Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-819/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X11 və X16 ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, iddiaçılar İddiaçı, X4, X5 və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı (xx.xx.1969-cu ildə Kəlbəcər rayonunda anadan olmuş, Kəlbəcər ray., Xöləzək kəndində qeydiyyatdadır, iddia ərizəsinə əsasən Abşeron rayonu, Masazır kəndində yaşayır) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun verilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(81)-4619/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (eyni zamanda qanuni nümayəndələri) İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı xx.xx.1999-cu il təvəllüdlü X12, xx.xx.2001-ci il təvəllüdlü X13 və xx.xx.2005-ci il təvəllüdlü X22 məcburi köçkün statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 1993-cü ildə Kəlbəcər rayonunun işğalı ilə əlaqədar olaraq məcburi köçkün düşmüşdür. 1998-ci ildə X7 ilə faktiki nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1999-cu il təvəllüdlü X17, xx.xx.2001-ci il təvəllüdlü X18 və xx.xx.2005-ci il təvəllüdlü X27 doğulmuşdur. İddaçı “məcburi köçkün” statusuna və onu təsdiq edən vəsiqəyə malikdir. Lakin həyat yoldaşı X7 əslən işğal olunmuş Kəlbəcər rayonundan olsa da məcburi köçkün statusuna malik deyil. Övladlarının hər üçü Kəlbəcər rayonu Taxtabaşı kəndində qeydiyyatdadırlar. Övladlarına məcburi köçkün statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2019- cu il tarixli 01/10841 nömrəli cavab məktubu ilə övladlarına məcburi köçkün statusunun verilməsindən imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2019-cu il tarixdə X17, X18 ərizə verərək, birgə iddiaçılar qismində inzibati məhkəmə icraatına cəlb edilmələrini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4619/2019 saylı qərardadı ilə (hakim E.Əliyev) ərizə təmin edilmiş, X17, X18 iddiaçılar qismində məhkəmə icraatına cəlb edilmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4619/2019 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia tələbi təmin edilmiş, iddiaçı xx.xx.1999-cu il təvəllüdlü X12, xx.xx.2001-ci il təvəllüdlü X13 və xx.xx.2005-ci il təvəllüdlü X22 məcburi köçkün statusunun verillməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdehapellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4619/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx xxxx 2013-cü il tarixdə qeydiyyatdan keçmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına uyğun olaraq həyata keçirilir. İddiaçı 2019-cu ilin oktyabr ayında övladları xx.xx.1999-cu il təvəllüdlü X12, xx.xx.2001-ci il təvəllüdlü X13 və xx.xx.2005-ci il təvəllüdlü X22 məcburi köçkün statusunun verilməsi ilə bağlı Komitəyə müraciət etmişdir. Təqdim edilmiş sənədlər Komitənin Status sektorunda araşdırılmış və müəyyən olunmuşdur ki, İddiaçı 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı məcburi köçkün düşmüş, işğaldan sonra 1998-ci il tarixdə məcburi köçkün statusu olmayan şəxslə - X2 ilə faktiki nikaha daxil olmuşdur. Eyni zamanda “atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrlə uşaqların hər üçünün atasının X2 olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən uşaqların atası X2 məcburi köçkün olmadığından Qaydanın 4.1.6-cı bəndinə əsasən X12, X13 və X22 məcburi köçkün statusunun verilməsindən imtina edilmişdir. “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının 1.1-ci bəndinə uyğun olaraq “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənini verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 4.1.1-ci bəndinə əsasən, sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. Həmin Qaydaların 4.1.6-cı bəndində qeyd olunur ki, valideynlərindən yalnız atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının, şəxsiyyət vəsiqəsini almış uşaqlara (16 yaşlı) məcburi köçkün statusu verilir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq, o, ananın məcburi köçkün olduğunu, lakin uşaqların atasının məcburi köçkün olmadığından imtina verildiyini bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçılar İddiaçı, X17, X18 izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Əlavə olaraq, İddiaçı uşaqların atasının Rusiyada yaşadığını və 2007-ci ildən ayrı yaşadıqlarını, aralarında rəsmi nikah da olmadığını qeyd etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: -068460 nömrəli Məcburi köçkün vəsiqəsinə əsasən İddiaçı 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Səbail rayonunda müvəqqəti məskunlaşmışdır. -X14 və İddiaçı birgə faktiki nikahlarından X17, X18 və X27 doğulmuşdur. - X17 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Kəlbəcər rayonu, Taxtabaşı kəndində qeydiyyatdadır. - X18 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Kəlbəcər rayonu, Taxtabaşı kəndində qeydiyyatdadır. - X27 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Kəlbəcər rayonu, Taxtabaşı kəndində qeydiyyatdadır. - Atalığın müəyyən edilməsi haqqında xx.xx.2006-cı il tarixli, AZ-İ № 074001 seriya və nömrəli Şəhadətnaməyə əsasən X14 xx.xx.2005-ci ildə İddiaçı doğulmuş X15 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2006-cı ilin iyun ayının 21-də 87 № ilə qeyd edilmişdir. (Bakı şəhəri Səbail rayonu VVADQ şöbəsi) - Atalığın müəyyən edilməsi haqqında xx.xx.2004-cü il tarixli, AZ-İ № 030084 seriya və nömrəli Şəhadətnaməyə əsasən X14 xx.xx.2001-ci ildə İddiaçı doğulmuş X8 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2004-cü ilin aprel ayının 20-də 42 № ilə qeyd edilmişdir. (Bakı şəhəri Səbail rayonu VVADQ şöbəsi) - Atalığın müəyyən edilməsi haqqında xx.xx.2004-cü il tarixli, AZ-İ № 030083 seriya və nömrəli Şəhadətnaməyə əsasən X14 xx.xx.1999-cu ildə İddiaçı doğulmuş X9 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2004-cü ilin aprel ayının 20-də 41 № ilə qeyd edilmişdir. (Bakı şəhəri Səbail rayonu VVADQ şöbəsi) -Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə Nümayəndəliyinin 5394 nömrəli xx.xx.2019-cu il tarixli arayışına əsasən Əşrəfova X25 rayonundan məcburi köçkün kimi Abşeron rayonu Masazır kəndində məskunlaşmışdır. Ailə tərkibi: X17, X18 və X27. -cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinada "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi akt kimi qeydə alınmış “Qaydalar”ın 4.1.6-cı bəndinə əsaslanaraq imtina edilmişdir. - Azərbaycan Respublikası DİN Kəlbəcər RPŞ tərəfindən X3 verilmiş xx.xx.2020-ci il tarixli, 1/13-0801-83 nömrəli, arayışa əsasən xx.xx.1966-cı il tarixdə (AZ № ******* doğum haqqında şəhadətnaməyə əsasında alınıb) Kəlbəcər rayonunun Xallanlı kəndində anadan olmuş, xx.xx.2006-cı il tarixdən Kəlbəcər rayonu Taxtabaşı kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi AZE № 17044536 , xx.xx.2016-cı il tarixdə Asan – Gəncə tərəfindən verilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, iddiaçı Əşrəfova X25 rayonundan məcburi köçkün olduğundan, iddiaçının rəsmi nikahı olmadığından, xx.xx.1999-cu il tarixdə X17, xx.xx.2001-ci il tarixdə X18 və xx.xx.2005-ci il tarixdə X27 doğulduğundan, İddiaçı malik olduğu “məcburi köçkün” statusu onun uşaqlarına da şamil olunmasına mövcud qanunvericilikdə hər hansı məhdudiyyət olmadığından iddia əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ında işğaldan sonra doğulmuş atası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. X4, X5 və X20 atası X10 məcburi köçkün olmadığından və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa və “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə əsasən onlara məcburi köçkün statusu verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının xx xxx 1999-cu il Qanununun 1-ci maddəsinin 3-cü bəndinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Buna istinadən Qanunda məcburi köçkün anlayışı verilərkən konkret olaraq yalnız hərbi təcavüz zamanı işğal zonasında yaşamış və daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs nəzərdə tutulur, məcburi köçkün düşmüş şəxsin (ananın) işğaldan sonra doğulmuş övladları barədə isə heç nə göstərilməmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmişdir) məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydalara əsasən “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. Qaydaların 4.1.1-ci bəndinə əsasən, sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. Qaydaların 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, uşaqların atası X1 “məcburi köçkün” statusu olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasənməhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4619/2019 saylı qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4619/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçıların iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-819/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-819/2020
04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver