Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-825/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon prokurorluğuna, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “sübutların toplanması haqqında qərardadın icra edilmədiyinə görə hərəkətlərin və inzibati xətalar barədə ərizənin araşdırılmamasına dair hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11649/2021saylı, 15 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “sübutların toplanılması haqqında” Bakı İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2-1(112)-5511/2020 saylı Qərardadı 28.09.2020-ci ildən 26.02.2021-ci il tarixədək (5 ay müddətində) icra edilmədiyinə görə onun hərəkətlərinin Azərbaycan Respubliklası İPM-nin 60-cı maddəsinin tələblərinə zidd olduğunun hesab edilməsi, “Sübutların toplanılması haqqında” Bakı İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2-1(112)-5511/2020 saylı Qərardadının cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 28.09.2020-ci ildən 26.02.2021-ci il tarixədək (5 ay müddətində) icra edilməməsi, eləcə də, 18.09.2020-ci il tarixdən 26.02.2021-ci il tarixədək (5 ay müddətində) müraciətlərinin qeydə alınmaması, onlara baxılmaması və ona müvafiq cavab verilməməsi faktı üzrə törədilmiş inzibati xətalar barədə onun ərizəsinin Binəqədi rayon prokurorluğunda 28.04.2021-ci ildən bu günə qədər 5 ay 17 gün araşdırılmaması və müvafiq qərar qəbul edilməməsi kimi inzibati orqan Binəqədi rayon prokurorluğunun hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin faktlar üzrə müvafiq araşdırma apararaq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 30 il prokurorluq orqanlarında xidmət etmişdir. 01 yanvar 2006-cı ildə qüvvəyə minmiş və 01 iyul 2017-ci il tarixə kimi qüvvədə olmuş “X1” Azərbaycan Respublikası Qanunun 20.1,5,,.20.8..2-ci, 26.3,, 29.1, 29.2, 31.1, 37.2, 37.7-ci maddələrinin tələblərinə görə, prokurorluq əməkdaşı kimi 25 il xidmət etdiyinə görə 12 oktyabr 2006-ci il tarixdən pensiya hüququnu əldə etmiş və həmin vaxtdan da, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin 28 dekabr 2006-cı il tarixli 340 saylı qərarı ilə ona prokurorluq işçisi kimi ömürlük əmək pensiyası təyin edilmişdir. Təyin edilmiş həmin pensiyanı ona pensiya hüququnun yarandığı 12.10.2006-cı il tarixdən almadığı fərqinin ödənilməsi cavabdeh tərəfindən əsassız olaraq imtina olunmuş və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinin tələbləri ciddi pozulmaqla, hazırda qüvvədə olan "Əmək pensiya haqqında" Qanunun 32-1.1-ci maddəsinin tələbləri barəsində geri tətbiq edilmiş və yalnız 3 il müddətində fərqin ona ödənilməsinə dair yalnış Qərar qəbul edilmişdir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin Qərarın ləğv edilməsindən ötrü cavabdehə qarşı "barəsində yenidən hesablanmış və müəyyən edilmiş pensiyanın, pensiya hüququmun yarandığı 12 oktyabr 2006-cı il tarixdən başlayaraq, hesablanıb ödənilməsinin cavabdehə həvalə olunması" tələbi ilə 2 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinə müvafiq iddia verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2-1(82)-1428/2019 saylı qərarı ilə iddiası təmin edilmiş və barəsində yenidən hesablanmış və müəyyən edilmiş pensiyanın, pensiya hüququnun yarandığı 14 oktyabr 2006-cı il tarixdən başlayaraq, hesablanıb ödənilməsi cavabdehə həvalə edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh, Bakı Apellyasjya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsində işə baxılan zaman apellyasiya şikayəti verən deyil, iş üzrə yeni cavabdeh kimi- Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2-1(103)-2222/2019 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati İqtisadi məhkəməsinin 2- 1(82)-1428/2019 saylı, 01 iyul 2019-cu il tarixli qərar; ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Həmin işə Bakı İnzibati məhkəməsində baxılan zaman, məhkəmə tərəfindən "sübutların təqdim edilməsinə dair 28 sentyabr 2020-ci il tarixli, 2-1 (112)-5511/2020 saylı" Qərardad qəbul edilmiş və "ona 14.10.2006-ci il tarixdən 25.02.2019-cu il tarixədək olan dövrdə əmək pensiyası məbləğinin yenidən hesablanması qaydası və məbləğində olan dəyişiklikləri müvafiq tarixlərə uyqun qrafikdə göstərməklə arayışın məhkəməyə tədim edilməsi" cavabdehdən tələb olunmuşdur. Qəbul edilmiş bu Qərardadın sürəti həmin tarixdə ona və cavabdehə göndərilmişdir. Məlum olduğu kimi inzibati orqanların tələb olunan sənədləri və məlumatları təqdim etmək vəzifəsinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsnin 60-cı maddəsinə əsasən “inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Cavabdeh isə Azərbaycan Respublikası İPM-nin 60-cı maddəsinin tələblərini ciddi pozmuş və məhkəmənin bu Qərardadını 5 ay müddətində icra etməmişdir. Hətta bu Qərardadda göstərilən məlumatları tam mətnində bu günə qədər (yəni 1 il 1 aydan artıq müddətdə) məhkəməyə təqdim etməmişdir. Həmin Qərardadının məcburi qaydada icra edilməsi məqsədilə, cavabdehə müvafiq təssirtədbirlərin göstərilməsi barədə, Bakı İnzibati Məhkəməsi tərəfindən ilk dəfə 13 noyabr 2020-ci il tarixdə, Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya Şöbəsinbə 13 noyabr 2020-ci il tarixli, 2- 1(112)-5511/2020 saylı icra vərəqəsi göndərilmişdir. Həmin icra vərəqəsi məcburi icra edilməsindən ötrü Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən 18 dekabr 2020-ci il tarixdə 17/68-218453/2020 saylı məktubla cavabdehə və məlumat üçün ona göndərilmişdir. Bundan sonra da cavabdeh tərəfindən 1,5 ay müddətindən məhkəmənin bu Qərardadı yenə də, icra edilməmişdir. Ona görə də, Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulan tələblərinə uyğun olalaraq cavabdehə qarşı müvafiq təsir tədbirləri görülmüş və məhkəmənin Qərardadının icrası cavabdehdən tələb olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən “sübutların toplanılması haqqında” Bakı İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2-1(112)-5511/2020 saylı Qərardadını icra etməyərək, Azərbaycan Respubliklası İPM-nin 60-cı maddəsinin tələblərini ciddi pozmuş və öz əməlləri ilə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və aktların, habelə zəruri məlumatların təqdim edilməməsi kimi Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 595.1-ci maddəsində nəzərdə tutulan-inzibati xəta törətmişdir. Bunlardan əlavə, cavabdeh tərəfindən “vətəndaşların müraciətlərinə baxılması ilə bağlı" inzibati xətalarının tərədilməsinə də yol verilmişdir. Belə ki, məhkəmə işə baxan zaman, məhkəmənin həmin Qərardadını icra etməyən cavabdeh, digər özbaşınalığa da, yol verərək, onun pensiya məbləğini əsassız olaraq birdən-birə 400 manat həcmində azaldılması barədə 01.01.2021-ci il tarixli **********9 saylı Qərar qəbul etmiş və bunun səbəbini də, ona və məhkəməyə izah etməkdən yayınmışdır. Bu günə qədər də, nə ona, nə də ki, işə baxan Bakı İnzibati Məhkəməsinə cavabdeh tərəfindən həmin Qərarın əsaslığı barədə heç bir rəsmi cavab göndərməmişdir. Onun qanuna zidd olan bu hərəkətlərini təsdiq edən sübutları əlavə etməklə, pensiyasının yenidən hesablanması və onun məbləğinin bərpa edilməsi barədə onun tərəfindən 18.09.2020-ci il, 24.12.2020-ci il, 29.12.2020-ci il, 29.01,2021-ci il, 18.02.2021-ci il, 26.02.2021-ci il, 01,03.2021-ci il, 05.03.2021-ci il, 16.03.2021-ci, 02.04.2021-ci il, 08.04.2021-ci il, 15.04.2021-ci il və digər tarixlərdə müvafiq olaraq, rəsmi məktublarla, eləcə də, Email elektron poçt vasitəsi ilə, habelə, “142" nömrəli "Qaynar Xətti” vasitəsi ilə cavabdehə çoxsaylı müraciətlər göndərilsə də, cavabdeh tərəfindən iddiaçının müraciətləri barədə heç bir tədbir görülməmiş və heç bir cavab verilməmişdir. Beləliklə, göründüyü kimi 28 sentyabr 2020-ci ildən 26.02.2021-ci il tarixədək (5 ay müddətində) cavabdeh "sübutların toplanılması haqqında” Bakı İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2-1(112)-5511/2020 saylı Qərardadını icra etməyərək, Azərbaycan Respubliklası İPM-nin 60-cı maddəsinin tələblərini ciddi pozmuş və öz əməlləri ilə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və aktların, habelə zəruri məlumatların təqdim edilməməsi kimi Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 595.1-ci maddəsində nəzərdə tutulan-inzibati xəta törətmişdir. Bundan əlavə, 18.09.2020-ci il tarixdən hazırki vaxtadək (1 il 1 ay müddətində) iddiaçının müraciətlərini qeydə almamaqla, onlara baxmamaqla və müvafiq cavab verməməklə, cavabdeh "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respubliklası qanunun 7.1, 7.4, 7.5 və 10.1, 10.2-ci maddələrinin tələblərini ciddi pozmuş və öz əməlləri ilə Azərbaycan Respublikası İXM-nin 594-1.1-ci maddəsinin tələblərində nəzərdə tutulan inzabati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsini tələblərini rəhbər tutub törədilmiş bu inzibatı xəta üzrə işə baxılmasından ötrü tərəfindən Binəqədi rayon məhkəməsinə 26.04.2021-ci il tarixdə müvafiq şikayət verilmişdir. Binəqədi rayon məhkəməsi tərəfindən onun şikayəti 27.04.2021-ci il tarixdə geri qaytarılmış və İXM-in 54.2-ci maddəsinə istinad edilərək, törədilmiş bu kimi inzibati xətalar üzrə icraatın başlanması haqqında qərarın prokuror tərəfindən qəbul edilməsi göstərilmişdir. Bu səbəbdən inzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, inzibati orqan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın vəzifəli şəxslərin "vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulması"na görə İXM-nin 594-1.1ci maddəsində nəzərdə tutulan inzibatı xətanın törədilməsi bundan əlavə, həmin vəzifəli şəxslər tərəfindən "sübutların toplanılması haqqında” Bakı İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2- 1(112)-5511/2020 saylı Qərardadını faktiki olaraq icra etməyərək, Azərbaycan Respubliklası İPM-nin 60-cı maddəsinin tələblərinin ciddi pozulması ilə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və aktların, habelə zəruri məlumatların təqdim edilməməsi kimi Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 595.1-ci maddəsində nəzərdə tutulan-inzibatı xətanın törədilməsi üzrə icraat başlanması haqqında qərar qəbul edilməsi üçün tərəfimdən 28.04.2021-ci il tarixdə Binəqədi rayon prokurorluğuna müvafiq şikayət ərizəsi verilmişdir. Şikayətinə uzun müddət Binəqədi rayon prokurorluğunda baxılmadığına və ona cavab verilmədiyinə görə o, Binəqədi rayon prokurorluğuna dəfələrlə gedərək, cavab almaq istəmişdir. Lakin, müxtəlif bəhanələr gətirilərək həmin vaxtdan 30.08.2021-ci il tarixə qədər (4 ay müddətində) ona heç bir rəsmi cavab verilməmişdir. Nəhayət, 30.08.2021-ci il tarixdə iddiaçının yaşadığı ünvana ünvan 1zası ilə daxil olmuş 03.08.2021-ci il tarixli, 605-Ş saylı məktubdan məlum olmuşdur ki, onun şikayəti Binəqədi rayon prokurorluğundan əsassız olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə göndərilmişdir. Baş Prokurorluğunun həmin İdarəsinə rəsmi müraciətlər olunsa da, həmin İdarədən də bu günə qədər ona heç bir cavab verilməmişdir. Göründüyü kimi, qanunvericilikdə müəyyən edilmiş bir ay müddətində araşdırmanın aparılması və inzibati xətalar haqqında icraatın başlanması barədə qərarın qəbul edilməsi nəzərdə tutulduğu halda, prokurorluq orqanları (Binəqədi rayon prokurorluğu tərəfindən 28.04.2021-ci ildən (5 ay 17 gün müddətində) heç bir araşdırma aparılmamış və heç bir qərar qəbul edilməmişdir. Binəqədi rayon prokurorluğu tərəfindən iddiaçının ərizəsi üzrə Qanunla nəzərdə tutulan icraat haqqında araşdırma aparılmadığı, müvafiq Qərar qəbul edilmədiyi və onun məhkəməyə göndərmədiyi hərəkətləri nəticəsində iddiaçının hüquqların ciddi pozulmuşdur. Göründüyü kimi cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərindən əlavə Binəqədi rayon prokurorluğunun qanuna zidd olan bu hərəkətləri nəticəsində də iddiaçının hüquqları ciddi pozulmuşdur. Hər iki cavabdehlərin bir-bir ilə sıx əlaqəsi olan qanuna zidd hərəkətləri nəticəsində hüquqlarının ciddi pozuldugunu hesab edən iddiaçı hazırkı tələblə inzibati məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11649/2021saylı, 15 noyabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11649/2021saylı, 15 noyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin prokurorluğun inzibati orqan olmaması barədə irəli sürdüyü müddəaları tamamilə əsassızdır. Belə ki, AR Nazirlər Kabinetinin 28 avqust 2007-ci il traixli, 136 saylı Qərarı ilə təsdiq olunmuş “İnzibati orqanların Təsnifatı”nın V-ci bəndində prokurorluğun inzibati orqan olduğu təsdiq olunmuşdur. Həmçinin, prokurorluğun inzibati orqan olduğu faktı prokurorluğa qarşı Bakı İnzibati Məhkəməsinə verilmiş iddiaçının digər iddiası üzrə hazırda da Bakı İnzibati Məhkəməsində baxılan işin həmin məhkəmə tərəfindən icraata qəbul edilməsi və ona mahiyyəti üzrə baxılması ilə təsdiq edilmişdir. Bundan əlavə, məhkəmənin iddia tələbinin inzibati mübahisə məsələsi olduğundan onun həllindən ötrü müvafiq orqanlara müraciət edilməsi barədə tələbi də həqiqətə uyğun deyildir. İş materiallarından göründüyü kimi, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında törədilmiş AR İXM-nin 594-1.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın araçdırılması və müvafiq Qərarın qəbul edilməsi vəzifəsi inzibati orqan Binəqədi rayon prokurorluğunun üzərinə qoyulması, eləcə də, törədilmiş İXM-nin 595.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın araşdırılması vəzifəsi inzibati orqan Binəqədi rayon icra və Probasiya Şöbəsinin üzərinə qoyulması qanunvericiliklə müəyyən olunmuşdur. Beləliklə, törədilmiş inzibati xətanın Binəqədi rayon prokurorluğu və Binəqədi rayon icra və Probasiya Şöbəsindən başqa digər orqan tərəfindən araşdırılması nəzərdə tutulmadığından, eləcə də, bu məsələnin başqa yolla həll edilməsi mümkün olmadığından, habelə, həmin inzibati orqanların qanuna zidd hərəkət və hərəkətsizliyindən mübahisələr inzibati icraat qaydasında baxılması qanunvericiliklə müəyyən edildiyindən Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, iddia tələbinin Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli sübutların toplanması haqqında qərardadının DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən icra olunmaması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsində qeyd olunan iş artıq məhkəmənin icraatında olduğundan həmin iş üzrə sübutların təmin edilməsi haqqında məhkəmə aktının icrasının ayrıca olaraq mübahisələdirilməsini müdafiə etmək həm hüququn təbiətinə, həmin subyektiv hüququn tanıdığı imkanlara uyğun deyildir. Həmçinin, AR Nazirlər Kabinetinin 28 avqust 2007-ci il traixli, 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda prokurorluq orqanları nəzərdə tutulmadığından iddia tələbi mümkün sayıla bilməz. Eyni zamanda iddiaçıya aidiyyatı üzrə səlahiyyətli məhkəməyə və ya inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. İddia ərizəsinin məzmunundan göündüyü kimi iddiaçının tələbi iki hissədən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin birinci hissəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı olmaqla “sübutların toplanılması haqqında” Bakı İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2-1(112)-5511/2020 saylı qərardadı 28.09.2020-ci ildən 26.02.2021-ci il tarixədək (5 ay müddətində) icra edilmədiyinə görə hərəkətlərinin Azərbaycan Respublikası İPM-nin 60-cı maddəsinin tələblərinə zidd olduğunun hesab edilməsi ilə bağlıdır. Tələbin ikinci hissəsi isə “Sübutların toplanılması haqqında” Bakı İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2-1(112)-5511/2020 saylı qərardadının cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 28.09.2020-ci ildən 26.02.2021- ci il tarixədək (5 ay müddətində) icra edilməməsi, eləcə də, 18.09.2020-ci il tarixdən 26.02.2021-ci il tarixədək (5 ay müddətində) müraciətlərinin qeydə alınmaması, onlara baxılmaması və ona müvafiq cavab verilməməsi faktı üzrə törədilmiş inzibati xətalar barədə onun ərizəsinin Binəqədi rayon prokurorluğunda 28.04.2021-ci ildən bu günə qədər 5 ay 17 gün araşdırılmaması və müvafiq qərar qəbul edilməməsi kimi inzibati orqan Binəqədi rayon prokurorluğunun hərəkətlərinin qanunsuz hesab edilməsi inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəlir. Belə ki, inzibati tənbeh vermə haqqında qərar mübahisələndirilmişdir. İş materiallarından göründüyü kimi Bakı İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı yenidən hesablanmış və müəyyən edilmiş 2024,5 manat həcmində pensiyanın, pensiya hüququnun yarandığı gündən, yəni 14 oktyabr 2006-cı il tarixdən başlayaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iş mövcuddur. Bakı İnzibati Məhkəməsinin həmin 2-1(112)-5511/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı 14 oktyabr 2006-cı il tarixində əmək pensiyası təyin edilərkən pensiya məbləğinin hesablanma qaydası və məbləği, 14.10.2006-cı il tarixdən 25.02.2019-cu il tarixədək olan dövrdə əmək pensiyası məbləğinin yenidən hesablanması qaydası və məbləğində olan dəyişiklikləri müvafiq tarixlərə uyğun qrafikdə göstərməklə arayışın məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Tələbin birinci hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən iş artıq məhkəmənin icraatında olduğundan həmin iş üzrə sübutların təmin edilməsi haqqında məhkəmə aktının icrasının ayrıca olaraq mübahisələndirilməsi müdafiə edilmək istənilən hüququn təbiətinə, həmin subyektiv hüququn tanıdığı imkanlara uyğun deyildir. İşə baxan məhkəmə prosessual qənaət prinsipinə uyğun olmaqla iddiaçının hüquqi marağının olmamasına, yəni çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmağın mümkünsüzlüyünə əsaslanaraq iddiani həmin hissədə mümkün hesab etməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05№-li qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən əsas inzibati iş artıq Bakı İnzibati məhkəməsinin icraatında olduğundan həmin iş üzrə “sübutların təmin edilməsi haqqında qərardadın” icrasının ayrıca olaraq mübahisələndirilməsi iddiaçının müdafiə etmək istədiyi hüququn təbiətinə, həmin subyektiv hüququn tanıdığı imkanlara uyğun deyildir. Tələbin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda prokurorluq nəzərdə tutulmuş olsa da, iddiaçının prokuroluga qarşı tələbi həmin orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə bağlı oldugundan iddia tələbi həmin hissədə də mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd). Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində həm də “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının Qanununa istinadən müraciətinə baxılması tələb olunaraq Bakı İnzibati Məhkəməsinin həmin 2-1(112)-5511/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qərardadı üzrə inzibati xətalar barədə qərar qəbul edilməməsinə dair hərəkətlərinə qiymət verilməsini tələb edilmişdir. Lakin, iddiaçının “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanmasına baxmayaraq, tələb inzibati xətalar barədə qərarın qəbul edilməsinə yönəldiyindən qeyd edilən dəlillərə əsasən həmin hissədə də iddia mümkün hesab edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11649/2021saylı, 15 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11649/2021saylı, 15 noyabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-825/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-825/2022
31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver