Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-832/2024 16.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "əmək pensiyasının yenidən hesablanmasə" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona verilən pensiyanın yenidən hesablanaraq əlavələrin nəzərə alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmə tərəfindən göstərilən hüquqi yardım nəzərə alınmaqla iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əvəz edilməsini və həmin hüquqi şəxsin cavabdeh qismində tanınmasını xahiş etmiş, məhkəmənin 2-1(112)-5645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və cavabdeh tərəfindən onun “Xəzri KM” müəssisəsində xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixinədək işlədiyi dövr sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdən xx.xx.1968-ci il tarixədək əyani təhsil dövrünün, xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 25 il 9 ay 24 gün sığorta stajına, xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixinədək pensiyasının yenidən hesablanaraq artırılması ilə bağlı cavabdehə müraciət etmişdir. Müraciətinin əsası olaraq xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixinədək “Xəzri KM” müəssisəsində əmək fəaliyyətinin pensiya hesablanmasında nəzərə alınmaması olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 02 dekabr 2022-ci il tarixli məktubuna əsasən “Xəzri KM” müəssisəsinin faktiki və arxiv sənədlərinin yerləşdiyi ünvanın məlum olmadığı üçün həmin dövrün sığorta stajına əlavə edilməsindən imtina edilmişdir. Bundan başqa xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək artıqödəmə müəyyən edildiyi göstərilərək aldığı pensiya azaldılmışdır. Halbuki, həmin müəssisə rəsmi yaradılmış müəssisə olmuşdur. Bu vergi xidmətindən daxil olmuş məlumatlarla təsdiq edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********1 (**********4) nömrəli qərarı ləğv edilmiş, İddiaçı "xxxx" X4ndə xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, , iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialına (bundan sonra - cavabdeh) təhsil aldığı illərin sığorta stajına daxil edilməsi məqsədilə müraciəti etmiş, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının “Xəzri KM” müəssisəsində işlədiyi xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək dövr üzrə MDSS ödənilməməsi və buna uyğun olaraq, xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixədək olan faktiki və arxiv sənədlərinin yerləşdiyi ünvan məlum olmadığından sözügedən müəssisədə əmək haqqı alıb-almamasını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı araşdırma düzgün aparılmamış, həmin dövrlərə qeyd olunan əsas üzrə məhkəmə tərəfindən düzgün münasibət bildirilməmişdir. Belə ki, İddiaçı tərəfindən sözügedən müəssisənin direktoru olduğunu iddia etdiyi halda xx.xx.2006-cı il tarixdən sonrakı dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi həyata keçirilməməsi, əvvəlki dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin mötəbər olmasını şübhə altına alır. Qeyd olunan iş üzrə məhkəmə araşdırması zamanı əldə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən 2004-cü ildən hal-hazıradək "xxxx" X2 yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı Dost Mərkəzinə ərizə ilə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, həmin müraciətin aidiyyəti üzrə göndərildiyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktub ilə iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, xx.xx.2022-ci il tarixli müraciəti əsasında xx.xx.1964-cü il tarixindən xx.xx.1968-ci il tarixinədək əyani təhsil dövrü, xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 25 il 9 ay 24 gün sığorta stajına, xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 1048,32 manat pensiya kapitalına və xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək (Qanunun 37.3.1-ci maddəsinə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarix) 1682,76 manat pensiya kapitalına uyğun olaraq əmək pensiyasının yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 297,94 manat müəyyən olunmuşdur. Təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1993-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək “Xəzri KM” müəssisəsində əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən “Xəzri KM” müəssisəsinin xx.xx.1993-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək olan faktiki və arxiv sənədlərinin yerləşdiyi ünvan məlum olmadığından sözügedən müəssisədə onun əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığı üçün qeyd edilən dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, xx.xx.2011-ci il tarixində yaşa görə əmək pensiyasının ilkin təyinatı zamanı “Xəzri KM” müəssisəsinin xx.xx.1993-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək olan dövrləri araşdırılmadan sığorta stajına daxil edildiyindən sığorta stajının xx.xx.2006-cı il tarixinədək 25 il 9 ay 24 gün olduğu halda 34 il 9 ay nəzərə alınaraq hesablandığından əmək pensiyasının məbləğində xx.xx.2011-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;...... Yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, iş stajının təsdiqi üçün əsas götürülən sənəd ilk növbədə əmək kitabçasıdır. İddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1973-cü il tarixdən xx.xx.1979-cu il tarixədək rəssam asisstenti vəzifəsində işləmiş, xx.xx.1979-xx.xx.1984-cü il tarixlərdə Azərbaycan SSR Bədii Fondunda rəssam, xx.xx.1984-сü il tarixdən xx.xx.1989-cu il tarixədək Dəqiq Mexanizmlər təmiri zavodunda, xx.xx.1989-xx.xx.1990-cı il tarixlərdə “Çıraq” kooperativində sədr vəzifəsində işləmişdir. xx.xx.1990-xx.xx.1993-cü il tarixlərdə “Azərməişəttextəmir respublika istehsalkommersiya birliyi”, xx.xx.1993-xx.xx.2009-cu il tarixədək "xxxx" Kiçik Müəssisəsində direktor vəzifəsində işləmişdir. xx.xx.2009-xx.xx.2014-cü il tarixlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzində işləmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “..... iddiaçının 1993- 2006-ci illərdə işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapmış, səlahiyyətli şəxsin imza və möhrü ilə təsdiq edilmiş, qeydlər ardıcıl olmaqla hər hansı bir düzəliş edilməmiş, əldə edilmiş sənədlər əsasında isə həmin müəssisənin mövcudluğu müəyyən edilmişdir.” Cavabdeh apelyasiya şikayətində imtina əsaslarını təkrarlayaraq qeyd etmişdir ki, iddiaçının “Xəzri KM” müəssisəsində işlədiyi xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək dövr üzrə MDSS ödənilməməsi və buna uyğun olaraq, xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixədək olan faktiki və arxiv sənədlərinin yerləşdiyi ünvan məlum olmadığından sözügedən müəssisədə əmək haqqı alıb-almamasını müəyyən etmək mümkün olmamışdır. Kollegiya bildirir ki, arxiv sənədlərinin müəyyən edilə bilinməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Cavabdeh həmçinin bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən 2004-cü ildən hal-hazıradək "xxxx" X2 yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Cavabdehin qeyd edilən dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarında olan (səh.28) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən 24 saylı Vəkil Bürosuna ünvanlanmış müraciətin cavablandırılması barədə xx.xx.2022-ci il tarixli, **********93000 nömrəli məktubda qeyd edilmişdir ki, hüquqi şəxs "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1997-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi uçotuna alınması və xx.xx.2004-cü il tarixdə inventarlaşmadan keçərək 10 rəqəmli ********** nömrəli VÖEN-lə qeydiyyata alınması barədə məlumat mövcuddur. Həmçinin iş materiallarında olan Milli Gəlirlər Baş idarəsinin X3 Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********921000 saylı məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, “Azməişəttextəmir” Birliyinin xx.xx.1992-ci il tarixli 69/3 saylı əmri ilə "xxxx" X4 yaradılmış, nizamnaməsi təsdiq edilmiş, İddiaçı isə həmin müəssisənin direktoru təyin edilmişdir. Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 287 saylı şəhadətnamədən görünür ki, "xxxx" X4 xx.xx.1993-cü il tarixdə Azərbayca Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış, müəssisənin əsas məsədi əhaliyə və müəssisələrə mürəkkəb məişət texnikası təmiri, radio-elektrik texnikası təmiri ilə əlaqədar xidmət göstərmək, xalq istehlakı mallarının istehsalı, kommersiya və kommision fəaliyyəti, firma mağazaları və salonlar açmaq olmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə X4 olmuş, onun mövcudluğu, habelə iddiaçının həmin müəssisənin direktoru olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının həmin müəssisədə 1993-2006-cı illərdə işləməsi iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməli olması qənaətinə gəlmişdir. Eyni zamanda İddiaçı "Xəzri” kiçik müəssisəsində işlədiyi (xx.xx.1993 - xx.xx.2009) dövlərin staja daxil edilmədən ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin xx.xx.2022-ci il tarixli qərarının qanunsuz olmasıda yuxarda qeyd edilənlərə uyğun olaraq müəyyən edilmiş və ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti doğru olmuşdur. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Kollegiya qeyd edir ki, cavabdehin mübahisələndirdiyi dövrlər əmək kitabçası və iş materiallarında olan digər mötəbər sübutlar ilə təsdiq olunduğundan, həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməlidir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.