi təmin edilməmişdir. Ərizəçi apellyasiya şikayəti verərək həmin qərardadı ləğv edərək, hüquqlarımı və maraqlarımı müdafiə etmək üçün iş üzrə onu üçiincü şəxs qismində işə cəlb edərək 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2 in(82)-1283/13 saylı xx.xx.2013-cii il tarixli qərarını ləğv edib işə yenidən mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərardadda Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarına əsasən guya məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarımın pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmamışdır. Halbuki, ərizəmdə açıq-aşkar qeyd olunur ki, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 in(82)-1283/13 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə onun hüquqlarımın və maraqlarımın pozulması faktı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2469/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında təsdiq edilmişdir. Yəni həmin qərarı aldığı tarixdən hüquqların pozulması mənə məlum olmuşdur və qərar ilə həmin faktı mən təsdiq etmişəm. Əlavə olaraq, qərardadda qanuni qüvvəyyə minmiş Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 in(82)-1283/13 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə hansı hüquqularımın və maraqlarımın pozulmasının tərəfindən əsaslandırılmamasını qeyd etmişdir. Məhkəməyə təqdim edilən ərizədən görünür ki, "Bakı Süd" İstehsalat Birliyində işlədiyim və “Südçü” bağçılıq -yoldaşlığın üzvü olduğum üçün 1989-cu il tarixində mənə üzvlük bileti təqdim edilmişdir. Həmin bilet əsasında 54 nömrə altında 5 sot torpaq sahəsi bağ təsərrüfatı yaradılması üçün ona ayrılmışdır. Təqdim edilmiş üzvlük kitabçamın və "Südçü" bağçılıq-yoldaşlığın üzvlərinin siyahısının arxivdə olmamasını bəhanə gətirərək mənim ərizəmi rədd etmişdir. Qeyd edir ki, üzvlük kitabçanın və "Südçü" bağçılıq-yoldaşlığın üzvlərinin siyahısının arxivdə olmaması təqdim etdiyi üzvlük kitabçasının hüquqi qüvvəsini azaltmır və ləğv edilməsini təsdiq edən hər hansı normativ hüquqi akt mövcüd deyil. Bakı İnzibati Məhkəməsinin arxivdə sənədlərin olmamasını əsas kimi göstərməsi həmin məhkəmənin işə qeyri-obyektiv və qərəzli yanaşmasını aydın göstərir. Qərardadda qeyd edilir ki, "Südçii" bağçılıq-yoldaşlığı tərəfindən mənə hansı qərara əsasən 54 saylı torpaq sahəsinin ayrılması qeyd edilməmişdir. Mülki Məcəllənin 139-1.1.7-ci maddəsindən görünür ki, daşınmaz əmlak üzərində hüquqların təsdiq edilməsi üçün ancaq bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası lazımdır. Eyni zamanda daşınmaz əmlakın üzərində hüquqlarının təsdiqi üçün qərarın göstərilməsinə dair heç bir tələb yoxdur. Bu səbəbdən üzvlük kitabçasında qərarın qeyd edilməməsi görə həmin üzvlük kitabçasının əsassız sənəd kimi qəbul edilməsi yolverilməzdir. Qərardadda qeyd edilmişdir ki, iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınan bağ sahəsinin sıra nömrəsi 53/54 təşkil edir. Lakin eyni zamanda həmin məhkəmə bildirir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alındığı bağ sahəsinin məhz "Südçü" bağçılıq yoldaşlığın üzvlük bileti əsasında X5 müəyyən olunmur. Bu qərarı qəbul edərkən məhkəmə hansı normativ aktlara əsaslanırdı sualı ortaya gəlir. Beləliklə, məhkəmənin mövqeyinə görə bir bağçılıq-yoldaşlığın iki eyni nömrəli bağ sahəsi mövcuddur və mənə aid olan 54 saylı torpaq sahəsinin iddiaçının 54 saylı torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Qərardadda təqdim edilmiş üzvlük kitabçasının və "Südçü" bağçılıq-yoldaşlığın üzvlərinin siyahısının arxivdə olmamasını bəhanə gətirərək mənim ərizəmin rədd edilməsinə əsaslardan biri kimi göstərmişdir. Halbuki MM-nin tələblərinə əsasən üzvlük kitabaçasının mövcüdluğu daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsi üçün əsasdır. Məhkəmə ancaq onun tərəfindən təqdini edilmiş sənədlərlə kifayətlənərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq və sübutları əldə etmək üçün heç bir tədbir görməmişdir. Qərardadda məhkəmə bildirmişdir ki, Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dairl2 aprel 2017-ci il tarixli qərarına əsasən guya məhkəməyə müraciətimdə öz hüquqlarımın və qanunla qorunan maraqlarımın pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmamışdır. Halbuki, ərizəmdə aydın qeyd olunur ki, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 in(82)-1283il3 saylı xx.xx.2013-cü il tarixli qərarında onun hüquqlarının və maraqlarının pozulması faktı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2469/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında təsdiq edilmişdir.Yəni, həmin qərarı aldığım tarixdən hüquqlarımın pozulması ona məlum olmuşdur və həmin faktı o, təsdiq etmişdir. Məhkəməyə təqdim edilən ərizədən görünür ki, "Bakı Süd" İstehsalat Birliyində işlədiyim və "Siidçü" bağçılıq -yoldaşlığın üzvü olduğum üçün 1989-cu il tarixində mənə üzvlük bileti təqdim edilmişdir. Həmin bilet əsasında 54 nömrə altında 5 sot torpaq sahəsi bağ təsərrüfatı yaradılması iiçiin mənə ayrılmışdır. Əlavə olaraq həmin ərizədə, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 in (82) - 1283/13 saylı xx.xx.2013-cii il tarixli qərarında həmin torpaq sahəsinin digər şəxsə məxsus olduğu faktı təsdiq edilir. Bu artıq qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüquqularımın pozulması kimi qiymətləndirilir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi və onun vəkili apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini və cavabdehin ümayəndəsi isə birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda yalnız, üçüncü şəxslər işə cəlb edilərək onların iştirakı ilə işə baxılır. Konkret halda isə ərizəçi tərəfindən "Bakı Süd" İstehsalat Birliyində işlədiyi zaman 1989-cu il tarixində ona “Südçü” bağçılıq -yoldaşlığın üzvü kimi, Dübəndi bağ massivində ona 5 sot torpaq sahəsi ayrıldığını iddia etsə də, onun tərəfindən həmin bağçılıq yoldaşlığın üzvlərinin hüquqmüəyyənedici sənəd formasına uyğun gələn - həmin bağçılıq yoldaşlığın ümumi yığıncağının protokol qərarından çıxarış və həmin protokol qərarı əsasında ona verilmiş üzvlük kitbçası məhkəməyə təqdim edilməmiş və belə sənədlərə malik olduğunu onun tərəfindən sübuta yetirilmir. Ərizəçi tərəfindən təqdim edilən və iş materiallarına əlavə olunmuş - Bakı Süd istehsalat birliyinin müdriyyəti və həmkarlar ittifaqı komitəsinin birgə iclasının və üzvlük kitabçasının kserasurətlərindən isə görünən odur ki, istinad edilən hər iki sənəd, yalnız X7 Komitəsi sədri E.T.Aslanov tərəfindən izalanıb dairəvi möhürü ilə təsdiq olunsa da, “Südçü” bağçılıq-yoldaşlığını sədri D.A.Kadirov tərəfindən imzalanmamış, bağçılıqyoldaşlığını dairəvi möhürü ilə təsdiq olunmamışdır. Bundan əlavə, qeyd oolunan protokoldan çıxarışda onun nömrəsi də qeyd olunmamış, müdriyyətlə, həmkarlar İttifaqının birgə qərarının nömrəsi və tarixini əks etdirrən qrafalar da doldurulmamış, boşdur. Başqa sözlə, iddiaçının istinad etdiyi sənədlər işlədiyi X7 Komitəsi” tərəfindən yazılan hüquqmüəyyənecilik statsuna aid olmayan və “Südçü” bağçılıq yoldaşlığı tərəfindən verilməyən bir sənəd formasıdır. Halbuki, iddiaçının özünün də hazırkı apellyasiya mərhələsində məhkəməyə təqdim etdiyi “Südçü” bağçılıq-yoldaşlığı tərəfindən S.H.Baharlının adına verilmiş 53 No-li bağ sahəsinə dair həm protokol, həm də üzvlük kitabçasının fotosurətlərində həm Həmkarlar İttifaqı Komitəsi sədri tərəfindən imzalanıb Komitənin dairəvi möhürü vurulmuş, həm də “Südçü bağçılıq-yoldaşlığın sədri tərəfindən imzalanıb həmin qürumun dairəvi möhürləri ilə təsdiq olunmuş, həm də protokolda, onun nömrəsi habelə müdriyyətlə, həmkarlar İttifaqının birgə qərarının nömrəsi və tarixini əks etdirən göstəricələr də qeyd olunmuşdur. İş üzrə İddiaçıh oğlunun adına olan - “Südçü” bağçılıq-yoldaşlığın idarə heyətinin yığıncağının işə əlavə olunmuş protkolundan çıxarışdan görünür ki, həmin protokolda onun nömrəsi (3), tarixi (27 iyun 1996-cı il), bağın nömrəsi (53/54), sair rekvizitlər tam şəkildə doldurulmuş və sədr tərəfindən imzalanıb bağçılıq-yoldaşlığın dairəvi möhürü ilə təsdiq olunmuşdur. Bundan əlavə, eynilə, İddiaçıh oğluna verilmiş üzvülük kitabçası, bağ sahəsinin plan-cizgisi, üzvlərə paylanmış sxemdən çıxarış da bağçılıq-yoldaşlığın idarə heyətinin sədri tərəfindən imzalanıb təsdiq oolunmuşdur sədr imzalanıb. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, ərizəçinin təqdim etdiyi hər iki sənəd natamam doldurulmuş və rəsmi hüquqmüəyyənedici sənəd formasına uyğun gəlmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1.3-cü maddəsi isə nəzərədə tutur ki, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt etibarsızdır. Qeyd olunmalıdır ki, məhkəmənin sorğusuna əsasən cavabdeh idarə tərəfindən 53/54 saylı bağ sahəsinə dair arxivdə saxlanılan sənədlərin surətləri də idarənin arxivində aşkar olunaraq xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edildiyi halda, idarənin həmin məktubunda həmçinin məhkəməyə bildirilmişdir ki, ərizəçi X4 adına idarənin bağ sahələrinə dair arxiv fondunda “Südçü” bağçılıq-yoldaşlıq birliyi nəzdində ərizəçi X5 Dübəndi qəsəbəsində 500 kv m torpaq sahəsi olan 54 saylı bağ sahəsinin ayrılmasına dair hər hansı bir sənəd aşkar edilməmişdir. İş üzrə İddiaçıh oğlunun adına olan bağ sahəsinin qoşa ədəd formasında 53/54 nömrəsinin təsbit olunmasına gəldikdə, Bakı İnzibati Məhkəməsinin işə əlavə olunmuş 2- 1(112)-2469/2024 saylı xx.xx.2024-cü il tarixli qanuni qüvvəsini almış qərardad ilə müəyyən olunmuş hallardan görünür ki, həmin bağçılıq-yoldaşlığında bu qəbildən olan nömrələr məsələn, 55/56, 14/15, 18/21, 12/13, 9/11, 28/30, 1/7, 32/34 nömrəli bağ sahələri mövcuddur (i.v.66). Beləliklə də ərizəçinin, ona “Südçü” bağçılıq-yoldaşlığının nəzdində 54 saylı bağ sahəsinin ayrıldığını istinad etdiyi protokoldan çıxarışın və üzvlük kitabçasının hüquqmüəyyənedici rəsmi sənəd formasında qəbul edilməsi və etibarlı sənəd kimi qiymətləndirilməsi mümkünsüzdür. Bu baxımdan, həm də ərizəçinin adına cavabdeh idarənin arxiv fondu üzrə də istinad etdiyi bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinn tələblərinə uyğun gələn kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolu da aşkar edilmədiyi nəzərə alınmaqla, onun konkret halda, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli iş 2in(82)-1283/13 saylı qərarı ilə qanunla qorunan maraqlarının pozulması istisna edilir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçinin, “iş üzrə icraatın təzələnməsi barədə ərizəsi”nin təmin edilməsindən imtina olunmasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, ərizəçinin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılmadığını və heç bir tədbir görülmədiyini, qəbul etdiyi qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1283/2013 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 28, 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1283/2013 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-816/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-816/2025
09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver