Məhkəmə qərarları › İş №2-1(103)-818/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-818/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-818/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cəlb olunmaqla) “əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması bаrədə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5372/2021 saylı, 14.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 7160- 016-19 saylı 03 oktyabr 2019 tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilərək məcburi iş buraxmaya görə əmək haqqın ödənilməsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 7160-016-19 saylı 03 oktyabr 2019 tarixli əmrinin ləğv edilməsi, onun bərpa edilərək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 23.06.2010-cu il tarixdən siravi polis nəfəri kimi DİN-in Goranboy rayon Polis şöbəsində xidmət göstərmişdir. 2014-cü il tarixdən 2019-cu ilin sentyabr ayına kimi DİN Baş X16 İdarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin Bölüyündə polis serjantı rütbəsində çalışmışdır. DİN-in sabiq polis əməkdaşı olaraq xidmətdə işlədiyi müddət ərzində iki dəfə intizam tənbehi olmuşdur. Həmin intizam tənbehləri əsassız olduğundan onlara etiraz bildirmişdir. Ona təqdim olunan 27.09.2019-cu il tarixli 7140-016-19 saylı əmrdə guya onun 25.09.2019-cu il tarixdə sürücü Rahil Ağayev barəsində sənədləşmə apararkən kobudluğa yol vermişdir. Halbuki tam əksi olmuşdur. Sonradan onun barəsində intizam tənbehi tətbiq edilərək 03.10.2010-cu il tarixli əmr verilmiş və həmin əmrə əsasən O, tutduğu vəzifədən azad edilmişdir. Həmin əmr verilərkən onun barəsində araşdırma aparılmamış, xidməti yoxlamaların nəticələri üzrə rəy verilmədən, izahatı alınmadan, Əsasnamənin tələbləri pozulmaqla əmr verilmişdir. Ona nə əmrin surəti, nə əmək kitabçası, qanunveicilikdə nəzərdə tutulmuş haqq-hesab sənədləri təqdim edilməmişdir. Xidmətdən xaric edilməsi barədə əmrdən çıxarış və əmək kitabçası zamanında ona təqdim edilmədiyi üçün onları mübahisələndirə bilməmişdir. Əmək kitabçası ona sonuncu müraciətindən sonra 27.09.2019-cu il tarixli məktubla qaytarılmışdır. Əmək kitabçası ona zamanında təqdim edilmədiyindən o digər orqanlarda işləyə bilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6457/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6457/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli 24 fevral 2021-ci il tarixli Qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6457/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi, işin sonrakı hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsi göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5372/2021 saylı 15 aprel 2021-ci il tarixli qərardı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 3-cü şəxs qismində işə cəlb edilmişdir. 03 may 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 27 sentyabr 2019 tarixli, Ə140-016-19 saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilərək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 05 iyul 2021-ci il tarixli Qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5372/2021 saylı, 14.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5372/2021 saylı, 14.10.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı tərəfindən əsaslı olaraq barələrində inzibati protokol tərtib etdiyi şəxslər iddiaçı barəsində rəhbərliyə böhtan xarakterli, qərəzli məlumatlar vermişdir. Hər dəfə isə iddiaçı barəsində verilmiş yalan, əsassız, böhtan xarakterli, qərəzli məlumatlar araşdırılmadan, həmin məlumatlar əsasında müəyyən intizam tədbirlərinə məruz qalmışdır. Lakin, bütün bunlara baxmayaraq, o, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı müvafiq tədbirlər görməyə davam etmişdir. Bəzi hallarda isə yol hərəkəti qaydalarını pozmuş şəxslər barəsində müvafiq protokol tərtib edilərək rəsmiləşdirilməsinə imkan verilməmişdir. İddiaçı tərəfindən oz üzərinə düşən vəzifə vicdanla yerinə yetirilmişdir. Yol hərəkəti qaydalarını pozmuş şəxslər barəsində kim olmasından asılı olmayaraq qanuni tədbir görməsi, qanunun aliliyinə, hamının qanun qarşısında bərabər olmasına inanması sonda onun barəsində verilmiş yalan, əsassız, böhtan xarakterli, qərəzli məlumatlar araşdırılmadan, həmin məlumatlar əsasında iddiaçı daxili işlər orqanından xaric edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 noyabr 2019-cu il tarixli, Ə921-001-19 saylı əmri heç bir hüquqi əsası olmayan, qərəzli olaraq iddiaçı barəsində toplanmış, həqiqəti əks etdirməyən sənədlər əsasında verildiyndən ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - DİN BDYPİ-nin Kadrlar şöbəsinin baş inspektoru polis polkovnik-leytenantı X1, həmin şöbənin inspektoru polis mayoru X7 və kiçik inspektoru polis baş serjantı X6 tərəfindən tərtib edilmiş aktdan görünür ki, DİN BDYPİ-nə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti bölüyünün sabiq yol-patrul xidməti inspektoru İddiaçı oktyabr ayının sonlarında baş İdarədə olarkən daxili işlər orqanlarında xidmətdən xaric olunması barədə əmr ona elan edildikdən sonra əmək kitabçasını götürməsi təklif olunmuşdur. Lakin o, öz narazılığını bildirmiş və təklif olunan sənədi götürməkdən imtina etmişdir. Aktın doğruluğu tərtib edən şəxslər tərəfindən imzaları ilə təsdiq olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi rəisi tərəfindən iddiaçıya ünvanlanan 18 sentyabr 2020-ci il tarixli 016-8539-1120 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq xidmətən xaric edilməyə dair Ə140-016-19 №li əmr 02 sentyabr 2020-ci il tarixdə V.Ağayevə DİN-in Baş X15 İdarəsinin Kadrlar Şöbəsi tərəfindən təqdim edildiyi bildirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 Xidməti, polis polkovniki F.Bəxtiyarov tərəfindən DİN BDYPİ-nin rəisi, polis general-mayoru R.Zeynalova ünvanlanan 19.09.2019-cu il tarixli məktubdan görünür ki, 18.09.2019-cu il tarixdə saat 16.22-də Sabunçu rayonu Maştağa qəsəbə sakini Ağaverdi ismayıl oğlu Həsənov 077 ***- **-** nömrəli telefonla “102” Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək, 15.09.2019-cu il tarixdə idarə etdiyi “VAZ-21011” markalı Az ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilinin DİN BDYPİ-nin X8 xidmət aparan adını bilmədiyi inspektoru tərəfindən saxlanılması və müvafiq yoxlamadan keçdikdən sonra havaya buraxılan zəhərli maddələrin miqdarı normadan artıq olduğu bildirilib, barəsində tədbir görülməməsi müqabilində 50 manatının alınması barədə məlumat verilməsi bildirilmiş, araşdırılaraq nəticəsi barədə DİN NHİX-yə və vətəndaşa məlumat verilməsi üçün müvafiq göstərişin verilməsi xahiş edilmişdir. - BDYPİ YPXŞ-nin rəisi, polis polkovniki K.Əliyev tərəfindən DİN BDYPİ-nin rəisi, polis general-mayoru R.Zeynalova ünvanlanan 25.09.2019-cu il tarixli Raportdan görünür ki, 25.09.2019-ci il tarixdə DİN BDYPİ YPX şöbəsinin istifadəsində olan +**********42 nömrəli xidməti telefona zəng etmiş Bakı şəhər sakini X10 həmin gün saat 16:00 radələrində idarə etdiyi “BMW” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 712 saylı stasionar YPX postunda YPX inspektoru İddiaçı tərəfindən saxlanılarkən nəqliyyat vasitəsinin içərisinə baxış keçirmək istəyinə etiraz etdiyi üçün özünün və valideyninin ünvanına səslənən küçə söyüşləri ilə təhqir olunması barədə məlumat vermiş, həmin əməkdaş haqqında ciddi tədbir görülməsinin xahiş edildiyi, qeyd olunanları nəzərə alaraq, verilmiş məlumat üzrə araşdırma aparılması üçün müvafiq göstəriş verilməsi barədə raport verilmişdir. - DİN BDYPİ YPXŞ-nin baş DAM-i polis polkovniki-leytanantı tərəfindən təsdiq edilmiş “Baş DYP İdarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə YPX bölüyünün YPX inspektoru İddiaçı barəsində aparılan araşdırmanın nəticəsinə dair” 27.09.2019-cu il tarixli Rəyin surətindən görünür ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinin 4-cü bəndinin, DİN-in 12.05.2017-ci il tarixli Q25-001-17 nömrəli qəran ilə təsdiq edilmiş «Yol-patrul xidməti haqqında» Təlimatın 13.3cü bəndinin, eləcə də DİN-in 08.04.2005-cl il tarixli, 130 nömrəli Əmri ilə təsdiq edilmiş «DİO əməkdaşlarının etik davranış kodeksbnin 17 və 22-ci maddələrinin tələblərini pozaraq vətəndaş A.Həsənovun törətdiyi inzibati xətanı sənədləşdirmədiyinə, vətəndaş F.Əliyevi əsassız olaraq uzun müddət YPX postunda saxlamaqla onun qanunla qorunan hüquqlannı pozduğuna, vətəndaş R.Nağıyevlə ünsiyyətdə onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyinə, xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutaraq yol verdiyi qəbahətləri təkzib etdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanlan əməkdaşının adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Baş DYP İdarəsinin 06.11.2018-ci cu il tarixli Ə166-016-18 nömrəli əmri ilə ona elan olunmuş «töhmət» və 15.05.2019-cu il tarixli Ə65-016-19 nömrəli əmri İlə elan olunmuş «şiddətli töhmət» İntizam tənbehi nəzərə alınmaqla Baş DYP idarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə YPX bölüyünün YPX inspektoru, polis serjantı İddiaçı daxili işlər orqanlannda xidmətdən xaric edilməyədək ciddi intizam məsuliyyətinə cəlb olunmağa layiq bilinməsi, Baş DYP idarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə YPX bölüyünün komandiri, polis mayoru M.Məhdiyevdən tabelikdəki əməkdaşların peşə hazırlıq səviyyələrinin artınlması, şəxsi heyət tərəfindən qanunçuluğa ciddi riayət olunması, yol hərəkəti iştirakçılanna qarşı ədəb və nəzakətlə rəftar edilməsi, onlarla münasibətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verilməməsi istiqamətində əlavə tədbirlərin görülməsinin tələb olunması, toplanmış materialların işə tikilməsi, aparılan araşdırmanın nəticəsi barədə müraciət müəlliflərinə cavab verilməsi barədə rəy verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən 04 avqust 2021-ci il tarixli müşayiətedici məktubla 27 sentyabr 2019-cu il tarixli Ə140-016-19 saylı əmrinin əsasını təşkil edən sənədlərə əsasən «DİN BDYPİ-yə bilavasitə tabe olan EN üzrə YPX bölüyünün YPX inspektoru İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilməsi barədə» Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 6 dekabr 2001-ci il tarixli, 474 nömrəli əmri ilə təsdiq edilmiş «Baş X15 İdarəsi haqqında» Əsasnamənin 4.7-ci bəndinə müvafiq olaraq polis general-mayoru R.Zeynalov tərəfindən qəbul edilmiş 27.09.2019-cu il tarixli Ə140-016-19 №li Əmrdən aşağıdakılar müəyyən edilir: 09.09.2019-cu il tarixdə saat 05:40 radələrində vətəndaş Fərid Əliyev idarə etdiyi «VAZ-2112» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 10-cu km-də hərəkətdə olarkən 712 saylı stasionar YPX postunda xidmət aparan Baş DYP idarəsinə bilavasitə tabe olan EN üzrə YPX bölüyünün YPX inspektoru polis serjantı İddiaçı tərəfindən saxlanılmışdır. YPX inspektoru sürücü F.Əliyevə əvvəl hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamadığını, sonra isə nəqliyyat vasitəsinin arxa şüşəsinin şüşə silgəcinin olmaması səbəbindən avtomobilin yol hərəkətindən kənarlaşdırılacağını bildirmiş, vətəndaşı 40 dəqiqə yubatdıqdan və onun DİN-in X3 Xidmətinin «102» Xidməti-Zəng mərkəzinə məlumat verməsindən sonra hərəkətə davam etməsinə icazə vermişdir. YPX inspektoru İddiaçı 15.09.2019-cu il tarixdə vətəndaş Ağaverdi Həsənovun idarə etdiyi «VAZ-21011» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili 712 saylı YPX postunda saxlayaraq xüsusi texniki vasitə ilə mühərrikdən ixrac olunan qazlarda zərərli maddənin (CO) miqdarını yoxlamış, qayda pozuntusu aşkar olunmasına baxmayaraq özünə məlum olun səbəbdən sənədləşmə aparmadan buraxmışdır. 25.09.2019-cu il tarixdə YPX inspektoru İddiaçı inzibati xəta törətmiş sürücü Rahil Ağayevin barəsində sənədləşmə apararkən ona qarşı kobudluğa yol vermiş, küçə söyüşləri ilə onun və hətta məsələyə aidiyyəti olmayan valideyninin də şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol vermişdir. Xidməti təhqiqat zamanı YPX inspektoru İddiaçı qeyri-səmimi mövqe tutaraq məsuliyyətdən yayınmaq məqsədi ilə verilən sualları düzgün cavablandırmamışdır. Eyni zamanda məlum olmuşdur ki, xidmət vəzifələrinin icrası zamanı nöqsanlara yol verərək vətəndaşlara qarşı kobudluq etdiyinə görə YPX inspektoru İddiaçı dəfələrlə intizam məsuliyyətinə cəlb edilməsinə baxmayaraq o, dönüş yaratmaq əvəzinə xidməti və icra intizamını pozmağa davam etmiş, ona elan olunmuş intizam tənbehlərindən nəticə çıxarmamışdır. YPX inspektoru İddiaçılə bağlı daxil olmuş müraciətlər analiz edilərkən aşkar edilmişdir ki, Baş DYP idarəsinə təkcə cari il ərzində daxil olmuş 9 ərizədə vətəndaşlar onun əsasən kobud hərəkətlərindən şikayətlənmişlər. Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinin 4-cü bəndinin, DİN-in 12.05 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş «Yol-patrul xidməti haqqında» Təlimatın 13.3-cü bəndinin, eləcə də DİN-in 08.04.2005-ci il tarixli, 130 nömrəli Əmri ilə təsdiq edilmiş «DİO əməkdaşlarının X12»nin 17 və 22-ci maddələrinin tələblərini pozaraq vətəndaş A.Həsənovun törətdiyi inzibati xətanı sənədləşdirmədiyinə, vətəndaş F.Əliyevi əsassız olaraq uzun müddət YPX postunda saxlamaqla onun qanunla qorunan hüquqlarını pozduğuna, vət R.Nağıyevlə ünsiyyətdə onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyinə, xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutaraq yol verdiyi qəbahətləri təkzib etdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Baş DYP idarəsinin 06.11.20T9-cı il tarixli Ə166016-18 nömrəli əmri ilə ona elan olunmuş «töhmət» və 15.05.2019-cu il tarixli Ə65-016-19 nömrəli əmri ilə elan olunmuş «şiddətli töhmət» intizam tənbehi nəzərə alınmaqla Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9 və 10cu bəndlərinə müvafiq olaraq Baş DYP İdarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə YPX bölüyünün YPX inspektoru, polis serjantı İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilməsi, Baş DYP idarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə YPX bölüyünün komandiri, polis mayoru M.Mehdiyevdən tabelikdəki əməkdaşların peşə hazırlıq səviyyələrinin artırılması, şəxsi heyət tərəfindən qanunçuluğa ciddi riayət olunması, yol hərəkəti iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar edilməsi, onlarla münasibətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verilməməsi istiqamətində əlavə tədbirlərin görülməsi tələb olunmuşdur. - «DİN BDYPİ rəisi polis general-mayoru R.Zeynalov tərəfindən qəbul edilmiş 03.10.2019-cu il tarixli Ə160 Ş/h-016-19 №li Əmrdən aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndləri ilə daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə DİN-in Baş X15 İdarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti bölüyünün yolpatrul xidməti inspektoru Polis serjantı İddiaçı 05 oktyabr 2019-cu il tarixdən xidmətdən xaric edildiyi qeyd edilmişdir. Qeyd olunan Əmrin verilməsinə əsas DİN BDYPİ-nin 27.09.2019cu il tarixli, Ə140-016-19 saylı əmri əsas götürülmüşdür. 03.10.2019-cu il tarixə təqvimi hesablama ilə xidmət müddəti 08 il, 04 ay, 24 gün təşkil etmişdir. - «BDYPİ-nin EN üzrə YPXB əməkdaşının intizam məsuliyyətinə cəlb olunması barədə» 06 noyabr 2018-ci il tarixli Ə166-016-2018 saylı Əmrindən görünür ki, BDYPİ-nin EN üzrə YPX bölüyünün YPX inspektoru, polis serjantı İddiaçı Azərbaycan Respublikasının qanunvericiliynə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli və bu işdə digər şəxlərə nümunə göstərməli olduğu halda 29.10.2018ci il tarixdə saat 20:20-də xidməti ərazini özbaşına tərk edərək «BMW» markalı, 99-YP683 dövlət qeydiyyat nişanlı patrul avtomobilini Bakı şəhərinin Mir Cəlal küçəsində yerləşən «Safa Store» super marketinin qarşısındakı piyada keçidinin üzərində saxlayaraq yol hərəkəti qaydaları əlehine inzibati xəta törətmiş, bununlada vətəndaş M.Elifovun haqlı şikayət etməsinə zəmin yaratmışdır. YPX inspektoru İddiaçı bu hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İV hissəsinin 4-cü bəndinin, DİN-in 08 aprel 2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq olunmuş «DİO əməkdaşlarının X12nin» 1-ci maddəsinin, DİN-in 12.05.2017-ci il tarixli, Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş «Yol- patrul xidməti haqqında» Təlimatın 7.19.1 və 7.19.2 bəndlərinin və DİN-in «X15 əməkdaşlarının xidməti istifadələrində olan nəqliyyat vasitələrinin istismarı sahəsində məsuliyyətlərinin artırılması ilə bağlı əlavə tədbirlərə dair» G43-001-17 nömrəli 31.05.2017-ci il tarixli göstərişinin tələblərini pozmuşdur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 6 dekabr 2001-ci il tarixli, 474 nömrəli əmri ilə təsdiq edilmiş «Baş X15 idarəsi haqqında» Əsasnamənin 4.7-ci bəndini rəhbər tutaraq funksional vəzifələrinin icrası zamanı xidməti ərazini özbaşına tərk edərək idarə etdiyi patrul avtomobili ilə yol hərəkəti qaydalarını pozduğuna görə BDYPİ-nin EN üzrə YPX bölüyünün YPX inspektoru, polis serjantı İddiaçı «töhmət» elan olunmuş, tabelikdə olan yol polisi əməkdaşları tərəfindən xidməti və peşə hazırlığı səviyyələrinin artırılması, xidməti vəzifələrin normativ hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsinə, eləcə də əməkdaşların yol hərəkəti qaydalarına ciddi riayət etmələrinə nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi BDYPİnin EN üzrə YPX bölüyünün komandiri, polis polkovnik-leytenantı F.Mayılovdan tələb edilmiş, Əmr aidiyyəti üzrə elan edilmişdir. - «Ekoloji Nəzarət üzrə YPX bölüyünün YPX əməkdaşının intizam məsuliyyətinə cəlb olunması barədə» 15 may 2019-cu il tarixli Ə65-016-19 saylı Əmrindən görünür ki, 16.04.2019-cu il tarixdə vətəndaş İ.Nuriyevin idarə etdiyi «Mercedes» markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Quba yolunun 10-cu km-də yerləşən 712 saylı stasionar YPX postunda xidmət aparan YPX inspektoru, polis serjantı İddiaçı tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin 2-ci bəndinin tələbinə əsasən saxlanılmışdır. Sənədlər yoxlanıldıqdan sonra qazanalizator vasitəsilə nəqliyyat vasitəsinin mühərrikində işlənmiş qazlarda zərərli maddələrin miqdarı yoxlanılmış, nəticə dövlət standartlarında müəyyən edilmiş kəmiyyətdən artıq olmadığına görə onun barəsində sənədləşmə aparılmamışdır, Lakin YPX inspektoru sürücü ilə nəzakətsiz davranaraq mübahisəyə şərait yaratmış, həmin şəxsə qarşı kobud hərəkətlərə yol vermiş, bununla da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 84cü maddəsinin, DİN-in 12.05.2017-ci il tarixli Q25-001-17 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yol patrul xidməti haqqında» Təlimatın 13cü bəndinin, eləcə də «DİO əməkdaşlarının X12»-nin 3 və 9-cu bəndlərinin tələblərini pozmuşdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 6 dekabr 2001-ci il tarixli, 474 nömrəli əmri ilə təsdiq edilmiş «Baş X15 İdarəsi haqqında» Əsasnamənin 4.7-ci bəndini rəhbər tutaraq xidməti vəzifəsinin icrası zamanı nöqsanlara yol verərək vətəndaşa qarşı kobud hərəkətlərə yol verdiyinə görə Ekoloji Nəzarət üzrə YPX bölüyünün YPX inspektoru, polis serjantı İddiaçı Baş DYP İdarəsinin 06.11,2018-ci il tarixli, Ə166-016-18 nömrəli əmri ilə elən olunmuş «töhmət» intizam tənbehi nəzərə alınmaqla «şiddətli töhmət» elan edilmiş, tabelikdəki YPX inspektorları tərəfindən qanunçuluğa ciddi riayət olunmasına, hərəkət iştirakçıları ilə münasibətdə nəzakət qaydalarına və etik normalarına əməl edilməsi istiqamətində məqsədyönlü tədbirlər görmədiyinə və şəxsi heyətin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə görə Ekoloji Nəzarət üzrə YPX bölüyünün taqım komandiri, polis mayoru X4 ciddi xəbərdar olunmuşdur. - izahat, arayış və raportlardan görünür ki, istinad olunan sənədlərdə göstərilən ifadələr və faktlar İddiaçı barəsində aparılmış xidməti araşdırma zamanı DİN BDYPİ YPXŞ-nin baş DAM-i polis polkovnik-leytnantı və DİN BDYPİ YPXŞ-nin rəisi, polis polkovniki tərəfindən təsdiq edilmiş Baş DYP idarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə YPX bölüyünün YPX inspektoru polis serjantı İddiaçı barəsində aparılan xidməti yoxlamanın nəticəsinə dair” Rəyində öz əksini tapmışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş iş prosesinin əks olunduğu video diskə əsasən qeydə alınan video görüntülərdən müəyyən edilmişdir ki, YPX inspektoru İddiaçı DYP İdarəsinin inzibati otağında işini icra edərkən “Daxili işlər orqanları əməkdaşlarının X12nin” müddəalarına zidd davranış hərəkətləri nümayiş etdirmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına "Polis haqqında" Qanunun 5, 33, 28, 34-cü maddələrini, Daxili İşlər nazirinin 08.04.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının X12nin” 1, 2, 3, 4, 9, 17, 22-ci bəndlərini, Azərbaycan Respublikası Daxili X5 Nizamnaməsinin 3.2-ci bəndini, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Polis haqqında” Qanunun 28-ci maddəsinin İV hissəsinə əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər. Həmin Qanunun 34-cü maddəsinə görə polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; and içməkdən imtina etdikdə; cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; xidmətdə olmanın son yaş həddinə çatdıqda; səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda; polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; ştatlar ixtisar edildikdə; fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir (maddənin İ, İİ, İİİ hissələri). Daxili İşlər nazirinin 08.04.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının X12nin” 1-ci bəndinə əsasən daxili işlər orqanının əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Həmin Kodeksin 2-ci bəndinə əsasən Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Həmin Kodeksin 3-cü bəndinə əsasən Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Həmin Kodeksin 4-cü bəndinə əsasən Dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməli, cinayət, yaxud digər hüquqpozmalar törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmalı, fiziki qüvvə və xüsusi vasitələr tətbiq etmək zərurəti yarandıqda, səlahiyyət həddini aşmamalı və adekvat tədbir seçməyi bacarmalıdır. Həmin Kodeksin 9-cu bəndinə əsasən çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır. Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. Həmin Kodeksin 17-ci bəndinə əsasən müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir. Həmin Kodeksin 22-ci bəndinə əsasən Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili X5 nizamnaməsi" ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Daxili X5 Nizamnaməsinin 3.2-ci bəndinə əsasən hər bir əməkdaş Bu Nizamnaməyə, “DİO əməkdaşlarının X12”nin və polis andının tələblərinə, DİN-in digər normativ-hüquqi aktlarında müəyyən olunmuş qaydalara əməl etməli, rəislərin və komandirlərin əmrlərini yerinə yetirməlidir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, işin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə belə bir qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı iddiaçının mübahisələndirdiyi inzibbati akt qanuni və əsaslıdır. Eləcə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, şikayət təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1781/2021 saylı, 29.11.2021-ci il tarixli dəyişdirilmədənqüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5372/2021 saylı, 14.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar