Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-826/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə; Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4984/2019 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4984/2019 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin olunaraq,ünvan 1 ünvanında yerləşən zirzəmili 2 mərtəbəli qeyri-yaşayış obyekti vahid əmlak şəklində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6708.3 kv.m olan əmlak kompleksi kimi müəssisə yerləşdiyi 0.732 ha torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Lakin müvafiq ünvanda zəbt olunmuş torpaq sahəsində özbaşına olaraq inşa edilmiş qeyri-yaşayış binasının mövcud vəziyyətinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Həmçinin, ərizəyə əlavə olunmuş sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır.1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən müvafiq iş düzgün və ətraflı araşdırılmamış, iddiaçının iddia tələbinin mümkünlüyü birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamış, ekspertiza keçirilməmiş və qanunvericiliyin tələblərinə uyğun olan hüquqmüəyyənedici sənədlər olmadan qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək qərarın dəyişdirilmədən, apelyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin hallarından müəyyən olunur ki, iddiaçı inşa etdirdiyi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, **********71 saylı məktubla müraciətin təminindən imtina edilmiş və imtinada poçt vasitəsilə daxil olmuş ərizəyə əlavə olunmuş sənədlərin surəti olduğu, binanın mövcud vəziyyətinə və yerləşdiyi torpaq sahəsinə onun adına dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim edilmədiyi bildirilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDRX-nin Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən zirzəmili 2 mərtəbəli qeyriyaşayış obyektinə vahid əmlak şəklində adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsinin nəticəsi ilə məhkəmə kollegiyası razılaşır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 6708,3 kv.metr sahəsi olan əmlak kompleksi kimi müəssisə və 0,732 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2016-cı il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan fiziki şəxs X6 tərəfindən tərtib edilmiş işçi layihəsindən görünür ki, ünvan 1 ünvanında tikiləcək 2 (iki) mərtəbəli qeyri-yaşayış obyektinin dəmir beton konstruksiyalarının işçi layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə razılaşdırılmışdır. Fiziki şəxs X7 tərəfindən tərtib edilmiş ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinin eskiz layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlqı və Şəhərsalma Baş İdarəsinin 18/03-8/363 saylı, xx.xx.2018-ci il tarixli məktubu ilə razılaşdırılmışdır. İşçi layihəsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx xxxx 2018-ci il tarixli 25522 saylı rəyi verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət X8 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 1010 saylı texniki müayinə rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fiziki şəxs İddiaçı məxsus zirzəmili 2 mərtəbəli qeyri-yaşayış obyektinin təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2019-cu il tarixli, 1010 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istsmara yararlı olması barədə qərar qəbul edilmişdir. “xxxxxxx” MMC tərəfindən tərtib edilmiş işçi layihəsindən görünür ki, ünvan 1 ünvanında tikiləcək 2 (iki) mərtəbəli qeyri-yaşayış obyektinin mühəndis təchizat sistemlərinin işçi layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən xx.xx.2018- ci il tarixdə razılaşdırılmışdır. İşdə olan Ö/003087 saylı, xx xxxxxx 2019-cu il tarixli istismara hazırlıq aktından görünür ki, ünvan 1 ünvanında 2 mərtəbəli qeyri-yaşayış binasının tikintisi xx xxxx 2019cu il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli, 04-22/7-25 saylı ünvan 1 ünvanında tikintisi başa çatmış İddiaçı məxsus uşaq bağçasının sanitariya-gigiyenik və sanitariyaepidemioloji vəziyyəti haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında tikintisi başa çatmış İddiaçı məxsus uşaq bağçası sanitariya-gigiyenik və sanitariya- epidemioloji tələblərə uyğun hesab olunur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 85 saylı ünvanda qeyri- yaşayış (ofis) binasının şəhərsalma əsaslandırılması Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biridir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, sonuncu tərəfindən razılaşdırılmış eskiz layihəsi əsasında, müvafiq icazələr alınaraq sözügedən qeyri-yaşayış binası tikilmiş, hazırda tikintisi başa çatdırılmaqla, istimara hazırlıq aktı verilmişdir. Belə olan halda iddiaçının yeni yaranmış mübahisəli əmlak üzərində vahid əmlak şəklində mülkiyyət hüquqları yaranmışdır. Bu əsasdan həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış və texniki pasport verilməlidir. Cavabdeh apelyasiya şikayətində qeyri-yaşayış obyektinin müvafiq ünvanda zəbt olunmuş torpaq sahəsində özbaşına olaraq inşa edildiyini bildirsə də bununla bağlı hər hansı mötəbər sübutla məhkəmə qarşısında çıxış etməmişdir. Əksinə, iş materiallarında olan cavabdehin əməkdaşı tərəfindən tərtib edilmiş “dasınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından da görünür ki, sözügedən obyektin koordinatları təqdim olunan ərazi daxilində olduğundan, “icazəsiz tikililər” bölməsində texnik tərəfindən hər hansı qeyd aparılmamışdır. Bundan əlavə, məhkəmə kollegiyasına təqdim edilmiş AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya” X2 tərəfindən iddiaçının vəkili X4 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, sizin xx.xx.2020-ci il tarixli 11 saylı X3 məxsus olan obyektin koordinatlarına dair sorğunuza AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya” X1 baxılmışdır. Bildirilir ki, sorğuda sözügedən obyekt koordinatları təqdim olunan ərazi daxilindədir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yettirilməyibsə, mötəbər hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imti-na-nın əsasları göstərilmişdir. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun qeydə alınmasından istinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə, cavabdehin imtina üçün istinad etdiyi dəlillər formal mülahizə xarakteri daşımaqla məhkəmənin gəldiyi nəticənin ləğvi üçün əsas hesab oluna bilməz. Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri, Səbail rayon İcra hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin üçüncü şəxs qismində cəlb edilməsinə dair cavabdehin apelyasiya şikayətinin dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Göründüyü kimi, istinad olunan normada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə iki formada: ya həmin şəxsin özünün vəsatəti, ya da məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin normanın təhlilindən görünür ki, məhkəmə o şəxsləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edir ki, qəbul olunacaq qərarla həmin şəxslərin maraqlarına toxunacağı ehtimalı yaranmış olsun. Hazırki halda isə belə bir ehtimal yaranmadığından Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri, Səbail rayon İcra hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyini üçüncü şəxs kimi işə cəlb edilməsinə dair apelyasiya şikayətinin dəlili əsassızdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Bu səbəbdən də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4984/2019 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-826/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-826/2020
21.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver