Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-817/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X2 ibarət tərkibdə, X5 qızının katibliyi katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(112)-6055/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarının və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2023-cü il tarixli Göstərişin qanunsuz hesab edilməsi, müvafiq qərar və göstərişin ləğv edilməsinə dair vəzifənin cavabdehə yəni, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul etmək öhdəliyinin müəyyən edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “xx.xx.2023-cü il tarixli “maliyyə sanksiyasının tətbiq edilməsi” haqqında Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
3. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın maliyyə sanskiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Halal Payım" Məhdud Məsuliyyətli Cəmiyyəti AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-1/3-1-F-l 19/2023 nömrəli əmri ilə yaradılmış antinhisar qanunvericiliyin pozulması haqqında işlərə baxılması üzrə yaradılmış komissiya tərəfindən xx.xx.2023-cü il tarixli Qərara əsasən “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında“ Qərar qəbul edilmiş və “Haqsız rəqabət haqqında“ Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən 16 oktyabr 2023-cü il tarixdə bütün fəaliyyət növləri üzrə son üç ayda, yəni 2023-cü ilin iyun, iyul, avqust ayları üzrə əldə edilmiş 391 287,74 manat ümumi gəlirin 5 faizi miqdarında yəni 19 564,38 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vəzifəli şəxsləri tərəfindən qəbul edilmiş inzibati akt hüquqi şəxs kimi iddiaçının hüquqlarını pozduğundan və qanunsuz olduğundan ləğv edilməlidir. İddiaçı tərəfindən aidiyyəti üzrə “İnzibati icraat“ haqqında AR Qanununun tələblərinə uyğun olaraq yuxarı orqana şikayət edilmiş, AR İqtisadiyyat Nazirliyinin 05 dekabr 2023-cü il tarixli “5“ saylı Qərarına əsasən şikayət təmin edilməmiş, qərardan narazı qalındığı halda Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Belə ki, “Halal-Payım“ MMC tərəfindən son üç ayda əldə edilmiş gəlirin miqdarı ilə göstərişdə qeyd edilən məbləğin heç bir əlaqəsi yoxdur. Komissiya iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdəki ümumi dövriyyə məbləği olan 391 287,74 manatı gəlir anlayışını təhrif edərək maliyyə sanksiyasını da bu məbləğdən hesablamışdır. Halbuki, şirkətin dövriyyəsi 391 287,74 manat olsa da, Komissiya şirkət tərəfindən təqdim edilmiş bəyannamələrin növbəti səhifələrində əvəzləşmələrin miqdarı göstərilmişdir. Bu məbləğlər çıxıldıqdan sonra alınan rəqəm şirkətin gəliri olaraq hesablana bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 108ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş iimumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları tətbiq edilə bilər. Şikayətdə qeyd edilən normaların mənasından göründüyü kimi, "xxxx" MMC-nin gəliri olaraq göstərilən son üç ay üzrə 391 287,74 manatdan gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər çıxıldıqdan sonra qalan məbləğ gəlir olaraq nəzərdə tutulmalı idi. Sadalananlar nəzərə alınaraq ilkin tələbdə AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antitinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında 17 oktyabr 2023cü il tarixli Göstərişin ləğv edilməsi xahiş edilmişdir.
5. Cavabdeh iddia ərizəsinə yazılı etirazını təqdim edərək bildirmişdir ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə görə bazar subyekti barəsində bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək maliyyə sanksiyası tətbiq edilir. “Əlavə dəyər vergisi bəyannamələri”nə əsasən İddiaçı MMC-nin (VÖEN: **********) daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 2023-cü ilin iyun ayında 100 913,20 manat, iyul ayında 124 795,00 manat və avqust ayında isə 165 579,54 manat olmuşdur. Beləliklə, “HALAL PAYİM" MMC-nin (VÖEN: **********) bütün fəaliyyət növləri üzrə son üç ayda, yəni 2023-cü ilin iyun, iyul və avqust aylarında əldə edilmiş ümumi gəliri 391 287,74 manat (üç yüz doxsan bir min iki yüz səksən yeddi manat yetmiş dörd qəpik) təşkil etmişdir. Əlavə olaraq iddiaçı qeyd edir ki, 2023-cü ilin iyun, iyul və avqust aylarında əldə edilmiş ümumi gəliri 391 287,74 manatdan bütün xərclər çıxarldıqdan sonra əldə qalan gəlirə uyğun olaraq hesablanma aparılmalı idi. Bununla əlaqədar bildiririk ki, gəlir şirkətin rüb və ya maliyyə ili kimi müəyyən bir dövr ərzində mal və ya xidmətlərini satmaqdan əldə etdiyi ümumi pul məbləğinə aiddir. Buraya satışlar, ödənişlər, investisiyalardan əldə edilən faizlər və hər hansı digər gəlir axınları kimi bütün gəlir formaları daxildir. İddiaçı isə iddiasında “gəlirdən xərclər çıxıldıqdan sonra qalan gəlir” ifadəsi ilə mənfəəti nəzərdə tutur. Burada qanunvericinin mövqeyi maliyyə sanksiyasını mənfəətə görə deyil, əldə edilmiş ümumi gəlirə münasibətdə müəyyən edir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırılır ki, iddianın əsasına baxıldığı zaman iddiaçının xx.xx.2023cü il tarixli Qərarın yalnız maliyyə sanksiyasının miqdarı ilə bağlı olan hissədə etirazı var, digər hissələrə münasibətdə hər hansı iddiasının olmadığını görürük. Bununla əlaqədar olaraq, qərar və göstərişin ümumilikdə qanunsuz hesab edilməsi və ləğv edilməsi tələbi əsassızdır. Eyni zamanda bildirilir ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)- 1037/2022 nömrəli Qərarının 31 və 32-ci bəndlərində qeyd edilir ki, “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsi ümumiyyətlə məlumat almaq hüququnu təsbit edir. Bu mənada iddiaçının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan məlumatları, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ, əslində antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması məqsədlərinə xidmət edir və bununla bağlı icraatın tərkib hissəsi sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələb etdiyi sənəd və məlumatlar antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması üzrə icraat çərçivəsində cavabdehdən tələb oluna bilər və obyektiv qərarın qəbulunu təmin etmək üçün tələb edilməlidir. Lakin icraat zamanı cavabdeh tərəfindən həmin sənəd və məlumatların təqdim olunmaması, onların müvafiq qurumlardan və başqa qaydada əldə edilməsi mümkün olmadığı hallarda, onun ziyanına təfsir olunmalıdır. Başqa sözlə, sənəd və məlumatların təqdim olunmaması cavabdehə münasibətdə əlverişsiz qərarın qəbulunu şərtləndirmə riskini daşıyır və məhz belə qərarın qəbulu riski sənədlərin təqdim olunmasının təminatı qismində çıxış edir. Belə hallarda dövlət orqanı olan iddiaçının məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı, yəni ümumi hüquqi müdafiə marağı mövcud olmur. Eyni zamanda, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1 (102)-1378/2023 nömrəli Qərarının 53 və 54-cü bəndlərində göstərilir ki, qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, antiinhisar orqanı daxil olmuş müracətlər və məlumatlar əsasında və ya öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırır, antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması ilə bağlı müvafiq Komissiya yaradır. Həmin Komissiya antiinhisar orqanının adından çıxış edir. Komissiya işə baxılma ilə əlaqədar tərəflərdən müvafiq sənəd və məlumatlar tələb etmək hüququna malikdir. Komissiya işə baxılma nəticəsində mahiyyəti üzrə müvafiq qərar qəbul etmək və həmin qərara uyğun olaraq icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir. Göstərişdə antiinhisar orqanına müavfiq orqanlardan, təsərrüfat subyektlərindən vəzifəli şəxslərdən tələb etidiyi qanun pozuntusunun dayandırılması və ya onun nəticəsinin aradan qaldırılması və ya onun aradan qaldırılması ilə bağlı konkret hərəkətlər sadalanır. Göstərişlərin ünvanlandığı şəxslər tərəfindən yerinə yetirilməməsi qanunla nəzərdə tutulmuş müvafiq nəticələrə səbəb olur. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2- 1 (102)-1378/2023 nömrəli Qərarında iddiaçı tərəfdən əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlər olmadığı təqdirdə həmin nişanlardan istifadənin dayandırılaraq bu barədə Xidmətə məlumat verilməsi tələb edilsə də, müvafiq sənədlərin Xidmətə təqdim edilmədiyi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində maliyyə sanksiyaları tətbiq edilməsi əsaslı hesab edilmişdir. Göründüyü kimi, həm qanunvericiliyin, həm də qanuni qüvvədə olan məhkəmə qərarlarından yaranmış təcrübəyə əsasən, sənəd və məlumatların verilməməsi antiinhisar qanunvericiliyinin pozulması hesab olunur və məsuliyyətə səbəb olur. Göstərilənlərə əsasən bildirilir ki, iddiaçı barəsində Dövlət Xidmətinin Qərarı tam qanuni və əsaslıdır.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən etiraza əlavədə (mülahizədə) qeyd edilmişdir ki, Dövlət Xidməti tərəfindən tətbiq edilmiş maliyyə sanksiyasının həddi barədə məhkəmənin nəzərinə çatdırırıq ki ki, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlarından biri olan xx.xx.2023-cü il tarixli 2-1 (102)-1842/2023 nömrəli Qərarında inzibati orqanın diskresion səlahiyyətlərindən istifadə ilə bağlı aşağıdakı şərtlər öz əksini tapmışdır. - Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. - Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. - Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. - İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. - İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da -Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz. Göründüyü kimi, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən qərarında da, diskresion səlahiyyətlər üzrə bərabərlik və etimad prinsiplərinin tələblərindən irəli gələn bütün subyektlərə qarşı eyni cür yanaşmanın inzibati orqan tərəfindən tətbiqi imperativ tələb kimi göstərilmişdir. Bu tələb özülüyündə qanunvericiliyin mahiyyətindən irəli gəlir. Eyni zamanda qeyd edilməlidir ki, Dövlət Xidmətində analoji məsələ üzrə (antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işlərə baxılarkən sənəd və məlumatların təqdim edilməməsi ilə bağlı) eyni cür inzibati icraat aparılmışdır. Belə ki, fərdi sahibkar X3 barəsində sənəd və məlumatların təqdim edilməməsi ilə bağlı Dövlət Xidməti tərəfindən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən maliyyə sanksiyası tətbiq edilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli Qərar qəbul edilmiş, həmin qərar Teyran Nağıyev tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, son olaraq Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1 (102)- 1378/2023 nömrəli qərarı ilə Dövlət Xidmətinin qərarı qüvvədə saxlanılmışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, Ali Məhkəmənin yuxarıda göstərilən qanuni qüvvədə olan qərarı, eyni zamanda inzibati orqanın mövcud inzibati praktikası mövcuddur ki, bunun dəyişdirilməsinə səbəb olacaq hər hansı bir hal yoxdur.
7. Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(112)-6055/2024 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçınə münasibətdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı tətbiq olunan 19546,38 manat maliyyə sanksiyası hissəsində dəyişdirilərək 5732 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
9. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Bağırov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
13. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********085800 nömrəli Çıxarışa əsasən: Qurumun adı: İddiaçı Qeydiyyata alındığı tarix: xx.xx.2022 Dövlət qeydiyyat № (VÖEN): ********** Təşkilati-hüquqi forması: Məhud Məsuliyyətli Cəmiyyəti Sahibkarlıq subyektinin meyarı: Kiçik sahibkar Hüquqi ünvanı: AZ1048, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəs., ev 13, mənzil 41
14. Azərbaycan Respublikasnın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023cü il tarixli Qərarına əsasən qərara alınmışdır:
1. Hüquqi ünvanı AZ1048, ünvan 2 MMC (VÖEN: **********) haqqında “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış xx.xx.2023 il tarixli 3- 21-1/3-1-F119/2023 nömrəli işə baxılması təxirə salınsın.
4. Hüquqi ünvanı AZ1048, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, ev 13, mənzil 41 olan İddiaçınə (VÖEN: **********) Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023 il tarixli 3- 21-1/3-1 -F-119/2023 nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.2023-cü il tarixli (çıxış nömrəsi: AİBNDX/Q- 146/2023, xx.xx.2023-cü il) və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması haqqında" xx.xx.2023-cü il tarixli (çıxış nömrəsi: AİBNDX/Q-160/2023, xx.xx.2023-cü il) Qərarları ilə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin beşinci abzasına əsasən bütün fəaliyyət növləri üzrə son üç ayda, yəni 2023-cü ilin iyun, iyul və avqust ayları üzrə əldə edilmiş 391 287,74 manat (üç yüz doxsan bir min iki yüz səksən yeddi manat yetmiş dörd qəpik) ümumi gəlirin 5 faizi miqdarında, yəni 19 564,38 manat (on doqquz min beş yüz atmış dörd manat otuz səkkiz qəpik) maliyyə sanksiyası tətbiq edilsin.
15. Azərbaycan Respublikasnın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2023-cü il tarixli Göstərişinə əsasən Hüquqi ünvanı AZ1048, ünvan 2 MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023 il tarixli 3-21-1/3-1-F-119/2023 nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə onun barəsində tətbiq edilmiş 19 564,38 manat (on doqquz min beş yüz atmış dörd manat otuz səkkiz qəpik) maliyyə sanksiyasını 30 (otuz) gün ərzində müvafiq hesaba köçürülməsinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.
16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli Qərarının və xx.xx.2023-cü il tarixli Göstərişinin ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli inzibati şikayətinə İqtisadiyyat Nazirliyində aidiyyəti üzrə taxılmışdır. Bununla əlaqədar, “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2023-cü il tarixli Göstərişdən verilən inzibati şikayətə baxılması barədə” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli 5 nömrəli Qərarının surətini təqdim edilir.
17. “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2023-cü il tarixli Göstərişdən verilən inzibati şikayətə baxılması barədə” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2023cü il tarixli, 5 nömrəli Qərarına əsasən İddiaçı Azərbaycan Respublikasnın İqtisadiyyat Nazilriyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarından və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2023-cü il tarixli Göstərişindən verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikayət təmin edilməmişdir. Azərbaycan Respublikasnın İqtisadiyyat Nazilriyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023cü il tarixli Qərarı və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2023-cü il tarixli Göstərişi dəyişdirilmədən saxlanılmışdır.
18. Azərbaycan Respublikasnın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması haqqında” xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli Qərarlar iş materiallarına əlavə olunmuşdur.
19. Azərbaycan Respublikasnın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2024-cü il tarixli Qərarına əsasən qərara alınmışdır:
1. Hüquqi ünvanı AZ1048, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, ev 13, mənzil 41 olan İddiaçınə (VÖEN: **********) kolbasa və sosiska məhsullarının istehsalı və satışı zamanı uyğunluq nişanından qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzasları ilə qadağan edilmiş haqsız rəqabət hərəkətlərinə yol verməməsi haqqında göstəriş verilsin.
2. Hüquqi ünvanı AZ1048, ünvan 4əhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasına əsasən haqsız rəqabətə yol verilməklə, satılmış kolbasa və sosiska məhsullarından əldə edilmiş 114 651,67 manat (yüz on dörd min altı yüz əlli bir manat altmış yeddi qəpik) gəlirin 10 faizi həcmində, yəni 11 465,16 manat (on bir min dörd yüz altmış beş manat on altı qəpik) maliyyə sanksiyası tətbiq edilsin.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2024-cü il tarixli Qərardan verilən inzibati şikayətə baxılması barədə” xx.xx.2024-cü il tarixli, 5 nömrəli Qərarına əsasən qərara alınmışdır:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2024-cü il tarixli Qərarı və “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2024-cü il tarixli Göstərişi qismən, maliyyə sanksiyasının tətbiqi hissəsində ləğv edilsin, iş üzrə icraata xitam verilsin.
TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ
21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə 58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
21. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu (8 dekabr 2023-cü il tarixli 1051-VİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir): Maddə 2. Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına nəzarət edən orqanlar Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər. Maddə 11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri
1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: - Qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər;
2. Bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri: - tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. Maddə 9. İstehlakçıların çaşdırılması Bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir: əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi; əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması; əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması; əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi; əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi. Maddə 12. Maliyyə sanksiyaları 1. Bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir: bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək maliyyə sanksiyası;
22. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”: 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.3. antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonra – təsərrüfat subyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirləri görmək; 3.0.6. antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;... 4.0. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır: 4.0.5. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq;
23. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi: 1.1.7. bazar subyektləri – bazarda yaranan münasibətlərin iştirakçısı olan təsərrüfat subyektləri, dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları, tənzimləyici qurumlar, digər subyektlər; 1.1.37. rəqabət orqanı – rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirən, dövlətin rəqabət siyasətinin formalaşdırılmasında iştirak edən və həmin siyasətin həyata keçirilməsini, habelə rəqabət sahəsində tənzimlənməni təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 42.1. Bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti rəqabət orqanı tərəfindən həyata keçirilir. 42.2. Dövlət nəzarəti aşağıdakı metodlarla həyata keçirilir: 42.2.1. rəqabət orqanı tərəfindən aparılan araşdırmalar; 42.2.2. yoxlamalar. 77.1. Aşağıdakı qanun pozuntularına yol vermiş təsərrüfat subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təsərrüfat subyektinin ümumi dövriyyəsinin 3 faizinə qədər məbləğdə maliyyə sanksiyası tətbiq edilir: 77.1.1. bu Məcəlləyə əsasən tələb olunan hallarda və bu Məcəllənin 60-cı maddəsi nəzərə alınmaqla rəqabət orqanına natamam, yanlış və ya saxta sənəd və məlumatların təqdim edilməsi və ya həmin sənəd və məlumatların gecikdirilməklə təqdim edilməsi, yaxud təqdim edilməməsi; 77.1.2. bazar subyektinin iqtisadi fəaliyyəti ilə bağlı yoxlamanın predmetinə dair yoxlamanı həyata keçirən rəqabət orqanının vəzifəli şəxslərinin suallarına cavab verməkdən imtina edilməsi, yaxud natamam, qeyri-dəqiq və ya gecikdirilmiş cavabların verilməsi yolu ilə yoxlamaların və araşdırmaların keçirilməsinə, habelə işə baxılmasına maneçilik törədilməsi, yaxud zəruri şəraitin yaradılmaması;
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun; 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
25. Məhkəmə qeyd edir ki, qanunvericilik normalarının məzmunundan göründüyü kimi qanun pozuntusuna yol vermiş bazar subyektlərinə münasibətdə maliyyə sanksiyalarının tətbiq edilməsi və onun məbləğinin norma daxilində müəyyən edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti diskresion səlahiyyətlərinə daxildir. 26.Odur ki, məhkəmənin vəzifəsi hazırki iş üzrə cavabdeh orqan tərəfindən maliyyə sanksiyanın qəbul edilməsi üçün nəzərdə tutulmuş əsasların qanuniliyinin müəyyən edilməsi və maliyyə sanksiyasının məbləğinin həmin əsaslara mütənasibliyinin yoxlanmasıdır. 27.Məhkəmə ilk növbədə müəyyən edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023 il tarixli 3-21-1/3-1-F-119/2023 nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.20203-cü il tarixli Qərarı (çıxış nömrəsi: AlBNDX/Q-146/2023, xx.xx.2023-cü il) ilə İddiaçı MMC barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmış, işə baxılma iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, eyni zamanda həmin Qərarla xx.xx.2023-cü il tarixinədək zəruri sənəd və məlumatların Xidmətə təqdim edilməsi “HALAL PAYİM" MMC-dən tələb edilmişdir. Lakin tələb olunan sənəd və məlumatlar xx.xx.2023-cü il tarixinədək cavabdeh orqana təqdim edilməmiş, işə baxılması günü, yəni xx.xx.2023-cü il tarixli məktubla isə bəzi sənəd və məlumatlar təqdim edilmişdir. Daha sonra İddiaçı MMC tərəfindən əlavə vaxt veriləcəyi təqdirdə lazımi sənədlərin təqdim ediləcəyi bildirilmişdir. Bununla əlaqədar olaraq Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması haqqında” xx.xx.2023-cü il tarixli Qərarı ilə İddiaçı MMC (VÖEN: **********) haqqında "Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış xx.xx.2023-cü il il tarixli 3-21-1/3-1-F- 119/2023 nömrəli işə baxılması təxirə salınaraq işə baxılma iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir, qeyd olunan Qərarla zəruri sənəd və məlumatların xx.xx.2023-cü il tarixə kimi Xidmətə təqdim edilməsi tələb edilmişdir. İddiaçı MMC əlavə vaxt veriləcəyi təqdirdə həmin sənədlərin Komissiyaya təqdim ediləcəyini bildirsə də, tələb olunan sənəd və məlumatlar yenə də tam təqdim edilmədiyi üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarla 19 564,38 manat (on doqquz min beş yüz atmış dörd manat otuz səkkiz qəpik) maliyyə sanksiyası tətbiq edilmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, əldə edilmiş 391287,74 manat gəlirin 5 faizi miqdarında, 19546,38 manat maliyyə sanksiyası tətbiq edildiyi halda, işin baxılması zamanı tələb olunan sənəd və məlumatların təqdim edilməməsinə görə 2023-cü ilin iyun, iyul və avqust ayları üzrə əldə edilmiş 391287,74 manat gəlirin 5 faizi miqdarında, yəni 19546,38 manat maliyyə sanksiyasının tətbiq edilməsi mütənasiblik prinsipini pozur. Mütənasiblik prinsipinə əsasən sanksiyalar, törədilən qanun pozuntusunun dərəcəsinə və təbiətinə uyğun olmalıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxılan zaman aşağıdakı meyarlara diqqət yetirilməlidir:
1. Törədilən pozuntunun dərəcəsi: Əgər pozuntu kiçik və ya orta səviyyədədirsə, sanksiya daha aşağı olmalıdır.
2. Təkrar pozuntuların mövcudluğu: Əgər pozuntu təkrarlanıbsa, daha sərt sanksiya tətbiq edilə bilər, amma bu da mütənasib şəkildə olmalıdır.
3. Hüquqi və maddi cəhətdən sanksiyanın əsaslandırılması: Məhkəmə, qərarın səbəblərini ətraflı şəkildə izah etməli və mütənasiblik prinsipinə uyğun olan məbləği müəyyən etməlidir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, ilk dəfə müvafiq pozuntuya yol verilməsinə baxmayaraq, iddiaçı tərəfindən daha yuxarı quruma apellyasiya şikayəti verilsə də, mübahisə predmeti olan maliyyə sanksiyasının məbləği dəyişdirilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən sənədlər təqdim edilmiş və cavabdeh tərəfindən əsas iş üzrə icraat həyata keçirilmiş, yəni müvafiq qanunun güddüyü əsas məqsədə nail olunmuşdur. Lakin cavabdeh isə, qanunun güddüyü əsas məqsədə nail olmasına baxmayaraq, əsas pozuntudan yaranan maliyyə sanksiyasına mütənasib olmayan maliyyə sanksiyasının məbləğini müəyyən etmişdir.
31. Qeyd edilməlidir ki, cavabdeh maliyyə sanksiyasını tətbiq edən zaman nə üçün məhz son 3 aylıq gəlirin 5%-ni (ən yuxarı həddini) hesabladığını əsaslandırmamışdır. Halbuki “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulmuşdur.
32. İddiaçı barədə sənədlərin təqdim edilməməsinə görə maliyyə sanksiyasının ən son həddinin tətbiq edilməsi mütənasiblik və ədalət prinsipləri ilə ziddiyyət təşkil edir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində təsbit olunmuş mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar.
34. Məhkəmə kollegiyası, iddiaçının ilk dəfə müvafiq pozuntuya yol verməsini və əsas iş üzrə icraata xitam verilməsini nəzərə alaraq, hesab edir ki, maliyyə sanksiyasının məbləği məhz son 3 aylıq gəlirin 2%-i ilə hesablanması ədalətli olar, yəni 391 287,74 manat gəlirin 2%-i = 7825,7548≈ 7826 manat.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, maliyyə sanksiyasının məbləğini məhz son 3 aylıq gəlirin ən az həddi ilə, yəni 1%-i ilə də hesablamaq olardı (391 287,74 manat gəlirin 1%-i = 3912,8774 manat). Lakin iddiaçı birinci instansiya məhkəməsinin qərarla müəyyən etdiyi 5732 manat sanksiya məbləği ilə razılaşdığından və birinci instansiya məhkəməsinin qərarından şikayət vermədiyindən, 1%-i tətbiq etmək mümkün deyil.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən vergi qanunvericiliyi üzrə analogiyanın tətbiq edilməsi düzgün olmamışdır. Analogiya o zaman tətbiq edilməli idi ki, hazırkı mübahisənin həlli üçün maddi norma mövcud olmasın. Belə ki, "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. “Haqsız rəqabət haqqında” Qanunun münasibətlərə tətbiq edilən maddi normaları mövcud olduğu halda vergi qanunvericiliyin maddi normalarına istinad olunması əsassız olmuşdur (istinad olunur Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(102)-232/2025 saylı Qərarına). Həmçinin Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən prosessual pozuntuya yol vermiş, iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçının iddia tələbi inzibati qərarın ləğv edilməsi barədə olsa da, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək inzibati qərarı dəyişdirmişdir. Odur ki, işin bu halı iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməlidir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
38. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, şikayət qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(112)-6055/2024 saylı qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçınə dair cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarı 7826 manat hissədə istisna olmaqla, qalan hissədə ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 39.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(112)-6055/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçınə dair cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarı 7826 (yeddi min səkkiz yüz iyirmi altı) manat hissədə istisna olmaqla, qalan hissədə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev