Məhkəmə qərarları › İş №2-1(103)-819/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-819/2022

11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-819/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.N96N-ci il tarixdə ünvan N ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 noyabr 202N-ci il tarixli, 2-N(NN2)-6698/202N nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı N9 may 202N-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın imtinasının qeyriqanuni hesab edilərək iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxx N96N-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. N980-ci ilin dekabr ayından N982-ci ilin noyabr ayınadək Sovet Ordusunda həqiqi hərbi xidmət keçmişdir. Yaş həddi ilə əlaqədar olaraq SHXÇDX-nin Xəzər rayon İdarəsindən hərbi qeydiyyatdan çıxarılmışdır. N7 noyabr N993-cü il tarixdən N5 fevral N995- ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N №-li hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında (Ağdam, Füzuli rayonları) iştirak etmişdir. Döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona ünvanlanmış 27.02.2020-ci il tarixli N/Ə-32N4 nömrəli məktubda bildirilmişdir ki, döyüş əməliyyatları aparılan zaman N7 noyabr N993-cü il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Pandemiya və daha sonra xəstəliyi ilə əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edə bilməmişdir. Bu səbəbdən 30 mart 202N-ci il tarixdə yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona ünvanlanmış N3.04.202N-ci il tarixli N/Ə-9232 nömrəli məktubda bildirilmişdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyanın 2N.02.2020-ci il tarixli iclasında baxılmış və 672 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 30 avqust 20N9-cu il tarixli 9/2-N2N46 №-li arxiv arayışından görünür ki, Bakı şəhəri Əzizbəyov RHKdan çağırılmış, N96N-ci il təvəllüdlü sıravi İddiaçı Məmmədəmin oğlu N №-li hərbi hissə komandirinin N7 noyabr N993-cü il tarixli NN6 №-li əmrilə (əsas: §3, səh-2, sıra59, əmrdə adı Xalıq, atasının adı isə Məmmədəmin yazılmışdır) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Bakı şəhəri Əzizbəyov RHK-dan çağırılmış, N96N-ci il təvəllüdlü İddiaçı Məmmədəmin oğlunun Müdafiə nazirinin 29.N2.N994-cü il tarixli müvafiq əmrinə əsasən komandirin N5.02.N995-ci il tarixli 27 №-li əmrilə (əsas: sıra-784, səh-69, məlumatda adı Xalıq, atasının adı isə Məmmədəmin yazılmışdır) şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N5.02.N995-ci il tarixli 27 №-li nizami hissə üzrə əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. 70N №li hərbi hissə komandirinin iyul, oktyabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda, həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 04 fevral 2020-ci il tarixli 9/2-N544 №-li məktubundan görünür ki, N №-li hərbi hissənin 04.0N- 20.03.N994-cü il tarixli əsgər və çavuş heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda olan 4 MAT-ın N MAB-ın dekabr N993-cü il üçün pul təminatı ilə təmin olunmuş şəxsi heyətin siyahısında pulemyotçu, sıravi İddiaçı adı qeyd edilmiş, lakin qarşısında “не выдано" yazılmışdır, (əsas: iş 9/2, 04.0N-20.03.N994-cü il, səh. N53, sıra 89, cədvəldə adı və atasının adı tam yazılmayıb). N №-li hərbi hissə komandirinin dekabr N993-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, mart-dekabr N994-cü ilə aid əsgər və çavuş heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda XN xidməti və pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 25 may 20N9-cu il tarixli Ə-846N №-li arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx N96N-ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin N8 sentyabr 20N9-cu il tarixli 039-N56890-32N9 №-li məktubundan görünür ki, İddiaçı məxsus hərbi biletin tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. Əzizbəyov rayon Hərbi Komissarlığının hərbi komissarı polkovnikleytenant E.A.Məmmədov tərəfindən verilmiş 03 yanvar N994-cü il tarixli N5 №-li arayışdan görünür ki, İddiaçı həqiqətən Dağlıq Qarabağın yaşayış məntəqələrinin müdafiəsi uğrunda Milli ordunun bölmələri sıralarında xidmət edir və “Hərbi qulluqçuların və Qarabağın yaşayış məntəqələrinin Ermənistan Respublikası ilə həmsərhəd rayonların erməni silahlı birləşmələrindən könüllü müdafiəçilərinin ailələrinin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N992-ci il N6 mart tarixli, N3N №-li qərarına əsasən imtiyazlardan istifadə edir. 07 avqust N992-ci il tarixdə hərbi hissə komandiri polkovnik Qasımov tərəfindən verilmiş müvəqqəti vəsiqədən görünür ki, sıravi Əhmədov X2 Rayon Hərbi Komissarlığının çağırışçısıdır. Yuxarıda qeyd olunan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı N7 noyabr N993-cü il tarixdən N5 fevral N995-ci il tarixədək N №-li hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 30 avqust 20N9-cu il tarixli 9/2- N2N46 №-li arxiv arayışında iddiaçının N №-li hərbi hissə komandirinin N7 noyabr N993-cü il tarixli NN6 №- li əmri ilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara salındığı, həmçinin Müdafiə nazirinin 29.N2.N994- cü il tarixli müvafiq əmrinə əsasən komandirin N5.02.N995-ci il tarixli 27 №-li əmrilə iddiaçının şəxsi heyətin siyahısından çıxarılması barədə məlumatın olduğu qeyd edilsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona ünvanlanmış 27.02.2020-ci il tarixli N/Ə-32N4 nömrəli məktubda döyüş əməliyyatları aparılan zaman N7 noyabr N993-cü il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı qeyd edilmişdir. Göstərilən xüsusatlara əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır. Ona görə də ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir Bakı İnzibati Məhkəməsinin 03 noyabr 202N-ci il tarixli, 2-N(NN2)-6698/202N nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər.İddiaçının birinci instansiya icraatı zamanı nümayəndəsi və vəkili olmuş Vəkil (“Kredo” Vəkil Bürosu) da məhkəmə iclası barədə məlumatlandırılmışdır.İddiaçı 08.02.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 03 noyabr 202N-ci il tarixli, 2-N(NN2)-6698/202N nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3.-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 03 noyabr 202N-ci il tarixli, 2-N(NN2)-6698/202N nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 2N.02.2020-ci il tarixli iclasında baxılmış və 672 nömrəli protokol ilə barənizdə müsbət qərar qəbul edilməmişdir.” - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsi 27.04.202N- ci il tarixli 859 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir: “N96N-ci il təvəllüdlü, İddiaçı ondan ötrü ki, o, həqiqətən dekabr N980-ci ildən noyabr N982-ci ilədək Sovet Ordusunda həqiqi hərbi xidmət keçmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplekləşdirilməsinə dair” Azərbaycan Respublikası Prezidentinin N9.02.N992-ci il tarixli fərmanına əsasən N7 noyabr N993-cü ildən N5 fevral N995-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N №-li döyüşən hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. Yaş həddi ilə əlaqədar olaraq SHXÇDX-nin Xəzər rayon idarəsindən hərbi qeydiyyatdan çıxarılmışdır.” - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsi 20.N0.202N-ci il tarixli N453 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq 30.07.N96N-ci il (mətnə uyğun) təvəllüdlü İddiaçı uçot-qeydiyyat kartasının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir - Azərbaycan Respublikası Müdafiə Nazirliyi 02.06.202N-ci il tarixli 9/2-4234 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir: “Sizin 20.05.202N-ci il tarixli 2-N(NN2)-6698/202N №-li sorğunuza cavab olaraq bildiririk ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyatı kitabında (əsas: səh 69, sıra 784, məlumatda atasının adı Məmmədəmin yazılmışdır) Bakı şəhəri Əzizbəyov RHK-dan çağırılmış, N96N-ci il təvəllüdlü İddiaçı Məmmədəmin oğlunun hərbi hissə komandirinin N7.NN,N993-cü il tarixli NN6 Ne-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və Müdafiə nazirinin 29.N2.N994-cü il tarixli müvafiq əmrinə əsasən hərbi hissə komandirinin N5.02.N995-ci il tarixli 27 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N5.02.N995-ci il tarixli 27 №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Bakı şəhəri Əzizbəyov RHK-dan çağırılmış, N96N-ci il təvəllüdlü sıravi İddiaçı Məmmədəmin oğlu N №-li hərbi hissə komandirinin N7.NN.N993-cü il tarixli NN6 №-li əmrilə (əsas: səh 2, § 3, sıra 59, əmrdə atasının adı Məmmədəmin yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin fevral N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.” - İddiaçıya məxsus N7.NN.N993-cü il tarixli hərbi bilet əvəzi müvəqqəti vəsiqəyə əsasən vəsiqə 3N dekabr 2000-ci il tarixədək etibarlı olmuşdur. İddiaçının yeni vəsiqə və ya hərbi bilet əldə etməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. Bu Qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında» 25.04.2006-cı il tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası müdafiə nazirinin 06.0N.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı döyüş əməliyyatları aparan hərbi hissənin tərkibindən qanuni əsaslarla tərxis olunmasını sübut etməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N997-ci il tarixli 378- İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İPM-in N.2-ci maddəsindən MPM-in 8N-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun N3.2 və N7-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 03 noyabr 202N-ci il tarixli, 2-N(NN2)-6698/202N nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 202N-ci il tarixli, 2-N(NN2)-6698/202N nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar