Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-831/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Məmmədov Vidadi Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Əliağa qızının cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxs “xxxx” MMC-nə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-7615/2020 saylı qərardadından iddaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçılar X5 və digərləri Cavabdehnə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlaka görə kompensasiyanın alınmamış hissəsinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-4148/2020 saylı 02.11.2020-ci il tarixli qərardadı ilə iddia bir icraatın müstəqil işlər üzrə icraata ayrılması qərara alınmışdır. “İddiaçı Əliağa qızının cavabdeh Bakı şəhər Cavabdehnə qarşı ünvan 1 ünvanda yerləşən dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmış yaşayış binası üzrə ödənilməyən 97.800 (doxsan yeddi min səkkiz yüz) AZN (manat) vəsaitin Bakı şəhər Cavabdehndən tutulması barədə qərar qəbul edilməsi” tələbi üzrə iş 2-1(112)-4148/2020 nömrəli işdən yeni nömrə ilə ayrılmışdır. Məhkəmənin 2-1(112)-7615/2020 saylı 10.11.2020-ci il tarixli qərardadı ilə “xxxx” MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-7615/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim E.Əliyev). Həmin qərardaddan iddaçının vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayəti vermiş və şikayətində göstərmişdir ki, iddiaçılar Mənzil Tikinti Kooperativinin üzvü olaraq MTK tərəfindən inşa edilmiş və sökülməyə məruz galmış mənzilillərinin vəsaitlərini almışlar. Lakın yaşayış binasının digər sahələrinə (ümumi istifadədə və faktiki mülkiyyətdə olmuş; Dövlət tərəfindən ayrılmış meydança sahəsi, su anbarı, transformator otağı, binan dəhliz və digər sahələri.) kompensasiya ödənilmədiyi sübuta yetirilir. İş materiallarından göründüyü kimi mübahisə predmetinə çevirilmiş və iddia tələbində göstərilən sahələrin bundan önçə ödənilmiş kompensasiya məbləğinə (mənzillərə ödənilmiş kv.m sahələr) heç bir aidiyyatı yoxdur. İddia ərizəsində tələb edilən sahələrə görə kompensasiyanın ödənilmədiyi tərəflərin izahatlarından və iş materiallarından tam sübuta yetirilir. İddia tələbinin digər hissəsindən də göründüyü kimi mənzillərə görəödənilməli olan Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən kompensasiya məbləğinin 20% miqdarında əlavə ödəmənin və Çətinliyə görə kompensasiya məbləğinin hesablanıb ödənilmədiyi iş materialları (cavabdehin məhkəməyə təqdim etdiyi inzibati materiallar) ilə tam sübuta yetirilir. Göründüyü kimi Məhkəmə tərəfindən işə mahiyyəti üzrə araşdırma aparılmadan iddianın mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan DNK-da bağlanmış alqı-satqı müqavilələrindən də göründüyü kimi iddiaçılara əmlak kompensasiyası olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əmlak dəyərinin 20%-nin ödənilməsinə və çətinliyə görə kompensasiya məbləğlərinin ödənilməsinə dair məlumat mövcud deyildir. İddia tələblərinin dəlillərini təkzid edən heç bir sübut İnzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş materiallarından göründüyü kimi iddia tələbi ödənilməyən hissələrin ödənilməsinə yönəldilən hüquqi atdımlardan ibarətdir. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləvğ edilməsi, işin yenidən birinci instansiya məhkəməsinə göndərilməsi bvarədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əliağa qızı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “cavabdehdən ünvan 2 ünvanda yerləşən Dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmış yaşayış binası üzrə ödənilməyən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq İddiaçı Əliağa qızının xeyrinə 97.800 azn məbləğdə vəsaitin tutulması”nı tələb edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlakın dəyərinin kompensasiyanın ümumi məbləğinin 20 faizi miqdarında müəyyən edildiyindən və Qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış binasının tərkib hissəsi olan yuxarıda qeyd edilən ümumi istifadədə olan binanın, dəhlizi, pilləkənları, lift, su anbarı, balkonlar, işıq transfarmatoru və otağı, həyətyani sahə və sair sahələrin kompensasiyası ödənilməmişdir. Birinci instansiya məhkəməsi kompensasiyanın ümumi məbləğinin 20 faizi miqdarında müəyyən edilməməsi ilə bağlı aşağıdakıları qeyd etmişdir: İş materiallarından görünür ki, Cavabdeh 1065/d saylı 04.08.2020-ci il tarixli məktubla müvafiq Qiymətləndirmə cədvəllərinin surətini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Qiymətləndirmə cədvəlində göstərilmişdir ki, İddiaçı Əliağa qızına məxsus olan mənzilə görə əlavə xərclər də nəzərə alınmaqla 489.400 manat məbləğində kompensasiya hesablanmışdır. İş materiallarından görünür ki, məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, iddiaçıya ödənilən kompensasiya məbləği qanunvericilikdə müəyyən edilmiş bütün əlavə xərclər, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 20 faiz əlavə də nəzərə alınmaqla hesablanmışdır. İş materiallarından görünür ki, İddiaçı Əliağa qızı ilə Cavabdeh arasında 22.05.2017ci il tarixli notarial qaydada bağlanılmış Müqaviləyə əsasən İddiaçı Əliağa qızı Cavabdehndən 489.400 manat məbləğində kompensasiya almaqla müvafiq daşınmaz əmlakından Cavabdeh xeyrinə imtina etmişdir. Həmçinin, yuxarıda qeyd edilən Müqaviləyə əsasən İddiaçı Əliağa qızı gələcəkdə həmin yaşayış sahəsinə və bu Müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Əliağa qızı ilə Cavabdeh arasında 22.05.2017-ci il tarixli notarial qaydada bağlanılmış Müqavilənin qüvvədə olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya kompensasiya hesablanarkən bütün əlavə xərclər, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 20 faiz əlavənin də nəzərə alınması və iddiaçının həmin məbləği qəbul etməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin, birinci instansiya məhkəməsi yaşayış binasının tərkib hissəsi olan yuxarıda qeyd edilən ümumi istifadədə olan binanın, dəhlizi, pilləkənları, lift, su anbarı, balkonlar, işıq transfarmatoru və otağı, həyətyani sahə və sair sahələrin kompensasiyası ödənilməməsi ilə bağlı aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Məcəllənin 247.1.1-ci maddəsinə əsasən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği torpağın bazar qiymətinin müəyyən edilməsi üsulu ilə hesablana bilər. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə əsasən qiymətləndirmə komissiyasının bu Qanunun 23.1.7-ci maddəsinə uyğun olaraq müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfindən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənilməsində istifadə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.3-cü maddəsinə əsasən, torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Həmin Məcəllənin 246.4-cü maddəsinə əsasən, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirlər görür. Həmin Məcəllənin 246.4.3-cü maddəsinə əsasən, satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının mahiyyətindən aydın olur ki, dövlət ehtiyacları üçün sökülən daşınmaz əmlaka görə kompensasiya həmin əmlakın mülkiyyətçisinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.3-cü maddəsinin tələbinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Həmin Məcəllənin 390.5-ci maddəsinin tələbinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddianın mümkünlük tələblərinə cavab vermədiyindən, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, iddiaçının, hazırkı tələbində artıq özgəninkiləşirdiyi əmlakına görə, yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürdüyünü, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğunu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququnun mövcud olmadığından, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlsə də, iddia başqa əsaslarla mümkün sayılmamalıdır. İşin araşdırılmış halları müəyyən edilir ki, İddiaçı və digər şəxslər əvvəllər kompensasiyanın ödənilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, iddiaçıya məxsus olan mənzilinə görə əlavə xərclər də nəzərə alınmaqla kompensasiya hesablanıb ödənilmişdir. Hazırki iş üzrə iddiaçının tələbi yaşayış binasının tərkib hissəsi olan ümumi istifadədəki binanın dəhlizi, pilləkənları, lift, su anbarı, balkonlar, işıq transformatoru və otağı, həyətyanı sahə və sair sahələrin kompensasiyasının ödənilməsi ilə bağlıdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətində mübahisə predmetinə çevirilmiş və iddia tələbində göstərilən sahələrin bundan öncə ödənilmiş kompensasiya məbləğinə (mənzillərə ödənilmiş kv.m sahələr) heç bir aidiyyatının olmadığını göstərmişdir. Lakin hazırki işdə olan tələblə bağlı kompensasiyanın ödənilməsinə dair iddiaçının əvvəlcə inzibati orqana müraciət etməsi iş materialları ilə müəyyən edilmədiyindən, məhkəmə tərəfindən həmin kompensasiyanın ödənilməsi ilə bağlı inzibati orqana iddiaçının müraciətin olub-olmaması barədə Bakı şəhəri, Cavabdehnə sorğu göndərilmişdir. Bakı şəhəri, Yasamal İcra Hakimiyyətinin məhkəməyə ünvanlandığı 27.04.2021-ci il tarixli, 885/d saylı məktubunda ünvan 4 ünvanında yerləşən dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmış yaşayış binasının tərkib hissəsi olan binanın dəhlizi, pilləkənləri, lift, su anbarı, balkonlar, işıq transformatoru və otağı, həyətyanı sahə və sair sahələrin kompensasiyasının ödənilməsi ilə bağlı İddiaçı tərəfindən Bakı şəhəri, Cavabdehnə müraciətin daxil olmaması barədə bildirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsi inzibati orqanın qanunsuz qərarları nəticəsində hər hansı bir şəxsə vurulmuş ziaynla bağlı inzibati orqanın məsuliyyətini nəzərdə tutur. Bu normada AR Mülki Məcəllənin müddəalarına göndəriş edilsə də, “İnzibati icraat haqqında” Qanunun 89.2-ci maddəsi maraqlı şəxsin kompensasiya ödənilməsi tələbi ilə əvvəlcə inzibati orqana müraciət etməli olmasını və həmin orqanın kompensasiyasının ödənilməsindən imtina etdiyi halda, bu qərardan inzibati məhkəməyə iddia verə bilməsinin müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməməsi əsası ilə onun kompensasiyasının ödənilməsi ilə bağlı iddiası mümkün sayılmamalıdır, apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-7615/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-831/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-831/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver