Məhkəmə qərarları › İş №2-1(103)-818/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-818/2020

12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-818/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1960-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdehlər Azərbaycan Respublikası Maliyyə X2, “xxxxxxxxxxxx” ASCyə qarşı kompensasiya məbləğinin ödənilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4404/2019 nömrəli qərardadından cavabdeh “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən еtdi: İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə cavabdehlər Azərbaycan Respublikasının Maliyyə X2 və “xxxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona düşən kompensasiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2014-cü il tarixdə “xxxxxxxxxxxx” ASC-dən fiziki şəxs kimi 2800 dollar məbləğində kredit götürmüşdür. Həmin məbləğ xx.xx.2015-ci il tarixdə tam ödənilmişdir. Başqa banklarda dollarla adına kredit olmayıb. Həmin müddət hərbiçi olduğu üçün rəsmiləşdirmə hərbi vəsiqə ilə edilib. Hazırda yalnız şəxsiyyət vəsiqəsi istifadə edir. O, xx.xx.2019-cu il tarixdə “xxxxxxxxxxxx” ASC-nə müraciət etmiş və oradan sənədlərə Maliyyə X2 göndərilərək baxılacağı bildirilib. Həmin quruma dəfələrlə müraciət etmiş, lakin, cavabdeh tərəfindən beş aydan sonra xx.xx.2019cu il tarixdə ona cavab göndərilib və onun kredit tarixçəsinin kredit təşkilatı tərəfindən uçotun düzgün aparılmaması və Mərkəzi Kredit Reyestrinə daxil edilməməsi bildirilib, sonra onun məhkəməyə müraciət edilməsi qeyd edilib. O, xx.xx.2019-cu il tarixdə təkrarən “xxxxxxxxxxxx” ASC-nə müraciət etmişdir və ona 632 manat 70 qəpik pul ödənilməsi bildirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4404/2019 saylı qərardadına əsasən (hakim A.Abdullayeva) iddia mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4404/2019 saylı qərardadda yanlışlığın düzəldilərək, 63 manat 70 qəpik əvəzinə 632 manat 70 qəpik göstərilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə “xxxxxxxxxxxx” ASC apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4404/2019 saylı qərardadının ləğv edilməsini, iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardaddan iddiaçı və digər cavabdeh Azərbaycan Respublikası Maliyyə X4 apellyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəmə iclaslarına nümayəndə göndərməmiş və göndərməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Əlavə olaraq, o, hazırkı iddia tələbi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyini və iddia tələbinin təmin edildiyini bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X6 izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini və iddia tələbini qəbul etmədiyini bildirdi.Əlavə olaraq, o, birinci instansiya məhkəməsinin qərardadında kompensiyanın ödənilməsinin bilavasitə Bank tərəfindən həyata keçirildiyinin qeyd edildiyini, Bankın ən sonda köçürməni həyata keçirdiyini, bütün digər işlərin AR Mərkəzi Bankı tərəfindən həyata keçirildiyini və maliyyə vəsaitini ayırdığını, “xxxxxxxxxxxx” ASCnin belə bir öhdəliyi olmadığını, yalnız qərardadının əsaslandırma hissəsindən şikayət verdiklərini, bu qərardadın inzibati praktika yarada biləcəyini qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdeh “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti mümkün sayılmamalıdır. İddia ərizəsinə əsasən hazırkı iş üzrə iddiaçı tərəfindən tələb iki cavabdehə qarşı irəli sürülməsinə baxmayaraq, iş materiallarında olan işin birinci instansiya icraatı zamanı xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasının protokoluna əsasən iddiaçı iddia ərizəsinin düzgün tərtib edildiyini və işə olduğu kimi baxılıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İPM-nin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Hazırkı iş üzrə iddiaçının iddia tələbi mümkün sayılmamış, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş, apellyasiya şikayəti cavabdehlərdən biri olan “xxxxxxxxxxxx” ASC tərəfindən verilmişdir.Qərardadın nəticə hissəsində “xxxxxxxxxxxx” ASC-yə hər hansı öhdəlik həvalə edilməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarlarının mübahisələndirilməsinin mümkünlüyü İPM-in 83-cü maddəsindən irəli gəlir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən məhkəmə qərarının yalnız əsaslandırma hissəsi və məhkəmə xərcləri ilə bağlı şikayətə yol verilmir. Yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi, məhkəmə qərarının yalnız əsaslandırma və xərclər hissələrin yekun qərarla birlikdə mübahisələndirilməsi qüvvədə olan qanunvericiliyə ziddir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh “xxxxxxxxxxxx” ASC-nin apellyasiya şikayəti mümkün hesab edilməklə icraata qəbul edilə bilməz. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “xxxxxxxxxxxx” ASC-nin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininxx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4404/2019 saylı qərardadından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin, şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina edilsin. Apellyasiya şikayəti onu vermiş şəxsə qaytarılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar