Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-827/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-827/2023 (Açar sözlər:“güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ) Bakı şəhəri 02 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8033/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur.
2. İddiaçıya məxsus VÇ seriyalı 055973 nömrəli hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir.
3. 25.07.1980-ci ildə verilmiş EV seriyalı 281836 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1975-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1980-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunda sənayə və mülki tikinti ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının xx.xx.1980-ci il tarixli qərarı ilə ona inşaat-mühəndisi ixtisası verilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 16 mart 2022-ci ıl tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 22 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1982- xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1993-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.
5. Bakı Poladkonstruksiya Quraşdırma ATSC-nin xx.xx.2022-ci il tarixli 01 saylı arayışından görünür ki, İddiaçı həqiqətən polad, dəmir-beton konstruksiyaları üzrə usta işində (25/K saylı əmrlə) xx.xx.1985-ci il tarixindən, iş icraçısı işində (99/K saylı əmrlə) xx.xx.1986-ci il tarixindən xx.xx.1988-ci il tarixinə kimi Bakı «Poladkonstruksiya» Quraşdırma İdarəsində işləmişdir və bu vəzifələr üzrə iş stajı cəmi 2 il 10 ay 14 gün təşkil edir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli «Güzəştli şərrlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı» qərarı, siyahı №29 bənd b ilə Müəssisədə işlədiyi vəzifənin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikasının Əmlak Nazirliyinin 307 saylı 24 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən Bakı «Poladkonstruksiya» quraşdırma idarəsi Bakı "xxxx" X8 Cəmiyyətinə çevrilmişdir.
6. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Baş Tikinti İdarəsi 10 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitabalarında 1959cu il təvəllüdlü İddiaçı xx.xx.1993-cü il tarixli, 84/k saylı əmrlə xx.xx.1993-cü il tarixdən 3-cü dərəcəli suvaqçı vəzifəsinə işə qəbul olunması və xx.xx.1998-ci il tarixli, 5/k saylı əmrlə xx.xx.1998-ci il tarixdən iş icraçısı kimi köçürmə yolu ilə işdən azad olunması barədə məlumatlar Dövlət Arxivinin Bakı filialında mövcuddur. Əsas: fond-BBTİ 10 saylı Tikinti İdarəsinin siy.2, iş 177, 183.
7. (SOCAR) "xxxx" trestinin İddiaçı barəsində xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, "xxxx" trestinin arxiv fondunun materiallarına əsasən İddiaçı xx.xx.1980-ci il tarixli 83/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) usta vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixli 17/k nömrəli əmrə əsasən iş icraçısı vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixli 37/k nömrəli əmrə əsasən hərbi xidmətə çağırışı ilə əlaqədar tutduğu vəzifədən işdən azad edilmişdir. Hərbi xidmətdə qulluq xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixədək. İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixli 127/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.1985-ci il tarixli 12/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının, 29-cu maddəsinin “b” bəndinə əsasən tikinti və quraşdırma işləri üzrə iş icraçısı və usta vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verir. Məlumat üçün bildiririk ki, "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007- ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin (qeydiyyat tarixi: xx.xx.1997-ci il, qeyd.№D-2270) və “Azneft” İstehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi: xx.xx.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azər Səhiyyə təmir-tikinti Tresti 2 nömrəli Təmir Tikinti Müəssisəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 Müdriyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Səhiyyə Nazirliyi X5 Müdiriyyətinin arxivində Azər Səhiyyə təmir tikinti Tresti 2 nömrəli Təmir Tikinti Müəssisəsi ilə bağlı sənəd yoxdur. Səhiyyə Nazirliyi X5 Müdiriyyəti Nazirlər Kabinetinin 11 fevral 2005-ci il tarixli 26 nömrəli qərarına əsasən Azərbaycan Respublikası səhiyyə nazirinin 2006-cı il tarixli 25 saylı əmri ilə yaradılmışdır.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il tarixli 25 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan X1 müdiriyyətinin Səhiyyə Nazirliyinin X5in müdiriyyətinin adlandırılması, Səhiyyə Nazirliyinin Texniki Nəzarət qrupunun Səhiyyə Nazirliyinin X5in müdiriyyətinin tərkibinə daxil edilməsi, Səhiyyə Nazirliyinin «Texniki Nəzarət qrupunun» balansında olan malmateriallar Səhiyyə Nazirliyinin X5in müdiriyyətinə təhvil verilməsi qərara alınmışdır.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 Müdiriyyətinin 13 saylı, xx.xx.2006-cı il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2006-cı il tarixli 25 saylı əmrinə əsasən Tikilməkdə Olan E.T X2 ləğv edilərək, onun bazasında X5 müdiriyyəti yaradılmışdır. xx.xx.2006 cı il tarixindən Tikilməkdə Olan E.T X2nin işçilərinin işdən azad olunaraq, X5 müdiriyyətinə keçirilməsi qərara alınmışdır.
12. İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada tərcümə edilmiş və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 3 saylı BQİ işə qəbul olunana qədər xx.xx.1975-ci ildən xx.xx.1980-ci ilədək Azərbaycan İSİ təhsil almışdır, xx.xx.1980-ci ildə “Azərdəniznefttikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci ildə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci ildə işdən azad edilmiş, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək Sovet ordusu sıralarında xidmət etmiş, xx.xx.1982-ci ildə “Azərdəniznefttikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmiş, xx.xx.1985-ci ildə Bakı “Poladkonstruksiya” Quraşdırma İdarəsi Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə İİ dərəcəli usta vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildə sahə üzrə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə sahə üzrə rəis vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmiş, xx.xx.1989-cu ildə Azərbaycan səhiyyə təmir tikinti 2 saylı Təmir tikinti idarəsində iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü ildə Bakı Baş Tikinti İdarəsinin “Tikinti şöbəsi” trestinin 10 saylı Təmir tikinti idarəsinə köçürülmə ilə işdən azad edilmiş, xx.xx.1993-cü ildə Bakı Baş Tikinti İdarəsinin “Tikinti şöbəsi” trestinin 10 saylı Təmir tikinti idarəsində Azərbaycan səhiyyə təmir tikinti 2 saylı Təmir tikinti idarəsindən köçürülmə yolu ilə 3-cü dərəcəli suvaqçı təyin edilmiş, xx.xx.1993-cü ildə iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə Bakı “Poladkonstruksiya” Quraşdırma İdarəsinə köçürülmə ilə işdən azad edilmiş, xx.xx.1998-ci ildə köçürülmə yolu ilə Bakı “Poladkonstruksiya” Quraşdırma İdarəsinə 10 nömrəli İTİ-dən istehsalat üzrə baş mütəxəssis vəzifəsinə qəbul olunmuş, xx.xx.2001-ci ildə işdən azad edilmiş, xx.xx.2001-ci ildə “Dalğa” İstehsalat Kommersiya firması müqavilə üzrə yüngül konstruksiyalar üzrə baş mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmiş, xx.xx.2001-ci ildə «Samir-H» firmasına iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü ildə işdən azad edilmişdir.
13. İddiaçı məxsus ******* saylı əmək kitabçasının surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı xx.xx.2008-ci ildə "xxxx" MMC-də sahə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2010-cu ildə "xxxx" LTD Şirkətində baş mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2012-ci ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2012-ci ildə AİMROK LTD Şirkətinin Azərbaycan Respublikasındakı filialına layihə üzrə böyük tikinti mühəndisi vəzifəsinə qəbul olunmuş, xx.xx.2013-cü ildə işdən azad edilmiş, xx.xx.2013-cü ildə Svift Texnikal Azərbaycan LTD Şirkətində BP SCPX layihəsində işləmək üçün ərazidə inşaat meneceri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmiş, xx.xx.2014-cü ildə Svift Enjinirinq (Azərbaycan) LTD Şirkətinin filialına Cənubi Qafqaz borcu xəttinin genişlənməsi layihəsinə mədəni irs məsələləri üzrə əməkdaş vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı ildə ön işlər üzrə nümayəndə vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci ildə işdən azad edilmiş, xx.xx.2019- cu ildə "xxxx"MMC-də rəhbərlik yanında aparata sahə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci ildə əvəzçilik üzrə sahə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci ildə işdən azad edilmiş, xx.xx.2020-ci ildə "xxxx" MMC-də müəssisəyə inşaat mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.2021ci ildə işdən azad edilmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o, 83k saylı xx.xx.1980-cı il tarixli əmrə əsasən «Azərdənizneftinşaat» trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) usta vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1981-ci ildən xx.xx.1981-ci il tarixli 17/k nömrəli əmrə əsasən iş icraçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1981-ci ildən xx.xx.1981-ci il tarixli 37/k nömrəli əmrə əsasən hərbi xidmətə çağırışı ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. O, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1982-ci ildən xx.xx.1982-ci il tarixli 127/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) iş icraçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1985-ci il tarixli 12/k nömrəli əmrə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 29-cu maddəsinin “b” bəndinə əsasən tikinti və quraşdırma işləri üzrə iş icraçısı və usta vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verir. "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007- ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” və «Azneft» İstehsalat Birliyinin «Azərdənizneftinşaat» trestinin bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. O, cavabdeh orqana güzəştli şərtlərlə pensiya təyini ilə bağlı müraciət etdikdə onun güzəştli iş stajının 12 il 6 aydan az olduğunu əsas gətirməklə müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirmişdir ki, iddiaçı cavabdehə xx.xx.2022-ci ildə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi 10 avqust 1980-ci il tarixli əmək kitabçası, güzəştli və arxiv arayışı araşdırılaraq güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbilə cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçının cavabdehə təqdim etdiyi əmək kitabçası, güzəştli və arxiv arayışına əsasən güzəştli iş stajı 12 il 6 aydan az, yəni 10 il 22 gün təşkil edir. İddiaçının xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək Bakı “Poladkonstruksiya” Quraşdırma İdarəsində, xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək Bakı Baş Tikinti İdarəsi 10 saylı Tikinti İdarəsində işlədiyi dövrlər cavabdeh tərəfindən mübahisələndirilməyən güzəştli iş stajına daxil edilən dövrlərdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş yerindən güzəştli iş stajı barədə arayış təqdim edilməlidir. İddiaçı iddia ərizəsində xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək “Samor-H” firmasında iş icraçısı vəzifəsində çalışdığını iddia edərək həmin dövrün güzəştli iş stajı hesab edilməli olduğunu bildirmişdir. Lakin iddiaçı işlədiyini iddia etdiyi iş yerindən güzəştli iş stajı barədə arayış təqdim etmədiyi üçün həmin dövr güzəştli iş stajına daxil edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8033/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir
20. Şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir.
21. İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmiş, xx.xx.1975-ci ildən xx.xx.1980-ci ilədək Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. İddiaçı hərbi xidmət və təhsil aldığı müddətlər də daxil olmaqla, 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixədək 37 ildən artıq ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 60 yaşının tamam olduğu xx.xx.2019cu il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır
22. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək “Azərdəniznefttikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində usta vəzifəsində, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək həmin idarədə iş icraçısı vəzifəsində, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək həmin idarədə iş icraçısı vəzifəsində, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək Bakı “Poladkonstruksiya” Quraşdırma İdarəsində usta vəzifəsində, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək həmin idarədə iş icraçısı vəzifəsində, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilədək Azərbaycan səhiyyə təmir tikinti 2 saylı Təmir tikinti idarəsində iş icraçısı vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək Bakı Baş tikinti İdarəsinin “Tikinti şöbəsi” trestinin 10 saylı Təmir tikinti idarəsində iş icraçısı vəzifəsində işləmişdir (cəmi 14 il 02 ay 23 gün). Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuşdur – Bölmə 29 - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, bənd b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları.
23. İddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 14 il 02 ay 23 gün). Beləliklə, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixədək 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 60 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
24. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 21.1-ci, 21.2-ci, 31.1-ci, 32.1-ci, 32.1-1-ci maddələrinə, xx.xx.1956cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinə, xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
25. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22- 1(112)-8033/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı inzibati orqana təqdim etdiyi əmək kitabçası, güzəştli və arxiv arayışına əsasən, güzəştli iş stajı 12 il 6 aydan az, yəni 10 il 22 gün təşkil edir. İddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Bakı “Poladkonstruksiya” Quraşdırma İdarəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı Baş Tikinti İdarəsi 10 saylı Tikinti İdarəsində işlədiyi dövrlər tərəflərindən mübahisələndirilməyən güzəştli iş stajına daxil edilən dövrlərdir.Qeyd etməyi zəruri hesab edirlər ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş yerindən güzəştli iş stajı barədə arayış təqdim edilməlidir. Arayış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi təqdirdə, məhkəmə İPM-nin 12.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə arayışı tələb etməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyqun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.Bu arayışın təyinatı şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.İddiaçı iddia ərizəsində xx.xx.2001-ci il tarixdən xx.xx.2004cü il tarixədək “Samor-H” firmasında iş icraçısı vəzifəsində çalışdığını iddia edərək, həmin dövrün güzəştli iş stajı hesab edilməli olduğunu bildirmişdir.Lakin iddiaçı işlədiyini iddia etdiyi iş yerindən güzəştli iş stajı barədə arayış təqdim etmədiyi üçün həmin dövr güzəştli iş stajına daxil edilməmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Verilən suala cavabında bildirmişdir ki, mübahisələndirdikləri dövr İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Samor-H” firmasında iş icraçısı vəzifəsində çalışdığı dövrdür.
29. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci ilədək olan redaksiyada) 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir.
32. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunu: 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdirlər.
33. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: -Maddə 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. -Maddə 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. -Maddə 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
38. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
40. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada tərcümə edilmiş və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 3 saylı BQİ işə qəbul olunana qədər xx.xx.1975-ci ildən xx.xx.1980-ci ilədək Azərbaycan İSİ təhsil almışdır, xx.xx.1980-ci ildə “Azərdəniznefttikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci ildə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci ildə işdən azad edilmiş, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək Sovet ordusu sıralarında xidmət etmiş, xx.xx.1982-ci ildə “Azərdəniznefttikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmiş, xx.xx.1985-ci ildə Bakı “Poladkonstruksiya” Quraşdırma İdarəsi Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə İİ dərəcəli usta vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildə sahə üzrə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə sahə üzrə rəis vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmiş, xx.xx.1989-cu ildə Azərbaycan səhiyyə təmir tikinti 2 saylı Təmir tikinti idarəsində iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü ildə Bakı Baş Tikinti İdarəsinin “Tikinti şöbəsi” trestinin 10 saylı Təmir tikinti idarəsinə köçürülmə ilə işdən azad edilmiş, xx.xx.1993-cü ildə Bakı Baş Tikinti İdarəsinin “Tikinti şöbəsi” trestinin 10 saylı Təmir tikinti idarəsində Azərbaycan səhiyyə təmir tikinti 2 saylı Təmir tikinti idarəsindən köçürülmə yolu ilə 3-cü dərəcəli suvaqçı təyin edilmiş, xx.xx.1993-cü ildə iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə Bakı “Poladkonstruksiya” Quraşdırma İdarəsinə köçürülmə ilə işdən azad edilmiş, xx.xx.1998-ci ildə köçürülmə yolu ilə Bakı “Poladkonstruksiya” Quraşdırma İdarəsinə 10 nömrəli İTİ-dən istehsalat üzrə baş mütəxəssis vəzifəsinə qəbul olunmuş, xx.xx.2001-ci ildə işdən azad edilmiş, xx.xx.2001-ci ildə “Dalğa” İstehsalat Kommersiya firması müqavilə üzrə yüngül konstruksiyalar üzrə baş mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmiş, xx.xx.2001-ci ildə «Samir-H» firmasına iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü ildə işdən azad edilmişdir.
41. İddiaçı məxsus ******* saylı əmək kitabçasının surətindən (əslinə baxış keçirilmişdirxx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolu) görünür ki, İddiaçı xx.xx.2008-ci ildə "xxxx" MMC-də sahə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2010-cu ildə "xxxx" LTD Şirkətində baş mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2012-ci ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2012-ci ildə AİMROK LTD Şirkətinin Azərbaycan Respublikasındakı filialına layihə üzrə böyük tikinti mühəndisi vəzifəsinə qəbul olunmuş, xx.xx.2013-cü ildə işdən azad edilmiş, xx.xx.2013-cü ildə Svift Texnikal Azərbaycan LTD Şirkətində BP SCPX layihəsində işləmək üçün ərazidə inşaat meneceri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmiş, xx.xx.2014cü ildə Svift Enjinirinq (Azərbaycan) LTD Şirkətinin filialına Cənubi Qafqaz borcu xəttinin genişlənməsi layihəsinə mədəni irs məsələləri üzrə əməkdaş vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı ildə ön işlər üzrə nümayəndə vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci ildə işdən azad edilmiş, xx.xx.2019- cu ildə "xxxx"MMC-də rəhbərlik yanında aparata sahə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci ildə əvəzçilik üzrə sahə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci ildə işdən azad edilmiş, xx.xx.2020-ci ildə "xxxx" MMC-də müəssisəyə inşaat mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci ildə işdən azad edilmişdir.
42. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir
43. Şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir.
44. İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmiş, xx.xx.1975-ci ildən xx.xx.1980-ci ilədək Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. İddiaçı hərbi xidmət və təhsil aldığı müddətlər də daxil olmaqla, 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixədək 37 ildən artıq ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır.
45. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azər Səhiyyə təmir-tikinti Tresti 2 nömrəli Təmir Tikinti Müəssisəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur.
46. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 Müdriyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Səhiyyə Nazirliyi X5 Müdiriyyətinin arxivində Azər Səhiyyə təmir tikinti Tresti 2 nömrəli Təmir Tikinti Müəssisəsi ilə bağlı sənəd yoxdur. Səhiyyə Nazirliyi X5 Müdiriyyəti Nazirlər Kabinetinin 11 fevral 2005ci il tarixli 26 nömrəli qərarına əsasən Azərbaycan Respublikası səhiyyə nazirinin 2006-cı il tarixli 25 saylı əmri ilə yaradılmışdır.
47. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1989-cu ildə Azərbaycan səhiyyə təmir tikinti 2 saylı Təmir tikinti idarəsində iş icraçısı vəzifəsinə təyin edilməsi və həmin idarədə işləməsi cavabdeh tərəfindən mübahisələndirilməmiş, aidiyyatı sorğulara cavab olaraq Azərbaycan səhiyyə təmir tikinti 2 saylı Təmir tikinti idarəsinə dair sənədlərin arxivə təhvil verilmədiyi bildirilsə də, iddiaçının əmək kitabçasına əsasən həmin dövr üzrə əmək stajını nəzərə alınmamasına əsaslar müəyyən edilməmişdir. 48.Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək “Azərdəniznefttikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində usta vəzifəsində, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək həmin idarədə iş icraçısı vəzifəsində, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək həmin idarədə iş icraçısı vəzifəsində, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək Bakı “Poladkonstruksiya” Quraşdırma İdarəsində usta vəzifəsində, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək həmin idarədə iş icraçısı vəzifəsində, xx.xx.1989-cu ildən xx.xx.1993cü ilədək Azərbaycan səhiyyə təmir tikinti 2 saylı Təmir tikinti idarəsində iş icraçısı vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək Bakı Baş tikinti İdarəsinin “Tikinti şöbəsi” trestinin 10 saylı Təmir tikinti idarəsində iş icraçısı vəzifəsində işləmişdir (cəmi 14 il 02 ay 23 gün). Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuşdur – Bölmə 29 - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, bənd b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları.
49. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının yuxarıda qeyd edilən iş stajı birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilərkən cavabdehin mübahisələndirdiyi dövr, yəni İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Samor-H” firmasında iş icraçısı vəzifəsində çalışdığı dövr iddiaçının yuxarıda qeyd edilən iş stajına daxil edilməmişdir.
50. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Məhkəmə Kollegiyasının dəqiqləşdirmək üçün cavabdehin nümayəndəsinə verdiyi suala cavabında bildirmişdir ki, mübahisələndirdikləri dövr İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Samor-H” firmasında iş icraçısı vəzifəsində çalışdığı dövrdür.
51. Azərbaycan Respublikası İPM-nin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
52. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na uyğundur və bu cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
53. Beləliklə, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 14 il 02 ay 23 gün).Odur ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixədək 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 60 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
54. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8033/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8033/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.