Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-820/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X5 və Reabilitasiya Xidmətinə qarşı xəstəliyinin səbəbinin hərbi travma kimi qeyd edilməsi öhdəliyinin qoyulması tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3431/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X5 və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının arayışında, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hərbi Komissiyasının ona aid 256 nömrəli, xx.xx.2018-ci il tarixli qərarında qeyd edilən xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi Travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunması vəzifəsinin cavabdehə həvalə erdilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu ildə SSRİ silahlı qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır və xx.xx.1992-ci ilədək orada hərbi xidmətdə olmuşdur. xx.xx.1992-ci ildən 2005-ci ilədək Azərbaycan Respublikası silahlı qüvvələrində müxtəlif vəzifələrdə hərbi xidmət keçmişdir və xx.xx.2005-ci ildə Müdafiə Nazirliyinin 0333 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçdiyi dövrdə döyüşlərdə düşmənlə təmas xəttində yaralanmış və keçirdiyi sarsıntılardan sağlamlığını itirmişdir. Lakin ondan asılı olmayaraq, döyüşlər getdiyi üçün və ondan da ağır yaralılar xidmət başında olduğundan o hospitala müalicəyə göndərilməmişdir. Həmin dövrdə hər gün tibb məntəqəsində müalicə olunmuşdur. Aldığı hərbi travma və streslər səbəbindən o 2005-ci ildə Azərbaycan Ordusundan xəstəliyinə görə Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının qərarına asasən tərxis olmuşdur. 2006-cı ildə ona ilk dəfə 2-ci qrup hərbi xidmətə görə əlillik verilmişdir. 2007-ci ildə əlillik təsdiq olunmuşdur. TSEK-in sonuncu qərarına əsasən onun əlilliyi 5 il müddətinə artırılmışdır. 2018-ci ilin yanvar ayında yenidən müayinədən keçmişdir və Komissiyanın 256 nömrəli, xx.xx.2018-ci il tarixli qərarında “Hərbi travma. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir.İddiaçının xəstəliyinin hərbi xidmətlə səbəbli əlaqəsinə dəyişiklik edilməlidir. Çünki iddiaçının xəstəliyinə səbəb müharibədə yaralanması olmuşdur.Hərbi xidmət əlili ifadəsinin müharibə əlili ifadəsinə çevrilməsi nəticəsində iddiaçıda yaranmış hüquq əsasında iddiaçının Prezidemt təqaüdü almaq şansı yaranır.Hazırda iddiaçı Prezident təqaüdünü müharibə veteranı kimi alır.Amma xəstəliyinin səbəb əlaqəsi dəyişdikdə müharibə əlili kimi alacaqdır.Burada isə böyük fərq vardır.Prezident təqaüdü müharibə veteranı üçün 80 manat, 2- ci qrup müharibə əlili üçün isə 240 manat təşkil edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2006-cı ildə cavabdeh tərəfindən ilkin müayinə edilmiş və bir il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar səbəbi ilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Sonrakı illərdə təkrar müayinələr zamanı ikinci dərəcə əlilliyi saxlanılmış, xx.xx.2016-cı il tarixdə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ikinci dərəcə əlilliyi Əlillik altsistemi tərəfindən uzadılmışdır. Qiymətləndirilməyə əsas verən 2751003AAB7 nömrəli göndərişin təhlili göstərir ki, xəstəlik xx.xx.1993-cü ildə başlamışdır. Əsas xəstəlik kimi “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət (08.1993) Posttarvmatik ensefalopatiya” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi isə “Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya teztez təkrarlanan generalizə olunmuş tonikklonik qicolma tutmaları ilə (ayda 7-8 dəfə)” xəstəliyi qeyd edilmişdir. Əsas xəstəliyinə görə xəstəliyin başladığı vaxtdan 2018-ci ilə kimi olan dövrdə aldığı müalicələr və xəstəliyin dinamikası barədə heç bir məlumat qeyd edilməmişdir. Eləcə də göndərişdə yanaşı xəstəlik və ağırlaşmalarını təsdiq edən köməkçi diaqnostik müayinələrin nəticələri qeyd edilməmişdir. Xəstə 2006-cı ildən 2015-ci ilə kimi hər il səhiyyə müəssisəsi tərəfindən müayinə edilərək tibbi-sosial ekspert komissiyasına göndəriş rəsmiləşdirilmiş və tibbi-sosial ekspert komissiyasında təkrar müayinədən keçmişdir.Qeyd edilən dövr ərzində səhiyyə müəssisəsində və tibbi-sosial ekspert komissiyasında aparılan müayinələr zamanı xəstədə kəllə beyin travması və onun ağırlaşmaları aşkar edilməmişdir.Qeyd edilənlərə əsasən cavabdeh tərəfindən hər hansı bir qanunazidd hərəkətlərə yol verilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3431/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının İddiaçı aid 256 nömrəli, xx.xx.2018-ci il tarixli qərarında qeyd edilən xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının arayışında “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini etirazına uyğun əsaslandırmış, əlilliyin təyini istiqamətində tərəflərindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini göstərib birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilərək iddianın tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəməiclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının silahlı qüvvələrində hərbçi kimi xidmət etmiş, ”Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsiin “v” bəndinə əsasən xx.xx.2005-ci il tarixli əmrə əsasən ehtiyata buraxılmış, cavabdeh tərəfindən ona hərbi xidmət dövrü ilə əlaqədar səbəbi göstərilməklə İİ qrup əlillik müəyyən edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma alması müəyyən edilmişdir. Hazırda iddiaçı Əmək və X4 Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının arayışında, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hərbi Komissiyasının ona aid 256 nömrəli, xx.xx.2018-ci il tarixli qərarında qeyd edilən xəstəliyin hərbi xidmətlə səbəbli əlaqəsinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının aldığı xəsarətlərin işin faktiki halları ilə hərbi travma olduğunun təsdiqləndiyi qənaətinə gəlib iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 7.2-ci bəndinə əsasən Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır:a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»;b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»;c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»;ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»;d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»;e) «Ümumi xəstəlikdir». Qeyd edilən bənddə göstərilmişdir: “a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa;..əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa;əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa;” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamənin 3.1-ci bəndinə əsasən bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:3.1.1. tibbi-sosial ekspert komissiyalarının tibbi etika prinsipinə əsaslanan müayinələri aparmasını təmin etmək, müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli, və ya hissiyyat pozuntularının olmasını qiymətləndirmək;3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar olmuş, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək iddianı təmin etmişdir. Cavabdehin imtinası qanunauyğun olmamış, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazirki iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3431/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən:H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-820/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-820/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver