Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-820/2025 24.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2823/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və 44 saylı Birləşmiş şəhər Poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlilliyin və pensiya ödənişinin təyin edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413-cü il Qərarı ilə təsdiq edilmiş “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinin tələblərinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbini dəqiqləşdirərək cavabdehlər sırasından 44 saylı Birləşmiş şəhər Poliklinikasının çıxarılmasını və sonuncu göndərişə əsasən əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş və 44 saylı Birləşmiş şəhər Poliklinikası cavabdehlər sırasından çıxarılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ürəyində anadangəlmə problemlər olmuş və uşaq vaxtından bugünə kimi daima müalicə almaq zərurəti ilə üzləşmişdir. 2004cü ildə keçirilən tibbi müayinələrdən sonra “2-ci dərəcəli aktiv revmatizm və revmokordit” diaqnozu ilə 2 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 05 avqust 2004-cü il tarixli 843030 saylı müayinə aktından çıxarışa əsasən ona “yüngül fiziki işlərdə az həcmdə işləyə bilər” zəmanəti ilə ilkin olaraq bir il müddətinə 3-cü qrup əllilik təyin edilmişdir. Bir il müddətində səhhətində ağırlaşmalar baş vermiş, bununla əlaqədar 2005-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 08 dekabr 2005-ci il tarixli 049438 saylı müayinə aktından çıxarışa əsasən Komissiya tərəfindən ona “əmək qabliyyətsiz” hesab edilərək bir illik müddətə 2-ci qrup əlillik təyin edilmişdir. Növbəti-2006,2007,2008,2009,2010,2011,2012,2013,2014 və 2015-ci illər ərzində ərazi tibbi müalicə müəssisəsindən təqdim edilən diaqnozlar əsasında TSEK tərəfindən ona hər il fasiləsiz olaraq 2-ci qrup əllilik təyin edilmişdir. O, 2012-ci ildə yaşayış yerini dəyişdirmiş və hazırda yaşadığı ünvana köçmüşdür. 2004-cü ildən 2012-ci ilə qədər müddətdə onun xəstəlik diaqnozları Nizami rayonu 26 saylı şəhər poliklinikasının həkimləri tərəfindən tərtib edilirdi, yerdəyişmə ilə əlaqədar 2012-ci ildən sonra isə diaqnozlarını yeni yaşayış yerinin dislokasiyası üzrə xidmət edən 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinikasının həkimləri tərəfindən tərtib edilərək (hazırda həmin tibb müəssisəsi 44 saylı Birləşmiş Şəhər Poliklinikasına çevrilmişdir) TSEK-ə təqdim olunmuşdur.10 il müddətində ardıcıl olaraq TSEK tərəfindən ona 2-ci qrup əlillik təyin edilməsi və belə olan halda 2015ci ildə qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr tarixli 413-saylı Qərarı ilə təsdiq edilən “Əsasnamə”yə əsasən ona fasiləsiz(ömürlük) əlillik barədə qərar qəbul edilməli olduğu halda Tibbi komissiya əksinə onu yenidən həkim müayinələrinə cəlb etməklə Qanunun tələblərini barəsində icra etməmişdir. 2020-ci ildə əlliliyinin təsdiqinə TSEK tərəfindən imtina aldıqdan sonra baş verən müəmmalı hadisələrə aydınlıq gətirilməsi üçün Agentliyin kompüter sistemində əlilliyinin hansı ildən əks etdirilməsini öyrənmək ehtiyaçı ilə üzləşdiyi üçün Agentliyin rəhbərliyinə müraciət edərkən aydın olmuşdur ki, 2004-2014-cü illər ərəfəsində Agentliyin kompüter sistemində onun əllik qrupuna aidiyyəti qeydiyyatdan keçirilməmişdir və bu fakt tərəfindən aşkar edildikdən sonra təkidi ilə TSEK-də xx.xx.20023-cü ildə ondan ərizə alınmışdır ki, keçən illər ərzində barəsində təyin edilmiş 2ci qrup əlillik haqqında informasiya Agentliyin kompüter sisteminə daxil edilsin. xx.xx.2021ci ildə tibb müəssisəsinin göndərişi TSERA-nın komisyyası tərəfindən natamam doldurulması səbəbi gətirilməklə səhiyyə müəssisəsinə geri qaytarılmışdır. Təkrar müraciətləri əsasında 18 aprel 2023-cü il tarixdə və xx.xx.2023-cü ildə də əlilliyin müəyyən edilməsindən imtina edilərək səbəb kimi əlavə müalicəyə ehtiyacım olması səbəbi göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2823/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2023-cü il tarixli, N00112888SQG nömrəli tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyinə əsaslanaraq və şəxsin əyani müayinə nəticələrinin tam əksinə olaraq, öz mülahizəsi ilə vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tibbi-sosial ekspertləri tərəfindən müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskression səlahiyyətinə əsassız müdaxilə etmişdir. Tərəflərin izahatları : Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:
2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.3. Qulaqcıq-mədəcik (atrioventrikulyar) blokadası və His dəstəyin sol ayaqçının blokadası İ44 Ürək çatışmazlığı İ50 Kardiomiopatiya İ42 Paroksizmal taxikardiya İ47 Qulaqcıqların (Atrial) fibrilyasiyası və titrəməsi İ48 Ürək ritminin digər pozuntuları İ49 Başqa rubrikalarda (başlıqların altında) təsnif olunmamış qan dövranı sisteminin pozulmaları İ97 Ürək və damar implantlarının və qreftlərin (transplantlarının) olması Z95 Döş qəfəsi orqanlarının travmasının nəticələri T91.4 Süni ürək ritmi aparıcısının olması Z95.0 Qiymətləndirmə 2.3.1. ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ (35- 60 faiz, 1 il); 2.3.2. ÜDS-nin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ (65-80 faiz, 2 il); 2.3.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ (85-100 faiz, müddətsiz); 2.3.4. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər (80 faiz, müddətsiz); 2.9. Xroniki revmatik xəstəlikləri İ05 - İ09 Digər ürək xəstəlikləri İ30 - İ52 Qiymətləndirmə 2.9.1. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun- Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması (35-60 faiz, 2 il); 2.9.2. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ciddi pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİB mərhələ, ağciyər hipertenziyası 2-3-cü dərəcə, 3-cü dərəcə ürək aritmiyası (Laun- Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması (65-80 faiz, 2 il); 2.9.3. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ağır və davamlı pozulması ilə: FS İV (25 Vatt və ya 1,1- 1,9 METs), XÜÇ İİİ mərhələ, ağciyər hipertenziyası 3-cü dərəcə, 4-5-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının 30%-dən az olması (85-100 faiz, müddətsiz); İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxmış və diaqnozun mətni: Mitral qapağın revmatik mənşəli çatmamazlığı, QÜD mitral çatmamazlıq İİİ dərəcə.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb:İxtisaslaşmış müalicənin davam etdirilməsi məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. İş materiallarında olan sözügedən xx.xx.2023-cü il tarixli, N00112888SQG nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşmaları: “ İ05.1- Mitral qapağın revmatik mənşəli çatmamazlığı, QÜD mitral çatmamazlıq İİİ dərəcə. İ49.3- Mədəciklərin erkən depolyarizasiyası, Ekstrasistolik artmiya (mədəcik trigemeniya). İ50.0- Durğunluq ürək çatışmazlığı, Xr.Ürək çatışmazlığı İİ f/s. EF=48%. İ27.9-Dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı, pulmonar hipertenziya İİ dər, SPAP 50 mmHg.”qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş xəstəliklər yuxarıda istinad edilən əsasnamənin 2.3 və 2.9-cu bəndlərində təsbit edilmişdir İşin obyektiv araşdırılması məqsədi ilə birinci instansiya məhkəməsinin 2-1(112)- 2823/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsi tərəfindən verilmiş T 435/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı məhkəmə-tibbi müayinə zamanı Akademik C.Abdullayev adma X1 göndərilmiş və onun xx.xx.2024-cü il tarixli EXOkardioqrafıya müayinə nəticəsində qeyd edilmişdir: Sol qulaqcıq genişlənib. Sistolik funksiya pozulub (EF-45%). Diffuz hipokinez. MAÇ-in hipertrofıyası. Mitral qapaqlarının hər iki tayının qalınlaşması və 8 mm prolapsı. Çəpərlər tamdır. PDA izlənmir. Diastolik funksiya relaksativ tipdə pozulub. Ağciyər arteriyasında təzyiq artıb (SPAP-50 mmHg). Perikard boşluğunda az miqdarda maye izlənir. Rəngli Doppler EXO KQ-də İV0 MÇ, 110 TÇ. Mütəxəssislər tərəfindən ona “Qazanılmış ürək qüsuru, mitral çatmamazlıq İV dərəcə (dörd), trikuspid çatmamazlığı İİ (iki) dərəcə, pulmonar hipertenziya- (SPAP-50 mmHg), qruplaşmış mədəcik ekstrasistoliyası, AF-45%, hipertoniya xəstəliyi İİİ dərəcə, xroniki ürək çatmamazlığı İİ (iki) f.s” diaqnozu qoyulmuşdur. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından iddiaçının konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmamışdır. Lakin, onun adına Bakı Baş Səhiyyə İdarəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, N00112888SQG nömrəli Forma 88-də göndərişində qeyd edilmiş Əsas diaqnoz: “İ05.1-mitral qapağın revmatik mənşəli çatmamazlığı, QÜQ mitral çatmamazlıq İİİ dərəcə; Ağırlaşma: İ49.3- mədəciklərin erkən depolyarizasiyası, ekstrasistolik aritmiya (mədəcik trigemeniya). İ50.0- Durğunluq, ürək çatmamazlığı, xr.ürək çatmamazlığı İİ f7s. EF=48%, İ27.9- dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı, pulmonar hipertenziya İİ dərəcə, SPAP 50 mmHg; Yanaşı xəstəliklər: İİl.O- (Durğunluq), ürək çatışmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(yi), arterial hipertoniya. İ67.8-beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, serebrovaskulyar xəstəlik, xr.beyin qan dövranı çatmamazlığı., İ67.4-hipertenziv ensefalopatiya, dissirkulyator hipertonik ensefalopatiya. İ07.1-trikuspidal (üçtaylı qapaq) çatmamazlıq(ğı), trikuspidal çatmamazlıq İİ dərəcə” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edildiyindən onu inkar etmək də olmaz. Belə ki, xx.xx.2023-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman ona Exo-KQ müayinəsi aparılmış və həmin müayinənin nəticəsinə əsasən sağlamlıq üçün təhlükəli qan dövranı pozğunluğu müəyyən edilməmişdir. Beləlikləi, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, N00112888SQG nömrəli sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş xəstəliklər və onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin iddiaçıda olması yuxarda qeyd olunan ekspert rəyi ilədə öz təsdiqini tapmışdır. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq
qərara aldı:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2823/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.