Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-82/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və X4 ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-6812/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 12 il əvvəl yol qəzası nəticəsində ayağından ciddi xəsarət almışdır. Nəticədə, əmək qabiliyyətini itirmişdir. Bu səbəbdən əsas bədən üzvlərindən olan ayağı tam işləmir və iddiaçı fiziki və əməli işlər görə bilmir. Əmək qabiliyyətini itirdiyindən dövlətin sosial təminat sistemindən yararlanmaq məqsədi ilə müvafiq əlillik dərəcəsinin təyin edilməklə ona əlilliyə görə pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmişdir və uzun müddətdir ki, əlilliyə görə pensiya alırdı. Bir neçə ay əvvəl əlillik müddəti bitdiyindən yenidən müayinədən keçmiş və tam əsassız olaraq cavabdeh orqan elektron sms vasitəsilə əlillik təyin edilməsindən imtina etmişdir. İmtinanın əsası odur ki, müalicə alsa, ayağı bərpa oluna bilər. Bildirir ki, bu mümkün deyil, axsaqdır. Ayağının bərpa olunması tibbi baxımdan mümkünsüzdür. Bu səbəbdən cavabdehin imtina məktubu əsassızdır. Cavabdeh orqanın iddiaya yazılı etirazında bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti 31 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bəzi erkən ağırlaşmaları => T79.9 - Travmanın dəqiq..., Diaqnozun mətni: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkdə olan sınığı, Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkdə olan sınığı” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Daha sonra həmin poliklinikanın xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bəzi erkən ağırlaşmaları => T79.9 - Travmanın dəqiq..., Diaqnozun mətni: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkdə olan sınığı, Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkdə olan sınığı” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Bakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci ildə 0034003AAA8F saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.2 - Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş, Diaqnozun mətni: Bud sümüyün cisminin sınığı. Sağ bud sümüyünün orta 1/3-nin bitişməyən sınığı. Sağ diz oynağının bükücü kontrakturası. Sağ a/ə 5 sm qısalığı, Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: bud sümüyü cisminin sınığı” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı ildə göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.2 - Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş, Diaqnozun mətni: Bud sümüyün cisminin sınığı. Sağ bud sümüyünün orta 1/3-nin bitişməyən sınığı. Sağ diz oynağının bükücü kontrakturası. Sağ a/ə 5 sm qısalığı, Meyar: 22.3. Üçüncü dərəcə əlillik => DİGƏR: bud sümüyü cisminin sınığı” səbəbi ilə beş il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Bakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci ildə 0034003AADZP saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - Aşağı ..., Diaqnozun mətni: Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyü orta 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, kilidləyici stiftlə osteosintezindən sonrakı vəziyyət. Oynaqların kontrakturası, Sağ diz oynağın kontrakturası.(açma 170 dərəcə, bükmə 85 dərəcə), Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın 5 sm qısalığı, Əzələ distrofiyası, Əzələ atrofiyası, hərəkət məhdudluğu ilə, Qamış sümüyünün distal şöbəsinin sınığı, Sağ qamış sümüyünün orta 1/3 bitişmiş sınığı, ekstramed osteosintezinden sonrakı vəziyyət” səbəbi ilə imtina verilmişdir, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-əlavə bərpa müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aidiyyəti sənədləri təqdim edərək müraciət etməsi tövsiyə edilir. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-6812/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qeyri-qanuni və əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi ona 2010-cu ildən 2016-cı ilədək ardıcıl olaraq əlillik təyin edilmişdir. Bu zaman çərçivəsində onun sağ ayağında hər hansı bir irəliləyiş və ya yaxşılaşma olmamışdır. 2010-cu ildən bu günə qədər ayağının reabilitasiyası mümkün olmadığı üçün 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsində hər hansı problem olmadığı halda sonuncu müayinə zamanı ona əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi müvafiq inzibati orqanın qərarının əsaslılığı barədə şübhələr oyadır. Eyni zamanda, Bakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixdə 0034003AADZP nömrəli göndərişində qeyd edilən diaqnozun doğruluğu Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6812/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı əsasında Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş T 208/2021 nömrəli rəyində öz əksini tapmışdır. Həmçinin, həmin rəydə onun xəstəliklərinin sümük tamlığının pozulması ilə müşayiət olunması səbəbindən tam reabilitasiyanın mümkün olmadığı qeyd olunmuşdur. Göründüyü kimi ekspert rəyinin məzmunundan cavabdeh inzibati orqanın imtinasının əsassız olması bir daha aydınlaşır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-6812/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə 31 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında xx.xx.2014cü ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 – Travmaların digər rubrikalarda təsnif olunmayan bəzi erkən ağırlaşmaları => T79.9 - Travmanın dəqiq...; Diaqnozun mətni: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkdə olan sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkdə olan sınığı” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.2 - Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş; Diaqnozun mətni: Bud sümüyün cisminin sınığı. Sağ bud sümüyünün orta 1/3-nin bitişməyən sınığı. Sağ diz oynağının bükücü kontrakturası. Sağ a/ə 5 sm qısalığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: bud sümüyü cisminin sınığı” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Daha sonra elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında eyni tarixdə iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.2 - Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş; Diaqnozun mətni: Bud sümüyün cisminin sınığı. Sağ bud sümüyünün orta 1/3-nin bitişməyən sınığı. Sağ diz oynağının bükücü kontrakturası. Sağ a/ə 5 sm qısalığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: bud sümüyü cisminin sınığı” səbəbi ilə beş il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0034003AADZP saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - Aşağı ...; Diaqnozun mətni: Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyü orta 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, kilidləyici stiftlə osteosintezindən sonrakı vəziyyət. Oynaqların kontrakturası, Sağ diz oynağın kontrakturası. (açma 170 dərəcə, bükmə 85 dərəcə). Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın 5 sm qısalığı. Əzələ distrofiyası, Əzələ atrofiyası, hərəkət məhdudluğu ilə. Qamış sümüyünün distal şöbəsinin sınığı, Sağ qamış sümüyünün orta 1/3 bitişmiş sınığı, ekstramed osteosintezindən sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-əlavə bərpa müalicə məsləhət görülür” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli **********2 saylı əmri ilə yaradılmış komissiyanın xx.xx.2021-ci il tarixli **********6 nömrəli protokolundan görünür ki, protokola əlavə olunmuş siyahıda adları qeyd edilmiş vətəndaşlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2 nəfərə əlillik dərəcəsinin təyin edilməsi, 1 nəfərin isə tam reabilitasiya edilməsi və bu barədə qərar qəbul edilərək əlillik altsisteminə daxil edilməsi qərara alınmışdır. Protokola əlavə edilmiş əyani müayinədən keçən şəxslərin siyahısına əsasən İddiaçı tam reabilitasiya edildiyi göstərilmişdir. Elmi-Tədqiqat Travmatologiya və X2 Müşfiq Ağamməd oğlunun adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********/4363 nömrəli arayışda qeyd edilmişdir: Diaqnoz - Sağ bud sümüyünün orta 1/3-nin kobud döyənəklə qəlpəli defektli zəif bitişmiş sınığı, fraqmentlərin bloklayıcı ştiftlə osteosintezi. Bu hissədə sümüyün postravmatik deformasiyası. Budun bayır səthi və baldırın ön səthində postoperasion kobud çapıqlar. Sağ diz oynağının bükücü-açıcı kontrakturası (açma 165°, bükmə 85°). Aşıq-baldır oynağının açıq kontrakturası. Ətrafın 5 sm qısalığı və əzələ atrofiyası. Daimi ağrılar, axsama və yerişin pozulması. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6812/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı əsasında Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş T 208/2021 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı canlı müayinə olunmaqla ona 0034000AADZP forma 88-də qoyulmuş “bud sümüyü cisminin (diafizinin) sınığı, sağ bud sümüyünün 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, kilidləyici ştiftlə osteosintezindən sonrakı vəziyyət, oynaqların kontrakturası, sağ diz oynağının kontrakturası (açma 170°, bükmə 85°), ətrafların müxtəlif uzunluğu (qazanılma), sağ aşağı ətrafın 5 sm qısalığı, əzələ distrofiyası və atrofiyası hərəkət məhdudluğu ilə, qamış sümüyünün distal şöbəsinin sınığı, sağ qamış sümüyünün orta 1/3-nin bitişmiş sınığı, ekstramed osteosintezindən sonrakı vəziyyət” diaqnozu instrumental müayinələrlə öz təsdiqini tapır. Vətəndaş İddiaçı hal-hazırda sağ bud sümüyünün orta 1/3-nin kobud döyənəkli, qəlpəli, zəif bitişmiş sınığı, fraqmentlərin bloklayıcı ştiftlə osteosintezi, bu hissədə sümüyün postravmatik deformasiyası, budun bayır səthi və baldırın ön səthində postoperasion kobud çapıqlar, sağ diz oynağının bükücü-açıcı kontrakturası (açma 165 dərəcə, bükmə 85 dərəcə) aşıq-baldır oynağının açıq kontrakturası, ətrafın = 5 sm qısalığı və əzələ atrofiyası, daimi ağrılar, axsama və yerişin pozulmasından əziyyət çəkir. Qeyd edilən xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə əlillik dərəcəsi verilməsi üçün yetərli deyil. Vətəndaş İddiaçı xəsarətləri sümük tamlığının pozulması ilə müşayiət olunduğundan bərpa müalicəsindən sonra onun tam reabilitasiyası mümkün deyildir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddiaçı barəsində tərtib edilmiş Bakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0034003AADZP saylı göndərişi 88 nömrəli formada diaqnozu “Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyü orta 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, kilidləyici stiftlə osteosintezindən sonrakı vəziyyət. Oynaqların kontrakturası, Sağ diz oynağın kontrakturası. (açma 170 dərəcə, bükmə 85 dərəcə). Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın 5 sm qısalığı. Əzələ distrofiyası, Əzələ atrofiyası, hərəkət məhdudluğu ilə. Qamış sümüyünün distal şöbəsinin sınığı, Sağ qamış sümüyünün orta 1/3 bitişmiş sınığı, ekstramed osteosintezindən sonrakı vəziyyət” olmuşdur. Qeyd edilməlidir ki, iddiaçı barəsində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli, **********/4363 nömrəli arayışında, eləcə də Tibbi Ekspertiza və X5 tərəfindən keçirilmiş ekspertiza zamanı canlı müayinə nəticəsində iddiaçıya qoyulmuş qeyd edilən diaqnoz öz təsdiqini tapmışdır. İddiaçının qeyd edilən diaqnozunu qiymətləndirən cavabdeh orqan “əlavə bərpa müalicə məsləhət görülür” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina etmiş, eyni zamanda komissiyasının əyani müayinəsi nəticəsində sonuncunun tam reabilitasiya edildiyi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı diaqnozu onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtina əsaslı olmuşdur. Göstərilən diaqnoz üzrə xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Belə ki, iddiaçı barəsində “Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyü orta 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, kilidləyici stiftlə osteosintezindən sonrakı vəziyyət. Oynaqların kontrakturası, Sağ diz oynağın kontrakturası. (açma 170 dərəcə, bükmə 85 dərəcə). Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın 5 sm qısalığı. Əzələ distrofiyası, Əzələ atrofiyası, hərəkət məhdudluğu ilə, qamış sümüyünün distal şöbəsinin sınığı, Sağ qamış sümüyünün orta 1/3 bitişmiş sınığı, ekstramed osteosintezindən sonrakı vəziyyət” xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlillik dərəcəsi verilməsi üçün yetərli deyildir. Adıçəkilən meyarlarda 2.5.10. bir aşağı ətrafın 7 sm qısa olması (M84.1, M96.0) göstərildiyi halda, iddiaçıda aşkar olunan patofunksional dəyişikliklər, bud sümüyünün deformasiyası nəticəsində əmələ gələn ətrafın qısalığının 7 sm-dən az olması, yəni 5 sm qısalıq əlillik dərəcəsi verilməsinə əsas verməmişdir. Apellyasiya baxışı zamanı göndərilmiş sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 04 noyabr 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişi əsasında qiymətləndirilir. Bildiririk ki, İddiaçı əlillik vəziyyəti 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0034003AADZP nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə elektron qiymətləndirilmiş və müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. İddiaçı dövlət tibb müəssisəsi tərəfindən ətarflı müayinə olunub ixtisaslaşmış müalicə aldıqdan sonra yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətinin faizlə qiymətləndirilməsi mövcud qanunvericiliyə uyğun aparılacaqdır. Göründüyü kimi iddiaçının əlillik vəziyyəti 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0034003AADZP nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə elektron qiymətləndirilmiş və müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. İddiaçı dövlət tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub ixtisaslaşmış müalicə aldıqdan sonra yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə cavabdeh inzibati orqan tərəfindən əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq faizlə qiymətləndirilməklə aparılması təmin ediləcəkdir. Kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-6812/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-82/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-82/2023
12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver