Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-832/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “pulsuz parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X4 iiştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7680/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, AZ1141, ünvan 4al rayonu, Hüseyn Cavid prospektində yerləşən sahəsi 148.60 kv.m. olan 194, M14, m1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4al rayonu, Zərgərpalan küçəsində yerləşən sahəsi 123.50 kv.m. olan ev 100, mənzil 23 (yeni qaydalarla: AZ1009, ünvan 4al rayonu, Zərgərpalan küçəsi, 88, M9, m3) xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Hacı Mayıl küçəsi, ev 1, ünvan 4al rayonu, H.Cavid prospekti 194, mənzil 14, M1 və ünvan 2 ünvanlara pulsuz parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbinin əsaslarına görə, İddiaçı Bakı şəhəri, Bilgəh qəsəbəsi, Hacı Mayıl küçəsi, ev 1-də xx.xx.2024-cü il tarixinə kimi qeydiyyatda olmuşdur. xx.xx.2024-cü il tarixdən Bakı şəhəri, Ayna Sultanova 1, mənzil 14-ə qeydiyyata düşmüşdür. Onun mülkiyyətində ünvan 4al rayonu, H.Cavid prospekti, 194, M14, M1-də 1-ci mənzil, ünvan 4al rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 23-də 2-ci mənzil dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh təşkilata “Fərdi parklanma talonu”nun verilməsi ilə əlaqədar müraciət etdikdə ona bildirilmişdir ki, “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarına asasən təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 1-28/2024/2571 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarına əsasən təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər. Məlumat üçün qeyd edilmişdir ki, şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbi olduğundan, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün Azərbaycan Respublikası Daxili işlər Nazirliyinə müraciət etməlidir. Şəxs yaşayış yeri üzrə qeydiyyata alındıqda onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qeyd edilənləri nəzərə alaraq, şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat ünvanı ilə yaşayış ünvanı fərqli olduqda fərdi parklanma talonunun verilməsi müsbət həll oluna bilmir.
6. Cavabdeh etiraz məktubunda qeyd etmişdir ki, “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il № 2109 Fərmanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (“Agentlik”) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilməsi qərara alınmışdır. Həmçinin, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Bildirilir ki, ödənişsiz parklanma yerinin ayrılması və ondan istifadə qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2019-cu il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nda öz əksini tapmışdır. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir. Belə ki, Qaydanın 1.3.1-ci yarımbəndinə əsasən, parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən evlər və ya binalar deyildikdə təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalar nəzərdə tutulur. Qeyd edilməsi zəruridir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Odur ki, şəxsiyyət vəsiqəsində isə yalnız qeydiyyat ünvanı qeyd olunduğundan, şəxsin yaşayış yeri onu qeydiyyatda olduğu yer hesab edilir. Eyni zamanda, Qaydanın 2 nömrəli Əlavəsində olan ərizə nümunəsində şəxsin qeydiyyatda olduğu yer üzrə fərdi parklanma talonunun verildiyi bir daha öz təsdiqini tapır. Bu səbəbdən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatda olmayan şəxslərə fərdi parklanma talonun verilməsi qanunaziddir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2019-cu il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın 2.17-ci bəndinə əsasən, bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. İddiaçıya isə qeydiyyatda olmadığı Bakı şəhəri, Bilgəh qəsəbəsi, Hacı Mayıl küçəsi, ev 1, ünvan 4al rayonu, Hüseyn Cavid prospekti, 194, mənzil 14, M 1, ünvan 4al rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 23 ünvanlarında 3 ədəd fərdi parklanma talonunun verilməsi tamamilə qanunaziddir. İddia ərizəsində də qeyd edildiyi kimi iddiaçı hazırda ünvan 3 ünvanda fərdi parklanma talonunun verilməsi üçün müraciət edə bilər. Hətta, yuxarıda qeyd olunan Qaydaların 2.12- ci bəndində fərdi parklanma talonunun öz qüvvəsini itirirməsi səbəbindən biri kimi fərdi parklanma talonunun verildiyi şəxsin yaşayış yerinin dəyişdirilməsi göstərilmişdir. Həmin Qaydaların 2.18-ci bəndinə əsasən, fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar. Qaydaların 2.14-cü bəndinə əsasən, nəqliyyat vasitəsi şəxsin mülkiyyətində olduqda, ona verilən fərdi parklanma talonunun qüvvədəolma müddəti 3 (üç) ildir. Eyni zamanda, Qaydaların 2.15-ci maddəsinə əsasən, nəqliyyat vasitələri icarə və ya digər əşya hüquqlarına dair müqavilə, eləcə də etibarnamə əsasında istifadə edildikdə, nəqliyyat vasitələrinin istifadəçilərinə fərdi parklanma talonları həmin sənədlərin qüvvədəolma müddətinədək verilir (3 ildən çox olmamaqla). Həmin Qaydaların 2.4-cü bəndində fərdi parklanma talonu almaq istəyən şəxsin müraciətinə əlavə olunmuş əsəndlər sırasında 1) minik avtomobilinin istifadəçisi tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formaya uyğun yazılmış ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti; 3) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti qeyd olunmuşdur. Göründüyü kimi, şəxsin yaşayış yerini təsdiq edən sənədlər sırasında yalnız şəxsiyyət vəsiqəsi qeyd edilmiş və şəxsiyyət vəsiqəsində isə yalnız qeydiyyat ünvanı göstərildiyindən bir daha aydın olur ki, fərdi parklanma talonu şəxsin yalnız qeydiyyatda olduğu ünvan üzrə verilir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi heç bir hüququ pozulmamış, əksinə iddiaçı qanunvericiliyin tələbini nəzərə almamaqla iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “ünvan 4al rayonu, H.Cavid prospekti, 194 mənzil 14, m1 və ünvan 2 ünvanlara pulsuz parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7680/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, şəxsə yalnız onun qeydiyyatda olduğu ünvana münasibətdə yalnız bir talon verilər bilər. İddiaçı şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bu səbəbdən ona ünvan 4al rayonu, H.Cavid prospekti, 194 mənzil 14, M1 və ünvan 2 ünvanlara pulsuz parklanma yeri ayrıla və fərdi parklanma talonunun verilə bilməz.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7680/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi qaydası” nın 2-ci maddəsinə görə parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara bu Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir. Qeyd edilən müddəadan və ümumən, sözügedən Qaydanın məzmunundan görünür ki, şəxsi mülkiyyətində bir neçə mənzili olan minik avtomobili istifadəçilərinin fərdi parklanma talonları əldə etmə məsələsi hüquqi tənzimləmədən kənarda qalır. Məsələn, o, yaxınlığında avtomobilini park etdiyi üçün cərimələndiyi mənzili üzrə fərdi parklanma talonu əldə etmək üçün X2 müraciət etdiyi zaman Agentlik fərdi parklanma talonu almaq istədiyi ünvanla şəxsiyyət vəsiqəsində qeyd olunan yaşayış yeri fərqli olduğuna görə talonu verməkdən imtina etdi. Buna görə də o, mənzilinin yeri üzrə fərdi parklanma talonu əldə etmək üçün yaşayış yeri üzrə qeydiyyatını, digər mənzilinin ünvanına dəyişməli oldu. Yəni qanunvericinin mövqeyindən görünür ki, avtomobil istidəçisinin bir neçə mənzili olsa belə, o bu mənzillərindən yalnız birinin (yaşayış yerinin) yaxınlığında avtomobilini park edə bilər. Digər mənzillərinin yaxınlığında isə avtomobilini park edə bilməz. Bu da şəxsin mənzil hüququnun və hərəkət azadlığının kobud şəkildə pozulmasına səbəb olur.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə iddia ərizəsinə etirazın dəlillərinə uyğun yazılı etiraz daxil olmuşdur.
d) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
14. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.
16. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.
17. “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarına əsasən: 1.1. “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası” (bundan sonra - Qayda) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53- cü maddəsinin səkkizinci hissəsinə uyğun olaraq hazırlanmışdır və fərdi parklanma talonlarının formasını, habelə onların verilməsi qaydasını müəyyən edir. 1.2. Yerli icra hakimiyyəti orqanları və Bakı Nəqliyyat Agentliyi (Bakı şəhərinin inzibati ərazisində) fərdi parklanma talonlarının uçotunu aparır. 1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən evlər və ya binalar - təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalar; 1.3.2. pulsuz parklanma yerinin ayrılması - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XXİİİ hissəsi nəzərə alınmaqla, təşkil olunmuş parklanma yerindən rezervasiya edilmədən ödənişsiz istifadə imkanlarının yaradılması. 2.1. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara bu Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) verilir. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılır və yerli icra hakimiyyəti orqanları tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir. 2.2. Fərdi parklanma talonu almaq üçün müraciət etmiş minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir. 2.3. Fərdi parklanma talonu almaq istəyən şəxs yerli icra hakimiyyəti orqanına şəxsən və ya internet şəbəkəsi vasitəsilə elektron formada müraciət edə bilər. 2.4. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: 2.4.1. minik avtomobilinin istifadəçisi tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formaya uyğun yazılmış ərizə; 2.4.2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin (Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin) surəti; 2.4.3. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti; 2.4.4. nəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və etibarnamə əsasında istifadə edildikdə, həmin sənədlərin surəti. 2.4-1. Fərdi parklanma talonu almaq üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 2.5. Elektron müraciət edildikdə, bu Qaydanın 2.4.1-2.4.4-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlərin skan edilmiş surəti tələb olunur. Bu halda həmin sənədlərin elektron formatda müraciətə əlavə edilməsi, habelə yerli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilməsi və baxılaraq cavablandırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin mərkəzi informasiya sistemində və Bakı Nəqliyyat Agentliyinin informasiya sistemində texniki imkan yaradılır. 2.6. Təqdim olunmuş sənədlərdə və ərizədə çatışmazlıq (bu Qaydanın 2.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, müraciətin yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir. 2.7. Hər iki halda müraciətə baxılmasından imtina şəxsin yenidən müraciət etməsinə mane olmur. 2.8. Şəxs tərəfindən təqdim edilmiş sənədlər bu Qaydanın 2.4-cü bəndində göstərilənlərə uyğun olduqda müraciət qəbul olunur. 2.9. Müraciət qəbul olunduqdan sonra 2 (iki) iş günü müddətində yerli icra hakimiyyəti orqanları müraciəti və ona əlavə edilən sənədlərin skan edilmiş surətini və ya X3 Sistemi vasitəsilə əldə etdiyi sənədləri və ya məlumatları elektron qaydada Bakı şəhərinin ərazisində pulsuz parklanma yerlərinin ayrılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərir. Müraciətə Bakı Nəqliyyat Agentliyi tərəfindən baxılıb razılıq verildikdən sonra 2 (iki) iş günü müddətində Bakı Nəqliyyat Agentliyinin holoqramı olan fərdi parklanma talonu yerli icra hakimiyyəti orqanları tərəfindən müraciət etmiş şəxsə verilir. Fərdi parklanma talonunun verilməsindən imtina edildikdə, imtinanın səbəbləri barədə ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir. 2.12. Aşağıdakı hallarda fərdi parklanma talonu öz qüvvəsini itirir: 2.12.2. fərdi parklanma talonunun verildiyi şəxsin yaşayış yeri dəyişdikdə; ..... 2.17. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar yerli icra hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülür. 2.18. Fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar. 2.19. Fərdi parklanma talonu verilmiş şəxslərə nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərində saxlanılmasına görə müddət məhdudiyyəti nəzərdə tutulmur.
18. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinə əsasən: İ. Dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. İİ. Parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla təşkil edilir. İİİ. Parklanma yerlərinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İV. Parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu nişanlama xətləri və ya 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər. V. Parklanma yerləri dayanma və ya durmanın qadağan edildiyi yerlərdə təşkil edilə bilməz. Vİ. Parklanma yerləri 24 saat fəaliyyət göstərir. Parklanma yerlərində nəqliyyat vasitələri üçün parklanmanın müddəti əlavə məlumat nişanları ilə məhdudlaşdırıla bilər. Vİİ. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçilərinə onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti göstərilməklə elektron qaydada fərdi parklanma talonu verilir. Fərdi parklanma talonu həmin parklanma məntəqələrində ödənişsiz parklanma hüququ verir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Bir nəqliyyat vasitəsi yalnız bir istifadəçisinin fərdi parklanma talonunda göstərilə bilər. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürülür. Bu maddənin XİX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsi istifadəçilərinə şamil edilmir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Həmçinin, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
23. İddianın mahiyyəti və iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:
24. İş materialları ilə müəyyən olunur ki, iddiaçının hüquqi marağı “ünvan 4al rayonu, H.Cavid prospekti, 194 mənzil 14, m1 və ünvan 2 ünvanlara pulsuz parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin üzərinə qoyulması” ilə bağlıdır.
25. Cavabdehin imtinası ilə razılaşan birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı mövqeyi onunla əsaslandırılmışdır ki, şəxsə yalnız onun qeydiyyatda olduğu ünvana münasibətdə yalnız bir talon verilər bilər. İddiaçı şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bu səbəbdən ona ünvan 4al rayonu, H.Cavid prospekti, 194 mənzil 14, M1 və ünvan 2 ünvanlara pulsuz parklanma yeri ayrıla və fərdi parklanma talonunun verilə bilməz.
26. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı mövqeyini haqlı sayaraq iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini əsassız hesab edir.
27. Belə ki, şikayət onunla əsaslandırılmışdır ki, fərdi parklanma talonunun qeydiyyat ünvanı üzrə verilməsi nəticəsində bir neçə mənzili olan şəxsin mənzil hüququ və hərəkət azadlığı kobud şəkildə pozulur.
28. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinin İİİ hissəsinə əsasən, dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.
29. “Normativ hüquqi aktlar haqqında“Konstitusiya Qanununun 88.1-ci maddəsinə əsasən, normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir.
30. Həmin Qanunun 88.2-ci maddəsinə əsasən, normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.
31. Belə ki, ödənişsiz parklanma yerinin ayrılması və ondan istifadə qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2019-cu il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fərdi parklanma talonlarının forması və habelə onların verilməsi Qaydası'nda öz əksini tapmışdır.
32. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya -binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir.
33. Belə ki, Qaydanın 1.3.1-ci yarımbəndinə əsasən, parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən evlər və ya binalar deyildikdə təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalar nəzərdə tutulur.
34. Qeyd edilməsi zəruridir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
35. Lakin şəxsiyyət vəsiqəsində isə yalnız qeydiyyat ünvanı qeyd olunduğundan, şəxsin yaşayış yeri onun qeydiyyatda olduğu yer hesab edilir.
36. Doğrudur ki, Mülki Məcəllənin 27-ci maddəsinə görə şəxsin bir neçə yaşayış yeri ola bilər.
37. Bunla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2019-cu il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fərdi parklanma talonlarının forması və habelə onların verilməsi Qaydası'nın 2 nömrəli Əlavəsində olan ərizə nümunəsində şəxsin qeydiyyatda olduğu yer üzrə fərdi parklanma talonunun verildiyi bir daha öz təsdiqini tapır.
38. Bu səbəbdən məhkəmə Kollegiyası hesab edir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatda olmayan şəxslərə fərdi parklanma talonun verilməsi hazırkı mübahisəyə tətbiq olunan normaların tələbinə uyğun deyildir.
39. Həmçinin, xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2019-cu il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın 2.17-ci bəndinə əsasən, bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir.
40. İddiaçıya isə qeydiyyatda olmadığı ünvan 4al rayonu, Hüseyn Cavid prospekti, 194, mənzil 14, M 1, ünvan 4al rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 23 ünvanlarında 2 ədəd fərdi parklanma talonunun verilməsi qanunaziddir.
41. İddia ərizəsində də qeyd edildiyi kimi İddiaçı hazırda ünvan 3 ünvanda fərdi parklanma talonunun verilməsi üçün müraciət edə bilər.
42. Hətta, yuxarıda qeyd olunan Qaydaların 2.12-ci bəndində fərdi parklanma talonunun öz qüvvəsini itirirməsi səbəbindən biri kimi fərdi parklanma talonunun verildiyi şəxsin yaşayış yerinin dəyişdirilməsi göstərilmişdir.
43. Həmin Qaydaların 2.4-cü bəndində fərdi parklanma talonu almaq istəyən şəxsin müraciətinə əlavə olunmuş əsəndlər sırasında 1) minik avtomobilinin istifadəçisi tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formaya uyğun yazılmış ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti; 3) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti qeyd olunmuşdur.
44. Göründüyü kimi, şəxsin yaşayış yerini təsdiq edən sənədlər sırasında yalnız şəxsiyyət vəsiqəsi qeyd edilmiş və şəxsiyyət vəsiqəsində isə yalnız qeydiyyat ünvanı göstərildiyindən bir daha aydın olur ki, fərdi parklanma talonu şəxsin yalnız qeydiyyatda olduğu ünvan üzrə verilir.
45. Beləliklə Bakı İnzibati Məhkəməsinin də qeyd etdiyi kimi, bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir.İddiaçı şəxsiyyət vəsiqəsi məlumatlarından göründüyü kimi, ünvan 1 ünvanında qeydiyyatdadır. Bu ünvan üzrə də xx.xx.2024-cü il tarixdə P10914 və P10915 saylı parklanma məntəqələri üzrə qanunvericiliyin tələbinə uyğun olaraq ona fərdi parklanma talonu verilmişdir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
47. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7680/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7680/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.