Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-829/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə inzibati mübahisə üzrə QƏRAR (Açar sözlər: “maddi və mənəvi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı, onun vəkili X5 Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5614/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin əvəzi 200 000 (iki yüz min) manat təyin edilərək onun xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1982-ci il 18 sentyabr tarixində X4 ilə ailə quraraq rəsmi nikahı qeydə alınmışdır. Nikahdan iki övladı doğulmuşdur. Uşaqlar halhazırda yetkinlik yaşına çatmışlar. Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllədə yerləşən 1 saylı evin 39-cu mənzilin üzərinə verilmiş Suraxanı RİH-nin 04 dekabr 1998-ci il tarixli, 2127 N-li sərəncamına əsasən (yaşayışa yararlı) yardımçı təsərrüfat otağının (bundan sonra - mübahisəli tikili) ər-arvad münasibətində olduğu vaxt şəxsi hesabına inşa etmiş və istifadə, sahiblik etmişdir. 1999-cu ildən 53 saylı mənzil komunal istismar sahəsinə, 2004cü ildən Cavabdeh ilə torpaq icarə müqaviləsi əsasında ödənişlər etmiş və əmlak 2008-ci ilin iyun ayına qədər onun istifadəsində olmuşdur. xx.xx.2006-cı il tarixdə nikah rəsmi olaraq pozulmuşdur. 2008-ci ilin əvvəlində o, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə birgə nikah dövründə əldə olunmuş avtomobil, mənzil və təsərrüfat otağının birgə mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi, ayrılması iddia tələbi ilə cavabdeh keçmiş həyat yoldaşı Ramiz Mustafayevə qarşı müraciət etmişdir. Cavabdeh ona qarşı mülkiyyətdəki mənzildə payların müəyyən olunması və hərracda satılması yolu ilə payların bölgüsünə dair qarşılıqlı iddia ərizəsilə müraciət etmişdir. 2(010)-628/2008 nömrəli iş üzrə 09 yanvar 2009-cu il tarixli qətnamə ilə adı çəkilən məhkəmə onun iddiasını təmin etmədən, qarşılıqlı iddianı qismən təmin etmişdir. Onun adına üç otaqlı mənzildə 1/4 payı müəyyən etmişdir. Həmin qətnamə onun və cavabdehin apellyasiya şikayətləri əsasında 2(103)-4376/2009 nömrəli iş üzrə 10 noyabr 2009-cu il tarixli qətnamə ilə ləğv olunmuşdur. İş üzrə yeni qətnamə qəbul edilmişdir. İlkin və qarşılıqlı iddialar qismən təmin olunmuşdur. Onun və cavabdeh arasında “VAZ - 21074” markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 və mənzillərinin 1/2 hissəsi üzərində bərabər paylar müəyyən olunmuşdur. Qalan hissədə iddiaları təmin olunmamışdır. Onun iddiası birgə vasait hesabına tikilmiş təsərrüfat otağı tələbinə dair hissədə qərardadla baxılmamış saxlanılmışdır. O, qətnamə və qərardadla tanış olduqda məhkəmə baxışında araşdırılmayan “iş materiallarından görünür ki, Suraxanı rayon Cavabdeh tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, i/k-8 saylı məktuba əsasən Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 1, mənzil 39-da yaşayan X3 məxsus 24 kv.m-lik mövcud qaraj üçün torpaq icarə müqaviləsi xx.xx.2007-ci il tarixli etibarnamə əsasında xx.xx.2007-ci il tarixində C.Qurbanov küçəsi, 95/63 ünvanda yaşayan X6 ilə bağlanmış və icarə haqqı həmin şəxs tərəfindən vaxtlı-vaxtında ödənilir. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncam ilə qaraj X1 adına rəsmiləşdirilmişdir.” Göründüyü kimi Cavabdeh səlahiyyətli şəxsləri sorğulara yalan məlumatlar verərək, şəxsi maraqları qarşılığında qulluq səlahiyyətlərini aşaraq, sövdələşmə nəticəsində əmlakının özgəninkiləşdirilməsinə nail olmuşdurlar. Ona böyük məbləğdə zərər dəymişdir. 1998-ci ildə yaşayışa yararlı yardımçı təsərrüfat otağının tukintisinə xərclədiyi 5000 (beş min) ABŞ dolları məbləğində vəsait, pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər, habelə hüququ pozulmasaydı, mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən, yaranan maddi real zərər, əldən çıxmış faydadan və mənəvi zərərdən ibarətdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5614/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı (hakim Həmid Ağalarov) ilə iddia təmin edilmiş, ddiaçı İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qərardan apellyasiya şikayəti verərək qeyd etmişdir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, iddianın təsərrüfat otağına münasibətdə istifadə və sahiblik hüququnu müdafiə etməmişdir. Belə ki, 1998-ci il tarixli sərəncam qüvvədə olduğu halda, həmin tikinti ilə bağlı başqa ünvana verilmiş, iddiaçının mülkiyyət hüquqlarını pozan sərəncam əsas götürülmüşdür. Eyni zamanda məhkəmə 77 nömrəli səərncamın hüquqi qüvvəsi olmadığı sübut edən 1/1742 nömrəli məktubu nəzərə almamışdır. Hansı ki, məktubda açıq şəkildə göstərilir ki, 2009-cu ildə İ.Şahverdiyevin adına mübahisəli təsərrüfat otağına dair heç bir sənəd verilməmişdir və qurumun 2000-ci ildən belə bir sərəncam vermək hüququ da yoxdur. Həmçinin bələdiyyə tərəfindən verilən 186 nömrəli, 14 iyun 2019-cu il tarixli bu otaqla bağlı İ.Şahverdiyevin adına verilməsi ilə bağlı heç bir sənədin mövcud olmadığına dair məktub da nəzərə alınmamışdır. İddiaçı bu səbəbdən, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili R.Abdullayev apellyasiya şikayəti ilə eyniməzmunlu izahat verərək şikayəti müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Rzayev apellyasiya şikayəti ilə razılaşmayaraq Bələdiyyənin hərəkətlərində hər hansı hüquqazidd davranışların olmadığın, hazırkı mübahisənin ailıdaxili münaqişə olduğunu, iddiaçının yoldaşıyla aralarında olan problemə görə Bələdiyənin məsuliyyət daşımalı olmadığını qeyd edərək şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Cavabdeh 24 fevral 2022-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, “mövcud qanunvericiliyə, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının bələdiyyələrə verdiyi səlahiyyətlərə əsasən bələdiyyə ərazisində fiziki şəxslərin istifadə etdiyi torpaq sahəsinə görə ödəniş (torpaqdan istifadə haqqı) yerli bələdiyyə büdcəsinə ödənilməlidir. Suraxanı rayon İcra Hakimiyyətinin 2127 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə tikilmiş yardımçı təsərrüfat otağı (qaraj) keçmiş həyat yoldaşı olmuş X7 tərəfindən etibarnamə əsasında X1 istifadəsinə verilmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin 77 saylı xx.xx.2009-cu il tarixli sərəncamı ilə qaraj İ.Ə.Şahverdiyevin adına sənədləşdirilmişdir. Milli Arxiv Fondu haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən bələdiyyənin qərarları, sərəncamları, iclas protokolları və digər sənədləri kargüzarlığın başa çatdığı ildən sonrakı ildən sonra 5 il bələdiyyə orqanında saxlandıqdan sonra dövlət arxivinə təhvil verilməlidir. Vətəndaşlardan daxil olan şəxsi xarakterli ərizə, təklif və şikayətlər, daxil olan və göndərilən sənədlərin qeydiyyat kitabları 5 il, sərəncamın verilməsi üçün əsas olmayan müqavilələr (xidmət, icarə və s.) müqavilənin müddəti bitdikdən sonra 5 il saxlanılır. Odur ki, yardımçı təsərrüfat otağı ilə (qarajla) əlaqədar eitbarnaməni bələdiyyədən tələb etməsi tam əsassızdır. Qanunvericiliyə uyğun olaraq qarajı sərəncamla (etibarnamə ilə) istifadə edən şəxs vergiyə cəlb edilmişdir. Göründüyü kimi bələdiyyə tərəfindən heç bir qanun pozuntusuna yol verilməyib, müraciətində tikilinin ailədaxili mübahisə obyekti olduğu açıq aydın qeyd etmiş və bələdiyyəyə qarşı təzminat tələbi tam əsassız və böhran xarakterlidir”. Məhkəmənin sorğularına cavab olaraq verilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı 27 iyul 2022-ci il məktubuna əlavə olunmuş Bakı şəhər Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısının 2127 nömrəli, 04 dekabr 1998-ci il tarixli sərəncamın surətindən görünür ki, Qaraçuxur qəsəbəsi, 4042- 60-cı kvartal, ev 1, mənzil 39-da yaşayan vət.X3 yaşadığı evin yanında 3mx4m ölçüdə yardımçı təsərrüfat otağının tikintisinə icazə verilmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 77 nömrəli, 17 mart 2009-cu il tarixli Sərəncamının surətindən görünür ki, Qaraçuxur qəsəbəsi, 104 saylı məktəbin yaxınlığında yerləşən, sahəsi 33,00 k.m. olan daş qaraj Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 95, mənzil 63 ünvanda yaşayan vətəndaş X2 adına sənədləşdirilməsi qərara alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı ərizəsində cavabdehin X6 ilə bağladığı, qarajın yerləşdiyi sahənin istifadəyə verilməsinə dair müqavilələrə istinad edərək, səlahiyyəti olmadığı halda bələdiyyənin həmin müqavilələri bağlamaqla ona maddi və mənəvi zərər vurmasını qeyd etsə də, həmin müqavilələri mübahisələndirməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, sözügedən müqavilələrin etibarsız olub-olmaması məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, əqdlərin bağlanması mülki hüquq münasibətlərində meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. Əlavə olaraq Qaraçuxur qəsəbəsi, 104 saylı məktəbin yaxınlığında yerləşən, sahəsi 33,00 kv.m. olan qarajın X1 adına sənədləşdirilməsinə dair Bakı şəhəri Suraxcanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 77 nömrəli sərəncamı da iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, vurulmuş ziyanla bağlı sadalanmış qaydada cavabdehin təqsirli hərəkətlərinin mövcudluğu müəyyən edilmədiyindən, iddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Bu baxımdan verilmiş apellyasiya şikayəti də əsassız olduğundan təmin edilə bilməz. Nəticə: Qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinin təmin edilməməsi maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun olmuşdur. Ona görə də Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5614/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5614/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-829/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-829/2023
11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver