Məhkəmə qərarları › İş №2-1(103)-833/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-833/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-833/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8912/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının onun barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********6 № li qərarın ləğv edilməklə, pensiyaya çıxdıqdan sonra işlədiyi müddət nəzərə alınmaqla, ona xx.xx.2006-cı il tarixdə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8912/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərarı ləğv edilmiş, İddiaçı xx.xx.2006-cı il tarixdə təyin olunmuş əmək pensiyasının xx.xx.2006-cı ildən xx.xx.2009-cu il tarixə kimi Sumqayıt şəhəri Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin operatoru, xx.xx.2010-xx.xx.2013-cü il tarixə kimi “Legcon Group” məhdud məsuliyyətli cəmiyyətində hüquqşünas vəzifəsində, xx.xx.2013-xx.xx.2013-cü il tarixə kimi “Bakı Hüquq Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətində hüquq məsləhətçisi, xx.xx.2013-XX.12.2014-cü il tarixə kimi “Transqeyt” məhdud məsuliyyətli cəmiyyətində hüquqşünas vəzifəsində, xx.xx.2017- xx.xx.2018-ci il tarixə kimi LPO “Texnikbank” açıq səhmdar cəmiyyətinin hüquq şöbəsinin Məhkəmə və Dövlət orqanları ilə iş bölməsinin hüquqşünası vəzifəsində və xx.xx.2018- xx.xx.2020-ci il tarixə kimi ASC “Standart İnsurance” Sığorta şirkətinin Hüquq Departamenti Məhkəmə və icra işləri şöbəsinin hüquqşünası vəzifəsində işlədiyi dövrlər nəzərə alınmaqla, sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən ona əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, cavabdehin xx.xx.2024-cü il tarixə təyin edilən hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsi F.Miriyeva ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin cavabdeh tərəfindən geri götürülməsinə etiraz etmədiyini bildirmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cavabdehin təqdim etdiyi sənədləri iş materialları ilə birlikdə araşdırıb belə hesab edir ki, ərizəsi təmin olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, apellyasiya şikayətini geri götürmək işdə iştirak edən şəxslərin qanunla müəyyən edilən hüququdur və konkret halda cavabdehin apellyasiya şikaytlərinin geri götürməsi, hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğundur və üçüncü şəxslərin hüquqlarını pozmur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Məcəllənin qeyd olunnan normasına istinadən Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarından verilmiş apellyasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinə izah edilmişdir ki, İPM-in 88.3-cü məddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İPM-in 86.4-cü maddəsindən isə görünür ki, şikayətin geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Beləliklə də, qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8912/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayətini geri görürməsi barədə ərizəsi təmin edilsin. Apellyasiya şikayəti geri qaytarılsın. Şikayət üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar