Məhkəmə qərarları › İş №2-1(103)-820/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-820/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-820/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X2 və X7) “texniki pasportun ləğv edilməsi və reyestrdə düzəliş edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7651/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı X2 və X7 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz əmlakın Dövlət reyestrində Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 20 saylı evin üçüncü şəxslər X1 və X3 məxsus mənzilinə dair aparılmış qeydiyyat və tərtib edilmiş texniki pasportun 8.2 kv. metr ölçüdə yardımçı hissədə ləğv edilməsi və reyestrdə müvafiq düzəlişlər edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7651/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək təmin olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil İddiaçı xx.xx.2023-cü il tarixində vəfat etdiyini, onun subay olduğunu, digər varisliyinin isə müəyyən olunmadığını bildirərək, onun ölüm haqqında şəhadətnaməsinin surətini məhkəməyə təqdim etdi və nümayəndəliyinə artıq xitam verildiyindən işdə iştirak edə bilməyəcəyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraatı xitam verilməlidir. Belə ki, 1 saylı Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 09 mart 2023-cü il tarixdə verilmiş 337544 nömrəli ölüm haqqında şəhadətnaməyə, habelə məhkəmə tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə əldə olunmuş sorğu məlumatlarına əsasən müəyyən edilir ki, həqiqətən xx.xx.1941-ci il təvəllüdlü, subay olan, İddiaçı xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsi baxımından, Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraat xitam verilir. Qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar