Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-818/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və X2 ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1959-cu il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğuna görə 3 illik pensiya ödənişləri hesablanaraq güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 01.08.2017-ci il tarixdən sonra 3 illik yığılan pensiya ödənişini birdəfəlik qaydada ödənilməsi və pensiya kapitalında yığılan məbləği nəzərə alıb hesablayaraq pensiya ödənişlərinin həyata keçirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-5738/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 07.08.2020-ci il tarixdə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qаrşı “57 yaşı tamam olduğuna görə alınmamış 3 illik pensiya ödənişləri hesablanaraq güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 01.08.2017-ci il tarixindən sonra 3 illik yığılan pensiya ödənişini birdəfəlik qaydada ödənilməsi və pensiya kapitalında yığılan məbləği nəzərə alıb hesablayaraq pensiya ödənişləri həyata keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı, güzəştli şərtlərlə pensiyaya çıxmağla əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə rəsmən müraciət edərək qanunvericiliyə əsasən iddiaçının sığorta iş stajı və sağlamlıq üçün təhlükəli olan zərərli işdə çalışmağı ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh 31 may 2020-ci il tarixli **********1 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” adlı məktubu ilə qanunsuz və əsassız olaraq iddiaçıya güzəştli pensiyanın təyin edilməsindən imtina etmişdir. Cavabdeh məktubunda qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyinə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Halbuki iddiaçının ümümi iş stajını və zərərli işdə iş stajını təsdiq edən və həmin sənədlərə əsasən onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğunu sübut edən sənədləri təqdim etmişdir. Belə ki, 1976-1981-ci il tarixlərində o, Bakı elektrik texnikumunda elektrik qaynaqçı peşəsi ilə bağlı təhsil almışdır. 1978-1980-ci il tarixlərində hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “g” bəndinə əsasən “ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti” iş stajına daxil edilir. İddiaçı aldığı peşə ixtisası üzrə əmək fəaliyyətinə Türkmənistan SSR-də başlamış, 14.11.1981-28.01.1982-ci il tarixlərində “Şatlıkqazstroy” trestində elektrik montyoru olaraq əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarının 2 nömrəli siyahısında “Xİİ Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində qeyd olunan 2130302a—19861 kod üzrə “elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” üzrə çalışmışdır. 12.02.1982-10.05.1989-cü il tarixlərində o, həmin müəssisədə “boru kəməri çəkən”, “qazma qurğuların maşinisti” vəzifəsində olaraq çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarının 2 nömrəli siyahısında çalışdığı vəzifə “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində 2130200a—19238kod üzrə “tərkibində hidrogen sulfid olan qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər” və HOOOOOa—13590kod üzrə “qazma qurğuların maşinisti” qeyd olunub. Bundan əlavə olaraq, 19.02.1999-cu il tarixdən etibarən və bu günə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində elektrik vəzifəsində işləyir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə tutduğu vəzifə və çalışdığı zərərli işin kateqoriyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarının 2 nömrəli siyahısında “2110A030 —1754a" kod ilə vəzifəsi qeyd olunub. 05.11.2020-ci il tarixində iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmuş, ərizədə iddiaçıya xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 57 yaşı tamam olduğuna görə alınmamış 3 illik pensiya ödənişlərinin hesablanaraq güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 01.08.2017-ci il tarixindən sonra 3 illik yığılan pensiya ödənişinin birdəfəlik qaydada ödənilməsi və pensiya kapitalında yığılan məblləği nəzərə alaıb hesablayaraq pensiya ödənişlərinin həyata keçirilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-5738/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qаrşı “57 yaşı tamam olduğuna görə alınmamış 3 illik pensiya ödənişləri hesablanaraq güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi və 01.08.2017ci il tarixindən sonra 3 illik yığılan pensiya ödənişini birdəfəlik qaydada ödənilməsi və pensiya kapitalında yığılan məbləği nəzərə alıb hesablayaraq pensiya ödənişləri həyata keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı 15.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. AR İPMnin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)- 5738/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - PT-İ ******* nömrəli 04.02.1982-ci ildə açılmış əmək kitabçasına əsasən, iddiaçı “Şatlıkqazstroy” 5 saylı trestində 16.11.1981-ci ildən 28.01.1982-ci ilədək üçüncü dərəcəli elektrik vəzifəsində, 28.01.1982-ci ildə şəxs öz arzusu ilə TSSR ƏMQM 31 maddəsinə müvafiq olaraq tutduğu vəzifəsindən azad olunmuşdur. “Şatlıkqazstroy” trestində 12.02.1982-ci ildən 26.04.1984-cü ilədək ikinci dərəcəli izolyasiya ustası vəzifəsində çalışmışdır. “Şatlıkqazstroy” trestində 26.04.1984-cü ildən 13.08.1984-cü ilədək altıncı dərəcəli sazlayıcı kran maşinisti vəzifəsinə keçirilmişdir. 13.08.1984-cü ildə iddiaçı öz arzusu ilə TSSR ƏMQM 31 maddəsinə müvafiq olaraq tutduğu vəzifəsindən azad olunmuşdur. “Turkmenqazstroy” trestinin 3 saylı SMU-da 21.08.1984-cü ildən 30.01.1985ci ilədək altıncı dərəcəli boru sazlayıcı kran maşinisti vəzifəsində çalışmış, 30.01.1985-ci ildə “Turkmenqazstroy” trestinin 3 saylı SMU sərəncamına verilmək məqsədilə tutduğu vəzifəsindən azad edilmişdir. “Turkmenqazstroy” trestinin 3 saylı SMU-da 31.01.1985-ci ildən 02.09.1985-ci ilədək altıncı dərəcəli boru sazlayıcı kran maşinisti vəzifəsində çalışmışdır. 02.09.1985-ci ildə “Turkmenqazstroy” trestinin 3 saylı SMU keçirilməklə əlaqədar olaraq TSSR ƏMQM 31 maddəsinə müvafiq olaraq tutduğu vəzifəsindən azad olunmuşdur. “Turkmenqazstroy” trestinin SMUR-da 02.09.1985-ci ildən 14.08.1986-cı ilədək altıncı dərəcəli boru sazlayıcı maşinist vəzifəsində çalışmışdır. 14.08.1986-cı ildə “Turkmenqazstroy” trestinin 6 saylı SMU keçirilməklə əlaqədar SR ƏMQM 30 maddəsinin 5 bəndinə müvafiq olaraq tutduğu vəzifəsindən azad olunmuşdur. “Şatlıkqazstroy” trestinin 6 saylı SU-da 19.08.1986-cı ildən 07.06.1988-ci ilədək altıncı dərəcəli boru sazlayıcı maşinist vəzifəsində çalışmışdır. 07.06.1988-ci ildə “Nazibqazstroy” trestinin 2 saylı SU keçirilməklə əlaqədar olaraq TSSR ƏMQM 30 maddəsinin 5 bəndinə müvafiq olaraq tutduğu vəzifəsindən azad olunmuşdur. “Nazibqazstroy” trestinin 2 saylı SU-da 13.06.1988-ci ildən 10.03.1989-cu ilədək altıncı dərəcəli boru sazlayıcı maşinist vəzifəsində çalışmışdır. 10.03.1989-cu ildə “Turkmenqazstroy” trestinin 6 saylı SMU keçirilməklə əlaqədar olaraq tutduğu vəzifəsindən azad olunmuşdur. “Turkmenqazstroy” i/c trestinin 6 saylı SMU-da 20.03.1989-cu ildən 10.05.1989-cu ilədək altıncı dərəcəli boru sazlayıcı maşinist vəzifəsində çalışmışdır. 10.05.1989-cu ildə TSSR ƏMQM 31 maddəsinə müvafiq olaraq tutduğu vəzifəsindən azad olunmuşdur. 1 saylı “Selstroy” trestinin 13 saylı PMK-da 05.07.1989-cu ildən 25.07.1989-cu ilədək dördüncü dərəcəli elektrik vəzifəsində çalışmışdır. 25.07.1989-cu ildə iddiaçı öz arzusuna əsasən Azərbaycan SSR ƏMQM 37 maddəsinə müvafiq olaraq tutduğu vəzifəsindən azad olunmuşdur. 1 saylı “Selstroy” trestinin 13 saylı PMK-da Azərbaycan Kommunist Partiyasının 40 illiyi adına Bakı şin zavodunda 18.06.1990-cı ildən 13.08.1990-cı ilədək 4 dərəcəli təmirçi-çilingər kimi avtokamera sexində işləmişdir. 13.08.1990-cı ildə rezin qarışıqların yayıcısı kimi avtokamera sexinə keçirilmişdir. 22.06.1993-cü ildə 5 dərəcəli elektrik-çilingər kimi avtokamera sexinə qəbul olunmuşdur 11.02.1999-cu ildən hal-hazıradək N saylı hərbi hissədə elektrik vəzifəsində çalışır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 31.05.2020-ci il tarixli, **********1 nömrəli məktubuna əsasən, iddiaçının təqdim etdiyi sənədlərə görə onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir,bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik baxımından mümkün hesab edilmir. - Hərbi biletin surətinə əsasən, iddiaçı 3 may 1978-ci ildən 30 aprel 1980-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. - BT-043406 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1976-cı ildən 1981-ci ilədək Bakı baza energetika texnikomunda “електроапаратостроение” ixtisası ilə bağlı təhsil almışdır. - Türkmənneftqaztikinti” Dövlət Konserni “Marıneftqaztikinti” trestinin 28.12.2016-cı il tarixli, 37/4197 nömrəli arxiv arayışında, İddiaçı həqiqətən “Marıneftqaztikinti” trestində işlədiyi göstərilmişdir. - “xxxx” ASC-nin 01.08.2017-ci il tarixli, 01-62 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Bakı Şin zavodunda 09.10.1989-cu il tarixindən 25.05.1990-cı il tarixinədək Avtokamer sexində 2 dərəcəli təmirçi çilingər, 18.06.1990-cı il tarixindən 13.08.1990-cı il tarixinədək avtokamer sexində 4 dərəcəli təmirçi çilingər, 13.08.1990-cı ildən 22.06.1993-cü ilədək avtokamer sexində 4 dərəcəli vərdənəçi, 22.06.1993-cü il tarixindən 25.01.1999-cu il tarixinədək Avtokamer sexində 5 dərəcəli elektrik çilingəri işləmiş və Bakı Şin zavodu üzrə verilmiş 31.05.2002-ci il tarixli, 01-k saylı əmrə əsasən Bakı Şin zavodu “xxxx” ASC-yə çevrilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin 03 aprel 2019-cu il, 697 nömrəli arayışında qeyd olunmuşdur ki, 20.09.1959-cu il təvəllüdlü İddiaçı həqiqətən 19.02.1999-cu il tarixdən 14.11.2016-cı il tarixədək, N nömrəli hərbi hissədə elektrik vəzifəsində işləyib, 14.11.2016-cı il tarixdən 04.01.2018-ci il tarixədək gəmi elektrik quraşdırıcısı və 04.01.2018-ci il tarixdən elektrik vəzifəsində işləyir. - Türkmənistan “Türkmənqaz” Dövlət Konserninin 28.12.2016-cı il tarixli, 08/520 nömrəli arxiv arayışına (kadrlar şöbəsinin müdiri B.Durdıyev tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, İddiaçı 17.03.1989-cu il tarixli, № 25 saylı əmrlə işə qəbul olunub, 17.03.1989-cu il tarixli, № 25 saylı əmrlə işdən azad olunmuşdur. - Türkmənistan “Türkmennebitgazgurluşyk” Dövlət Konserninin 28.12.2016-cı il tarixli, 37/4197 nömrəli arxiv arayışına əsasən qeyd edilmişdir ki, İddiaçı 18.08.1986-cı il tarixli, № 60 saylı əmrlə işə qəbul olunub, 13.08.1984-cü il tarixli, № 58 saylı əmrlə işdən azad olunmuşdur, eyni zamanda 12.02.1982-ci il tarixli, № 13 saylı əmrlə işə qəbul olunub, 13.08.1984-cü il tarixli, № 58 saylı əmrlə işdən azad olunmuşdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışansığortaolunanların:kişilər -60yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55yaşına çatdıqda, azı 20 ilsığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsavə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsindəgöstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olanşəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06.03.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 12 il 06 aylıq güzəştli iş stajına malik deyildir. Belə ki, iddiaçının işlədiyi fəhlə peşələri: izolyasiya ustası, boru sazlayıcı kran maşinisti AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında göstərilməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının çalışdığı təmirçi çilingər və elektrik çilingər peşələr isə iddiaçının işlədiyi istehsalatlara görə (Bakı şin zavodu və hərbi hissə) Siyahıya uyğun gəlmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-5738/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-5738/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-818/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-818/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver