Məhkəmə qərarları › İş №2-1(103)-83/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-83/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-83/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X16 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X9 və X6 ibarət tərkibdə, X14-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7923/2023 saylı 08 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: HB seriyalı 018409 saylı xx.xx.N92-ci il tarixli fərqlənmə diplomundan görünür ki, X11 N87-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olmuş və N92-ci ildə orada Tarix ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.N92-ci il tarixli əmək kitabçasının İ bəndindən görünür ki, o, xx.xx.N92-ci il tarixdə dövlət katibinin 85 saylı xx.xx.N92-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin Aparatında Azərbaycan Respublikasının humanitar məsələlər üzrə dövlət müşavirinin köməkçisi təyin edilmişdir (müvafiq imza və möhür ilə təsdiq edilməmişdir). Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən təqdim edilmiş 9/2-4109 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən N №-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli 10 №-li əmrində (əsas: səhifə 9, § 6; qeyd: əmrdə soyadı “Muxtarov” yazılmış, adı və atasının adı tam yazılmamışdır) Ş.Q.Muxtarovun adı “Suraxanı batalyonunun şəxsi heyətinin siyahısında qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin iyul N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı ona “müharibə veteranı adının verilməsi” ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə bir neçə dəfə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İİİ müdafiə nazirinin katibliyi tərəfindən İddiaçı ünvanlanmış 4/3-822 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən, təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli 9/2-4109 nömrəli arayışına əsasən xx.xx.N92-cı il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İİİ müdafiə nazirinin katibliyi tərəfindən İddiaçı ünvanlanmış 4/32876 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və 824 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, N65-ci ilin oktyabrın 23-də Tərtər rayonunun Seydimli kəndində doğulmuşdur. N83-cü ildə Seydimli kənd orta məktəbini bitirmişdir. Sovet ordusunda hərbi xidmət (N83-N85-ci illər) keçmişdir. N87-ci ildə Azərbaycan Dövlət Universitetinin “Tarix” fakültəsinə daxil olmuş, N92-ci ildə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. N92-N93-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatında işləmiş, N92-N96-cı illərdə Bakı Dövlət Universitetinin “Azərbaycanın müasir dövr tarixi” kafedrasının əyani aspiranturasını bitirmişdir. N96-N98-ci illərdə Dövlət Dillər Universitetinin “Azərbaycan tarixi” kafedrasında müəllim işləmişdir. 2005-ci ildən Azərbaycan İqtisadiyyat Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinin “İctimai elmlər” FBK-nın (kafedrasının) müdiridir. Azərbaycan tarixi və Politologiya fənnlərini tədris edir. Evlidir və iki övladı var. N89-90-cı illərdə Universitet tələbələrindən ibarət “Könüllü tələbə batalyonu”nun yaradıcılarından biri kimi Laçın rayonunun Cicimli, Qazıdərəsi, Aşağı Cicimli kəndlərinin müdafiəsində iştirak etmişdir. “Könüllü tələbə batalyonu” Azərbaycanın ilk Könüllü hərbi birliyi kimi Universitet rəhbərliyinin icazəsi ilə yaradılmışdır və bir neçə kitabda da bu barədə məlumatlar öz əksini tapmışdır. N92-ci ilin fevral ayından əsasən tələbə və gənclərdən ibarət olan “Suraxanı Batalyonu”nu yaradaraq Tərtər rayonunda hərbi əməliyyatlarda iştirak etmişdir. Tərtərin Torpaqtəpə, Aşağı Çaylı, Talış, Həsənqaya kəndlərinin düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Onun həmin döyüşlərdə iştirakını müvafiq sübutlar təsdiq edir: Onunla birlikdə vuruşmuş, “Müharibə veteranı” və “Müharibə əlili” X17 (şahid ifadəsini məhkəməyə təqdim edəcək) Müdafiə Nazirliyinin Arxiv arayışı 9/2-4109, xx.xx.2021-ci il tarixli (qeyd edilmişdir ki, “Suraxanı batalyonunun” şəxsi heyətinin siyahısında adı qeyd edilmişdir). “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” kitabının 389-cu səhifəsi (kitabın müəllifi tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin müəllimi N.Yaqubludur) “Şərəfli ömrün bir səhifəsi” kitabının 109-137-ci səhifələri (kitabın müəllifi Azərbaycan Respublikası Elmlər X5 direktoru akademik Y.Mahmudovdur). N92-ci ilin iyul ayında Prezident Aparatında işə qəbul olunmağı ilə əlaqədar olaraq orduda fəaliyyəti dayandırılmışdır. İkinci Qarabağ savaşı başlayanda Tərtər Hərbi Komissarlığına gedib döyüşə hazır olduğunu rəsmi ərizə təqdim edərək bildirmişdir. Ehtiyac olarsa çağıracaqlarını deyiblər. Torpaqlar işğal altında olanda, veteranlıq adı və vəsiqəsi almaq fikrində deyildi. Torpaqlar işğaldan azad olunan bir zamanda haqqı olan veteranlıq adı və vəsiqəsini almalıdır. Bu məqsəd ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (cavabdehə) rəsmi ərizə ilə, müvafiq sənədləri əlavə etmək ilə müraciət etdi. Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli iclasının qərarına əsasən barəsində veteran adı və vəsiqəsinin verilməsinin mümkünlüyünü bildirsə də, yekun olaraq müsbət qərar qəbul edilməmiş və müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Səbəb kimi Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli 9/2-4109 nömrəli arayışda xx.xx.N92-ci il tarixdə müharibə dövründə döyüşən hərbi hissədə iştirakı təsdiq edilsə də, sonrakı hərbi xidməti haqqında məlumatın olmadığı əsas götürülmüşdür. Mərkəzi Arxivin verdiyi arayışda deyilir ki, N saylı hərbi hissə komandirinin N aprel N92-ci il tarixli 10 № li əmrində (əsas İ səh - 9) Ş.Q. Muxtarov adı “Suraxanı batalyonu”nun şəxsi heyətinin siyahısında qeyd edilmişdir. Arayışda həmçinin qeyd edilir ki, N № li hərbi hissə komandirinin iyul N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Lakin bu anlama gəlmir ki, o, təkcə aprel ayında xidmət etmiş və yaxud iyul ayına qədər hərbi xidmətdə olmamışdır. Əsasən tələbələrdən və gənclərdən ibarət olan Suraxanı Batalyonunu təşkil edən və döyüş əməliyyatlarına, Tərtərin, ümumiyyətlə vətənin ərazi bütövlüyünün qorunmasına cəlb edən, Suraxanı batalyonunun şəxsi heyətinin siyahısında adı birinci olan şəxsdir. Eyni zamanda, N92-ci ilin iyul ayında qədər hərbi xidmətdə və döyüş əməliyyatlarında iştirak etmiş və daha ali, yuxarı səlahiyyətli orqanın çağırışı, və tələbi ilə Azərbaycan Respublikasının Prezidenti Aparatına, X15 işə cəlb edilmiş və bu barədə əmək kitabçasında Dövlət Katibinin № 85.xx.xx.N92-ci il tarixli müvafiq sərəncamı var. Odur ki, Müdafiə Nazirliyinin göndərdiyi cavab məktubunda irəli sürülən arqument əsassızdır və məhkəmə çəkişməsi olmadan ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi mümkün idi. Lakin imtina üçün göstərilən səbəblər tərəfindən tam və qanuni əsaslarla ortadan qaldırılmasına baxmayaraq, müraciəti təmin olunmamışdır. N94-cü ildə 29 yaşında “Müharibə Veteranı” adını və vəsiqəsini almalı olduğu halda, 58 yaşında belə uzun müddət davamlı müracətlər, sənədlər toplamağa, təqdim etməyə rəğmən cavabdehin komissiyası tərəfindən qeyrimüəyyən və əsassız bəhanələrlə geri qaytarılmışdır. Halbuki ona veteranlıq adı və vəsiqəsi verilməsi üçün qanunun tələb etdiyi bütün əsaslar var, cavabdehin imtinası əsassızdır. Məhkəmə tərəfindən onun üzərinə ona veteranlıq adı və vəsiqəsi verilməsi vəzifəsi qoyulmalıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı müvafiq qaydada verilir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti, Azərbaycan Respublikasının Strateji X7 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında... Göründüyü kimi, döyüşlərdə iştirak etmək veteranlıq adı və vəsiqəsi verilmək üçün qanuna müvafiq tələbi yerinə yetirir. Buna baxmayaraq, cavabdeh israrla və dəfələrlə müraciətinə müsbət cavab vermir, onun haqqı olan veteranlıq adının və vəsiqəsinin verilməsinə dair ərizəsini təmin etmir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti, Azərbaycan Respublikasının Strateji X7 Agentliyinə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 4/2-3007 nömrəli arxiv məktubundan da göründüyü kimi, iddiaçının xx.xx.N92-cil il tarixdən sonrakı müddətdə hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyil. Bu səbəbdən iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununaəlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı, onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7923/2023 saylı 08 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə yanaşı bildirilmişdir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə könüllü özünümüdafiə dəstəsinin - Suraxanı batalyonunun tərkibində və N nömrəli hərbi hissənin tərkibində iştirak etmişdir. Suraxanı könüllü batalyonunun yaradıcılarından biri olmuşdur. Belə ki, cavabdehin özünün verdiyi arxiv arayışında qeyd edilir ki, o, xx.xx.N92ci il tarixdə müharibə dövründə döyüşən hərbi hissədə iştirakı təsdiq edilmişdir. Habelə cavabdehin arxiv arayışında qeyd edilir ki, onun adı Suraxanı batalyonunun şəxsi heyətinin siyahısında qeyd edilmişdir. Məhkəməyə təqdim etdiyi Azərbaycan Milli Azadlıq Hərəkatının ensiklopediyası və “Şərəfli ömrün bir səhifəsi” kitablarının səhifələrində onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi barədə məqalələr dərc edilmişdir, döyüş şəraitində döyüş yoldaşları - hazırda müharibə veteranı adı almış şəxslərlə fotoşəkilləri həmin kitablarda dərc edilmişdir. Məhkəmə iddianı o əsasla rədd etmişdir ki, hərbi hissə komandirinin may-iyul ayları üçün əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir və onun N nömrəli hərbi hissə tərkibində ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. Əvvəla hərbi hissədəki əmrləri o tərtib etməmiş və onun həmin əmrlərə hər hansı bir qaydada müdaxilə etmək imkanı olmamışdır, həmin əmrlərə görə məsuliyyəti inzibati orqan - cavabdehlik daşıyır. Daha sonra qeyd edir ki, onun adının mayiyul aylarında əmrlərdə qeyd edilməməsi o demək deyildir ki, o vuruşmamış, bundan əlavə hətta həmin aylarda döyüşlərdə iştirak etməsəydi belə qanunverici ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bir gün, bir ay və ya bir il kimi müddətlərdə iştirakın məcburi olmasını nəzərdə tutumamışdır, hətta bir gün belə ərazi bütövlüyü uğrunda gedən döyüşdə iştirak edən şəxs müharibə veteranı hesab edilir. Daha sonra əgər o, əmr olmadan hərbi hissəni tərk etmişdisə niyə onun fərariliyi ilə bağlı hərbi hissə komandiri nə yuxarı komandanlığa, nə də hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Daha sonra məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsinin İll hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Onun əmək kitabçasındakı 1 nömrəli qeyddən görünür ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Azərbaycan Respublikasının Prezidentinin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin humanitar məsələlər üzrə müşaviri təyin edilmişdir. Yəni, ordu sıralarını özbaşına tərk etməyi barədə məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsinin İİİ hissəsinə ziddir. Onunla birlikdə döyüşlərdə iştirak etmiş, hal-hazırda müharibə veteranı və qazisi olan şəxslərin şəxsiyyət vəsiqələrini təqdim edərək onların da ifadələrini sübut qismində təqdim edəcəyi barədə ilk məhkəmə iclasında bildirdiklərini məhkəmə nəzərə almamış, onların ifadələrini dinləməmiş, yəni AR İPM-nin 12.1-ci maddəsini pozmaqla işə baxmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtinanın iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli 9/2-4109 nömrəli arayışına əsasən xx.xx.N92-cı il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçının əmək kitabçasında onun xx.xx.N92-ci il tarixdə Aparatında Azərbaycan Respublikasının humanitar məsələlər üzrə dövlət müşavirinin köməkçisi təyin edilməsinə dair qeyd olsa da (müvafiq imza və möhür ilə təsdiq edilməmişdir) məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, N №-li hərbi hissə komandirinin may-iyul N92-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır və onun N saylı hərbi hissələrin tərkibində ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur.” Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “qeyd” hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 2018-ci il tarixə olan dəyişikliyə əsasən) 1-ci bəndinin tələbinə görə “N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqan “”N nömrəli hərbi hissə komandirinin iyul N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumatın aşkar olunmaması”na istinad edir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən təqdim edilmiş 9/2-4109 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən N №-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli 10 №-li əmrində (əsas: səhifə 9, § 6; qeyd: əmrdə soyadı “Muxtarov” yazılmış, adı və atasının adı tam yazılmamışdır) Ş.Q.Muxtarovun adı “Suraxanı batalyonunun şəxsi heyətinin siyahısında qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin iyul N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş 4 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş 3-16-5/7-15-690/2023 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisin xx.xx.N92-ci il tarixli 495 №-li Qərarına əsasən vətəndaşın Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.N65-ci il tarixli 168 №-li doğum haqqında akt qeydində soyad sonluğu xx.xx.2013-ci il tarixdə “Muxtarov”dan “Muxtarlı”ya dəyişiklik edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Müdafiə nazirinin Katibliyi Mərkəzinə ünvanlanmış 3-25-11/2-2528/23 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, iddiaçı ərizəsində N89-cu il tarixdən N90-cı il tarixədək “Könüllü tələbə batalyonun” tərkibində döyüş əməliyyatlarında iştirak etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquq və mənafelərini məhkəmədə müdafiə olunması, iddia ərizəsinə münasibət bildirilməsi məqsədi ilə iddiaçının N89-cu il tarixdən hərbi xidmət keçməsi, qanuni əsaslarla ehtiyata buraxılması yoxlanılmaqla barəsində aşkarlanmış məlumatların (əlifba qeydiyyatı kitabları və nizami hissə üzrə əmrləri, yaralanmasına dair sənədləri) xronoloji ardıcılıqla yazılaraq həmin kitablardan və əmrlərdən çıxarışların Hüquq İdarəsinə göndərilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Hüquq İdarəsinin rəisinə ünvanlanmış 4/2-3007 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 10 №-li əmrində (əsas: §-2, səh-9, əmrdə soyadı “Muxtarov” yazılmış, adı və atasının adı tam yazılmamışdır) “Suraxanı batalyonu”nun şəxsi heyətinin siyahısında Ş.Q.Muxtarovun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin may-iyul N92-ci il tarixli nizami hissə üzrə əmrlərində Muxtarlı (Muxtarov) Qələndər Şəmil oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Məktubda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi və xidmət müddəti göstərilmədiyindən, barəsində araşdırmalar Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş müraciət əsasında aparılmışdır. İşin apellyasiya baxışı zamanı verilmiş sorğuya əsasən cavabdeh qurumun xx.xx.2024-cü il tarixli 2568 saylı məktubla cavab olaraq İddiaçı barəsində (əmrdə soyadı “Muxtarov” yazılmış, adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 10 №-!i əmrindən Arxiv çıxarışı təqdim olunmuş və məktubda qeyd olunmuşdur ki, N №-li hərbi hissə komandirinin may-dekabr N92-ci il, yanvar-dekabr N93-cü il, yanvar-dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında Muxtarlı (Muxtarov) Qələndər Şəmil oğlu barəsində məlumat aşkar olunmaması və Azərbaycan Respublikası Müdafiə nazirinin N92-ci il tarixli əmrlərində Suraxanı batalyonunun N №li hərbi hissənin tərkibinə verilməsi barədə məlumatın aşkar olunmaması qeyd olunmuşdur. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə nazirinin Katibliyinin Hüquq İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş xx.xx.2024-cü il tarixli 3-25-4/2-6676/2024 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, vətəndaş İddiaçı komissiyaya 21.01,2022-ci il tarixdə müraciət etmiş, sənədlərinə xx.xx.2022-ci il tarixli iclasda baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən qoşmada göstərilən məzmunda cavab verilmişdir. Məhkəmə kollegiyası tərəfindən cavabdeh quruma sorğu verilmiş, hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün N nömrəli hərbi hissədə döyüşmüş şəxslərə, o cümlədən X18 və X2 müharibə veteranı adı və vəsiqəsinin verilibverilməməsi, verildiyi təqdirdə həmin şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas olan sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh qurumun həmin sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, baş leytenant X18 barəsində “Veteran” adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın sənədləri (Protokol №-11-N) qovluğunda qeyd olunmuş xx.xx.N97-ci il tarixli 16 №-li protokoldan Arxiv Çıxarışı göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.N97-xx.xx.N97-ci il tarixli Müdafiə Nazirliyinin “Veteran” adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın protokollar kitabında (əsas: səh-15, sıra-13) qeyd edilmiş “Müharibə vereranı” adı və vəsiqəsi verilmiş şəxslərin siyahısında baş leytenant X12 adı yazılmışdır, hərbi hissəsi BAHDM göstərilmişdir. Qeyd edir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.N97-xx.xx.N97-ci il tarixli “Veteran” adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın sənədləri (Protokol №-11-N) qovluğunda X2 xx.xx.N97-ci il tarixli 16 №-li protokolu ilə “Müharibə vereranı” adı və vəsiqəsinin verilməsi barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin aprel- dekabr N92-ci il, yanvar-dekabr N93-cü il, yanvar-dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrləridə və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında X1 xidməti və döyüşlərdə iştirakı barədə məlumat aşkar olunmamışdır. Həmin məktuba əlavə edilmiş xx.xx.N97-ci il tarixli 313 nömrəli Arxiv çıxarışından görünür ki, X8. Respub MN xx.xx.N93-cü il 072 №-li, 705 saylı h/h komandirinin nizami hissə üzrə xx.xx.N93-cü il 02 №-li, 770 saylı h/h komandirinin nizami hissə üzrə xx.xx.N93cü il 77 №-li, xx.xx.N97-ci il il tarixli 11 №-li əmrləri xx.xx.N93-xx.xx.N97-cü il tarixlərdə döyüşlərdə iştirak etmişdir. Hazırki işin apellyasiya baxışı zamanı İddiaçı Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq N89-90-cı illərdə Bakı Dövlət Universitetinin tələbələrindən ibarət “Könüllü tələbə batalyonu”nun tərkibində Laçın rayonunun Cicimli, Qazıdərəsi, Aşağı Cicimli kəndlərinin müdafiəsində, N92-ci ilin fevral ayından N92-ci ilin iyul ayının 1-nə qədər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibinə verilmiş “Suraxanı batalyonunun” tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1885/2025 saylı 16 yanvar 2025-ci il tarixli qərardadı ilə həmin hüquqi faktın müəyyən edilməsindən imtina edilmiş və qərardad Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2332/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı tərəfin vəsatəti əsasında məhkəmə kollegiyası cavabdeh orqana sorğu göndərmiş, hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün göstərilən tarixədək İddiaçı iddia etdiyi onunla birgə Suraxanı batalyonunda döyüşmüş X13 “Müharibə veteranı” statusu və vəsiqəsinin verilib-verilməməsi, verildiyi təqdirdə həmin vəsiqənin verilməsi üçün əsas olan sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli 3-25-14/2-4053/2025 saylı sorğuya cavab məktubu ilə bildirilmişdir ki, vətəndaş X13 “Müharibə Veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, N nömrəli hərbi hissə komandirinin may-iyul N92-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmadığından və onun N saylı hərbi hissənin tərkibində ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən sənəd olmadığı üçün iddiaçının hazırki tələbinin təmin olunması mümkün deyil. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, iddiaçıya “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” üçün hərbi bilet, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda “Müharibə veteranı” adının verilməsi üçün hərbi döyüşlərdə iştirakı sübut edən sənəd hesab edilir. Hazırki işdə isə iddiaçının məhz qeyd olunan əsaslarla və döyüş əməliyyatlarının aparılmasına cəlb olunan hərbi hissədə döyüşlərdə iştirak etməsi faktı təsdiqini tapmır. Belə olan halda müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri- şəxsin döyüş bölgəsində xidmət etməsi və onun tərxis olunması, ehtiyata buraxılması halı iş materialları ilə təsdiq olunmur. Bununla bağlı hazırki işdə cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. Oxşar işlər üzrə Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının mövqeyi də belə olmuşdur.( 2-1(102)-108/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin təmin olunması, yəni xeyrinə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Əksinə, cavabdeh qurum iddiaçının tələb etdiyi inzibati aktın qəbulundan imtina üçün zəruri şərtlərin mövcudluğunu sübuta yetirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün cavabdeh inzibati orqan onun tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunur ki, həmin dəlillər əsassız olub, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7923/2023 saylı 08 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7923/2023 saylı 08 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X20 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar