Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-834/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Bakı şəhəri 17 saylı Vəkil Bürosunun cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X1rşı sərəncamın ləğv edilməsi və artıq ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3680/2019 saylı qərarından iddiaçının nümayəndəsi N.Bəşirov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3680/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi N.Bəşirov tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Bakı şəhəri 17 saylı Vəkil Bürosu cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X1rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri X10 üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********78 nömrəli sərəncamının ləğv edilməsi və həmin sərəncamla məcburi dövlət sosial sığorta haqqı olaraq artıq ödənilmiş 1420,93 manat pulun üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X8 X9 Departamentinin bank hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun bank hesabına qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 17 saylı Vəkil Bürosunda 2019-cu ilin İ rübündə muzdlu işlə əlaqədar 3586 manat gəlir əldə edilmiş, həmin gəlirə görə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanuna uyğun olaraq əmək haqqının 25%-i miqdarında 936 manat məcburi dövlət sığorta haqqı hesablanmış və qanunla tələb olunan müddətdə ödənilmişdir. Qeyri-muzdlu işlə əlaqədar isə 28855 manat gəlir əldə edilmiş, həmin gəlirə görə 20%-i miqdarında 5174 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmış və qanunla tələb olunan müddətdə ödənilmişdir. Məcburi dövlət sığorta haqları yanvar ayına görə xx.xx.2019-cu il tarixdə 1731 manat, fevral ayına görə xx.xx.2019-cu il tarixdə 2832 manat və mart ayına görə xx.xx.2019-cu il tarixdə 1331 manat, xx.xx.2019-cu il tarixdə isə 222 manat, cəmi 6116 manat olmaqla tam ödənilmişdir və borc qalmamışdır. Lakin buna baxmayaraq cavabdeh heç bir əsas olmadan 1420,93 manat məcburi dövlət sosial sığorta borcunu hesablamış və həmin borcun ödənilməsi barədə xx.xx.2019-cu il tarixli, **********78 nömrəli sərəncam verərək iddiaçının hesabından silmişdir. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və iddiaçının nümayəndəsinin izahatı: İddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Bakı şəhəri 17 saylı Vəkil Bürosu 2019-cu ilin İ rübündə vəkillik fəaliyyətindən, yəni muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilmiş 25855 manat gəlirə görə 20 faiz hesabı ilə 5171 manat, muzdlu işlə əlaqədar əldə edilən-3586 manat gəlirə görə isə 25 faiz hesabı ilə 896.5 manat, yəni cəmi 6067.5 manjat məcburi dövlət sığorta haqqı hesablanmış və hesablanmış həmin məcburi dövlət sosial sığiorta haqqı xx.xx.2019-cu ildə 1731 manat, xx.xx.2019-cu ildə 2832 manat, xx.xx.2019-cu ildə 1331 manat və xx.xx.2019-cu ildə 222 manat, cəmi 6116 manat, yəni 48.5 manat artıq olmaqla tam ödənilmişdir.2018-ci ilin İV rübündə isə vəkillik fəaliyyətindən, yəni muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilmiş 28269 manat gəlirə görə 20 faiz hesabı ilə 5653.8 manat, muzdlu işlə əlaqədar əldə edilmiş 3519 manat gəlirə görə 25 faiz hesabı ilə 879.75 manat, cəmi 6533.55 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmış və 07.1 1.2018-ci ildə 2077 manat, 4.12 2018-ci ildə 2492 manat və xx.xx.2019-cu ildə 1978 manat, cəmi 6547 manat yəni 13.45 manat artıq olmaqla tam ödənilmişdir.2018-ci ilin İİİ rübündə isə vəkillik fəaliyyətindən, yəni muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilmiş 21213 manat gəlirə görə 20 faiz hesabı ilə 4242.60 manat, muzdlu işlə əlaqədar əldə edilmiş 3000 manat gəlirə görə 25 faiz hesabı ilə 750 manat, cəmi 4992.60 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmış və xx.xx.2018-ci ildə 1387 manat, xx.xx.2018-ci ildə 1650 manat və xx.xx.2018-cu ildə 2051 manat, cəmi 5088 manat yəni 96 manat artıq olmaqla tam ödənilmişdir. Nümayəndə qeyd etdi ki, muzdlu işə aid olmayan fəaliyyətdən və muzdlu işlə əlaqədar olan fəaliyyətdən əldə edilmiş gəlirlər və hesablanmış məcburi dövlət sosial sığorta haqlarına aid hesabatı ayrı-ayrılıqda verilmiş, lakin hesablanmış məcburi dövlət sosial sığorta haqları həmişə olduğu kimi bir ödəniş tapşırığı ilə birgə ödənilmişdir.Bakı şəhəri 17 saylı Vəkil Bürosunun 2018-ci ilin İİİ rübü, İV rübü və 2019-cu ilin 1 rübü üzrə məcburi dövlət sosuial sığorta haqqı üzrə borcu olmamışdır. Borcun olmaması təqdim edilmiş sübutlarla, yəni hesabat və ödəniş tapşırıqları ilə tam təsdiq edilmişdir. Cavabdeh tərəf isə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun xx xxxxx 2019-cu il tarixə 1420.93 manat məcburi dövlət sosial sığorta haqqı borcu olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, hazırda mübahisələndirilən məbləğ vergi orqanı tərəfindən həyata keçirilmiş hər hansı yoxlama ilə əlaqədar olmayıb, əksinə, vergi ödəyicisi tərəfindən 2018-2019-cu illərin müvafiq dövrlərində təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqları bəyannamələrindən irəli gələn məbləğdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi haqqında qərar qəbul edərkən inzibati orqanın nümayəndəsinin heç bir sübuta əsaslanmayan izahatını rəhbər tutmuşdur. Ardınca isə şəxsi hesablamalarına əsasən gəldiyi nəticəni özündə əks etdirən rəqəmləri bir daha sıralamaqla iddia ərizəsindəki məqamları təkrarlamışdır. İddiaçının hesablaması ilə əlaqədar hissədə bildirmişdir ki, mübahisələndirilən dövrlər üzrə (2018-ci il 4-cü rüb və 2019-cu il 1-ci rüb) vergi orqanı tərəfindən hər hansı əlavə hesablama aparılmamışdır.Belə ki, Bakı şəhəri 17 saylı Vəkil Bürosu tərəfindən xx.xx.2019-cu il tarixdə vəkillik fəaliyyəti ilə əlaqədar 2019-cu ilin 1-ci rübü üçün 5171 manat məbləğində cari hesablama aparılmışdır.Lakin 5171 manat məbləğində hesablama aparılmasına baxmayaraq, xx.xx.2019-cu il tarixədək cari hesablama ilə əlaqədar ödənişlər tam yerinə yetirilməmiş və nəticədə 1095,2 manat əsas, 13,86 manat penya üzrə, cəmi 1109,06 manat məbləğində borc yaranmışdır.Həmçinin Bakı şəhəri 17 saylı Vəkil Bürosu tərəfindən xx.xx.2019-cu il tarixdə məcburi dövlət sosial sığorta haqqları üzrə 2018-ci ilin 4-cü rübü üçün 877,5 manat məbləğində və 20l9-cu ilin 1-ci rübü üçün 896,5 manat məbləğində cari hesablama aparılmışdır.Lakin cəmi 1774 manat (877,5 + 896,5) məbləğində hesablama aparılmasına baxmayaraq, xx.xx.2019-cu il tarixədək cari hesablama ilə əlaqədar ödənişlər tam yerinə yetirilməmiş və nəticədə 310 manat əsas, 1,87 manat penya üzrə, cəmi 311,87 manat məoləğində borc yaranmışdır.Yuxarıda qeyd edilənlərdən də aydın olduğu kimi iddiaçının xx.xx.2019-cu il tarixədək özünün təqdim etdiyi cari hesablamalara əsasən vəkillik fəaliyyəti ilə əlaqədar 1109,06 manatməbləğində, məcburi dövlət sosial sığorta haqqları üzrə isə 311,87 manat məbləğində, cəmi 1420,93 manat məbləğində borcu olmuşdur.Vergi ödəyicisi tərəfindən yaranmış borc qanunvericilikdə nəzərdə tutulan müddət ərzində ödənilmədiyindən Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən bank hesablarına xx.xx.2019-cu il tarixdə sərəncamlar göndərilmişdir.Eyni zamanda yaranmış borc məbləği sərəncamla ödənildiyindən xx.xx.2019-cu il tarixli **********8 nömrəli sərəncamının xx.xx.2019-cu il tarixdə geri çağrılması təmin edilmişdir.Apellyasiya şikayətində qeyd olunan “cavabdeh iddiaçının xx.xx.2019-cu il tarixə 1420,93 manat məcburi dövlət sosial sığorta haqqı borcu olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir” fikrinə münasibətdə isə cavabdeh etirazda qeyd etmişdir ki, mübahisənin həlli və ədalətli məhkəmə qərarının qəbul edilməsi üçün 25 gün ərzində 4 dəfə məhkəmə iclası təyin edilmiş, hər iclas zamanı iddiaçının şəxsi hesab vərəqəsi üzrə özünün təqdim etdiyi bəyannamələr və müvafiq dövrlərə uyğun etdiyi ödənişləri özündə əks etdirən qəbzlər qarşılıqlı şəkildə təhlil edilmişdir. Nəticədə hazırda məhkəmədə mübahisə predmetini təşkil edən məcburi dövlət sosial sığorta haqqları üzrə borcun mövcudluğu sübuta yetirilmişdir.Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Cavabdeh etirazında birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X10 üzrə Baş İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X9 Departamenti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə öz nizamnaməsini, Vergilər Nazirliyinin iddiaçıya ünvanlanmış məktublarını və “Müraciətin qeydə alınması haqqında” bildirişi, iddiaçının Azərbaycan Respublikasının Vergilər Nazirinə ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 161 nömrəli məktubunu, cavabdehin iddiaçıya ünvanlanmış məktubunu, cavabdehin **********8 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamını, 110 nömrəli, xx.xx.2019-cu il tarixli, 115 nömrəli, xx.xx.2019-cu il tarixli, 104 nömrəli, xx.xx.2019-cu il tarixli, 98 nömrəli, xx.xx.2019-cu il tarixli, 66 nömrəli, xx.xx.2018-ci il tarixli, 78 nömrəli, xx.xx.2018-ci il tarixli, 71 nömrəli, xx.xx.2018-ci il tarixli, 93 nömrəli, xx.xx.2019-cu il tarixli, 88 nömrəli, xx.xx.2018-ci il tarixli, 83 nömrəli, xx.xx.2018-ci il tarixli ödəniş tapşırıqlarını təqdim etmişdir. Eyni zamanda, məhkəməyə iddiaçının şəxsi hesab vərəqləri, hesabatların baxılması üçün qəbul edilməsi haqqında bildirişlərin surətləri, 2018-ci ilin 4-cü rübü, 2019-cu ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar təqdim edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərdən müəyyən etmişdir ki, iddiaçı vergi və məcburi dövlət sosial sığorta ödəyicisidir, xx.xx.2019-cu ildə vəkillik fəaliyyəti ilə bağlı 2019-cu ilin 1-ci rübü üçün 5171 manat məbləğində cari hesablama aparmışdır. Bundan başqa iddiaçı 2018-ci ilin 4-cü rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə 877,5 manat və 2019-cu ilin 1-cü rübü üçün 896,5 manat məbləğində cari hesablama aparmışdır. Cavabdeh iddiaçının təqdim etdiyi hesabatları və apardığı ödənişləri müqayisə edərək nəticədə iddiaçı tərəfindən hesablanmış məbləğlərin tam ödənilmədiyini və xx.xx.2019-cu ilin 1-ci rübü üçün 1095,2 manat əsas, 13,86 manat penya, cəmi 1109,06 manat borcun yaranmasını müəyyən etmişdir, bundan başqa 2018-ci ilin 4-cü rübü üçün 877,5 manat məbləğində və 2019-cu ilin 1-ci rübü üçün 896,5 manat cari hesablama ilə bağlı ödənişlərin də tam yerinə yetirilməməsi müəyyən edildiyi üçün cavabdeh tərəfindən 310 manat əsas borc, 1,87 manat penya, cəmi 311,87 manat borc iddiaçının şəxsi hesab vərəqinə daxil edilmiş və borcun tutulması üçün cavabdeh tərəfindən iddiaçının hesabına sərəncam qoyularaq həmin məbləğ tutulmuşdur. Hazırda iddiaçı qeyd edilən sərəncamın ləğv edilməsini və həmin sərəncamla məcburi dövlət sosial sığorta haqqı olaraq tutulmuş məbləğin iddiaçının bank hesabına qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd etmişdir: İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, publik hüquqi münasibətlər bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər ümumi maraqlar naminə və dövlətin adından fəaliyyət göstərən bir tərəfin – publik orqanın hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – fərdin (fiziki və hüquqi şəxslərin) isə tabeçiliyinə əsaslanmaqla tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, publik orqanın tələbləri və şəxslərin vəzifələri müqavilədən deyil, qanundan irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarı). Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən sosial sığortanın prinsipləri aşağıdakılardır: sosial sığortanın müntəzəmliyinə dövlət təminatı; sosial sığortanın ümumiliyi; sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi; sosial sığorta subyektlərinin hüquq bərabərliyi; dövlət sosial sığortasının məcburiliyi; məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması. Həmin Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəlləin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Həmin Məcəllənin 65.2.1-ci maddəsinə əsasən vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1. vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1- ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; 65.2.1.3. məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; 65.2.1.4. vergi ödəyicisinin yazılı razılığı olduqda. İşin faktiki hallarına əsasən iddiaçı dövlət sosial sığorta haqları üzrə ödənişləri vaxtında edilmədiyinə görə onun hesabına qanunla nəzərdə tutulmuş qaydada sərəncam qoyulmuş və iddiaçının borcu silinmişdir, idiaçının borcu sərəncamla ödənildiyindən həmin sərəncam cavabdeh tərəfindən geri çağırılmışdır. İddiaçının hesabatlarında göstərilmiş dövlət sosial sığorta haqları üzrə məbləğlərin onun hesabına sərəncam qoyulana qədər ödənilməsi məhkəmədə sübuta yetirilmədiyi üçün məhkəmə cavabdehin iddiaçının hesabına qoyduğu sərəncamı qanunsuz hesab etmir, hazırda iddiaçının dövlət sosial sığorta haqları üzrə borcu olmasa da bu iddiaçının hesabına qoyulmuş sərəncamla vəsaitin tutulması hesabına baş vermişdir, həmçinin dövlət sosial sığorta haqlarının hesabatlarda göstəriləndən artıq ödənilməsi də inzibati məhkəmə icraatının gedişində sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək haqlı olmuşdur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçının nümayəndəsi N.Bəşirov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3680/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-834/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-834/2020
02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver