Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-824/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X93 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və verilmiş lisenziyanın bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2551/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İddiaçı MMC-yə verilmiş lisenziyanın ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz sayılmasına və xx.xx.2014-cü il tarixdə İddiaçı MMC-yə verilmiş lisenziyanın (№ 041309) bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı MMC xx.xx.2001-ci il tarixdə yaradılmış və sözügedən Cəmiyyət xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Lisenziya (№ 041309) əsasında özəl mühafizə xidməti fəaliyyəti ilə məşğul olmuşdur.2019-cu ildə İddiaçı MMC-nin direktoru vəzifəsində işləmiş X170 fəaliyyətində səhlənkarlıq edərək yol verdiyi qanun pozuntularına görə onun barəsində müvafiq istintaq orqanı və məhkəmə tərəfindən cinayət təqibi həyala keçirilmişdir. Cəmiyyətin direktoru vəzifəsində işləmiş F.X184 Cinayətlər Məhkəməsinin 1(099)-114/2021 №-li, 04 iyun 2021-ci il tarixli hökmü ilə CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur, belə ki, o, həmin cinayət işi üzrə digər təqsirləndirilən şəxs X100 tərəfindən bir qrup şəxsin Cəmiyyətdə işə düzəldilməsi adı altında aldadılması və s. qanunsuz əməllərinə etinasız yanaşmış, lazımi ehtiyatlılıq göstərməmiş və səhlənkarlıq etmişdir.Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-114/2021 №-li, 04 iyun 2021ci il tarixli hökmündə müəyyən olunur ki, F.Əliyevin öz xidməti vəzifəsini yerinə yetirməməsi İddiaçı MMC-nin hüquqlarına və qanuni mənafelərinə, işçilərinin xidməti məqsəd və zərurətə uyğun qanuni əsaslarla işə qəbul edilməsi və komplektləşdirilməsi fəaliyyəti, eləcə də etibar və nüfuzunun pozulması, xüsusilə də fəaliyyətində yol verilmiş nöqsanlara görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyasının 23 noyabr 2019-cu il tarixdə ləğv edilməsində ifadə olunan ağır nəticələrə səbəb olan mühüm zərər vurduğuna görə Fuad Əliyev səhlənkarlıq etmişdir.Şirvan Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.F.Əliyev və digərinin məhkum edilməsi ilə nəticələnən cinayət işi üzrə İddiaçı MMC zərərçəkən şəxs qismində tanınmışdır.Beləliklə, qanuni qüvvəsini almış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli hökmü ilə birmənalı olaraq müəyyən olunmuşdur ki, İddiaçı MMC F.Əliyev və digərinin cinayət əməlləri nəticəsində zərər çəkmişdir, onların cinayət əməlləri İddiaçı MMC-nin özəl mühafizə xidməti fəaliyyəti üçün verilmiş lisenziyasının ləğvinə səbəb olmuşdur. İddiaçı MMC-nin fəaliyyəti ərzində hüquqi şəxs tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş, lisenziya tələblərindən kənara çıxılmamışdır. Yalnız F.Əliyev və digərinin cinayət əməlləri nəticəsində İddiaçı MMC zərər çəkməsinə baxmayaraq Daxili İşlər Nazirliyi tərəfindən qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyası xx.xx.2019-cu ildə ləğv edilmişdir. F.Əliyev və digərinin cinayət əməlləri nəticəsində zərər çəkmiş şəxs kimi tanınan İddiaçı MMC-nin lisenziyası ləğv olunmuşdur. Odur ki, başqasının cinayət əməli nəticəsində zərər çəkmiş hüquqi şəxsin özəl mühafizə xidməti fəaliyyətinə verilmiş lisenziyasının ləğv olunması adekvat olmamaqla İddiaçı MMC-nin uzun illərdə formalaşmış peşəkar fəaliyyətindən məhrum olması ilə nəticələnmişdir.Yuxarıda göstərilən xüsusatlarla yanaşı, İddiaçı MMC 2001-ci ildən özəl mühafizə fəaliyyətində peşəkar xidmət göstərmişdir. Fəaliyyəti dövründə 28 sayda dövlət və qeyridövlət müəssisələri ilə daimi əsaslarla bağlanmış müqavilələr üzrə fəaliyyət göstərmişdir. Cəmiyyətin 450 sayda peşəkar əməkdaşları olmuşdur ki, onlar uzun müddət ərzində özəl mühafizə xidmətində formalaşmışlar. İddiaçı MMC-nin fəaliyyəti özəl mühafizə sahəsində dövlət və qeyri-dövlət təşkilatlarında yüksək peşəkarlıqla xidmət göstərilməsi ilə yanaşı, xüsusən, gənclərin işlə təmin olunması baxımından da əhəmiyyətli olmuşdur. İddiaçı Daxili İşlər Nazirliyi tərəfindən qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün İddiaçı MMCyə xx.xx.2014-cü il tarixdə verilmiş lisenziyanın bərpa olunmasına köməklik göstərilməsinə dair 04 iyul 2023-cü il tarixli, 01/23 nömrəli məktubla Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə müraciət etmişdir.Lakin müraciətə cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2551/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iİddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İddiaçı MMC-yə verilmiş lisenziyanın ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz sayılması və xx.xx.2014-cü il tarixdə İddiaçı MMC-yə verilmiş Lisenziyanın (№ 041309) bərpa edilməsi barədə iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2551/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-694/2021 №li, xx.xx.2021-ci il tarixli qərarına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-114/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı direktoru vəzifəsində işləmiş X170 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında təşkilati sərəncamverici və inzibati təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir, həmin hökmdən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-694/2021 №li, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir, cinayət işinə baxılan zaman müəyyən edilmişdir ki,Fuad Əliyev ona görə CM-nin 314.2-ci maddəsilə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən verilmiş lisenziya əsasında qeyri-dövlət (özəl) mühafizə fəaliyyətini həyata keçirən İddiaçı MMC-nin təsisçisi X2 3 yanvar 2019-cu il tarixli, 20 nömrəli əmrilə həmin Cəmiyyətin direktoru vəzifəsini icra etdiyi dövrdə və 20 may 2019-cu il tarixdə müvafiq vəzifəyə təyin olunduqdan sonra 25 noyabr 2019-cu il tarixədək olan müddət ərzində Cəmiyyətin Nizamnaməsinin 4.6-4.8-ci maddələrinə əsasən Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik etmək, operativ idarə edilməsini həyata keçirmək, işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs olmasından irəli gələrək, təsisçi X5 tərəfindən və Cəmiyyətin möhürü ilə təsdiq edilmiş Sabirabad filialının Əsasnaməsinin 7-ci bəndinə əsasən filialın rəisinə filialın əməkdaşlarını yalnız Baş təşkilatın razılığı və dərkənarı əsasında işə qəbul etmək səlahiyyəti olduğuna görə 01 oktyabr 2018-ci tarixdən Cəmiyyətin Sabirabad rayon filialının rəis vəzifəsini icra etmiş və 28 mart 2019-cu il tarixdən Sabirabad rayon şöbəsinin rəisi vəzifəsində işləmiş X23 filialın (şöbənin) əməkdaşlarını onun işə qəbul barədə ərizələrlə tanış olması və ərizələrə işə qəbula razılıq verdiyinə dair dərkənar qoymasından sonra işə qəbul etmək səlahiyyəti olduğu halda, Baba Qədirovun bu sahədə üzərinə düşən vəzifələri qanuni şəkildə yerinə yetirəcəyinə inandığına görə Cəmiyyətin Sabirabad rayon filialına (şöbəsinə) Baba Qədirovun “Sabirabad rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin cinayətdən xəbərsiz olmuş direktoru X75 ilə şifahi qaydada razılaşması əsasında yalnız həmin obyektin mühafizəsini həyata keçirdiyini, buna görə də həmin filiala (şöbəyə) çoxlu sayda işə götürüləcək şəxslərin maddi və sair əmək hüquqlarının təmin edilməsinin açıq-aşkar mümkün olmayacağını qabaqcadan görməli olduğu halda görməmişdir. Fuad Əliyevin göstərilən məzmunda ifadə olunan hərəkətsizliyi və tabeçiliyində olmuş Baba Qədirovun yaranmış şəraitdən istifadə edib cinayət əməlləri törətməklə ştat vahidindən dəfələrlə artıq sayda 126 nəfər şəxsi, konkret olaraq X16, X101, X6, X139, X41, X76, X17, X42, X102, X77, X156 oqlu, X43, X140, X3, X7, X141, X142, X24, X25, X4, X103, X104, X12, X78, X62, Babaşov Rizvan Cəfər oğlu, X79, X105, X8, X106, X171, X107, X63, X9, X26, X18, X172, X108, X80, X109, X143, X44, X110, X144, X111, X145, X81, X45, X112, X82, X113, İsmayılov Samir, X83, X13, Mənsimov Rahil, X64, X46, X146, X173, X147, X14, X47, X148, X19, X149, X27, X48, X28, X114, X84, X115, X85, X150, X151, X116, X86, X87, X152, X65, X66, X88, X117, X49, X67, X29, X50, X30, X68, X89, X90, X118, Talıblı Arzu Hicran oğlu, X15, X69, X51, X91, X119, X31, X120, X32, X33, X121, X92, X122, X20, X34, X52, X10, X53, X35, X54, X21, X70, X36, X55, X153, X37 və X38 adlı şəxsləri Cəmiyyətin Sabirabad filialında (şöbəsində) mühafizəçi, növbə rəisi, texniki işçi və s. vəzifələrə təyin etməsi, habelə X11 texniki işçi və sonuncunun arvadı X1 vəzifəsinə rəsmiləşdirməsi, beləliklə də Fuad Əliyevin işə vicdansız və laqeyid münasibəti nəticəsində cinayətkarcasına etinasızlıq göstərib, öz xidməti vəzifəsini yerinə yetirməməsi İddiaçı MMC-nin hüquqlarına və qanuni mənafelərinə işçilərinin xidməti məqsəd və zərurətə uyğun qanuni əsaslarla işə qəbul edilməsi və komplektləşdirilməsi fəaliyyəti, eləcə də etibar və nüfuzun pozulması, xüsusilə də fəaliyyətində yol verilmiş bu nöqsanlara görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyasının 23 noyabr 2019-cu il tarixdə ləğv edilməsində ifadə olunan ağır nəticələrə səbəb olan mühüm zərər vurduğuna görə Fuad Əliyev səhlənkarlıq etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan münasibətləri tənzimləyir, onun hüquqi əsaslarını, prinsip və vəzifələrini, habelə qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti subyektlərinin dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti (bundan sonra “özəl mühafizə fəaliyyəti”) - qeyri-dövlət (özəl) mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən fiziki və ya hüquqi şəxslərin mülkiyyətinin hüquqa zidd qəsdlərdən qorunması məqsədilə bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan mühafizə xidmətlərinin göstərilməsidir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən qeyri-dövlət (özəl) mühafizə müəssisəsi (bundan sonra “özəl mühafizə müəssisəsi”) - fiziki və ya hüquqi şəxslə bağlanmış müqavilə əsasında bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan mühafizə xidmətlərini göstərən, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş və müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq (lisenziya) almış hüquqi şəxsdir; 4.1-ci maddəsinə əsasən özəl mühafizə fəaliyyəti qanunçuluq, humanizm, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipləri əsasında həyata keçirilir. 4.2-ci maddəsinə əsasən, özəl mühafizə fəaliyyəti dövlət orqanları, o cümlədən hüquq mühafizə orqanlarının fəaliyyətini məhdudlaşdırmamalı, üçüncü şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır. 7.1-ci maddəsinə əsasən özəl mühafizə müəssisəsi qanunvericiliyə müvafiq olaraq hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, nizamnamə və özəl mühafizə fəaliyyətini həyata keçirmək üçün xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərir. 9.1-ci maddəsinə əsasən mühafizəçi vəzifəsinə 20 yaşına çatmış, mühafizəçilər üçün xüsusi hazırlıq kursunu bitirmiş Azərbaycan Respublikasının vətəndaşları qəbul olunur. Şəxs özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilərkən işəgötürən tərəfindən namizəd barədə 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına müəyyən olunmuş qaydada məlumat verilməlidir. 9.4-cü maddəsinə əsasən aşağıdakı şəxslər mühafizəçi vəzifəsinə qəbul oluna bilməz:9.4.1. ruhi xəstəlik, alkoqolizm, narkomanlığa düçar olmaması barədə müvafiq tibbi rəy təqdim etməyən şəxslər;9.4.2. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;9.4.3. qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər (qadınlar, habelə qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla);9.4.4. sağlamlıq barədə müvafiq tibbi arayış təqdim etməyən şəxslər;9.4.5. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunan və ya qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxslər. 11.1-ci maddəsinə əsasən özəl mühafizə fəaliyyətini həyata keçirən şəxslərə aşağıdakılar qadağan edilir: (...) 11.1.3. özünü prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, fövqəladə hallar, ədliyyə, vergi, gömrük və ya digər dövlət orqanlarının əməkdaşı kimi təqdim etmək, həmin orqanların, habelə Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin xüsusi və ya hərbi geyim forması, fərqlənmə nişanları və digər simvollarından istifadə etmək; 17.1-ci maddəsinə əsasən özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 17.6-cı maddəsinə əsasən özəl mühafizə fəaliyyətində bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarının pozulması özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyətinin dayandırılması və ya ləğv edilməsinə əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia ərizəsi ilə iddiaçı cavabdehin İddiaçı MMCyə verilmiş lisenziyanın ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz sayılmasını və xx.xx.2014-cü il tarixdə İddiaçı MMC-yə verilmiş lisenziyanın (№ 041309) bərpa edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materaillarından göründüyü kimi İddiaçı qanuni təmsilçisi (direktoru) tərəfindən özəl mühafizə fəaliyyəti ilə əlaqədar cinayət qanunvericiliyinin normalarının pozulması hallarına yol verildiyi üçün onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm mövcuddur. Kollegiya hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İddiaçı MMC-yə verilmiş lisenziyanın ləğv edilməsinə dair hərəkətləri qanunsuz olmamışdır və xx.xx.2014-cü il tarixdə İddiaçı MMC-yə verilmiş Lisenziyanın (№ 041309) bərpa edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2551/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2551/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-824/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-824/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver