Məhkəmə qərarları › İş №2-1(103)-820/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-820/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-820/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “malın müvafiq təsnifat koduna uyğunluğunun müəyyən edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “malın müvafiq təsnifat koduna uyğunluğunun müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3333/2021 saylı 20 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Satıcı “X13, İNC. OF ZHUHAİ” ilə alıcı İddiaçı MMC arasında bağlanmış CMS15012019 saylı 15 yanvar 2019-cu il tarixli müqavilədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında dəyəri 80242,00 ABŞ dolları təşkil edən soyutma avadanlıqları və onların ehtiyat hissələrinin alqı-satqısına dair müqavilə bağlanmışdır. İdxal edilmiş mallar İddiaçı MMC tərəfindən 03 noyabr 2020-ci il tarixdə **********8515 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. **********9330 saylı xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, “X13, İNC. OF ZHUHAİ” tərəfindən göndərilmiş mənşə ölkəsi Çin Respublikası, istehsalçı Çin Respublikasının 177 ədəd Gree markalı kondisioner avadanlıqları İddiaçı MMC tərəfindən qəbul edilmiş və gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2020-ci il tarixdə gömrük bəyannaməsi təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X4 İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri ərzində ilkin və kompleks ekspertiza keçirilmiş, A18850220 №li xx.xx.2020-ci il tarixli invoys, yol nəqliyyat sənədi, gömrük bəyannaməsi və mallara baxış keçirilərək, yükün XİF MN-a uyğun təsnifat kodunun müəyyən edilməsi məqsədilə tədqiqat aparılmış, nəticədə İddiaçı MMC-nin ünvanına A18850220 №li xx.xx.2020-ci il tarixli invoys üzrə idxal olunan 1-18-ci mövqe üzrə “Gree” markalı havanın temperaturu və rütubətini avtomatik tənzimləyən, quraşdırılmış soyuducu qurğusu olan məişət kondisionerləri olması qeyd edilmişdir. X4 tərəfindən iddiaçıya ünvanlanmış elektron məktubdan görünür ki, İddiaçı MMCnin xx/xx/008191 nömrəli xx.xx.2020-ci il və Bakı Baş Gömrük İdarəsi tərəfindən 1400- 012/0xx-xx/008785 nömrəli xx.xx.2020-ci il tarixli sorğuları əsasında İddiaçı MMC-nin ünvanına ARV**********716 nömrəli xx.xx.2020-ci il tarixli invoysla idxal olunmuş yükün XİF MN üzrə təsnifat kodunun təyininə dair daxil olmuş müraciətlər əsasında sorğu üzrə araşdırmalar aparılmış və aşağıdakılar müəyyən olunmuşdur: Bakı Baş Gömrük İdarəsi tərəfindən mal partiyasına aid təqdim olunmuş mal müşayiət sənədləri, faktiki gömrük baxışı, sorğu materialları və iddiaçı tərəfindən təqdim olunmuş kataloqlar, aparılmış araşdırmalar əsasında yükün sənaye tipli kondisionerlərə aid olmadığı müəyyən olunmuşdur. İdxal olunmuş obyekt yığılmamış pərakəndə halında gətirilmiş vahid funksiyanı həyata keçirən havanın kondisiyalaşdırmasına aid daxili və xarici bloklardan ibarət multi-split sistemdir. Tədqiqat nəticələri üzrə idxal edilən obyektlər malların təsvir və kodlaşdırmasına dair izahnamənin əsas şərh qaydaları prinsiplərinin 2(a) qaydasına, habelə həmin izahnamənin 16-cı fəslinin 1-ci qeydinin 3-4 bəndinə istinadən onlar GREE” markalı müxtəlif modelli divar, tavan, kanal tipli daxili bloklar və kompressorlardan ibarət kombinə olunmuş sistemdir və XİF MN üzrə 8415 81 009 o, alt mal mövqeyində deyil, 8415 82 000 9 alt mal mövqeyi üzrə sinifləşdirilir. Belə ki, malların XİF MN üzrə bölmələr səviyyəsində təsnifat aşağıdakı prinsiplər-malların mənşəyi kimyəvi tərkibi, hazırlandığı materialların növü, malların funksional baxımından təyinatı habelə onların ardıcıl emal texnologiyasının əlamətləri üzrə aparılır. Məhz iddiaçının təqdim etdiyi şirkətin kataloqunda müxtəlif məişət və iaşə obyektlərində (mehmanxanalar, restoranlar, ofislər, mağazalar və s.) quraşdırılması göstərilmişdir. Elə bu səbəbdən də müəyyən olunmuşdur ki, bu eyni markalı, müxtəlif modelli kondisionerlər sənaye kondisionerləri hesab olunmur. Buna görə eyni markalı, müxtəlif modelli malların təsnifat kodu sistem halında xarakterizə olunan obyekt təqdim olunmuş multi-split sistemli bir neçə tipli bloklardan ibarət olduğu üçün XİF MN üzrə sinifləşdirilmə 8415 82 000 9 digərləri kodu altında aparılmışdır. Digər tərəfdən isə bildirmişlər ki, iddiaçının idxal etdiyi mal illərdir ki, fəaliyyət bölgəsi gömrük orqanlarında maksimum tarif dərəcəsilə rəsmləşdirilmiş və XİF MN görə 8415 82 000 9 kodu altında sinifləşdirilərək sərbəst dövriyyəyə buraxılmışdır. Məhz idxal edilən bu kondisiyalaşdırma sistemi də analoji mallar dəstindən ibarətdir. Hazırda İddiaçı MMC “X14, İnc. Of Zhuai şirkətindən idxal etdiyi kondisioner hissələrinin X5 mal nomenklaturasının 841581 00 90 təsnifat koduna uyğun olduğuna istinad edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən gətirdiyi kondisioner hissələrinin məhz həmin təsnifat koduna uyğunluğunun müəyyən edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 25 ildir mühəndislik fəaliyyəti ilə məşğul olur. Əsas fəaliyyət növü isitmə, soyutma, havalandırma avadanlıqlarının satışı, quraşdırılması və servisidir. MMC fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Aqrokompleks”i, Sumqayıt Şəhər Məhkəməsi, X8, “KFC" Amburan Mail, “Həştərxan” İş Mərkəzi, Saphire Otel və başqa böyük layihələrə imza atıb. Hazırda şirkətin 100-ə yaxın peşəkar əməkdaşı var. MMC dünyanın bir çox nüfuzlu şirkətləri ilə, həmçinin ÇXDR-nin X14 İnc. Of Zhuai şirkəti ilə sıx əməkdaşlıq edərək həmin şirkətin istehsal etdiyi avadanlıqların satışını, quraşdırılmasını və servisini həyata keçirir və bu şirkətin Azərbaycanda rəsmi təmsilçisidir. MMC 2020-ci ilin noyabr ayının 2-də X14, İnc. of Zhuai şirkətininin 841581 təsnifat kodlu ilə ixrac etdiyi 18 adda 177 ədəd kondisioner hissələrini ixrac bəyannaməsinə və malların mənşə sertifikatına əsaslanaraq eyni təsnifat kodu ilə gömrük rəsmiləşdirməsindən keçirilməsi üçün idxal bəyannaməsini Bakı Baş Gömrük İdarəsinə təqdim edib. Lakin gömrük əməkdaşları idxal bəyannaməsini geri qaytararaq, müəssisənin idxal etdiyi kondisioner hissələrini 841582 təsnifat kodu altında bəyan etməsini tələb edib. Müəssisə bununla razılaşmayaraq idxal etdiyi kondisioner hissələrinə düzgün təsnifat kodunun təsdiq edilməsi üçün X4 İdarəsinə müraciət edib. Həmin İdarənin 13 noyabr 2020-ci il tarixli, 2200-015/0xx-xx/005992 nömrəli rəyində idxal olunan malların adı tamamilə əsassız və absurd şəkildə havanın temperaturunu və rütubətini avtomatik tənzimləyən, quraşdırılmış soyuducu qurğusu olan split kondisionerləri kimi və həmin malların adına tamamilə zidd olan 841582 təsnifat kodu (digər quraşdırılmış soyuducu qurğuları) verilib. Bununla da ekspert qanunsuz, əsassız və anlaşılmaz bir rəy verib. Belə ki, ekspertiza malların ixrac və idxal bəyannamələrində, idxal edilmiş malların mənşə sertifikatında göstərilən 841581 təsnifat koduna və bu günə qədər iddiaçının idxal etdiyi həmin mallara dair idxal bəyannaməsində istinad etdiyi 841510 təsnifat koduna tamamilə zidd olan yeni 841582 təsnifat kodu verib. Üstəlik bu azmış kimi, malın adını da X5 mal nomenklaturasında olmayan yeni bir ad kimi göstərib. X4 İdarəsinin verdiyi rəy üzrə müəssisənin idxal etdiyi malların 841581 təsnifat kodu altında 5%-lik gömrük rüsumu ilə deyil, qanunsuz olaraq 841582 təsnifat kodu altında 15%-lik gömrük rüsumu ilə rəsmiləşdirilməsi qanunvericiliyin kobud şəkildə pozulmasıyla yanaşı müəssisənin əsassız olaraq artıq gömrük rüsumu ödəməsinə səbəb olur. Bu da müəssisənin idxal etdiyi malların maya dəyərinin artmasına və həmin malların rəqabət qabiliyyətini aşağı salmaqla ona böyük maddi zərər vurulmasıyla nəticələnir. MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə yazılı müraciətlə bağlı 09 dekabr 2020-ci ildə cavabdehin rəsmi elektron poçtundan cavab məktubu daxil olub. Məktubda qeyd edilib ki, İddiaçı MMC-nin direktoru X17 tərəfindən Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyevə ünvanlanmış elektron müraciətinə X4 İdarəsində baxılaraq, Bakı Baş Gömrük İdarəsi tərəfindən mal partiyasına aid təqdim olunmuş mal müşayiət sənədləri, faktiki gömrük baxışı, sorğu materialları və müəssisənin təqdim etdiyi kataloqlar əsasında aparılmış araşdırmalarla yükün sənaye kondisioneri olmadığı, həmin malların multi-split sistemli bir neçə məişət tipli blokdan ibarət olduğu üçün XİF MN üzrə sinifiəşdirilmə 8415 82 000 9 digərləri kodu altında aparılması müəyyən edilmişdir. Məktubda həmçinin qeyd edilir ki, iddiaçının idxal etdiyi mal illərdir ki, fəaliyyət bölgəsi gömrük orqanlarında XİF MN görə 8415 82 000 9 kodu altında sinifləşdirilərək sərbəst dövriyyəyə buraxılmışdır. Göründüyü kimi, cavabdehin tabeliyində olan X4 İdarəsi növbəti dəfə iddiaçının idxal etdiyi kondisioner hissələrini split kondisioneri kimi tanıyaraq həmin malları 841582 təsnifat kodu altında müəyyən edib. MMC bildirir ki, divar tipli split kondisionerlər əsasən məişətin müxtəlif sahələrinin soyudulması və isidilməsi üçün istifadə olunur. Split tipli kondisionerlər məhdud imkanlara malikdir. Belə ki, bir xarici blokun bir daxili bloka bağlanması şərtilə quraşdırılması üçün hazır vəziyyətə gəlir. Yəni onun quraşdırılması üçün hər hansı əlavə işlərin görülməsinə zərurət yoxdur. Müəssisənin idxal etdiyi avadanlıqlar isə split kondisionerlərdən fərqli olaraq, inzibati, sənaye, istehsal, tibbi, təhsil, ticarət və s. müxtəlif təyinatlı binaların isitmə və soyutma ilə təmin edilməsi üçün mərkəzi sistemlərdə istifadə olunur. Belə ki, müxtəlif təyinatlı binaların ölçülərindən, quruluşundan asılı olaraq soyutmaisitmə sistemi layihələndirilir, bu layihələrə uyğun müxtəlif parametrli avadanlıqlar seçilir və bu avadanlıqların öz aralarında birləşdirilməsi üçün mis borulardan, xüsusi siqnal kabellərindən və başqa materiallardan istifadə edilərək mərkəzləşdirilmiş sistem quraşdırılır. Çünki burada çox sayda müxtəlif parametrli avadanlıqların hamısını bir yerdə, bir sistem şəkildə işləməsini təmin etmək üçün ciddi mühəndis-layihələndirmə və quraşdırma işlərinin aparılması tələb olunur. Bu proses layihəçi, mühəndis və başqa ixtisaslı insanın əməyindən istifadə olunmasıyla meydana çıxır. Yuxarıda qeyd edilən izahdan da göründüyü kimi, müəssisənin idxal etdiyi mallar hissələr şəklində gəlir və sonradan həmin hissələr istehsal prosesindən keçirilərək mərkəzləşdirilmiş soyutma-isitmə sistemi yaradılır. Göründüyü kimi, split kondisionerlərin 15%-lik gömrük rüsumuna cəlb edilməsinə səbəb həmin malların hazır məhsul olması və heç bir istehsal prosesindən keçməməsidir. İddiaçı X14, İnc. ofZhuai şirkətinin ixrac sənədlərini araşdırarkən müəyyən edib ki, həmin istehsalçı şirkət müəssisənin idxal etdiyi malları kondisioner hissəsi kimi ixrac edir. Lakin təəssüf ki, MMC uzun illər ərzində bu fakta lazımi diqqət göstərməyərək həmin kondisioner hissələrini split kondisionerlərin təsnifat kodu altında idxal edib. Halbuki iddiaçının yuxarıda qeyd edilən izahından, istehsalçının ixrac bəyannaməsindən və malların mənşə sertifikatından göründüyü kimi, iddiaçının idxal etdiyi mallar məhz kondisioner hissələridir və 841581 təsnifat kodu altında sinifləşdirilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaya dair yazılı etiraz verilərək göstərilmişdir ki, İddiaçı MMC tərəfindən idxal edilmiş mallar 03 noyabr 2020-ci il tarixdə **********8515 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. İdxal edilmiş malların təsnifat kodu daha əvvəl MMC-nin eyni şirkətdən idxal etdiyi eyni malların təsnifat kodundan fərqli olduğu üçün mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməmiş, iddiaçının təqdim etdiyi 10 dekabr 2020-ci il tarixli **********9330 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Mallar İddiaçı MMC-nin təqdim etdiyi 10 dekabr 2020-ci il tarixli **********9330 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyindən 03 noyabr 2020-ci il tarixli **********8515 sorğu nömrəli gömrük bəyannaməsi ləğv edilmişdir. Gömrük proseduru zamanı maraqlı şəxs malları bəyan etmədən əvvəl onların təsnifat kodunun müəyyən edilməsi məqsədilə əvvəlcədən gömrük orqanına müraciət etdiyi halda, gömrük orqanı malın təsnifat kodunun müəyyən edilməsi ilə bağlı məcburi olan qərar qəbul etməlidir. İndiyənə kimi "Buxar Mühəndislik” MMC gömrük orqanına bununla bağlı müraciət etməmişdir. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin X4 İdarəsində xx/xx/008191 daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş sorğusu və Bakı Baş Gömrük İdarəsi tərəfindən X4 İdarəsinə göndərilən 1400-012/0xx-xx/008785 nömrəli xx.xx.2020-ci il tarixli sorğu əsasında İddiaçı MMC-nin ünvanına ARV**********716 nömrəli xx.xx.2020-ci il tarixli invoysla idxal olunmuş yükün X5 Mal Nomenklaturası (XİF MN) üzrə təsnifat kodunun təyininə dair müraciətlərə əsasən sorğular daxil olmuşdur. Sorğular üzrə araşdırmalar aparılmış və aşağıdakılar müəyyən olunmuşdur: Bakı Baş Gömrük İdarəsi tərəfindən mal partiyasına aid təqdim olunmuş mal müşayiət sənədləri, faktiki gömrük baxışı, sorğu materialları və İddiaçı MMC tərəfindən təqdim olunmuş kataloqlar üzrə aparılmış araşdırmalar əsasında yükün sənaye kondisioneri olmadığı müəyyən olunmuşdur. Belə ki, idxal olunmuş obyekt yığılmamış pərakəndə halda gətirilmiş vahid funksiyanı həyata keçirən havanın kondisiyalaşdırmasına aid daxili və xarici bloklardan ibarət multi-split sistemdir. Tədqiqat nəticələri üzrə idxal olunmuş obyektlər malların təsvir və kodlaşdırmasına dair izahnamənin əsas təsfir qaydaları prinsiplərinin 2(a) qaydasına, habelə həmin izahnamənin 16-cı fəslinin 1-ci qeydinin 3-4 bəndinə istinadən “GREE” markalı müxtəlif modelli divar, tavan, kanal tipli daxili bloklar və xarici blok funksiyasını həyata keçirən kompressorlardan ibarət kombinə olunmuş sistemdir və XİF MN üzrə 8415 81 009 0 alt mal mövqeyində deyil, 8415 82 000 9 alt mal mövqeyi üzrə sinifləşdirilir. Belə ki, malların XİF MN üzrə bölmələr səviyyəsində təsnifatı aşağıdakı bu prinsiplər - malların mənşəyi, kimyəvi tərkibi, hazırlandığı materialların növü, malların funksional baxımından təyinatı, habelə onların ardıcıl emal texnologiyasının əlamətləri üzrə aparılır. Məhz təqdim olunan kataloqlar üzrə İddiaçı MMC tərəfindən idxal olunmuş kondisionerlər də müxtəlif məişət və iaşə obyektlərində (mehmanxanalar, restoranlar, ofislər, mağazalar və s.) quraşdırılması göstərilmişdir. Elə bu göstərilən səbəbdən də müəyyən olunmuşdur ki, bu eyni markalı, müxtəlif modelli kondisionerlərdir və sənaye kondisionerləri hesab olunmur. Belə ki, sənaye dedikdə, hasilat və istehsal sahələri nəzərdə tutulur. Hasilat sahəsinə yerin təkindən çixarılan sərvətlər aid olur. Emal sahəsinə isə istehsal vasitələri və istehlak mallarını istehsal edən sahələr aid olunur. Lakin idxal olunmuş kondisionerlər bu tipli obyektlərdə quraşdırılmamışdır. Belə ki, faktiki olaraq bu kondisionerlər idxalçı tərəfindən təqdim olunan kataloqlar üzrə müxtəlif yerlərdə quraşdırılmışdır. Buna görə eyni markalı, müxtəlif modelli malların təsnifat kodu sistem halında xarakterizə olunan obyekt təqdim olunmuş multi-split sistemli bir neçə müxtəlif tipli blokdan ibarət olduğu üçün XİF MN üzrə sinifləşdirilmə 8415 82 000 9 digərləri kodu altında aparılmışdır. Digər tərəfdən isə, İddiaçı MMC tərəfindən idxal olunmuş mal illərdir ki, fəaliyyət bölgəsi gömrük orqanlarında XİF MN üzrə 8415 82 000 9 kodu altında sinifləşdirilərək sərbəst dövriyyəyə buraxılmışdır. İddia ərizəsində göstərildiyi kimi, MMC tərəfindən malların X5 Mal Nomenklaturası üzrə təsnifat kodunun müəyyənləşdirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsinin X9 İdarəsinə müraciət edilmişdir. X9 İdarəsinin ekspertinin verdiyi rəy iddiaçını qane etmədiyi üçün o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3333/2021 saylı 20 sentyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı MMC-nin X14, İnc. Of Zhuai şirkətindən idxal etdiyi kondisioner hissələrinin X5 mal nomenklaturasının 841581 00 90 təsnifat koduna uyğunluğunun müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3333/2021 saylı 20 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rəyin məzmunundan da göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqatını aparan iqtisad şöbəsinin eksperti” qeyd olunan xüsusatlara istinad edərək hər hansı tədqiqat aparmamış, hər hansı bir metodikadan istifadə etməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 500 nömrəli qərarını (“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X5 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən 8415 mal mövqeyinə aşağıdakılar daxil edilir”) rəyə köçürmüş, idxal olunan maldan nümunə olmadan yalnız iş materiallarında olan məlumatlara əsasən rəy vermişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 iyul 2021-ci il tarixli 9/3909 nömrəli ərzaq və sənaye mallarının əmtəəşünaslıq ekspertizasının rəyi sübut qismində nəzərə alına bilməz. İş üzrə bir halı da qeyd etməyi zəruri hesab edir ki, belə bir mürəkkəb işin bu şəkildə araşdırılması ədalət mühakiməsinin keyfiyyətinə mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti gömrük rəsmiləşdirilməsi prosesi çərçivəsində İddiaçı MMC-nin təqdim etdiyi sənədlərə və mal nümunələrinə əsasən Dövlət Gömrük Komitəsinin X9 İdarəsi tərəfindən aparılmış ekspertizanın nəticəsini rəyinin tədqiqi hissəsində göstərsə də, həmin rəyə heç bir istinad etməmiş və iş materiallarında olan “Buxar Mühəndislik" MMC tərəfindən təqdim olunmuş kataloqlar üzrə Dövlət Gömrük Komitəsinin X9 İdarəsi tərəfindən aparılan araşdırmalar nəzərə alınmamışdır. Ekspert tərəfindən qanunun tələbləri nəzərə alınmadan formal rəy tərtib edilmişdir. Məhkəmə tərəfindən ekspert qarşısında qoyulan sual ekspertin zəruri biliyindən kənara çıxmış, yəni malın X5 mal nomenklaturası üzrə təsnifat kodunun müəyyən edilməsi üçün əsaslandırılmamış və obyektiv olmayan 17 iyul 2021-ci il tarixli 9/3909 nömrəli rəy ekspert tərəfindən tərtib edilmişdir. Eyni zamanda 20 aprel 2021-ci il tarixdə MMC gətirdiyi mallarını müvəqqəti saxlanc xüsusi gömrük prosedurundan çıxardaraq, gömrük orqanına malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi üçün **********0299 sorğu nömrəli gömrük bəyannaməsi (əlavə olunur) təqdim etmişdir. Təqdim edilmiş **********0299 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında 177 ədəd “Gree” markalı “split sistemli kondisionerlərin xarici, daxili blokları” adlı malların X5 mal nomenklaturası üzrə təsnifat kodu **********- “split-sistem”, malların X5 mal nomenklaturası üzrə təsnifat kodu ********** göstərilmişdir. ********** - “split-sistem” təsnifat kodu ilə malın tarif dərəcəsi 15 faiz idxal gömrük rüsumu, 18 faiz əlavə dəyər vergisindən ibarətdir. Yuxarıda qeyd olunanlara əsasən 177 ədəd “Gree” markalı “split sistemli kondisionerlərin xarici, daxili blokları” üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə gorə ikiqat məbləğdə gömrük yığımları 600,00 manat, idxal gömrük rüsumu 21541,75 manat, əlavə dəyər vergisi 29835,61 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 90,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 16,20 manat, müvafiq olaraq 50 ədəd “kondisionerlərin istifadəetmə qaydaları kitabları” üçün idxal gömrük rüsumu 67,46 manat, əlavə dəyər vergisi 93,10 manat, ümumilikdə cəmi 52244,12 manat hesablanaraq MMC tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra 177 ədəd “Gree” markalı “split sistemli kondisionerlərin xarici, daxili blokları” və 50 ədəd “kondisionerlərin istifadəetmə qaydaları kitabları” adlı mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə qeyd olunan malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. MMC idxal etdiyi 177 ədəd “Gree” markalı “split sistemli kondisionerlərin xarici, daxili blokları” adlı malların X5 mal nomenklaturası üzrə təsnifat kodunu və gömrük dəyərini 20 aprel 2021-ci il tarixli **********0299 sorğu nömrəli gömrük bəyannaməsində göstərmiş, gömrük orqanı da həmin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmişdir. MMC 20 aprel 2021-ci il tarixli **********0299 sorğu nömrəli gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və 177 ədəd “Gree” markalı “split sistemli kondisionerlərin xarici, daxili blokları” və 50 ədəd “kondisionerlərin istifadəetmə qaydaları kitabları” adlı malları xx.xx.2021-ci il tarixdə sərbəst dövriyyəyə buraxılmışdır. İddiaçının elektron formada təsdiqləyərək təqdim etdiyi 20 aprel 2021-ci il tarixli **********0299 sorğu nömrəli gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçının təsdiqlədiyi **********0299 sorğu nömrəli gömrük bəyannaməsində göstərdiyi X5 mal nomenklaturası üzrə təsnifat kodu və gömrük dəyəri əsas götürülmüşdür. 20 aprel 2021-ci il tarixli **********0299 sorğu nömrəli gömrük bəyannaməsi ilə MMC tərəfindən idxal olunan malların gömrük rəsmiləşdirilməsi gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Qüvvədə olan gömrük qanunvericiliyinə əsasən mallar və nəqliyyat vasitələri mal sahibi və ya bəyannaməçi tərəfindən gömrük bəyannaməsi verilməsi yolu ilə bəyan olunur və bəyannamədəki məlumatların düzgünlüyünə görə onlar cavabdehlik və məsuliyyət daşıyır. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin dəlilləri tamamilə qanunsuz və əsassızdır. MMC-nin idxal etdiyi kondisioner hissələri ilə bağlı istehsalçının təqdim etdiyi mənşə sertifikatına və malların ixrac bəyannaməsinə əsasən həmin mallar XİF MN 841581 təsnifat kodu altında istehsal edilib və həmin təsnifat kodu altında X20 Respublikasından ixrac edilib. Yəni istehsalçı şirkət və ixrac edən ölkə bu malları məhz XİF MN 841581 təsnifat kodu ilə sinifləndiriblər. MMC-nin idxal etdiyi həmin mallar inzibati, sənaye, istehsal, tibbi, təhsil, ticarət və s. müxtəlif təyinatlı binaların isitmə və soyutma ilə təmin edilməsi üçün mərkəzi sistemlərdə istifadə olunur. Belə ki, müxtəlif təyinatlı binaların ölçülərindən, quruluşundan asılı olaraq soyutmaisitmə sistemi layihələndirilir, bu layihələrə uyğun müxtəlif parametrli avadanlıqlar seçilir və bu avadanlıqların öz aralarında birləşdirilməsi üçün mis borulardan, xüsusi siqnal kabellərindən və başqa materiallardan istifadə edilərək mərkəzləşdirilmiş sistem quraşdırılır. Çünki burada çox sayda müxtəlif parametrli avadanlıqların hamısını bir yerdə, bir sistem şəkildə işləməsini təmin etmək üçün ciddi mühəndis-layihələndirmə və quraşdırma işlərinin aparılması tələb olunur. Bu proses layihəçi, mühəndis və başqa ixtisaslı insanın əməyindən istifadə olunmasıyla meydana çıxır. Yuxarıda qeyd edilən izahdan da göründüyü kimi, iddiaçının idxal etdiyi mallar hissələr şəklində gəlir və sonradan həmin hissələr istehsal prosesindən keçirilərək mərkəzləşdirilmiş soyutma-isitmə sistemi yaradılır. Məhz bu səbəbdən həmin mallar cavabdehin bildirdiyi kimi split kondisioner kimi qəbul edilə bilməz. Çünki iddiaçının idxal etdiyi mallardan fərqli olaraq, split kondisionerlər heç bir istehsal prosesindən keçmir və iki hissədən ibarət qurğunun yerində quraşdırılmasıyla iş bitmiş hesab edilir. MMC məhz mənşə sertifikatı, ixrac bəyannaməsi kimi rəsmi sənədlərə və qeyd edilən faktlara istinadən idxal etdiyi həmin malları XİF MN 841581 təsnifat kodu ilə gömrük orqanına bəyan edib. Lakin cavabdeh MMC-nin idxal bəyannaməsini qəbul etməkdən imtina edib və bunu onunla əsaslandırıb ki, həmin mallar 841581 təsnifat kodu ilə təsnifləndirilə bilməz. İddiaçının idxal etdiyi malları mütəmadi olaraq, XİF MN 841510 təsnifat kodu üzrə bəyan etmiş olması təsnifat kodunun düzgün müəyyən edilməsi üçün MMC-nin məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. MMC-nin idxal etdiyi malları məhkəmə qərarının nəticəsini gözləmədən 841510 XİF MN kodu üzrə bəyan etməsi və gömrük rəsmiləşdirməsindən keçirməsi ilə bağlı bildirilməlidir ki, həmin mallar 2020-ci ilin noyabr ayında gömrük orqanına daxil olub. İş materiallarındakı sənədlərdən də göründüyü kimi, MMC dərhal həmin malları XİF MN 841581 təsnifat kodu üzrə bəyan edib və gömrük rəsmiləşdirilməsin keçirilməsinə çalışıb. Lakin cavabdehin malların həmin təsnifat kodu ilə rəsmiləşdirməkdən imtinası ilə üzləşdiyindən malların xüsusi gömrük proseduru altında müvəqqəti saxlanca yerləşdirib və dərhal məhkəməyə müracət edib. Lakin mübahisə üzrə məhkəmə araşdırmasının uzanması səbəbindən qanunvericilikdə müəyyən edilmiş 4 aylıq saxlanc müddəti 2021-ci ilin aprel ayında bitib. Saxlanc müddətinin bitməsiylə cavabdeh iddiaçıdan tələb edib ki, ya o, idxal etdiyi malları XİF MN 841510 kodu üzrə bəyan edərək gömrük rəsmiləşdirməsindən keçirməlidir, ya da cavabdeh iddiaçının malları uyğun gəlməyən XİF MN təsnifat kodu ilə bəyan etməsi səbəbindən müvafiq sənədləri cavabdehin istintaq orqanına göndərəcəyini bildirib. Nəticədə iddiaçı əlavə məsuliyyətə cəlb edilməməsi və idxal etdiyi malların sifarişçilərinin malları tələb etməsi səbəbindən həmin malları cavabdehin tələb etdiyi kimi XİF MN 841510 kodu üzrə bəyan edərək gömrük rəsmiləşdirməsindən keçirib. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X18 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 iddia ərizəsinin və apellyasiya şikayətinə yazılı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı tələbi “X14, İnc. Of Zhuai şirkətindən idxal edilən kondisioner hissələrinin X5 mal nomenklaturasının 841581 00 90 təsnifat koduna uyğunluğunun müəyyən edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, İddiaçı MMC “X14, İnc. Of Zhuai şirkətindən idxal etdiyi malların kondisioner hissələri olduğuna istinad edərək həmin malların X5 mal nomenklaturasının 841581 00 90 təsnifat koduna uyğunluğunun müəyyən edilməsini istəyir. Cavabdeh isə iddiaçının idxal etdiyi malların sənaye tipli kondisioner hissələri deyil, 841582 00 90 kod altında məişət kondisionerləri olduğunu bildirərək həmin malların 841581 00 90 təsnifat koduna uyğunluğunun müəyyən edilməsindən imtina edir. İddiaçı idxal etdiyi malların kondisioner hissələri olmasını satıcı şirkətlə bağladığı müqavilə, malın ixrac bəyannaməsi, invoys sənədi və mənşə sertifikatındakı məlumatlarla əsaslandırır. Cavabdeh isə tələbin təmin olunmasına etiraz edərkən X4 İdarəsinin verdiyi ekspert rəyinə istinad edir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X4 İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyində göstərilmişdi ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri ərzində ilkin və kompleks ekspertiza keçirilmiş A18850220 №li xx.xx.2020-ci il tarixli invoys, yol nəqliyyat sənədi, gömrük bəyənnaməsi və mallara baxış keçirilərək, yükün XİF MN-a uyğun təsnifat kodunun müəyyən edilməsi məqsədilə tədqiqat aparılmış, nəticədə İddiaçı MMC-nin ünvanına A18850220 №li xx.xx.2020-ci il tarixli invoys üzrə idxal olunan 1-18-ci mövqe üzrə “Gree” markalı havanın temperaturu və rütubətini avtomatik tənzimləyən, quraşdırılmış soyuducu qurğusu olan məişət kondisionerləri XİF MN üzrə kodu ********** olması qeyd edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin aşağıdakı müddəalarını diqqətə çəkir: 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. 150.1. Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. 151.1. Gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu yoxlayır. 150.3. Gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların X5 mal nomenklaturasına uyğun kodu əsas götürülür. 319.4. Azərbaycan Respublikasında istifadə edilən X5 mal nomenklaturası X2 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X10 Edilmiş Sisteminə və X3 X5 vahid mal nomenklaturasına uyğun olmalıdır. 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X5 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 321.3. Bəyan edilən malların X5 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları X5 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 8.0.6. Mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək gömrük orqanlarının vəzifəsidir. 322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. 325.1. Aparılmış tədqiqatlar əsasında və onların nəticələrini nəzərə almaqla, ekspert öz adından yazılı formada rəy verir. 325.2. Ekspertin rəyində tədqiqatın aparılmasının məqsədi, vaxtı, yeri, tədqiqat obyekti, tədqiqatın kim tərəfindən və hansı əsasda aparıldığı, ekspertin qarşısında qoyulmuş suallar, ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı, tətbiq olunmuş metodlar göstərilməklə tədqiqatın məzmunu, nəticəsi və onun qiymətləndirilməsi, qoyulmuş suallara dair əsaslandırılmış cavablar əks olunmalıdır. Hazırki işdə inzibati icraat zamanı keçirilmiş ekspertiza ilə bağlı verilmiş rəydə aparılmış tədqiqatın müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr əsaslandırılmış qaydada təhlil aparılmalı olduğu halda, rəy yalnız nəticə hissəsindən ibarət olmaqla, eyni zamanda iddiaçının idxal etdiyi malların adının, havanın temperaturunu və rütubətini avtomatik tənzimləyən, quraşdırılmış soyuducu qurğusu olan split kondisionerləri olaraq və həmin malların 841582 təsnifat koduna aid olduğu (digər quraşdırılmış soyuducu qurğuları) qeyd edilməklə, malın adı X5 mal nomenklaturasında olmayan yeni ad kimi müəyyən edilmişdir. Tərəflər arasında iddiaçının idxal etdiyi malların kondisioner və ya sənaye tipli kondisionerin hissələri, eyni zamanda 841581 təsnifat koduna aid olub-olmaması ilə bağlı mübahisə yarandığından bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınaraq, həmin malların mənşə sertifikatına və ixrac bəyannaməsinə uyğun olub-olmamasının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X5 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri X5 mal nomenklaturasının əsas şərhetmə qaydalarına uyğun olaraq malların X5 mal nomenklaturası üzrə **********, **********, yoxsa ********** XİF MN koduna uyğun olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/3909 saylı 17 iyul 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan məlumatlara əsasən tədqiqat obyektlərinin, yəni İddiaçı MMC tərəfindən idxal olunan malların sənaye tipli kondisionerlərin hissələri olduğu müəyyən edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X5 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən İddiaçı MMC tərəfindən idxal olunan malların, yəni sənaye tipli kondisionerlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X5 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən İddiaçı MMC tərəfindən idxal olunan malların, yəni sənaye tipli kondisionerlərin hissələrinin mənşə sertifikatına və ixrac bəyannaməsinə uyğunluğu, yəni “841581 00 90” nömrəli koda uyğunluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X5 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən 8415 mal mövqeyinə aşağıdakılar daxil edilir: 8415 - Rütubəti ayrıca tənzimləyə bilməyən kondisionerlər daxil olmaqla mühərrikli ventilyatorla və havanın temperaturunu və rütubətini ölçən cihazlarla təchiz olunmuş havanın kondisiyalaşdırılması üçün qurğular; 841510 - pəncərə, divar, tavan və ya döşəməüstü tipli, vahid korpusda və ya “splitsistemlər”; 8415 10 100 0 - vahid korpusda, əd, 15; 8415 10 900 0 - “split-sistemlər”, əd, 15 8415 20 000 - mühərrikli nəqliyyat vasitələrində insanlar üçün istifadə olunan; 8415 20 000 1 - minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirildikdə, əd, 0; 8415 20 000 9 - digərləri, əd, 15 – digərləri: 84158100 - quraşdırılmış soyuducu qurğusu və soyuq-istilik rejimlərinin dəyişdirilməsini təmin edən klapanı olan (reversiv istilik nasosları); 8415 81 001 0 - xüsusi istehsal sahələrində mikroiqlimi saxlamaq üçün havanın temperaturunu və rütubətini avtomatik tənzimləyən sənaye kondisionerləri, əd, 0; 8415 81 009 0 - digərləri, əd, 5; 8415 82 000 - digərləri, quraşdırılmış soyuducu qurğusu olan; 8415 82 000 1 - mülki aviasiya üçün, əd, 0; 8415 82 000 9 - digərləri, əd, 15; 8415 83 000 0 - quraşdırılmış soyuducu qurğusu olmayan; 8415 83 000 1 - mülki aviasiya üçün; 8415 83 000 9 - digərləri; 8415 90 000 - hissələri; 8415 90 000 1 - kondisionerlərin –,5; 8415 90 000 9 - digərləri, –,15; Apellyasiya baxışı zamanı Azərbaycan Respublkası Dövlət Gömrük Komitəsinin Mərkzi Gömrük Ekspertizası İdarəsinin analitik Tədqiqatlar laboratoriyasının baş lobaranti, gömrük xidməti kapitanı X7 ifadə verərək bildirmişdir ki, ekpsrtizanın aparılması zamanı istinad edilmiş xx.xx.2022-ci il tarixli invoysun tarixində texniki səhvə yol verilmişdir. Belə ki, rəy verilərkən əslində iddiaçının təqdim etdiyi A18850220 nömrəli xx.xx.2020-ci il tarixli invoys məlumatlarından, həmçinin internet informasiyasında olan məlumatlardan istifadə edilmiş, həmin məlumatlar hazırki işdə olan sənədlərlə tutuşdurularaq uyğunluq tətbiq edilmişdir. İddiaçının təqdim etdiyi kataloqdan da görünür ki, orada daxili və çöl tipli bloklar vardır. Split tipli kondisionerlərin sənaye tipli müəssisələrdə istifadə edilməsi nəzərdə tutulmamışdır. Faktiki baxışdan, eləcə də şəkillərə baxışdan sonra izahnaməyə əsaslanaraq iddiaçının gətirdiyi malların ayrı-ayrı müxtəlif bloklardan ibarət olan hissələr olduğu və birləşdirilərkən kondisioner olacağı müəyyən olunmuşdur. Bu baxımdan tərəfindən rəy verilərkən təqdim olunan malların, hissələrin daxili, tavan, kaset tipli bloklar olduğu nəzərə alınaraq hamısı kondisioner kimi götürülmüşdür. Qeyd etmişdi ki, idxal olunan mallardan bir neçə kondisoner yığmaq olardı. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən idxal edilən mallar split kondisionerlərdən fərqli olaraq, inzibati, sənaye, istehsal, tibbi, təhsil, ticarət və s. müxtəlif təyinatlı binaların isitmə və soyudulması ilə təmin edilməsi məqsədilə mərkəzi sistemlərdə istifadə olunmaqla müxtəlif təyinatlı binaların layihələrinə uyğun müxtəlif parametrli avadanlıqlar əsasında seçilərək mərkəzləşdirilmiş sistem quraşdırılır. Lakin inzibati icraat zamanı aparılmış ekspertizanın nəticəsi olaraq rəy verilərkən təqdim olunmuş, iddiaçının idxal etdiyi malların hamısı ayrı-ayrılıqda bloklar kimi, yəni split kondisionerləri kimi nəzərə alınmışdır. Halbuki apellyasiya baxışı zamanı həmin ekspert rəyini vermiş Murad Fərzəliyev baxış keçirdiyi malların ayrı-arılıqda kondisioner hissələri kimi deyil, məhz kondisioner kimi nəzərə alınması üçün həmin malların ayrı-ayrılıqda işləməsinin mümkün olub-olmamasını, hər birinin gücünün split kondisioneri, yoxsa sənaye kondisionerinin hissəsi kimi işləmək imkanını verdiyini əsaslandıra bilməmişdir. Nəzərə alınmalıdır ki, müxtəlif parametrli avadanlıqların hamısının bir yerdə, vahid sistem şəklində işləməsini təmin etmək üçün mühəndis-layihələndirmə və quraşdırma işlərinin aparılması tələb olunur. İddiaçının idxal etdiyi mallar, hissələr şəklində gətirilməklə sonradan həmin hissələr istehsal prosesindən keçirilməklə mərkəzləşdirilmiş soyutmaisitmə sistemi yaratması inzibati orqan tərəfindən nəzərə alınmamış, nəticədə idxal olunmuş malların hamısı ayrı-ayrılıqda kondisionerlər kimi qiymətləndirilmişdir ki, bu da düzgün olmamışdır. Cavabdeh apellyasiya şikayətində işə birinci instansiya qaydasında baxılarkən keçirilmiş ekspertizanın nəticəsində verilmiş rəylə razılaşmadığı üçün, apellyasiya baxışı zamanı bu barədə araşdırma aparılmış və məlum olmuşdu ki, iddiaçının idxal etdiyi mallar artıq gömrük orqanının göstərdiyi 841510 kodu altında rəsmiləşdirildiyindən həmin malların hansı təsnifat koduna uyğunluğunun müəyyən edilməsi üçün müvafiq ekspertizanın keçirilməsi apellyasiya baxışında mümkün deyildir. Buna görə də bu barədə cavabdehin dəlili təmin olunmamışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi idxal olunan malların cavabdehin göstərdiyi 841510 kod altında gömrük rəsmiləşdirilməsini onunla izah etmişdir ki, iddiaçının bəyannamədə bəyan etdiyi 841581 kodu altında malların rəsmiləşdirilməsindən cavabdeh orqan imtina etdikdən sonra mallar xüsusi gömrük proseduru altında müvəqqəti saxlanca yerləşdirilmiş və dərhal məhkəməyə müraciət olunmuşdur, lakin məhkəmə araşdırmasının uzanması səbəbindən qanunvericilikdə müəyyən edilmiş 4 aylıq saxlanc müddəti 2021-ci iln aprel ayında bitmiş, bu müddətin bitməsi ilə əlaqədar cavabdeh iddiaçıdan tələb etmişdir ki, idxal etdiyi malları XİF MN 841510 kodu üzrə bəyan edərək gömrük rəsmiləşdirməsindən keçirsin ya da malları uyğun gəlməyən təsnifat kodu ilə bəyan etməsi səbəbindən müvafiq sənədləri cavabdehin istisntaq orqanına göndərəcəyini bildirmiş, nəticədə iddiaçı əlavə məsuliyyətə cəlb olunmaması üçün idxal etdiyi malları cavabdehin göstərdiyi 841510 kodu üzrə bəyan etmək məcburiyyətində qalmış və onları gömrük rəsmiləşdirməsindən həmin kod altında keçirmişdir. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı onun satıcı şirkətlə bağladığı müqavilə, ixrac bəyannaməsi, invoys sənədi və mənşə sertifikatına əsasən bəyan etdiyi kod altında idxal etdiyi malların gömrük orqanı tərəfindən məhz həmin təsnifat koduna uyğunlaşdırılmasının müəyyən edilməsinə yönəlmişdir. Bu müəyyən etmə iddiaçı ilə cavabdeh inzibati orqan arasında yaranmış publik hüquq münasibətlərinin mövcudluğuna söykənir. Həmin hüquq münasibətinin müəyyən edilməsində iddiaçının həm hüquqi, həm də iqtisadi marağı mövcuddur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının idxal etdiyi malların təqdim etdiyi və əsaslandığı sənədlərə (müqavilə, ixrac bəyannaməsi, invoys və mənşə sertifikatı) görə 84158100 90 kod altında uyğunlaşdırılmasından cavabdehin imtinası qanunsuz olmuş, bu fakt məhkəmə icraatı zamanı alınmış ekspert rəyi ilə də təsdiqini tapmışdır. Belə ki, həmin ekspert rəyi ilə müəyyən olunmuşdu ki, idxal olunan mallar 84158100 90 nömrəli koda uyğun gəlir. Lakin iş materiallarından göründüyü kimi, inzibati orqan inzibati icraat dövründə verilmiş əsaslandırılmayan ekspert rəyinə əsasən idxal olunmuş malların əvvəlcə ********** koduna uyğun olduğunu bildirsə də, sonradan həmin malların tamamilə başqa- 841510 kod altında rəsmiləşdirilməli olduğunu göstərmişdir. Qeyd olunanlarla bir daha sübuta yetirilir ki, gömrük orqanının ona təqdim olunan malları əvvəlcə 841582 nömrəli, daha sonra isə 841510 nömrəli koda uyğunlaşdırması düzgün olmamaqla yanaşı, iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası bir daha xüsusilə vurğulayır ki, iddiaçı tərəf idxal etdiyi malların XİF MN-də göstərilən “841581 00 90” nömrəli koda uyğun olduğunu öz mövqeyinə və iradəsinə əsasən deyil, mənşə ölkəsi Çin Respublikasında yerləşən “X13, İNC. OF ZHUHAİ” şirkəti ilə bağladığı CMS15012019 saylı 15 yanvar 2019-cu il tarixli müqavilə, **********9330 saylı xx.xx.2020-ci il tarixli gömrük ixrac bəyannaməsi, A18850220 nömrəli xx.xx.2020-ci il tarixli invoysda, CCPİT**********151 seriyalı 20C4404A0004/02804R saylı mənşə sertifikatında göstərilənlərə əsasən müəyyən etmiş və gömrük orqanına bəyan etmişdir. Cavabdeh orqan isə idxal olunan malların iddiaçının bəyan etdiyi təsnifat koduna uyğun olmayıb, başqa koda uyğunluğu qənaətinə əsaslandırılmayan ekspert rəyi əsasında gəlmişdir ki, bu fakt da məhkəmə araşdırmaları zamanı və işdə olan hər hansı sübutla öz təsdiqini tapmamışdır. “Gömrük tarifi haqqında” AR Qanununun 10.1-ci maddəsində təsbit edilmişdir ki, bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinin tələbinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 32.3-cü maddəsinin tələbinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Həmin Qanunun 23.2-ci maddəsinin (İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi) müddəalarının tələbinə görə, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Cavabdeh inzibati orqanın maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi göstərişlər Gömrük Məcəlləsində də təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin 40.4-cü maddəsinin tələbinə görə gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Beləliklə, istinad edilən qanun normalarının tələbləri nəzərə alındıqda, cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli olan idxal etdiyi malların təqdim etdiyi müqavilə, ixrac bəyannaməsi, invoys və mənşə sertifikatında göstərilən təsnifat koduna uyğunluğunun müəyyən edilməsi ilə bağlı xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, təkrar ekspertiza keçirmə, məsləhət vermə) etməli olduğu halda, bunu etməmiş, əksinə, əsaslandırılmamış ekspert rəyinə istinad edərək idxal olunan malların kodunu əvvəlcə ********** koduna uyğun olduğunu bildirmiş, daha sonra isə bu mövqeyini dəyişərək malların 841510 kod altında uyğunlaşdırılmalı olduğunu göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Lakin hazırki işdə iddiaçının idxal etdiyi malların kondisioner hissələri olaraq X5 mal nomenklaturasının ********** təsnifat koduna uyğun olmayıb, gömrük orqanının əsaslandırılmayan ekspert rəyinə əsasən ********** koduna, sonradan isə bəyannaməyə əsasən 841510 təsnifat koduna uyğunlaşdırılması iddiaçının hüquq və azadlığını pozan qanunsuz müdaxilə kimi qiymətləndirilir, hansı ki, cavabdeh orqan bu müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuş, buna görə də qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3333/2021 saylı 20 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3333/2021 saylı 20 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Həmid Həmidov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar